Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1814/2023 29.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Аzərbаycаn Rеspublikаsının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-1814/2023 (Açar sözlər:“tenderin nəticələrinin ləğvi, tenderin qalibini elan etmək vəzifəsinin cavabdehə həvalə edilməsi”) Bakı şəhəri 29 sentyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8227/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətinə 29 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş üzrə məhkəməyə Аzərbаycаn Rеspublikаsının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Agentliyin aparatı və 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində gündəlik təmizlik işlərinin görülməsinin satın alınması məqsədilə açıq tender prosedurunda təklif zərflərinin açılması üzrə” xx.xx.2020-ci il tarixli, 2 №-li iclas protokolu (2 ədəd), iddiaçının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarında Nəzarət Dövlət Xidmətinin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubu, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Təmizlik xidmətinin satınalması üzrə” elektron açıq tenderin keçirilməsi ilə bağlı əsas şərtlər toplusu, (“2 saylı Bakı “ASAN Xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində gündəlik təmizlik işlərinin görülməsi”), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Təmizlik xidmətinin satınalması üzrə” elektron açıq tenderin keçirilməsi ilə bağlı əsas şərtlər toplusu (“1 saylı Bakı “ASAN Xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində gündəlik təmizlik işlərinin görülməsi”), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparatı və tabeliyində olan “ASAN Xidmət” mərkəzlərində gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderlərin ləğv olunması ilə bağlı tender komissiyasının xx.xx.2020-ci il tarixli iclas protokolu, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparatı və 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı Tender Komissiyasının xx.xx.2021-ci il tarixli, 16-ASAN/2021 nömrəli protokolu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubu, etender.gov.az saytından məlumatlar, internet vergi idarəsinin məlumatları təqdim edilmişdir.
2. Məhkəmə təqdim edilmiş iş materiallarından müəyyən etmişdir ki, iddiaçı hüquqi şəxsdir, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Təmizlik xidmətinin satınalması üzrə” keçirdiyi elektron açıq tenderdə iştirak etmiş, LOT039324, 019015 nömrəli müsabiqə üzrə 236 188,80 manat, LOT039327, 019012 nömrəli müsabiqə üzrə isə 161316,95 manat olmaqla ən aşağı qiymətlə təkliflər təqdim etmişdir, lakin sonradan cavabdeh Аzərbаycаn Rеspublikаsının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X4 komissiyası tərəfindən həmin təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderlər ləğv olunmuş, müsabiqə davam etdirilməmişdir. İddiaçı cavabdehin onun iştirakçısı olduğu təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderi ləğv etməsini qanunsuz hesab edərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
3. Cavabdehin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi “ASAN xidmət aparatı və tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderlərin ləğv olunması ilə bağlı Tender Komissiyasının iclasının xx.xx.2020-ci il tarixli 3 nömrəli protokolu ilə qəbul olunmuş qərardan görünür ki, 1, 2, 3, 4, 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzləri üzrə 2021-ci il üçün gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderlər ləğv olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə qarşı iddia qaldıraraq cavabdeh Аzərbаycаn Rеspublikаsının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparatında və tabeliyində olan “Asan Xidmət” Mərkəzlərində gündəlik təmizlik işlərinin görülməsi ilə əlaqədar elan olunmuş elektron açıq tenderlərin ləğv olunmasına dair Tender Komissiyasının xx.xx.2020-ci il tarixli qərarının 1 və 2 saylı Bakı “Asan xidmət” mərkəzləri üzrə gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderlərin ləğvinə aid olan hissədə ləğv edilməsi, cavabdehin üzərinə İddiaçı MMC-nin həmin satınalma predmetləri ilə bağlı 09 dekabr 2020-ci ildə keçirilmiş tenderlərin qalibi elan etmək və müvafiq satınalma müqaviləsini hazırlayıb imzalamaqla iddiaçıya göndərmək vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Agentliyin aparatında, Agentliyin nəzdində olan 1, 2, 3, 4 və 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzlərində və səyyar xidmət nəqliyyat vasitələrində gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elektron qaydada açıq tenderlər elan etmişdir. İddiaçı da həmin tenderlərdə iştirak etmişdir, 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində, həmçinin 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elektron qaydada keçirilən açıq tenderlərin qalibi olmuşdur. Belə ki, Tenderlərin “Əsas şərtlər toplusuna” görə tender təklifləri zərflərinin açılması və elektron olaraq qiymətləndirilməsi xx.xx.2020-ci il saat 11.00-a təyin edilmişdir. Qeyd olunan vaxtda hər iki tender üzrə təklif zərfləri açılmış və 2 saylı iclas protokolları tərtib olunmuşdur. Həmin protokollara əsasən iddiaçının LOT039324, 019015 nömrəli müsabiqə üzrə 236 188,80 manat, LOT039327, 019012 nömrəli müsabiqə üzrə isə 161316,95 manat olmaqla ən aşağı qiymətlə təklif təqdim etdiyi müəyyən edilmişdir. Protokollardan görünür ki, müzakirələrdən sonra Tender Komissiyası zərflərin açılışı ilə bağlı məlumatların iddiaçılara dərhal təqdim ediməsini və 1 bank günü ərzində təklifi qiymətləndirərək müvafiq qərar qəbul edilməsini qərara alınmışdır. Lakin Tender Komissiyası zərflərin açılışı ilə bağlı məlumatları təqdim etsə də İddiaçı MMC-nin həmin müsabiqələrin qalibi olmasını elan etməmişdir. Buna görə iddiaçı xx.xx.2021-ci ildə cavabdehə elektron qaydada məktub göndərərək bunun səbəbləri barədə məlumat verilməsini xahiş etmiş, lakin müraciətinə cavab verməmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə xx.xx.2021-ci ildə rəsmi qaydada müraciət etmişdir. Həmin məktuba cavab olaraq ona qeyd edilən dövlət xidməti tərəfindən bildirilmişdir ki, sözügedən tender prosedurları “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun 11.2-ci maddəsinə uyğun olaraq tender predmetinin maliyyələşdirilməsinin dayandırılması səbəbindən ləğv edilmişdir. Lakin əldə olunmuş digər məlumatlardan görünür ki, qeyd olunan tender xx.xx.2020-ci ildə keçirildiyi halda xx.xx.2020-ci ildə ləğv edilmiş və dərhal yeni tender elan edilmişdir. Növbəti tender xx.xx.2021-ci ildə keçirilmiş və "xxxx" MMC onun qalibi elan edilmişdir. Halbuki həmin MMC xx.xx.2020-ci ildə də keçirilmiş tenderdə iştirak etmiş, lakin ikinci yeri tutmaqla həmin tenderlərin qalibi ola bilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbinin əsasını mülki hüquq münasibətləri təşkil edir, odur ki, iddiaçının iddiası mümkün sayılmamalıdır, bundan başqa hətta məhkəmə tərəfindən iddiaya mahiyyəti üzrə baxılsa belə qeyd ediməlidir ki, cavabdeh Аzərbаycаn Rеspublikаsının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparatında və tabeliyində olan “Asan Xidmət” Mərkəzlərində gündəlik təmizlik işlərinin görülməsi ilə əlaqədar elan olunmuş elektron açıq tenderlərin ləğv edilməsi barədə xx.xx.2020-ci ildə Tender Komissiyası tərəfindən qərar qəbul edilmişdir, həmin qərarın qəbul edilməsinin hüquqi əsası 2021-ci il üzrə “ASAN Xidmət” Mərkəzlərinin saxlanılması xərcləri üzrə aparılmış proqnozlaşdırma işləri olmuşdur. İkincisi isə elan edilmiş elektron açıq tender üzrə iddiaçı tərəfindən təklifin və X6 nəzərdə tutulmuş sənədlərin təqdim edilməsi sözügedən tender üzrə onun qalib hesab olunmasını ehtiva etmir. Üçüncüsü isə “Dövlət satınalmaları haqqında” Qanunun 36.7-ci maddəsinə uyğun qalib müəyyən olunmuş tender təklifi aksept edilir. Satınalan təşkilat həmin tender təklifini vermiş malgöndərənə (podratçıya) tenderin əsas şərtlər toplusunda göstərilmiş təklifin qüvvədə olma müddəti qurtaranadək 3 bank günü ərzində bildiriş və hazırlanmış satınalma müqaviləsini göndərir. Həmin Qanunun 40.1ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə avtomatik qaydada dərhal göndərilir. xx.xx.2020-ci ildə Tender Komissiyası tərəfindən ləğv edilmiş elektron açıq tender üzrə cavabdeh tərəfindən iddiaçıya bildiriş göndərilməmiş, iddiaçı ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada müqavilə bağlanmamışdır, odur ki, həmin tender üzrə iddiaçı qalib hesab oluna bilməz. Cavabdeh göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad və ya iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında cavabdehin iddiaya dair etirazında göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8227/2022 xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, Аzərbаycаn Rеspublikаsının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparatında və tabeliyində olan “ASAN Xidmət” Mərkəzlərində gündəlik təmizlik işlərinin görülməsi ilə əlaqədar elan olunmuş elektron açıq tenderlərin ləğv olunmasına dair Tender Komissiyasının xx.xx.2020-ci il tarixli qərarı 1 və 2 saylı Bakı “ASAN xidmət” mərkəzləri üzrə gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderlərin ləğvinə aid olan hissədə ləğv edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır.
10. Həmçinin, 1 və 2 saylı Bakı “ASAN xidmət” mərkəzləri üzrə gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderlərin nəticəsi üzrə müvafiq satınalma müqaviləsini hazırlayıb imzalamaqla iddiaçıya göndərmək vəzifəsinin qoyulması hissədə iddiaçının iddiası məhkəmənin hazırki iş üzrə qəbul edilmiş qərardadı ilə mümkünsüz hesab edilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddiası cavabdeh Аzərbаycаn Rеspublikаsının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparatında və tabeliyində olan “Asan Xidmət” Mərkəzlərində gündəlik təmizlik işlərinin görülməsi ilə əlaqədar elan olunmuş elektron açıq tenderlərin ləğv olunmasına dair Tender Komissiyasının xx.xx.2020-ci il tarixli qərarının 1 və 2 saylı Bakı “ASAN xidmət” mərkəzləri üzrə gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderlərin ləğvinə aid olan hissədə ləğv edilməsi hissəsində əsaslı olduğu üçün təmin edilməlidir.Belə ki, cavabdeh tərəfindən istinad edilən maliyyələşdirmənin dayandırılması haqqında qərar məhkəməyə təqdim edilmədiyi üçün cavabdehin “ASAN xidmət aparatı və tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderlərin ləğv olunması ilə bağlı Tender Komissiyasının iclasının xx.xx.2020-ci il tarixli 3 nömrəli protokolu ilə qəbul olunmuş qərar iddiaçı üçün əlverişsiz qanunsuz qərardır.
12. İddiaçının iddiasının cavabdehin üzərinə İddiaçı MMC-nin həmin satınalma predmetləri ilə bağlı 09 dekabr 2020-ci ildə keçirilmiş tenderlərin qalibi elan etmək vəzifəsinin qoyulması hissəsinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, belə qərarı qəbul etmək cavabdehin diskression səlahiyyətinə aid məsələdir. Belə ki, “Dövlət satınalmaları haqqında” Qanunun 50-6.2-ci maddəsinə əsasən satınalan təşkilat elektron satınalma keçirildikdən sonra qalib təklifin formal tələblərə uyğunluğunu və həmin təklifi təqdim edən malgöndərənin (podratçının) ixtisas göstəriciləri meyarlarına cavab verməsini yoxlayır. Satınalan təşkilat təklifin formal tələblərə cavab vermədiyini və ya malgöndərənin (podratçının) ixtisas göstəriciləri meyarlarına uyğun gəlmədiyini müəyyən edərsə, həmin təklifi kənarlaşdırır. Bu Qanunun 11.2-ci maddəsinə əsasən satınalan təşkilat satınalmaları ləğv etmək hüququna xələl gətirmədən elektron satınalmanın bağlanılması anına formal tələblərə uyğun olan və ixtisas göstəriciləri meyarlarına cavab verən növbəti ən aşağı və ya ən sərfəli qiymətli təklifi təqdim etmiş malgöndərəni (podratçını) seçir.
13. Göründüyü kimi iddiaçının iddia ərizəsində göstərilən iddiaçının tenderin qalibi seçilməsi cavabdehin diskression səlahiyyətidir, satınalmanın ən aşağı qiymətini təklif etmək ən sərfəli qiyməti təklif etmək demək deyildir və tenderdə qalib gəlmək deyildir, qeyd edilən məsələ - tenderin qalibinin seçilməsi məsələsi cavabdehin ona verilmiş hüquq çərçivəsində diskression səlahiyyətlərindən istifadə edərək qəbul etdiyi qərar qəbul edilməsi ilə həll olunur.
14. Hazırda cavabdeh tərəfindən İddiaçı MMC-nin Аzərbаycаn Rеspublikаsının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparatında və tabeliyində olan “ASAN Xidmət” Mərkəzlərində gündəlik təmizlik işlərinin görülməsi ilə əlaqədar elan olunmuş 09 dekabr 2020-ci ildə keçirilmiş tenderlərin qalibi elan etməməsi ilə hər hansı diskression səlahiyyətlərini düzgün həyata keçirməməsi məyyən edilməmişdir. Odur ki, cavabdehin üzərinə Аzərbаycаn Rеspublikаsının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparatında və tabeliyində olan “ASAN Xidmət” Mərkəzlərində gündəlik təmizlik işlərinin görülməsi ilə əlaqədar elan olunmuş 09 dekabr 2020-ci ildə keçirilmiş tenderlərin qalibi elan etmək vəzifəsinin qoyulması barədə iddiaçının iddiası təmin edilə bilməz.
15. Beləliklə, birinci instansiya məhkəməsi nəticəyə gəlmişdir ki, iddiaçının iddiası qismən təmin edilməli, Аzərbаycаn Rеspublikаsının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparatında və tabeliyində olan “ASAN Xidmət” Mərkəzlərində gündəlik təmizlik işlərinin görülməsi ilə əlaqədar elan olunmuş elektron açıq tenderlərin ləğv olunmasına dair Tender Komissiyasının xx.xx.2020-ci il tarixli qərarı 1 və 2 saylı Bakı “ASAN xidmət” mərkəzləri üzrə gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderlərin ləğvinə aid olan hissədə ləğv edilməlidir, iddia tələbi cavabdehin üzərinə İddiaçı MMC-ni həmin satınalma predmetləri ilə bağlı 09 dekabr 2020-ci ildə keçirilmiş tenderlərin qalibi elan etmək vəzifəsinin qoyulması hissəsində iddia rədd edilməlidir.
16. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə, 60-cı maddəsinin İ hissəsinə, İİ hissəsinə, İİİ hissəsinə,İV hissəsinə, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 4- 1.1-ci, 4-1.2-ci, 4-1.3-cü, 4-1.3.1.-ci, 4-1.3.2.-ci, 4-1.3.3.-cü, 4-1.4-cü, 4-1.6-cı, 50-1.1.ci, 50-1.2-ci, 50-1.3-cü, 50-2.1-ci, 50-2.1.1. –ci, 50-2.1.2.-ci, 50-2.2-ci, 50-2.1.3.-cü, 50-2.1.4.-cü, 50-2.1.5.-ci, 50-2.1.6.-cı, 50-2.1.7.-ci, 50-2.1.9.-cu, 50-2.1.10.-cu, 50- 2.1.11.-ci, 50- 2.1.12.-ci, 50-2.1.13.-cü, 50- 2.1.14.-cü, 50-2.1.15.-ci, 50-2.1.16.-cı, 50- 2.1.17.-ci, 50-2.1.18.-ci, 50-2.2-ci, 50-3.1-ci, 50-1.1-ci, 50-4.1-ci, 50-4.2-ci, 50-4.3-cü, 50-5.1-ci, 50-5.1.1.-ci, 50-5.1.2.-ci maddələrinə, 50-5.2-ci, 50-5.2.1.-ci, 50- 5.2.2.-ci, 50-3-cü, 50-5.2.3-cü, 50-5.2.4.-cü, 50-5.4-cü, 50-3-cü, 50-5.5-ci, 50-6.1-ci, 37.7-ci maddələrinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci, 2.0.11-ci, 67.1-ci, 67.2-ci, 67.3-cü, 67.4-cü, 67.8-ci, 2.0.7-ci, 12.4.-cü, 14.1.-ci, 14.2-ci, 14.3-cü, 16.2-ci maddəsinə, “Dövlət satınalmaları haqqında” Qanunun 50-6.2-ci, 11.2ci, 50-6.3-cü, 11.2-ci maddəsinə istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
17. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8227/2022 xx.xx.2022-ci il tarixli qərarının iddia tələbinin rədd edilməsinə aid olan hissədə ləğv edilməsi və cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin üzərinə həmin Agentliyin tabeliyində olan 1 saylı Bakı "Asan xidmət" mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində (LOT039324, 019015 nömrəli müsabiqə), həmçinin 2 saylı Bakı “Asan xidmət" mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində (LOT09327, 019012 nömrəli müsabiqə) 09 dekabr 2020-ci ildə keçirilən tenderlərin qalibi elan etmək vəzifəsinin qoyulması barədə qəbul edilməsini xahiş etmişdir.
18. Qərardan həmçinin, cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8227/2022 xx.xx.2022-ci il tarixli qərarının qismən ləğv edilməsini və iddianın təmin olunmuş hissədə rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
19. İddiaçının apellyasiya şikayətində göstərilmişdir ki, Məhkəmə iddianın rədd edilməsinə aid olan hissədə qərarını onunla asaslandırmışdır ki, iddiaçı "xxxx" MMC-ni qeyd olunan satınalma predmetləri ilə bağlı 09 dekabr 2020-ci ildə keçirilmiş tenderlərin qalibi elan etməsi cavabdehin diskresion səlahiyyətinə aid məsələdir. Satınalmanın ən aşağı qiymətini təklif etmək ən sərfəli qiyməti təklif etmək demək deyildir və tenderdə qalib gəlmək deyildir. Cavabdeh təşkilatın "xxxx" MMC-ni 09 dekabr 2020-ci ildə keçirilmiş tenderlərin qalibi elan etməməklə hər hansı diskresion səlahiyyətlərini düzgün həyata keçirməməsi məyyən edilməmişdir. Odur ki, cavabdehin üzərinə iddiaçını 09 dekabr 2020-ci ildə keçirilmiş tenderlərin qalibi elan etmək vəzifəsinin qoyulmasına aid olan hissədə iddia tələbi təmin edilə bilməz. Bununla bağlı bildirir ki, hazırki iş üzrə cavabdeh təşkilatın qəbul etdiyi qərarın onun diskresion səlahiyyətinə aid olduğu barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Birincisi ona görə ki, cavabdeh təşkilat 09 dekabr 2020-ci ildə keçirdiyi tenderlərin qalibinin müəyyən edilməsi barədə heç bir qərar qəbul etməmişdir. Cavabdeh təşkilatın qəbul etdiyi qərar həmin tenderlərin ləğvi barədədir. Bundan başqa, elan edilmiş tenderlərin ləğvinə dair qərarın qəbul edilməsi də cavabdeh təşkilatın diskresion səlahiyyətlərinə aid deyildir. Elan edilmiş tenderlərin ləğvi barədə qərarın qəbul edilməsi yalnız qanunda nəzərdə tutulmuş hallarda mümkündür. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunun 11.2-ci maddəsində həmin halların dairəsi dəqiq şəkildə göstərilmişdir. Həmin Qanunun 11.2-ci maddəsində qeyd olunmuşdur ki, Satınalan təşkilat dövlət mənafelərinin qorunması məqsədi ilə aşağıdakı hallarda bütün tender təkliflərinin, oferta və kotirovkaların aksept olunana qədər rədd edilməsi barədə qərar qəbul edə bilər.-tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etdikdə,- tender təklifləri tenderin asas şərtlər toplusuna uyğun olmadıqda;-tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda. Həmin normada həmçinin qeyd olunur ki, müvafiq icra hakimiyyəti tenderin ləğvi barədə qərar müvafiq orqan tərəfindən təsdiq olunmalıdır. Göründüyü kimi, tenderin ləğvi barədə qərar qəbul etmək səlahiyyəti də cavabdeh təşkilatın diskresion səlahiyyətinə aid deyildir və bu barədə qəbul etdiyi qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmalıdır. Yuxarıda qeyd etdiyi kimi, cavabdeh təşkilat 09 dekabr 2020-ci ildə keçirdiyi elektron açıq tenderlərin ləğvi barədə qəbul etdiyi 18 dekabr 2020-ci il tarixli qərarını tender predmetlərinin maliyyələşdirilməsinin dayandırılması ilə izah etmiş, lakin buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də məhkəmə cavabdeh təşkilatın həmin qərarını qanunsuz hesab edərək, iddiaçının tələbinə aid olan hissədə onu ləğv etmişdir. Bu baxımdan cavabdeh təşkilatın öz diskresion səlahiyyətləri çərçivəsində qərar qəbul etdiyi barədə məhkəmənin çıxardığı nəticə tamamilə səhvdir.İkincisi, qanunda elan edilmiş tenderlərin qalibinin müəyyən edilməsinin qaydaları və şərtləri də dəqiq şəkildə müəyyən edilmişdir. Belə ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 36.6-cı maddəsində qeyd olunub ki, - Bu Qanunun 36.7-ci maddəsinə uyğun qalib gəlmiş tender təklifini müəyyənləşdirmək iiçiin satınalan təşkilat qəbul edilmiş tender təkliflərini tenderin X6 göstərilmiş prosedurlara və meyarlara müvafiq surətdə qiymətləndirir və müqayisə edir. Tenderin X6 göstərilməyən meyarlardan istifadə edilmir. Həmin Qanunun 36.7.1-ci maddəsində isə qeyd olunub ki, - bu Qanunun 36.9-cu maddəsinə uyğun tətbiq edilən hər hansı güzəştli düzəliş nəzərə alınmaqla, ən aşağı qiyməti olan tender təklifi qalib gəlmiş sayılır. Həmin Qanunun 40.1-ci maddəsinin tələbinə görə - Bu Qanunun 36.7-ci maddəsinə uyğun qalib müəyyən olunmuş tender təklifi aksept edilir. Satınalan təşkilat həmin tender təklifini vermiş malgöndərənə (podratçıya) təklifin qüvvədə olma müddəti qurtaranadək 3 bank günü ərzində bildiriş göndərir. Həmin Qanunun 40.1-1 -ci mddəsində isə qeyd olunub ki, - Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsindən nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə avtomatik qaydada dərhal göndərilir. Həmin Qanunun 40.2-1-ci maddəsinə əsasən - Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsinə münasibətdə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır. Göründüyü kimi, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 36.7-ci və maddəsinə əsasən ən aşağı qiyməti olan tender təklifi qalib gəlmiş sayılır. Bu halda qalib müəyyən olunmuş tender təklifi aksept edilməli və həmin Qanunun 40.1-1-ci maddəsinin tələbinə görə tender təklifi aksept edildikdən sonra tenderin qalibinə bu barədə dərhal, dövlət satınalmalarının vahid internet portalı vasitəsilə, avtomatik qaydada, bildiriş göndərilməli, həmin Qanunun 40.2-1-ci maddəsinə görə isə cavabdeh təşkilat 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdrməli və imzalamalı idi. Bu qayda tenderin X6 və Tender Komissiyasının 09 dekabr 2020-ci il tarixdə tərtib etdiyi 2 saylı protokollarda da öz əksini tapıb. Lakin cavabdeh təşkilat həm qanunun, həm də tenderin X7 tələblərini kobud qaydada pozmuş, "xxxx" MMC tenderin qalibi olduğu halda, onu aksept etməmiş, bu barədə ona dərhal bildiriş göndərməmiş və satınalma müqaviləsini hazırlayıb, imzalanması üçün ona göndərməmişdir. Əksinə, tender keçirildikdən və "SAF* Təmizlik" MMC həmin tenderin qalibi müəyyən edildikdən doqquz gün sonra, cavabdeh təşkilat tender predmetinin maliyyələşdirilməsinin dayandırıldığı barədə yalan məlumat verməklə, həmin tenderi ləğv etmiş və bunun ardınca, dərhal, eyni satınalma predmeti ilə bağlı yeni tender elan etmiş və 08 fevral 2021- ci ildə yeni tender keçirərək, 09 dekabr 2020-ci il tarixdə keçirilən əvvəlki tenderdə iştirak edən, lakin tenderin qalibi olmayan "xxxx" MMC-ni 08 fevral 2021-ci ildə keçirdiyi yeni tenderin qalibi elan etmişdir. Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən - inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən - iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İddiaçı, "xxxx" MMC cavabdeh təşkilatın 1 saylı Bakı "Asan xidmət" mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində (LOT039324, 019015 nömrəli müsabiqə), həmçinin 2 saylı Bakı "Asan xidmət" mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində (LOT039327, 019012 nömrəli müsabiqə) 09 dekabr 2020-ci ildə keçirdiyi tenderlərdə ən aşağı qiymət təklif etməklə həmin tenderlərin qalibi olduğu və "xxxx" MMC-nin qalib elan edilməsindən imtinaya əsas verən heç bir hal mövcud olmadığı halda, cavabdeh təşkilat həmin MMC-ni tenderin qalibi elan etməmiş, əksinə tenderin nəticələrini tamamilə qanunsuz olaraq ləğv etmişdir. Belə olan halda məhkəmə cavabdeh təşkilatın 09 dekabr 2020-ci ildə keçirdiyi tenderlərin ləğvinə dair 18 dekabr 2020-ci 11 tarixli qərarını ləğv etməklə yanaşı, cavabdeh təşkilatın üzərinə "xxxx" MMC-ni qeyd olunan tenderlərin qalibi elan etmək vəzifəsini də qoymalı idi. Lakin məhkəmə cavabdeh təşkilatın 18 dekabr 2020-ci il tarixli qərarını iddia tələbinə aid olan hissədə ləğv etsə də, cavabdehin üzərinə iddiaçını qeyd olunan tenderlərin qalibi elan etmək vəzifəsini qoymamış, bununla da "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı, 40-cı və inzibati Prosessual Məcəlləsinin 73-cü maddəsinin tələblərini pozmuşdur.
20. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Dövlət Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasında “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən qurumların əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 1.6-cı bəndinə əsasən Dövlət Agentliyinin saxlanması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Dövlət Agentliyi tərəfindən malların və xidmətlərin satın alınmaları məhz dövlət büdcəsinin xərcləri hesabına həyata keçirilir. Dövlət Agentliyi digər mərkəzi icra hakimiyyəti orqanları kimi satınalan büdcə təşkilatı olaraq tender keçirərkən bu məqsədlə ayrılmış dövlət vəsaitininin həcmini, yəni Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, dövlət tərəfindən bağlanmış beynəlxalq sazişlərə və müqavilələrə əsasən alınmış kreditlər, qrantlar, xarici yardımlar, büdcədən maliyyələşdirilən təşkilatların büdcədənkənar fondlarının vəsaiti və qanunvericiliklə dövlət vəsaitinə aid edilən digər vəsaitlərin həcmini mütləq şəkildə nəzərə alır. “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1.1-ci maddəsinə əsasən cari xərclər, o cümlədən əmək haqqı, əmək haqqına üstəlik, pensiya və başqa sosial müavinətlər və ödənişlər, malların satın alınması və başqa xidmətlər üzrə xərclər, faiz üzrə ödənişlər, qrantlar, subsidiyalar və cari köçürmələr dövlət büdcəsinin xərclərinə daxildir. Həminin Qanunun 15.3-cü maddəsinə əsasən növbəti büdcə ili üzrə dövlət büdcəsi Azərbaycan Respublikasının Milli Məclisində cari ilin dekabr ayının 20-dən gec olmayaraq qanunla təsdiq edilir. İş materiallarından göründüyü kimi 2021-ci il üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparatında və 1, 2, 3, 4 və 5 saylı Bakı “ASAN Xidmət” mərkəzlərində gündəlik təmizlik işlərinin görülməsi üçün elektron açıq tender elanı verilmişdir. Yaranmış zərurətlə bağlı, yəni 2021-ci il dövlət büdcəsi həmin ilin dekabr ayının 20dək Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qanunla təsdiq edilmədiyindən (Azərbaycan Respublikasının 2021-ci ilin dövlət büdcəsi xx.xx.2020- ci il tarixli qanunla təsdiq edilmişdir), başqa sözlə müvafiq maliyyələşdirmənin dayandırılması səbəbindən görə Tender Komissiyası məcburiyyət qarşısında qalaraq dövlət mənafelərinin qorunması məqsədilə yalnız iddiaçının qeyd etdiyi 1 və 2 saylı Bakı “ASAN xidmət” mərkəzlərində deyil, Dövlət Agentliyi və 1, 2, 3, 4 və 5 saylı Bakı “ASAN xidmət” mərkəzlərində gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı keçirilmiş açıq elektron tenderlər üzrə bütün nəticələrin ləğv edilməsi haqqında 2020- ci il 18 dekabr tarixli (19 və 20 dekabr 2020-ci il tarixləri qeyri-iş (şənbə və bazar) günlərinə təsadüf etmişdir) qərar qəbul etmişdir. 2021-ci ilin dövlət büdcəsi xx.xx.2020-ci il tarixdə təsdiq edildikdən sonra, xx.xx.2021-ci il tarixdə Dövlət Agentliyi və 1,2, 3,4 və 5 saylı Bakı “ASAN Xidmət” mərkəzlərində gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı yeni açıq tender elanı verilmişdir. Belə ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11,2-ci maddəsinə əsasən satınalan təşkilat dövlət mənafelərinin qorunması məqsədi ilə tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda bütün tender təkliflərinin, oferta və kotirovkaların aksept olunana qədər rədd edilməsi barədə qərar qəbul edə bilər. Bu qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmalıdır.Azərbaycan Respublikasının Prezidentinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanına müvafiq olaraq qeyd olunan Qanunun 11.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il tarixli 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətinin və tənzimlənməsinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. Həmin Əsasnamənin 3.0.33-cü yarımbəndinə əsasən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada satınalan təşkilatın qərarlarını təsdiq etmək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətində olan məsələdir. Yuxarıda qeyd olunanlara əsasən X4 Komissiyasının açıq elektron tender prosedurunun ləğvi barədə xx.xx.2020-ci il tarixli qərarı təsdiq olunması üçün xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilimiş və həmin qurumun xx.xx.2020-ci il tarixli AİBNDO-15/01- 5/17718 nömrəli məktubu ilə sözügedən qərarın qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyi təsdiq edilmişdir. Qeyd olunan hal iddiaçının özünün məhkəməyə təqdim etdiyi dəlillərlə də təsdiq olunur. Belə ki, iddiaçının müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli AİBNDO-15/01-7/1663 nömrəli məktubunda tender prosedurlarının cavabdeh tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə uyğun olaraq tender predmetinin maliyyələşdirilməsinin dayandırılması səbəbindən ləğv olunması qeyd olunmuşdur. Göründüyü kimi, Tender Komissiyasının xx.xx.2020-ci il tarixli qərarının hüquqiliyi və qanuniliyi bu sahədə ixtisaslaşdırılmış dövlət qurumu tərəfindən həm Dövlət Agentliyinə, həm də iddiaçıya göndərilmiş rəsmi məktublarla təsdiq olunur.Qeyd olunan Qanunun da məzmunundan göründüyü kimi, dövlət büdcəsindən maliyyələşən orqan və təşkilatlar üçün dövlət büdcəsinin qanunla nəzərdə tutulmuş müddətdə Milli Məclisdə təsdiq edilməməsi tender predmetinin maliyyələşdirilməsinin dayandırılması nəticəsinə gəlməyə kifayət qədər əsas verir və məhz bu səbəbdən də bu sahədə ixtisaslaşmış qurum olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Tender Komissiyasının xx.xx.2020-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. Dövlət Agentliyinin nümayəndəsi olaraq çıxışı zamanı məhkəmənin diqqətini yuxarıda qeyd olunan hala yönəltsə də, məhkəmə tərəfindən hüquqi cəhətdən əsaslandırılmış mövqeyi, eləcə də tenderin ləğvi barədə qərarın qanuniliyinə nəzarət edən qurumun, yəni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi məktubları heç bir əsas gətirilmədən nəzərə alınmamışdır. Bundan başqa, nəzərə alınmalıdır ki, büdcə təşkilatlarının maliyyələşdirilməsi sırf dövlət büdcəsi hesabına həyata keçirilir. Dövlət büdcəsi hesabına təşkilatların maliyyəşəldirilməsi üzrə xərclər hər ilin dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanunlarının tətbiqi barədə fərmanları əsasında müəyyənləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Ümumiyyətlə məhkəmə tərəfindən yuxarıda göstərilən halın araşdırılması ilə bağlı hər hansı araşdırma aparılmamış, nə Maliyyə, nə də İqtisadiyyat nazirliklərinə İnzibati Prosessual Məcəllənin Məcəllənin 81-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
e) Prosses iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8227/2022 xx.xx.2022-ci il tarixli qərarının iddia tələbinin rədd edilməsinə aid olan hissədə ləğv edilməsi və cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin üzərinə həmin Agentliyin tabeliyində olan 1 saylı Bakı "Asan xidmət" mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində (LOT039324, 019015 nömrəli müsabiqə), həmçinin 2 saylı Bakı “Asan xidmət" mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində (LOT09327, 019012 nömrəli müsabiqə) 09 dekabr 2020-ci ildə keçirilən tenderlərin qalibi elan etmək vəzifəsinin qoyulması barədə qəbul edilməsini xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8227/2022 xx.xx.2022-ci il tarixli qərarının qismən ləğv edilməsini və iddianın təmin olunmuş hissədə rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Konstitusiyası: - 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, - İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, - İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, - İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
25. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun: - Həmin Qanunun 4-1.1-ci maddəsinə əsasən satınalan təşkilat cari ilin oktyabr ayının 15-dən gec olmayaraq növbəti il üçün ilkin satınalma planını hazırlayaraq təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir. İlkin satınalma planı növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edilənədək qüvvədə qalır. - Həmin Qanunun 50-2.2-ci maddəsinə əsasən satınalan təşkilat tərəfindən tenderdə iştirakla bağlı bu Qanunla nəzərdə tutulan sənədlər barədə məlumatın əldə edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya ehtiyatları (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunan hədlərdə dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunur. - Həmin Qanunun 50-3.1-ci maddəsinə əsasən bu Qanunun 50-1.1-ci maddəsinə uyğun olaraq keçiriləcək satınalma barədə dövlət satınalmalarının vahid internet portalında elan (dəvət) dərc olunur. - Həmin Qanunun 50-4.1-ci maddəsinə əsasən elektron satınalmada iştirak etmək üçün qeydiyyatdan keçən hər bir malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə bu barədə real vaxt rejimində təsdiq bildirişi göndərilir. - 11.2-ci maddəsinə əsasən satınalan təşkilat dövlət mənafelərinin qorunması məqsədi ilə aşağıdakı hallarda bütün tender təkliflərinin, oferta və kotirovkaların aksept olunana qədər rədd edilməsi barədə qərar qəbul edə bilər: tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etdikdə;tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmadıqda; tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda.Bu qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmalıdır.
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. - Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. - Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - Həmin Qanunun 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1 şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
28. İddiaçının apellyasiya şikayətində qərar iddianın rədd olunmuş hissəsində, cavabdehin apellyasiya şikayətində isə iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
31. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətində qərar iddianın rədd olunmuş hissəsində mübahisələndirildiyindən və iddianın rədd olunmuş hissəsinin hüquqi həlli bilavasitə iddianın təmin olunmuş hissəsindən asılı olduğundan, həmçinin iddianın təmin olunmuş hissəsindən isə cavabdeh apellyasiya şikayəti verdiyindən ilk olaraq cavabdehin apellyasiya şikayətinə münasibət bildirilməlidir.
32. Məhkəmə Kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir:
33. İşin faktiki hallarına əsasən iddiaçının cavabdehə təqdim etdiyi təkliflər iki lot üzrə ən aşağı qiymətli təklif olmuşlar, lakin cavabdeh təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderləri ləğv etmiş, beləliklə, iddiaçının satınalmanın sonrakı mərhələlərində iştirak edə bilməmişdir.
34. Belə ki, cavabdehin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi “ASAN xidmət aparatı və tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderlərin ləğv olunması ilə bağlı Tender Komissiyasının iclasının xx.xx.2020-ci il tarixli 3 nömrəli protokolu ilə qəbul olunmuş qərardan görünür ki, 1, 2, 3, 4, 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzləri üzrə 2021-ci il üçün gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderlər ləğv olunmuşdur.
35. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, AİBNDX-15/017/1663 nömrəli məktubuna əsasən cavabdeh tərəfindən tender prosedurlarının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun 11.2-ci maddəsinə uyğun olaraq tender predmetinin maliyyələşdirilməsinin dayandırılması səbəbindən ləğv olunması bildirilmişdir.
36. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun 11.2-ci maddəsinə əsasən satınalan təşkilat dövlət mənafelərinin qorunması məqsədi ilə aşağıdakı hallarda bütün tender təkliflərinin, oferta və kotirovkaların aksept olunana qədər rədd edilməsi barədə qərar qəbul edə bilər: tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etdikdə;tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmadıqda; tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda.Bu qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmalıdır.
37. Birinci instansiya məhkəməsi iddianın təmin olunan hissəsi ilə bağlı nəticəyə gələrkən istinad etmişdir ki, cavabdeh tərəfindən istinad edilən maliyyələşdirmənin dayandırılması haqqında qərar məhkəməyə təqdim edilmədiyi üçün cavabdehin “ASAN xidmət aparatı və tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı elan olunmuş elektron açıq tenderlərin ləğv olunması ilə bağlı Tender Komissiyasının iclasının xx.xx.2020-ci il tarixli 3 nömrəli protokolu ilə qəbul olunmuş qərar iddiaçı üçün əlverişsiz qanunsuz qərardır.
38. Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Dövlət Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasında “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən qurumların əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
39. Həmin Əsasnamənin 1.6-cı bəndinə əsasən Dövlət Agentliyinin saxlanması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
40. Dövlət Agentliyi tərəfindən malların və xidmətlərin satın alınmaları məhz dövlət büdcəsinin xərcləri hesabına həyata keçirilir.
41. Dövlət Agentliyi digər mərkəzi icra hakimiyyəti orqanları kimi satınalan büdcə təşkilatı olaraq tender keçirərkən bu məqsədlə ayrılmış dövlət vəsaitininin həcmini, yəni Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, dövlət tərəfindən bağlanmış beynəlxalq sazişlərə və müqavilələrə əsasən alınmış kreditlər, qrantlar, xarici yardımlar, büdcədən maliyyələşdirilən təşkilatların büdcədənkənar fondlarının vəsaiti və qanunvericiliklə dövlət vəsaitinə aid edilən digər vəsaitlərin həcmini mütləq şəkildə nəzərə alır.
42. “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1.1-ci maddəsinə əsasən cari xərclər, o cümlədən əmək haqqı, əmək haqqına üstəlik, pensiya və başqa sosial müavinətlər və ödənişlər, malların satın alınması və başqa xidmətlər üzrə xərclər, faiz üzrə ödənişlər, qrantlar, subsidiyalar və cari köçürmələr dövlət büdcəsinin xərclərinə daxildir.
43. Həminin Qanunun 15.3-cü maddəsinə əsasən növbəti büdcə ili üzrə dövlət büdcəsi Azərbaycan Respublikasının Milli Məclisində cari ilin dekabr ayının 20-dən gec olmayaraq qanunla təsdiq edilir.
44. İş materiallarından göründüyü kimi 2021-ci il üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparatında və 1, 2, 3, 4 və 5 saylı Bakı “ASAN Xidmət” mərkəzlərində gündəlik təmizlik işlərinin görülməsi üçün elektron açıq tender elanı verilmişdir. Yaranmış zərurətlə bağlı, yəni 2021-ci il dövlət büdcəsi həmin ilin dekabr ayının 20dək Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qanunla təsdiq edilmədiyindən (Azərbaycan Respublikasının 2021-ci ilin dövlət büdcəsi xx.xx.2020- ci il tarixli qanunla təsdiq edilmişdir), başqa sözlə müvafiq maliyyələşdirmənin dayandırılması səbəbindən görə Tender Komissiyası məcburiyyət qarşısında qalaraq dövlət mənafelərinin qorunması məqsədilə yalnız iddiaçının qeyd etdiyi 1 və 2 saylı Bakı “ASAN xidmət” mərkəzlərində deyil, Dövlət Agentliyi və 1, 2, 3, 4 və 5 saylı Bakı “ASAN xidmət” mərkəzlərində gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı keçirilmiş açıq elektron tenderlər üzrə bütün nəticələrin ləğv edilməsi haqqında 2020-ci il 18 dekabr tarixli (19 və 20 dekabr 2020-ci il tarixləri qeyri-iş (şənbə və bazar) günlərinə təsadüf etmişdir) qərar qəbul etmişdir. 2021-ci ilin dövlət büdcəsi xx.xx.2020-ci il tarixdə təsdiq edildikdən sonra, xx.xx.2021-ci il tarixdə Dövlət Agentliyi və 1,2, 3,4 və 5 saylı Bakı “ASAN Xidmət” mərkəzlərində gündəlik təmizlik işlərinin görülməsi ilə bağlı yeni açıq tender elanı verilmişdir.
45. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, sonrakı tenderlərdə iddiaçının da iştirak etməsinə hər hansı məhdudiyyətlər olmamışdır.
46. Azərbaycan Respublikasının Prezidentinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanına müvafiq olaraq qeyd olunan Qanunun 11.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.
47. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il tarixli 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətinin və tənzimlənməsinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur.
48. Həmin Əsasnamənin 3.0.33-cü yarımbəndinə əsasən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada satınalan təşkilatın qərarlarını təsdiq etmək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətində olan məsələdir.
49. Yuxarıda qeyd olunanlara əsasən X4 Komissiyasının açıq elektron tender prosedurunun ləğvi barədə xx.xx.2020-ci il tarixli qərarı təsdiq olunması üçün xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilimiş və həmin qurumun xx.xx.2020-ci il tarixli AİBNDO-15/01-5/17718 nömrəli məktubu ilə sözügedən qərarın qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyi təsdiq edilmişdir.
50. Belə ki, iddiaçının müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli AİBNDO-15/01-7/1663 nömrəli məktubunda tender prosedurlarının cavabdeh tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə uyğun olaraq tender predmetinin maliyyələşdirilməsinin dayandırılması səbəbindən ləğv olunması qeyd olunmuşdur.
51. Göründüyü kimi, Tender Komissiyasının xx.xx.2020-ci il tarixli qərarının hüquqiliyi və qanuniliyi bu sahədə ixtisaslaşdırılmış dövlət qurumu tərəfindən həm Dövlət Agentliyinə, həm də iddiaçıya göndərilmiş rəsmi məktublarla da təsdiq olunur.
52. Məhkəmə Kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunan hissəsinə münasibətdə mövqeyi əsaslı olmamışdır.
53. Beləliklə, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8227/2022, xx.xx.2022-ci il tarixli qərarı qismən-iddianın təmin edilmiş hissəsində ləğv olunmalı, həmin hissədə iddia rədd olunmalıdır.
54. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətində qərar iddianın rədd olunmuş hissəsində mübahisələndirildiyindən və iddianın rədd olunmuş hissəsinin hüquqi həlli bilavasitə iddianın təmin olunmuş hissəsindən asılı olduğundan, həmçinin iddianın təmin olunmuş hissəsindən isə cavabdehin apellyasiya şikayəti yuxarıda qeyd edildiyi kimi əsaslı sayıldığından iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi qiymətləndirilmə aparılmasına prosessual qənaət prinsipi baxımından zərurət qalmır.
55. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8227/2022 xx.xx.2022-ci il tarixli qərarı qismən-iddianın təmin edilmiş hissəsində ləğv olunmalı, həmin hissədə iddia rədd olunmalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8227/2022, xx.xx.2022-ci il tarixli qərarı qisməniddianın təmin edilmiş hissəsində ləğv olunsun, həmin hissədə iddia rədd olunsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.