Məhkəmə qərarları › İş №2-1(103)-1815/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1815/2025

10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1815/2025 10.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X12 və X10 iştiraklı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-5797/2024 saylı 02 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının xx.xx.2021-ci il tarixli, 1191 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu 20.7 maddəsi ilə tənzim olunan "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərini əməkdaşlarının sosial müdafiəsi" Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Hərbi Diplomatiya kursunun baş müəllimi ədliyyə polkovnik leytenantı İddiaçı şamil edildiyi üçün o və onun ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunmaq hüququna malikdirlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin xx.xx.2022-ci il tarixli 1473 nömrəli ekspert rəyinə əsasən İddiaçı almış olduğu xəsarət- sağ təpə nahiyəsinin yumşaq toxumalarının şişkinliyi və baş beynin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə (xx.xx.2022) və şəraitdə əmələ gəlməsi inkar olunmur, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Hərbi İdarəetmə İnstitutunun xx.xx.2022-ci il tarixli 616 nömrəli travma haqqında arayışına əsasən Ədliyyə polkovnik-leytenantı İddiaçı oqlu, 14 06.1973-cü il təvəllüdlü, xx.xx.2022-ci il tarixində saat 17:20 radələrində fiziki hazırlıq saatında başı gicəllənib yıxılması nəticəsində xəsarət almışdır. Yıxılaraq, başın küt travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi sağ təpə nahiyyəsinin yumşaq toxumalarının əzilməsindən sonrakı asteno-nevrotik təzahürlər diaqnozu ilə xəsarət almışdır. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 458 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, xx.xx.2021-ci il tarixdə hərbi hissə komandanlığı tərəfindən SQ BKH-na nevroloqunu axışına göndərilmişdir və müayinə edilərək nevrologiya bölməsinə stasionar müalicəyə qəbul edilmiş, xx.xx.2021-xx.xx.2021ci il tarixədək "Partlayış travması (xx.xx.2020) qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Partlayış travması (xx.xx.2020) qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət. Keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahüriər. Tranzitor böyrək çatışmazlığı" diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 474 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi). xx.xx.2021-ci il tarixdə SQ BKH-da şəhadətləndirilərək 15 (on beş) gün müddətinə məzuniyyət verilmişdir (əsas: 234 nömrəli arayış). xx.xx.2022- ci il tarixdə saat 17:20 radələrində fiziki hazırlıq saatında başı gicəllənib yıxılması nəticəsində "Başın küt travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ təpə nahiyyəsinin yumşaq toxumalarının əzilməsindən sonrakı astenonevrotik təzahürlər" diaqnozu ilə xəsarət almışdır (əsas: Hərbi İdarəetmə İnstitutunun rektoru v.m.i.e xx.xx.2022-ci il tarixli, 616 nömrəli travma haqqında arayış). Xəsarət alan zaman huşunu itirmiş, ayıldıqdan sonra ürəkbulanma, qusma halları olmuşdur. İlkin tibbi yardım hərbiçi yoldaşları tərəfindən göstərildikdən sonra xx.xx.2022-ci il tarixdə MN BKHna təxliyyə olunmuş, xx.xx.2022-xx.xx.2022-ci il tarixədək "Sağ təpə nahiyyəsinin küt travması (xx.xx.2022). Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Sağ təpə nahiyəsinin yumşaq toxumaların əzilməsi. Sağ gicgah nahiyyəsinin yumşaq toxumalarının yad cismi. Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı ilə olan nəticəsi. Hepatosteatoz. Sol dirsək nahiyyəsinin dərialtı venalarının postpunksion troboflebiti (xx.xx.2022)" diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 9302 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi). xx.xx.2022-ci il tarixdə MN BKH-da şəhadətləndirilərək 20 (iyirmi) gün müddətinə məzuniyyət verilmişdir (əsas: 1709 nömrəli arayış). Ordu sıralarından tərxis olunması ilə əlaqədar Hərbi İdarəetmə İnstitutunun rektoru tərəfindən xidmətə yararlığının təyini üçün hərbi-həkim komissiyasına göndərilmişdir. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhknın qərarı: Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsinin qalıq əlamətləri, sağ gicgah nahiyyəsinin yumşaq toxumalarının yad cismi. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Keçirilmiş qapalı kəllə beyin travması (xx.xx.2022), baş beyin silkələnməsinin qalıq əlamətləri, sağ gicgah nahiyəsinin yumşaq toxumalarının yad cismi. Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirən zaman alınmışdır. Sol dirsək nahiyəsinin dərialtı venalarının postpunksion trcboflebitinə görə (xx.xx.2022) aparılmış konservativ müalicədən sonrakı vəziyyət. Keçirilmiş ağciyərin yuxarı payının ocaqlı vərəmindən sonrakı kiçik qalıq əlamətləri (sağ ağciyərin yuxarı payında 2 ədəd kalsinat şəklində). Xroniki qastroduodenit, natamam remissiya mərhələsində. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. 13. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli"nin 23b maddəsinin lll_qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbihəkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən, Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Hərbi İdarəetmə İnstitutu rektorunun xx.xx.2023-cü il tarixli 93 nömrəli əmrindən çıxarışında qeyd edilmişdir ki, Hərbi diplomatbya kursunun Hərbi diplomatıya silsiləsinin baş müəllimi ədliyyə polkovnik- leytenantı İddiaçı, "Hərbi xıdmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "v" bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, 2023-cü ilin hesabından 75 (yetmiş beş) təqvim günü müddətinə növbəti məzuniyyət verilməklə. 4 iyul 2023-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılsın və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bınəqədi rayon idarəsinə göndərilsin. Ədliyyə polkovnik-leytenantı İddiaçı 2023-cü ilin yanvar-iyun aylarındakı xidmətinə görə Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə'yə müvafiq olaraq birdəfəlik pul mükafatı tam həcmdə ödənilsin. Ədliyyə polkovnik-leytenantı İddiaçı "Usta məharət dərəcəsi" Azərbaycan Respublikası müdafiə nazirinin 30 12 2019-cu ıl tarixli 0161 nömrəli əmri ilə təsdiq edilmişdir. Ədliyyə polkovnik-leytenantı İddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr 2017-cı ıl tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"yə müvafiq olaraq vəzifə və rütbə maaşının beş misli miqdarında birdəfəlik pul müavinəti ödənilsin. 2023-cü ilin növbəti məzuniyyətindən 15 (on beş) gun istifadə edib və növbəli məzuniyyətə görə ikı aylıq vəzifə maaşı həcmində əlavə pul təminatı, 2023-cü ildə nəzərdə tutulmuş maddi yardım və müalicə olunması ilə əlaqədar 2023-cü il üçün iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət ödənilib. Bundan sonra iddiaçı “”Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunla nəzərdə tutulan üç illik pul təminatı məbləğinin ona ödənilməsi barədə tələblə cavabdeh quruma müraciət etmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubla onun tələbini təmin etməktən imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi imtinasını onunla əsaslandırmışdır ki, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərbi Diplomatiya kursunun baş müəllimi vəzifəsi Azərbaycan Respublikası müdafiə nazirinin 2021-ci il tarixli müvafiq əmrinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşları vəzifəsi hesab olunmur. Yuxarıda göstərilənləri nəzərə alıb, Nazirlər Kabinetinin 180-24 №-li 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş "Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydalan"na uyğun tələb etdiyi kompensasiyanın ödənilməsi mümkün deyil. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” 29 iyun 2004-cü il tarixli 711-İİQ N-li Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulan üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 10 avqust 1990- cı il tarixdən 14 iyul 2023-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin 13 mart 2023- cü il tarixli 0172 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə (hərbi geyim formasını daşımaq hüququ verilməklə) əsasən 04 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır (bunu təsdiq edən Hərbi İdarəetmə İnstitutunun rektorunun 93 nömrəli əmrindən çıxarış ərizəyə əlavə edilir). İddiaçı 1994- 1999-cu illərdə Bakı Ali Hərbi Dənizçilik Məktəbində “hərbi hüquqşünas” ixtisası üzrə təhsil almışdır, Müdafiə nazirinin 22 iyul 1999-cu il tarixli müvafiq əmrinə əsasən ona “leytenant” hərbi rütbəsi verilməklə N nömrəli hərbi hissə komandirinin hüquq işlər üzrə köməkçisi vəzifəsinə təyin olunmuşdur. Sonrakı dövrdə də, o Müdafiə Nazirliyinin hərbi hissələrində müvafiq vəzifələrdə xidmət etmişdir. Müdafiə nazirinin 12 noyabr 2015-ci il tarixli 0532 nömrəli əmrinə əsasən AR Silahlı Qüvvələrin Hərbi Akademiyasında baş müəllim vəzifəsinə təyin edilmişdir. İddiaçı 1992-ci ildə və 2020-ci ildə Vətən Müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir, Müharibə veteranıdır (vəsiqənin surəti ərizəyə əlavə edilir). Xidmət etdiyi müddətdə və Vətən müharibəsində fərqləndiyinə görə çoxsaylı dövlət təltiflərinə layiq görülmüşdür. Belə ki, ona “Döyüşdə fərqləndiyinə görə”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Vətən müharibəsi iştirakçısı” və digər medallar verilmişdir. O, Vətən Müharibəsi zamanı Füzuli rayonu istiqamətində Azərbaycan Respublikası ərazi bötüvlüyü uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirən zaman 05 noyabr 2020-ci ildə düşmən tərəfindən atılan raket mərmisinin partlayışı nəticəsində “qapalı kəllə- beyin travması, baş-beyin silkələnməsi” diaqnozu ilə xəsarət almışdır. Buna görə hərbi tibb müəssisələrində (214 nömrəli hərbi hospitalda və 09 dekabr 2020-ci ildən 30 dekabr 2020-ci il tarixədək SQ-in Baş Klinik Hospitalında) ambulator və stasionar müalicə almışdır. 30 dekabr 2020-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında şəhadətləndirilmiş, onda “partlayış travması (05 noyabr 2020), qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər” diaqnozlu xəstəlik müəyyən edilmiş və ona 15 gün müddətində məzuniyyət verilmişdir. Vətən Müharibəsində müxtəlif hərbi hissələrdə xidmət etdikdən sonra AR MN-nin 29 iyun 2021-ci il tarixli, 0891 nömrəli əmrinə əsasən o qaytarılmışdır müharibədən əvvəl xidmət etdiyi vəzifəyə, yəni Silahlı Qüvvələrin Hərbi Akademiyasında Hərbi Diplomatiya kursunda “baş müəllim” vəzifəsinə və 28 iyun 2022-ci il tarixədək həmin vəzifədə xidmət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 05 mart 2022-ci il tarixli, 1626 nömrəli Fərmanı ilə Silahlı Qüvvələrin Hərbi Akademiyasının əsasında Hərbi İdarəetmə İnstitutu yaradılaraq Milli Müdafiə Universitetinin tabeliyinə verilmiş, xidmət etdiyi Hərbi Akademiya “Hərbi İdarəetmə İnstitutu” adlandırdıldığından o elə əvvəl olduğu vəzifədə xidmətini davam etdirmişdir, yəni Hərbi İdarəetmə İnstitutunda baş müəllim vəzifəsində xidmətini davam etdirmişdir. İddiaçı “baş müəllim” vəzifəsində xidmət edərkən Hərbi İdarəetmə İnstitutunun daxili günün nizam qaydalarına müvafiq olaraq gün ərzində müxtəlif tədbirlərdə iştirak etmişdir, o cümlədən günün müvafiq saatlarında təyin edilmiş fiziki hazırlıq və idman tədbirlərində iştirak etmişdir. 19 oktyabr 2022-ci il tarixdə, o, xidmət etdiyi tədris müəssisəsinin idman şəhərciyində saat 17:20 radələrində qeyd etdiyi idman tədbirlərində iştirak edərkən Müharibə zamanı aldığı travmanın təsirindən huşunu itirib yerə yıxılmışdır. Ayıldıqdan sonra onunla birgə idman tədbirlərində iştirak edən zabit yoldaşları ona bildirdilər ki, o, yıxılarkən başı voleybol setkasının dirəyinə, sonra isə yerə dəymiş, nəticədə o, başından xəsarət almışdır, ayılarkən baş beyin silkələnməsinin əlamətləri, o cümlədən qusmalar onda müşayiət edildiyindən müalicə müəssisəsinə müraciət etməli olmuşdur. Belə ki, aldığı travma ilə bağlı MN-nin Baş Klinik Hospitalına təxliyə edilmişdir, 19 oktyabr 2022-ci il tarixdən 10 noyabr 2022-ci il tarixədək orada stasionar müalicə almışdır, onda “qapalı kəllə beyin travması (xx.xx.2022), baş-beyinin silkələnməsi, sağ təpə nahiyəsinin küt travması, yumşaq toxumaların əzilməsi” diaqnozlu xəsarət müəyyən edilmişdir. Hərbi xidmət vəzifələrinin icrası zamanı xəsarət aldığına görə Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 müayinədən keçirilmişdir. Qeyd etdiyi fakt 27 oktyabr 2022-ci il tarixli, 1473 nömrəli ekspertiza rəyi ilə, Hərbi İdarəetmə İnstitutundan verilmiş 14 noyabr 2022-ci il tarixli, 616 nömrəli “Travma haqqında Arayış”la və 23 yanvar 2023-cü il tarixli “Həstəlik haqqında Şəhadətnamə” ilə təsdiq edilir (iddia ərizəsinə əlavə edilir). Vətən müharibəsində iştirak edərkən və hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı travma aldığına görə səhhətində problemlər yaranmış, travmanın fəsadları nəticəsində səhhətimdə yaranmış problemlərə görə xidmət etməkdə çətinlik çəkdiyimə görə hərbi həkim komissiyasına göndərilərək şəhadətləndirilmiş, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarına əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Aldığı travmaları ilə əlaqədar hərbi xidmətə yararsız hesab edilidiyi üçün xidmət etdiyi Hərbi İdarəetmə İnstitutunda “baş müəllim” vəzifəsində, “ədliyyə polkovnik-leytenantı” hərbi rütbəsində Azərbaycan Respublikası Müdafiə nazirinin 13 mart 2023-cü il tarixli 0172 nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə (hərbi geyim formasını daşımaq hüququ verilməklə) əsasən 04 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Qeyd etmək istəyir ki, travma aldığı müddətdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Hərbi Diplomatiya kursunun daimi heyəti, yəni “baş müəllim” vəzifəsi, daha sonra isə Hərbi Akademiyanın adı Hərbi İdarəetmə İnstitutuna dəyişdirildikdən sonra həmin İnstitutunun Hərbi Diplomatiya kursunun “baş müəllim” vəzifəsi “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” 29 iyun 2004-cü il tarixli 711-İİQ N-li Azərbaycan Respublikası Qanununa və müvafiq normativ hüquqi aktlara əsasən kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşları siyahısına daxil edilmişdir. Belə ki, o, qeyd etdiyi vəzifələrdə xidmət etdiyi dövrdə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” 29 iyun 2004-cü il tarixli 711-İİQ N-li Azərbaycan Respublikası Qanununun 20.6-cı (Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət verilir) və 20.7-ci (Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir) tələblərinə, həmçinin Azərbaycan Respublikası Müdafiə nazirinin 2017-ci il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusununun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamənin və “Hərbi Diplomatiya Kursunun Təşkili haqqında” Azərbaycan Respublikası Müdafiə nazirinin 27 yanvar 2017-ci il tarixli 03 nömrəli Təlimatının müvafiq tələblərinə əsasən aylıq əmək haqqlarına il ərzində məzuniyyətə çıxdığıma və müalicə olunduğuma görə əlavə olaraq müavinətlər hesablanaraq ödənilirdi. Həmin müavinətlərin ödənişlərini təsdiq edən əmək haqqının (bank kartınının) bank hesabından çıxarış ərizəyə əlavə edilir. “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” 29 iyun 2004-cü il tarixli 711-İİQ N-li Azərbaycan Respublikası Qanununun 14.2-ci və 20.12-ci maddələrinin tələblərinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-24 nömrəli 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən xidməti vəzifələrin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. O, hərbi xidmətdə kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşları siyahısına daxil edilmiş vəzifədə xidmət edərkən xidməti vəzifələrin icrası zamanı travma aldığına görə dəfələrlə ambulator və stasionar müalicədə olmuşdur. 25 yanvar 2023-cü il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyasında şəhadətləndirlmişəm, onda aşkar edilmiş “partlayış travması (05 noyabr 2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi, keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər, partlayış travması (05 noyabr 2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş- beyin silkələnməsinin qalıq əlamətləri, sağ gicgah nahiyəsinin yumşaq toxumalarının yad cismi” diaqnozlu xəstəliklərin (travmaların) “Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” göstərilmiş, keçirilmiş kəllə-beyin travması (19 oktyabr 2022), baş-beyin silkələnməsinin qalıq əlamətləri, sağ gicgah nahiyəsinin yumşaq toxumalarının yad cismi” diaqnozlu xəstəliklərin (travmanın) isə “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirən zaman almışdır” qeyd edilmişdir. Həmin Şəhadətnamənin 13-cü bəndində “Xəstəliklər Cədvəli”nin 23b İİİqrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməyə qoşma) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı”dır HHK-nın Qərarı göstərilmişdir (458 nömrəli Şəhadətnamə ərizəyə əlavə edilir). İddiaçı 05 noyabr 2020-ci ildə və 19 oktyabr 2022-ci il tarixlərdə Müdafiə Nazirliyinin tərkibində və tabeliyində olan hərbi hissə və müəssisələrində kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşları siyahısına daxil edilmiş vəzifələrdə xidmət edərkən Azərbaycan Respublikası müdafiəsi zamanı və xidməti vəzifələrin icrası zamanı aldığı xəsarət (hərbi travma) nəticəsində hərbi xidmətə dinc dövrdə yararsız hesab edildiyini (yəni xidmətini davam etdirilməsini istisna edildiyini) təsdiq edən 458 nömrəli Şəhadətnaməni və digər zəruri sənədləri Müdafiə Nazirliyinə göndərərək qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən ona müvafiq olaraq üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi barədə ərizə ilə müraciət etmişdir. Lakin Müdafiə Nazirliyindən 12 dekabr 2023-cü il tarixli, 8/2908 nömrəli məktubunda ona imtina cavabı verilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz və ona əlavə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 711-İİQ № li “Kəşfiyyat və əks- kəşfiyyat fəaliyyəti haqqında” Qanununun 20.12-ci maddəsində xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilməsi qeyd olunmuşdur. Bununla əlaqədar olaraq Nazirlər Kabineti tərəfindən 180-24 nömrəli xx.xx.2004-cü il tarixli Qərarla “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 2.2-ci maddəsində “ Xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilirsə, ona 3 illik pul təminatı məbləğində kompensasiya ödənilir.” qeyd edilmişdir. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Qaydalarda 3 illik pul təminatı məbləğində kompensasiyanın verilməsinə əsas tələb kimi xidmətinin davam etdirilməsi istisna edilən zaman iddiaçının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinin əməkdaşı olması qoyulur. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə uyğun olaraq verilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli 186 №li fərmanına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyəti üzrə subyekt müəyyən edilmişdir. Həmçinin, həmin Qanunun 7-ci maddəsində qeyd olunan kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına nəzərdə tutulmuş vəzifələrinin müəyyən edilməsi, yuxarıda qeyd olunan Fərmana əsasən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Fərmanın icrası ilə bağlı mütəmadi olaraq (hər il və ya ildə bir neçə dəfə) Müdafiə Nazirinin əmri ilə Müdafiə Nazirliyində hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahıları təsdiq edilir. İddiaçıQafar oğlu ehtiyyata buraxılarkən xidmət etdiyi hərbi hissədə tutduğu vəzifə Qanunun 7-ci maddəsində qeyd olunan kəşfiyyat fəaliyyəti həyata keçirən əməkdaşların siyahısına daxil edilməmişdir. “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli və “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1628 nömrəli fərmanlarının ləğv edilməsi barədə” xx.xx.2022 ci il tarixli 1626 N°li Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ləğv edilmiş və Milli Müdafiə Unversiteti yaradılmışdır. Qeyd olunan Fərmana əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının hərbi və mülki işçiləri Müdafiə Nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərar ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"nin 7-ci maddəsinə uyğun olaraq sərəncama götürülürlər (yeni ştat üzrə vəzifələrə təyin edilənədək). Yuxarıda yazılanlardan aydın olur ki, 2021-ci ildə Müdafiə Nazirinin əmri ilə Müdafiə Nazirliyində hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahılarında yeni yaradılmış Milli Müdafiə Unversiteti ola bilməzdi və iddiaçı heç bir halda əməkdaşların siyasına daxil edilə bilməzdi. Hər hansı bir hərbi hissə və ya qurum ləğv edildikdə ( bu halda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası), həmin qurum və onun işçiləri həmin andan hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahılarından çıxarılmış hesab edilir. İddiaçı 5 mart 2022-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının ləğv edilməsi nəticəsində hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahılarından çıxarıldığı üçün "Kəşfiyyat və əks-kəşfiyyat haqqında" Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli 711-İİQ nömrəli Qanununda qeyd olunmuş imtiyazlar və hüquqların ona şamil edilməsi qanunsuz və əsasızdır. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5797/2024 saylı 02 oktyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulan üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və İddiaçı ərizəsinin mümkünsüz sayılması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin və ona əlavənin dəlilləri: Apellyasiya şikayəti və ona əlavə iddiaya dair etiraz məktubunun məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, İddiaçı vəzifəsi nə 1-ci dəfə xx.xx.2020-ci il tarixdə, nə də 2-ci dəfə xx.xx.2022-ci il tarixdə travma aldıqda (xx.xx.2022ci il tarixli 1626 №li Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən ştat dəyişikliyi edilmiş və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ləğv edilmişdir) hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahılarında mövcud deyildir. İddiaçının tutduğu vəzifə 5 mart 2022-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının ləğv edilməsi nəticəsində hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahılarından çıxarıldığı üçün "Kəşfiyyat və əks-kəşfiyyat haqqında" Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli 711-İİQ nömrəli Qanununda qeyd olunmuş imtiyazlar və hüquqların ona şamil edilməsi qanunsuz və əsasızdır. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Qaydalarda 3 illik pul təminatı məbləğində kompensasiyanın verilməsinə əsas tələb kimi xidmətinin davam etdirilməsi istisna edilən zaman iddiaçının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinin əməkdaşı olması qoyulur. İnzibati məhkəmənin hakimi araşdırmanı tam yanlış istiqamətdə aparmışdır. Belə ki, iddiaçının ilkin olaraq tələb etdiyi kompensasiyaya hüquqi olub-olmaması məsələsini aydınlaşdırılmalı idi (vəzifəsinin hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) əməkdaşı siyahısında olub olmaması). xx.xx.2022-ci il tarixli 1626 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən iddiaçının xidmət etdiyi hərbi qurum Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ləğv edilmişdir. Məhkəmənin diqqət yetirməli məlumat ondan ibarətdir ki, İddiaçı Azərbaycan ordusunun Baş Qərargah rəisinin xx.xx.2022-ci il tarixli 0184 nömrəli əmri ilə tutduğu vəzifədən (travma aldığı tarixdən xx.xx.2022-ci 4 ay öncə) Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Hərbi diplomatiya kursunun Hərbi Diplomatiya silsiləsinin baş müəllimi (Kəşfiyyat subyektinin əməkdaşı sayılan vəzifədən) azad edilmişdir. (Əmrdən çıxarış əlavə olunur). İddiaçı travma aldığı zaman (nə 1-ci xx.xx.2020-ci il tarixdə, nə də 2-ci dəfə xx.xx.2022-ci il tarixdə) onun tutduğu vəzifələr hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahılarında mövcud deyildir. Bundan başqa bildirmək istəyir ki, iddiaçı 2021-ci ilin sonunda (travmasının olmasına baxmayaraq) öz arzusu ilə xidmət müddətinin xx.xx.2022-ci il tarixinədək uzatmış (“Həqiqi hərbi xidmətdə olmağın son yaş həddi” ilə (48 yaş) ehtiyyata ərizə yazmamış) və yalnız kəşfiyyat subyekti vəzifəsinin ləğv olunacağını bildikdən sonra “sağlamlığının xidmət etməyə imkan verməməsi” səbəbindən ehtiyata buraxılmaq üçün müraciət etmişdir. Əlavə olaraq bildirir ki, işin materiallarında olan əmrdən çıxarışlardan göründüyü kimi, iddiaçıya ödənilməli olan müalicə və məzuniyyət pul təminatı 2022-ci ilin yanvar ayında əmrləşdirilmişdir. (hüququ olduğu dövrdə Silahlı Qüvvələrinin Hərbi Akademiyası ləğv edilən xx.xx.2022-ci il tarixədək). Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz iddia tələbinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, aşağıdakı səbəb və əsaslara görə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin Qərarı qüvvədə saxlanılmaldır. Belə ki, apelyator şikayətində göstərmişdir ki, «iş materiallarında “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli, 502 nömrəli və “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1628 nömrəli fərmanlarının ləğv edilməsi barədə” xx.xx.2022-ci il tarixli 1626 №li Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən iddiaçının xidmət etdiyi hərbi qurum Azərbaycan Respublikası Sillahlı Qüvvələrinin Hərbi Akademiyası ləğv edilmiş, Milli Müdafiə Universiteti yaradılmışdır. Qeyd olunan Fərmana əsasən Azərbaycan Respublikası Sillahlı Qüvvələrinin Hərbi Akademiyasının hərbi və mülki işçiləri Müdafiə Nazirinin xx.xx.2017-ci il tarixli 22 №li Qərar ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 7-ci maddəsinə uyğun olaraq sərəncama götürülürlər. Hər hansı bir hərbi hissə və ya qurum ləğv edildikdə (bu halda Azərbaycan Respublikası Sillahlı Qüvvələrinin Hərbi Akademiyası), həmin qurum və onun işçiləri həmin andan hərbi kəşfiyyat həyata keçirən orqanların və onların əməkdaşlarının siyahılarından çıxarılmış hesab edilir. İddiaçı X6 vəzifəsinə 1-ci dəfə xx.xx.2020-ci ildə, nə də 2-ci dəfə xx.xx.2022-ci ildə travma aldıqda (xx.xx.2022-ci il tarixli 1626 №li Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən ştat dəyişikliyi edilmiş və Azərbaycan Respublikası Sillahlı Qüvvələrinin Hərbi Akademiyası) hərbi kəşfiyyat həyata keçirən orqanların və onların əməkdaşlarının siyahılarında mövcud deyildir.». Lakin apellyator (cavabdeh) tərəfindən işin faktiki halları təhrif edilmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən (Hərbi İdarəetmə İnstitutunun 14.11.22-ci il tarixli 616 nömrəli travma haqqında arayışında və AR MN-nin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin xx.xx.2022-ci il tarixli 1473 nömrəli ekspert rəyində) göstərilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə, saat 17:20 radələrində hərbi hissədə günün nizam qaydalarına uyğun olaraq tədris müəssisənin idman şəhərciyində, idman tədbirlərində iştirak edərkən (fiziki hazırlıq saatında) başı gicəllənib yıxılması nəticəsində xəsarət almışdır. Yıxılaraq, başın “küt travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi sağ təpə nahiyyəsinin yumşaq toxumalarının əzilməsindən sonrakı asteno-nevrotik təzahürlər” diaqnozu ilə xəsarət almışdır. Həmin travma ilə bağlı xx.xx.2022-ci il tarixdə MN Baş Klinik Hospitalında şəhadətləndirilərək, ona 20 (iyirmi) gün müddətinə məzuniyyət verilmişdir. Həmçinin iddiaçı Hərbi İdarəetmə İnstitutunun rektoru tərəfindən xidmətə yararlığının təyini üçün hərbi-həkim komissiyasına göndərilmiş, MN-nin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən qəbul edilmiş Qərarda qeyd edilmişdir ki, yuxarıda qeyd olunan xəsarət “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirən zaman alınmışdır və “Xəstəliklər cədvəli"nin 23b maddəsinin lll qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən, o Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır”. Yəni yuxarıda sadaladığı sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı xidmət etdiyi tədris müəssisəsində hərbi xidməti vəzifələrinin icrası zamanı xəsarət almış, həmin xəsarətə görə o, xidmətə yararsız hesab edilmiş, yəni xəsarət nəticəsində onun xidmətinin davam etdirilməsi istisna edilir. Bundan əlavə bildirir ki, Azərbaycan Respublikası Prezidentinin yuxarıda sadalanan Fərmanların tələblərinə əsasən iddiaçının xidmət etdiyi hərbi qurum - Azərbaycan Respublikası Sillahlı Qüvvələrinin Hərbi Akademiyası ləğv edilsə də, Milli Müdafiə Universiteti yaradılsa da, Müdafiə nazirinin müvafiq əmrində kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarının siyahısında hər hansı bir dəyişiklik edilməmişdir. Həmçinin birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmənin sorğusuna cavabdeh (apellyator) tərəfindən təqdim edilən cavab məktubunda göstərilmişdir ki, Müdafiə Nazirliyinin Silahlı Qüvələrinin Hərbi Akademiyasının Hərbi Diplomatiya Kursunun Baş müəllimi ilə ştat-struktur dəyişikliklərindən sonra yaradılmış Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərbi Diplomatiya kursunun baş müəllimi vəzifələri arasında hər hansı fərq olmamış, iddiaçıya hər iki vəzifədə eyni əmək haqqı və məxfiçilik pulu hesablanaraq ödənilmiş, həmçinin ona müalicə olunması ilə əlaqədar iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilmiş, əlavə olaraq ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunmuşlar. Bu hallar iş materiallarında olan iddiaçının maaş kartına bağlı olan bank hesabının çıxarışı və Müdafiə Nazirliyinin Silahlı Qüvələrinin Hərbi Akademiyasının rektorunun arayışı ilə təsdiq edilir. İşin hallarından görünür ki, iddiaçıya yuxarıda qeyd edilən kəşfiyyat fəaliyyəti ilə əlaqədar edilən ödənişlər cavabdehin onun xidmət etdiyi vəzifəsinin (dəyişiklik edilkdidən sonra yaradılmış Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərbi Diplomatiya kursunun baş müəllimi) kəşfiyyat fəaliyyəti subyeki kimi hesab edilməsi kimi qiymətləndirilməlidir. Bu da cavabdehin apellyasiya şikayətinin əsassız olduğunu bir daha təsdiqləyir. Çünki əgər o, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşları vəzifəsində xidmət etməsəydi ona ”Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 20.7-ci maddəsinin tələblərinə müvafiq olaraq yuxarıda sadalanan güzəşt və imtiyazlar cavabdeh orqan tərəfindən şamil olunmazdı. Cavabdehin özünün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 8/2908 nömrəli cavab məktubunun məzmunu Nazirlər Kabinetinin 180-24 No-li 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş "Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları"na ziddir. Çünki həmin normativ akta görə kompensasiya əməkdaşa və ya onun ailə üzvlərinə xidmətdən ehtiyata və ya istefaya buraxılarkən ödənilmiş birdəfəlik pul təminatından, təyin edilmiş pensiyadan və ya sığorta ödənişindən asılı olmayaraq ödənilir. Tərəflərin izahatları: Cavabdehin nümayəndələri X18 və X16 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, yeni qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddia növünə görə “öhdəliyin icrası haqqında” iddia olduğu üçün məhkəməyədər cavabdeh orqana müraciət mütləqdir. Hazırki işdə də iddiaçı əvvəlcə cavabdeh quruma müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli məktubla tələbinin təmin olunmasından imtina olunmuşdur. Bundan sonra iddiaçı iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etdiyi üçün və subyektiv hüququ da olduğu üçün iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə işdən müəyyən olunur ki, İddiaçı tələbi “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulan üç illik pul təminatı məbləğində kompensasiyanın ona ödənilməsi” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərbi Diplomatiya kursunun baş müəllimi vəzifəsinin Azərbaycan Respublikası müdafiə nazirinin 2021-ci il tarixli müvafiq əmrinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşları vəzifəsi hesab olunmasına istinad olunaraq iddiaçıya kompensasiya ödənilməsindən imtina olunmuşdur. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının xx.xx.2021-ci il tarixli, 1191 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu 20.7 maddəsi ilə tənzim olunan "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərini əməkdaşlarının sosial müdafiəsi" Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Hərbi Diplomatiya kursunun baş müəllimi ədliyyə polkovnik leytenantı İddiaçı şamil edildiyi üçün, o və onun ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunmaq hüququna malikdirlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin xx.xx.2022-ci il tarixli 1473 nömrəli ekspert rəyinə əsasən İddiaçı almış olduğu xəsarət- sağ təpə nahiyəsinin yumşaq toxumalarının şişkinliyi və baş beynin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə (xx.xx.2022) və şəraitdə əmələ gəlməsi inkar olunmur, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Hərbi İdarəetmə İnstitutunun 14.11.22-ci il tarixli 616 nömrəli travma haqqında arayışına əsasən Ədliyyə polkovnik-leytenantı İddiaçı oqlu, 14 06.1973-cü il təvəllüdlü, xx.xx.2022-ci il tarixində saat 17:20 radələrində fiziki hazırlıq saatında başı gicəllənib yıxılması nəticəsində xəsarət almışdır. Yıxılaraq, başın küt travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi sağ təpə nahiyyəsinin yumşaq toxumalarının əzilməsindən sonrakı asteno-nevrotik təzahürlər diaqnozu ilə xəsarət almışdır. X13 Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 458 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, xx.xx.2021-ci il tarixdə hərbi hissə komandanlığı tərəfindən SQ BKH-na nevroloqunu axışına göndərilmişdir və müayinə edilərək nevrologiya bölməsinə stasionar müalicəyə qəbul edilmiş, xx.xx.2021-xx.xx.2021-ci il tarixədək "Partlayış travması (xx.xx.2020) qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Partlayış travması (xx.xx.2020) qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət. Keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahüriər.Tranzitor böyrək çatışmazlığı" diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 474 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi). xx.xx.2021-ci il tarixdə SQ BKH-da şəhadətləndirilərək 15 (on beş) gün müddətinə məzuniyyət verilmişdir (əsas: 234 nömrəli arayış). xx.xx.2022- ci il tarixdə saat 17:20 radələrində fiziki hazırlıq saatında başı gicəllənib yıxılması nəticəsində "Başın küt travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ təpə nahiyyəsinin yumşaq toxumalarının əzilməsindən sonrakı astenonevrotik təzahürlər" diaqnozu ilə xəsarət almışdır (əsas: Hərbi İdarəetmə İnstitutunun rektoru v.m.i.e xx.xx.2022-ci il tarixli, 616 nömrəli travma haqqında arayış). Xəsarət alan zaman huşunu itirmiş, ayıldıqdan sonra ürəkbulanma, qusma halları olmuşdur. İlkin tibbi yardım hərbiçi yoldaşları tərəfindən göstərildikdən sonra xx.xx.2022-ci il tarixdə MN BKHna təxliyyə olunmuş, xx.xx.2022-xx.xx.2022-ci il tarixədək "Sağ təpə nahiyyəsinin küt travması (xx.xx.2022). Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Sağ təpə nahiyəsinin yumşaq toxumaların əzilməsi. Sağ gicgah nahiyyəsinin yumşaq toxumalarının yad cismi. Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı ilə olan nəticəsi. Hepatosteatoz. Sol dirsək nahiyyəsinin dərialtı venalarının postpunksion troboflebiti (xx.xx.2022)" diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 9302 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi). xx.xx.2022-ci il tarixdə MN BKH-da şəhadətləndirilərək 20 (iyirmi) gün müddətinə məzuniyyət verilmişdir (əsas: 1709 nömrəli arayış). Ordu sıralarından tərxis olunması ilə əlaqədar Hərbi İdarəetmə İnstitutunun rektoru tərəfindən xidmətə yararlığının təyini üçün hərbi-həkim komissiyasına göndərilmişdir. Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhknın qərarı: Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsinin qalıq əlamətləri, sağ gicgah nahiyyəsinin yumşaq toxumalarının yad cismi. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Keçirilmiş qapalı kəllə beyin travması (xx.xx.2022), baş beyin silkələnməsinin qalıq əlamətləri, sağ gicgah nahiyəsinin yumşaq toxumalarının yad cismi. Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirən zaman alınmışdır. Sol dirsək nahiyəsinin dərialtı venalarının postpunksion trcboflebitinə görə (xx.xx.2022) aparılmış konservativ müalicədən sonrakı vəziyyət. Keçirilmiş ağciyərin yuxarı payının ocaqlı vərəmindən sonrakı kiçik qalıq əlamətləri (sağ ağciyərin yuxarı payında 2 ədəd kalsinat şəklində). Xroniki qastroduodenit, natamam remissiya mərhələsində. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. 13. HHKnın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli"nin 23b maddəsinin lll_qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbihəkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən, Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Hərbi İdarəetmə İnstitutu rektorunun xx.xx.2023-cü il tarixli 93 nömrəli əmrindən çıxarışında qeyd edilmişdir ki, Hərbi diplomatıya kursunun Hərbi diplomatıya silsiləsinin baş müəllimi ədliyyə polkovnik- leytenantı İddiaçı, "Hərbi xıdmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "v" bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, 2023-cü ilin hesabından 75 (yetmiş beş) təqvim günü müddətinə növbəti məzuniyyət verilməklə. 4 iyul 2023-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılsın və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinə göndərilsin. Ədliyyə polkovnik-leytenantı İddiaçı 2023-cü ilin yanvar-iyun aylarındakı xidmətinə görə Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə'yə müvafiq olaraq birdəfəlik pul mükafatı tam həcmdə ödənilsin. Ədliyyə polkovnik-leytenantı İddiaçı "Usta məharət dərəcəsi" Azərbaycan Respublikası müdafiə nazirinin 30 12 2019-cu ıl tarixli 0161 nömrəli əmri ilə təsdiq edilmişdir. Ədliyyə polkovnik-leytenantı İddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr 2017-cı ıl tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə "yə müvafiq olaraq vəzifə və rütbə maaşının beş mıslı miqdarında birdəfəlik pul müavinəti ödənilsin. 2023-cü ilin növbəti məzuniyyətindən 15 (on beş) gun istifadə edib və növbəli məzuniyyətə görə ikı aylıq vəzifə maaşı həcmində əlavə pul təminatı, 2023-cü İldə nəzərdə tutulmuş maddi yardım və müalicə olunması ilə əlaqədar 2023-cü il üçün ikiaylıq pul təminatı məbləğində birdəfəlik müavinət ödənilib. İşə birinci instansiya qaydasında baxılarkən məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli, 8/1850 nömrəli məktubu ilə göndərilmiş Milli Müdafiə Universitetinin xx.xx.2024-cü il tarixli, 2708 nömrəli məktubundan görünür ki, İddiaçı Müdafiə Nazirliyinin Silahlı Qüvələrinin Hərbi Akademiyasının Hərbi Diplomatiya Kursunun Baş müəllimi ilə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərbi Diplomatiya kursunun baş müəllimi vəzifələri arasında heç bir fərq yoxdur. İddiaçı Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərbi Diplomatiya kursunda baş müəllim vəzifəsində işlədiyi 2021-2022-ci illərdə pul təminatı rütbə pulu 154.00 manat, vəzifə maaşı 845.00 manat, xidmət illərinə görə faiz əlavəsi 299,70 manat, məharət dərəcəsi 295,75 manat, prezident əlavəsi (20%) 169.00 manat, məxfiçilik pulu 126,75 manat, xarici dil 126,75 manat təşkil edir. Həmçinin birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli, 8/1850 nömrəli məktubu ilə göndərilmiş vətəndaş İddiaçı 2021-2022-ci illər ərzində müalicə və müayinədə olması ilə əlaqədar birdəfəlik pul kompensasiyasının və məzuniyyətə çıxmaqla əlaqədar 2 aylıq pul təminatı məbləğində müavinət haqqında əmrdən çıxarışlarının surətindən görünür ki: -xx.xx.2022-ci il tarixli 12 nömrəli əmrdən çıxarışa əsasən Ədliyyə polkovnik leytenantı İddiaçı, Hərbi diplomatiya kursunun Hərbi diplomatiya silsiləsinin baş müəllimi, 2022-ci ilin növbəti məzuniyyətinə, Bakı şəhərində keçirməklə, 15 (on beş) təqvim günü müddətinə. İkiaylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilsin. -xx.xx.2021-ci il tarixli 147 nömrəli əmrdən çıxarışa əsasən “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.7 yarımbəndinə uyğun olaraq Hərbi Diplomatiya kursunun Hərbi diplomatiya silsiləsinin baş müəllimi ədliyyə polkovnik-leytenantı İddiaçı müalicə olunması ilə əlaqədar 2021-ci il üçün ikiaylıq pul təminatı məbləğində birdəfəlik müavinət ödənilsin. -xx.xx.2022-ci il tarixli 7 nömrəli əmrindən çıxarışa əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasının aşağıda adları göstərilən hərbi qulluqçularına “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-c yarımbəndinə uyğun olaraq müalicə olunmaları ilə əlaqədar 2022-ci il üçün iki aylıq pul təminat məbləğində birdəfəlik müavinət ödənilsin: 2.Ədliyyə polkovnik-leytenantı İddiaçı, Hərbi diplomatiya kursunun Hərbi diplomatiya silsiləsinin baş müəllimi. -xx.xx.2021-ci il tarixli 148 nömrəli əmrindən çıxarışa əsasən 27 iyul 2021-ci il tarixdən getmiş hesab edilsinlər: 1. Ədliyyə polkovnik-leytenantı İddiaçı, Hərbi Diplomatiya kursunun Hərbi diplomatiya silsiləsinin baş müəllimi, 2021-ci ilin növbəti məzuniyyətinə, Bakı şəhərində keçirməklə, 30 (otuz) təqvim günü müddətinə. İkiaylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilsin. İşin apellyasiya instansiya məhkəməsində icraatı zamanı cavabdehin məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası rəisinin 06 yanvar 2022-ci il tarixli 3 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası müdafiə nazirinin 25 dekabr 2021-ci il tarixli 01811 nömrəli əmri ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının aşağıda adları qeyd olunan zabitlərinin 31 dekabr 2022-ci il tarixədək həqiqi hərbi xidmətdə saxlanılmalarını elan edir: - Ədliyyə polkovnik-leytenantı İddiaçı, Hərbi diplomatiya kursunun Hərbi diplomatiya silsiləsinin baş müəllimi. Əsas: Azərbaycan Respublikası müdafiə nazirinin 25 dekabr 2021-ci il tarixli 01811 nömrəli əmrindən çıxarış. - Milli Müdafiə Universiteti rektorunun 13 iyul 2022-ci il tarixli 20 nömrəli əmrindən çıxarışdan görünür ki, ədliyyə polkovnik-leytenantı İddiaçı. Silahlı Qüvvələrin Hərbi Akademiyasının Hərbi diplomatiya kursunun Hərbi diplomatiya silsiləsinin baş müəllimi, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 28 iyun 2022-ci il tarixli 0184 nömrəli əmri ilə Hərbi İdarəetmə İnstitutunun Hərbi diplomatiya kursunun Hərbi diplomatiya silsiləsinin baş müəllimi vəzifəsinə təyin edildiyinə görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 13 iyul 2022-ci il tarixdən Hərbi Akademiyanın şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılması və hərbi xidmətini davam etdirmək üçün Hərbi İdarəetmə İnstitutu rektorunun sərəncamına göndərilməsi əmr olunmuşdur. Əmrdən çıxarışda həmçinin qeyd olunmuşdur ki, ədliyyə polkovnik-leytenantı İddiaçı, Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr 2017-d il tarixli 22 nömrəli qərarına əsasən 2022-ci ildə xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Ədliyyə polkovnik-leytenantı İddiaçı 2022-ci il üçün nəzərdə tutulmuş maddi yardım və müalicə olunması ilə əlaqədar 2022-ci il üçün iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət ödənilib. İkiaylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilməklə 2022-ci ilin hesabına növbəti məzuniyyətdən 15 (on beş) gün istifadə edib. Əsas: Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 28 iyun 2022-ci il tarixli 0184 nömrəli əmrindən çıxarış. İşin apellyasiya baxışı zamanı cavabdehin vəsatəti əsasında məhkəmə sorğusu verilərək, Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Hərbi Diplomatiya Kursunun rəisi ədliyyə polkovniki X1 və Hərbi Diplomatiya Kursunun Xüsusi Əməliyyat və Kəşfiyyat silsiləsinin baş müəllimi polkovnik-leytenant X2 tutduqları vəzifələrinin 2021-2023-cü illərdə kəşfiyyat və əks-kəşfiyyat subyekti vəzifəsi hesab edilib-edilməməsi, Hərbi Akademiyanın ləğv edilməsi haqqında Müdafiə nazirinin xx.xx.2023-cü il tarixli, 00275 nömrəli əmrindən sonrakı dövrdə qeyd olunan zabitlərin tutduqları vəzifələrinin kəşfiyyat və əks kəşfiyyat subyektlərin siyahısına daxil edilib-edilməməsi, qeyd olunan zabitlərə 2022-2023-cü illər ərzində kəşfiyyat və əkskəşfiyyat subyekti vəzifələrinə aid güzəşt və imtiyazların şamil edilib-edilməməsi, o cümlədən onlara məxfiçilik pulunun, 2022-2023-cü illərdə növbəti məzuniyyətə buraxılarkən onlara ikiaylıq vəzifə maaşı məbləğində əlavə pul təminatının ödənilib-ödənilməməsi, özləri və onların ailə üzvlərinə pulsuz dövlət tibb xidməti ilə təmin olunub-olunmaması barədə məhkəməyə məlumat verilməsi, həmin illərin 2022-2023-cü illər ərzində aldıqları pul təminatı barədə ətraflı arayışın (ödənişlərin növlərinə dair açıqlanma verilməklə) tərtib edilərək məhkəməyə təqdim edilməsi cavabdehdən xahiş olunmuşdur. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyininin Milli Müdafiə Universitetinin xx.xx.2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Silahlı Qüvvələrin Akademiyasının Hərbi Diplomatiya Kursunun rəisi ədliyyə polkovniki X7 2022ci ilin fevral ayında (Silahlı Qüvvələrin Hərbi Akademiyası ləğv edilməmişdən öncə) kəşfiyyat subyektlərinə şamil edilən məzuniyyət və müalicə pul təminatı ilə, Hərbi Diplomatiya Kursunun xüsusi əməliyyat kəşfiyyat silsiləsinin baş müəllimi polkovnikleytenant X8 isə 2022-ci ilin mart ayında (Silahlı Qüvvələrin Hərbi Akademiyası ləğv edilməmişdən öncə) Kəşfiyyat subyektlərinə şamil edilən məzuniyyət pul təminatı ilə təmin edilmişlər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1626 nömrəli Fərmanına əsasən hərbi qulluqçuların xidmət etdiyi hərbi qurumun (Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyası) ləğv edilmiş və Milli Müdafiə Universiteti yaradılmışdır. Yeni yaradılmış hərbi qurumun hərbi qulluqçuları Müdafiə Nazirinin xx.xx.2023-cü ildən qüvvəyə minmiş 0026 nömrəli xx.xx.2023-cü il tarixli əmrində hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahılarına daxil edilməməsi səbəbindən onlar 2023-cü ildə kəşfiyyat subyektlərinə şamil edilən məzuniyyət və müalicə pul təminatları ilə təmin edilməmişlər. Əlavə olaraq bildirilmişdir ki, qeyd olunan hərbi qulluqçulara Silahlı Qüvvələrin Hərbi Akademiyası ləğv edilən tarixdən - yanvar 2023- cü il tarixədək ödənilən məxfiçiliyə görə 15% vəzifə maaşlarına əlavələrin əsassız olması səbəbindən Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən dayandırılmasına göstəriş verilmişdir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında 3 avqust 2004-cü il tarixli 104 nömrəli Fərmanın 2.3cü bəndinə əsasən “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180-24 nömrəli Qərarı ilə təsdiq edilmiş (dərc edilmir) “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 1.1-ci bəndinə görə bu qaydalar xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına (bundan sonra - əməkdaş) və ya onların ailəsinə birdəfəlik kompensasiyanın verilməsi şərtlərini, həcmini və ödənilməsi qaydasını müəyyən edir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Həmin Qaydaların 2.3-cü bəndinə görə xidməti vəzifələrinin icrası ilə bağlı olmayan xəsarət və ya xəstəlik nəticəsində həlak olmuş (vəfat etmiş) və ya xidmətinin davam etdirilməsi istisna edilmiş əməkdaşa, yaxud onun ailə üzvlərinə kompensasiya ödənilmir. Həmin Qaydaların 3.6-cı bəndinə görə xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edildikdə aşağıdakı sənədlər kompensasiyanın təyin edilməsi üçün əsas götürülür: kompensasiya ödənilməsi üçün əməkdaşın ərizəsi; -xidmətinin davam etdirilməsini istisna edən xəsarətin xidməti vəzifələrinin icrası ilə səbəb əlaqəsi barədə hərbi-həkim komisssiyasının qərarı (4 nömrəli əlavə); -əməkdaşın pul təminatı barədə maliyyə struktur bölməsinin arayışı. Həmin Qaydaların 3.9-cu bəndinə görə bu qaydalarla müəyyən edilmiş kompensasiya əməkdaşa və ya onun ailə üzvlərinə xidmətdən ehtiyata və ya istefaya buraxılarkən ödənilmiş birdəfəlik pul təminatından, təyin edilmiş pensiyadan və ya sığorta ödənişindən asılı olmayaraq ödənilir. Beləliklə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşına aşağıdakı hallarda kompensasiya ödənilir: - kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti olmalı; travma (xəsarət) almalı; -xəsarət əməkdaşın xidmət etdiyi dövrdə xidməti vəzifələrinin icrası ilə əlaqədar alınmalı; -xəsarət əməkdaşın xidmətinin davam etdirilməsini istisna etməlidir. Bütün bu qeyd edilən şərtlərin mövcud olduğu təqdirdə əməkdaşa müvafiq kompensasiya ödənilir. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə Partlayış travması qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət diaqnozu ilə stasionar müalicədə olmuşdur. Hərbi İdarəetmə İnstitutunun rektorunun xx.xx.2022-ci il tarixli, 616 nömrəli travma haqqında arayışına əsasən xx.xx.2022-ci il tarixdə saat 17:20 radələrində fiziki hazırlıq saatında başı gicəllənib yıxılması nəticəsində "Başın küt travması (xx.xx.2022) nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ təpə nahiyyəsinin yumşaq toxumalarının əzilməsindən sonrakı asteno-nevrotik təzahürlər" diaqnozu ilə xəsarət almış, xx.xx.2022-xx.xx.2022-ci il tarixədək stasionar müalicədə olmuş, xx.xx.2022-ci il tarixdə MN BKH-da şəhadətləndirilərək 20 (iyirmi) gün müddətinə məzuniyyət verilmişdir. Daha sonra X13 Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixdə “Xəstəliklər cədvəli"nin 23b maddəsinin lll qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən, Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı kimi şəhadətləndirilmişdir. Bundan sonra iddiaçı Müdafiə nazirinin xx.xx.2023-cü il tarilxi 0172 nömrəli əmri və Hərbi İdarəetmə İnstitutu rektorunun xx.xx.2023-cü il tarixli 93 nömrəli əmri ilə "Hərbi xıdmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "v" bəndinə (xəstəliyə görə) ehtiyata buraxılmışdır. Hazırda iddiaçının travma barədə arayışı əsasında tibbi şəhadətləndirilməsi mübahisələndirilməmiş və qüvvədədir. Məhkəmə kollegiyası qeyd ediləmləri nəzərə alaraq hesab edir ki, iddiaçının xidmət etdiyi dövrdə xx.xx.2020 və xx.xx.2022-ci il tarixlərdə xidməti vəzifələrinin icrası ilə əlaqədar travma alması, bu travmanın iddiaçının xidmət etdiyi dövrdə xidməti vəzifələrinin icrası ilə əlaqədar alındığı, travmanın iddiaçının xidmətinin davam etdirilməsini istisna etməsi iş materialları ilə sübut olunur. Digər tərəfdən, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə uyğun olaraq verilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli 186 №li fərmanına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyəti üzrə subyekt müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsində qeyd olunan kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına nəzərdə tutulmuş vəzifələrinin müəyyən edilməsi, yuxarıda qeyd olunan Fərmana əsasən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Fərmanın icrası ilə bağlı mütəmadi olaraq (hər il və ya ildə bir neçə dəfə) Müdafiə Nazirinin əmri ilə Müdafiə Nazirliyində hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahıları təsdiq edilir. İşin hallarından müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Hərbi Diplomatiya kursunun baş müəllimi vəzifəsində xidmət etmiş, iddiaçının xidmət etdiyi adıçəkilən vəzifə (Hərbi Diplomatiya kursunun baş müəllimi) Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli 0026 nömrəli əmri ilə təsdiqlənmiş siyahıda kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşları vəzifəsi hesab olunmuşdur. “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli və “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1628 nömrəli fərmanlarının ləğv edilməsi barədə” xx.xx.2022-ci il tarixli 1626 №-li Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ləğv edilmiş və Milli Müdafiə Unversiteti yaradılmışdır. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2023-cü il tarixli 00275 nömrəli əmri ilə təsdiq edilmiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinin siyahısında Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərbi Diplomatiya kursunun baş müəllimi vəzifəsi öz əksini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xidmət etdiyi Hərbi Akademiyanın Hərbi Diplomatiya kursunun baş müəllimi vəzifəsi müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin siyahısında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti hesab olunmuş, 2021-ci il əmrin qüvvədə olduğu müddətdə iddiaçı həmin əmrin verdiyi imtiyazlardan yararlanmış, cavabdeh tərəfindən ona bilavasitə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti kimi yanaşılmışdır. Belə ki, birincisi, xx.xx.2021-ci il tarixli əmrlə təsdiq edilmiş kəşfiyyat və əks kəşfiyyat subyektlərinin dairəsi növbəti siyahı- xx.xx.2023-cü il tarixli 00275 nömrəli əmri qəbul edilənədək qüvvədə olmuşdur. İkincisi, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: -20.6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət verilir. - 20.7. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkd-aşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbiqulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. -20.10. Məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləyən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının və işçilərinin vəzifə maaşlarına artımların miqdarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. -20.11. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. Hazırki işdə iddiaçıya xx.xx.2022-ci il tarixli 12 nömrəli əmrlə Hərbi diplomatiya silsiləsinin baş müəllimi vəzifəsində 2022-ci il hesabına növbəti məzuniyyətə buraxılarkən ikiaylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilmiş, xx.xx.2022-ci il tarixli 7 nömrəli əmrlə “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci yarımbəndinə uyğun olaraq müalicə olunma ilə əlaqədar 2022-ci il üçün iki aylıq pul təminat məbləğində birdəfəlik müavinət ödənilmiş, "Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərini əməkdaşlarının sosial müdafiəsi" qaydasına əsasən özü və onun ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunmaq hüququ ilə təmin edilmişlər. xx.xx.2022-ci il tarixli 1626 №-li Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən iddiaçının xidmət etdiyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ləğv edilərək, yerinə Milli Müdafiə Unversiteti yaradılmış olsa da, Müdafiə Nazirliyinin Silahlı Qüvələrinin Hərbi Akademiyasının Hərbi Diplomatiya Kursunun Baş müəllimi ilə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərbi Diplomatiya kursunun baş müəllimi vəzifələri arasında hər hansı fərq olmamış, məhkəmə sorğusuna əsasən iddiaçının 2021-2022-ci illərdə aldığı pul təminatının tərkibində hər iki vəzifə üzrə hər hansı dəyişiklik olmamış, iddiaçıya hər iki vəzifədə eyni əmək haqqı və məxfiçilik pulu hesablanaraq ödənilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının işlədiyi Hərbi Akademiyanın ləğv edilməsi və bazasında Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun yaradılması ilə əlaqədar kəşfiyyat subyektlərinin yeni siyahısının vaxtında tərtib edilməməsi iddiaçının məsuliyyət sferasına aid məsələ deyildir. Silahlı Qüvələrinin Hərbi Akademiyasının Hərbi Diplomatiya Kursunun Baş müəllimi vəzifəsi kəşfiyyat və əks kəşfiyyat subyektlərinin 2021ci il siyahısında olmuş, həmin siyahı növbəti siyahı təsdiq edilənədək qüvvədə olmuş, iddiaçı məhz həmin siyahının qüvvədə olduğu vaxtda, xx.xx.2023-cü il tarixli yeni siyahı təsdiq edilənədək Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərbi Diplomatiya kursunun baş müəllimi vəzifəsində xx.xx.2022-ci il tarixdə xidməti vəzifələrinin icrası ilə əlaqədar xəsarət almış, həmin tarixdən xx.xx.2022-ci il tarixədək stasionar müalicədə olmuş və xidmətinin davam etdirilməsini istisna edən hallar olduğundan xx.xx.2023-cü il tarixdə tibbi şəhadətləndirilmişdir. Məhkəmə kollegiyası cavabdehin “İddiaçı xx.xx.2022-ci il tarixdən “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş hər hansı bir vəzifənin icra edib-etməməsinin və bu istiqamətdə kəşfiyyat tapşırığın alınmasının müəyyən edilməsi üçün AR MN-nin Kəşfiyyat Baş İdarəsinə müvafiq sorğu göndərilməsi” barədə vəsatətini isə bu halın araşdırılma zərurətinin olmaması və iddianın təmin olunmasına əsas verən halların iş materialları ilə kifayət qədər təsdiq olunduğunu nəzərə alaraq təmin etməmişdir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən Müdafiə Nazirinin xx.xx.2023-cü il tarixli 00275 nömrəli əmrində Hərbi Akademiyanın ləğv edilməsi ilə əlaqədar kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin əvvəlki hüquqi vəziyyətinə toxunulmadığı, bu siyahıda xx.xx.2022-ci il tarixdən əvvəlki vəzifələrin kəşfiyyat və əks-kəşfiyyat subyekti vəzifəsi hesab edilməsi və ya yanaşılmasının istisna edilməsini nəzərdə tutuan hər hansı müddəanın əlavə olunmadığı müəyyən edilmişdir. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qeyd olunan əmrin qüvvədə olduğu və 1 il ərzində ona verilmiş təminatlarla (pulsuz müalicə, 2 aylıq məzuniyyət və 2 aylıq müalicə pulu, məxfiçiliyə görə pul və s.) təmin edilməsi onun kəşfiyyat və əks kəşfiyyat subyekti hesab edilməsinə dair inzibati orqanın yanaşmasına etimad hüququnu yaratmışdır. Qeyd olunması zəruridir ki, apellyasiya baxışı zamanı verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyininin Milli Müdafiə Universitetinin xx.xx.2025-ci il tarixli məktubu ilə sorğuda adları qeyd olunan hərbi qulluqçulara Silahlı Qüvvələrin Hərbi Akademiyası ləğv edilən tarixdən - yanvar 2023- cü il tarixədək ödənilən məxfiçiliyə görə 15% vəzifə maaşlarına əlavələrin əsassız olması səbəbindən Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən dayandırılmasına göstəriş verilməsi qeyd olunsa da, bu hal iddiaçının inzibati orqana etimad hüququnu sarsıtmır və bu hüququnun artıq olmadığı anlamına gəlmir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-ci maddəsinə əsasən isə müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “”Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunla nəzərdə tutulan üç illik pul təminatı məbləğinin ona ödənilməsini tələb etməkdə haqlı olmuş və onun bu iddiası birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Buna görə də birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5797/2024 saylı 02 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X17 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar