Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1817/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X8 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə hüququn iddiaçının mərhum atasına məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9162/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 524 saylı bağ sahəsinin mərhum atası X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir (İPM m.34.1). İddianın əsaslarına görə Bakı ŞİHB X2 İnkişafı və İstismarı Birliyi ilə iddiaçının mərhum atası X6 arasında bağlanmış 27 aprel 2006-cı il tarixli 37571 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 524 saylı bağ sahəsi onun istifadəsinə ayrılmışdır. X6 1 aprel 2014-cü il tarixdə vəfat etmişdir. İddiaçı müraciəti əsasında vəfat etmiş X4 adına Bakı şəhəri 16 saylı Notariat Ofisində vərəsəlik işi açılmış və onun vərəsələrinin dairəsi müəyyən edilmişdir. İddiaçı mərhum atasına məxsus bağ sahəsi ilə bağlı sənədləri əlavə etməklə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh zhbpzcbyb təmin etməkdən imtina elzhzr bildirmişdir ki, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 526 saylı bağ sahəsinin bir hissəsi ilə üst-üstə düşür. Həmçinin, bağ sahəsi sənəd üzrə 0 12 ha faktiki 0.1511 ha təşkil edir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və iddiaçının qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur. Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmişdir. Etirazın əsaslarına görə göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 526 saylı bağ sahəsinin bir hissəsi ilə üst-üstə düşür. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya 22 yanvar 2021-ci il tarixli **********42 saylı cavab məktubu ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9162/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 524 saylı bağ sahəsinin mərhum X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir.Belə ki, göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 526 saylı bağ sahəsinin bir hissəsi ilə üst-üstə düşür. Lakin məhkəmə tərəfindən nəzərə alınmamış, qanunsuz olaraq iddanı təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi H.Allahverdiyev apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, iddiaçının nümayəndəsi Vəkil onunla razılaşmamış, 524 və 526 saylı bağ sahələri bir-biri ilə qonşu olduğunu və onlar arasında heç bir mübahisə olmadığını qed edərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 524 saylı bağ sahəsinin mərhum atası X5 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinin tələbindən də görünür ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İş materiallarından görünür ki, cavabdeh qeydiyyat orqanı tərəfindən iddia olunan arayışın verilməsini zəruri edən faktiki şərtlər mövcuddur. Belə ki, iş materiallarına (i.v 20-26) əsasən müəyyən olunur ki, Bakı Şəhər İcrpa Hakimiyyəti Başçısı X2 İnkişafı və İstismarı Birliyi ilə iddiaçının mərhum atası X6 arasında bağlanmış 27 aprel 2006-cı il tarixli 37571 nömrəli müqaviləyə əsasən onun istifadəsinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən sahəsi 0,12 ha olan 524 saylı bağ sahəsi ayrılmışdır. Həmin bağın nömrəsi bağ massivinin sxmatik xərtəsində mövcuddur. Həmçinin müəyyən olunur ki, Sabunçu rayon Qeydiyat şöbəsinin ölüm haqqında aktı qeydinə (No 670755) əsasən müəyyən edilir ki, iddiaçının atası N.Məmmədov xx.xx.2014cü il tarixdə vəfat etmiş və Bakı şəhərii 16 saylı Notariat Ofisi tərəfindən xx.xx.2020-ci il tarixli 960 nömrəli cavabdehə ünvanlanmış məktubunda mərhum N.Məmmədovun vəfatı ilə əlaqədar onun qızı İddiaçı ərizəsi üzrə miras qalmış əmlakla bağlı vərəsəlik işi açılaraq, Notariat Ofisi tərəfindən cavabdeh orqana müvafiq məktub ünvanlanmışdır. Konkret halda, cavabdehin iddia ərizəsinə etirazına və onun apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, cavabdeh, göstərilən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 526 saylı bağ sahəsinin bir hissəsi ilə üst-üstə düşdüyünü əsas gətirərək iddiaçıya bağ sahəsinin mərhum N.Məmmədova məxsus olması barədə arayış verilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, birincisi, iki qonşu bağ sahiblərinin bir-birinə qarış heç bir mübahisəsi yoxdur, hər kəsin bağ saəhsi özünddir. Sxematik xəritəyəyə 524 saylı bağ sahəsinin sürüşərək 526 saylı bağın yanında və ya bir hissəsinə düşməsinə gəldikdə, onlar arasında mübahisə olmadığı halda, bağların bölgüsünə dair sxematik xəritə uyğunsuzluğunu aradan qaldırmaq, məhz cavabdeh orqanın qanunvericiliklə üzərinə düşən öhdəliyidir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndi isə nəzərədə tutur ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh qeydiyyat orqanının vəzifəsidir. İkincisi, “İnzibati icraat haqqında” Qanunun 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Həmin Qanunun 24.3-cü maddəsinin tələbinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Cavabdeh qeydiyyat orqanı isə konkret halda qanunvericiliyin qeyd olunan tələblərinə varmadan “sxamatik xəritəyə uyğunsuzlu” əsas tutaraq iddiaçıya “Torpaq islahatı haqqında” Qanunun 9-cü maddəsinin tələbi baxımından, artıq torpaq sahəsinin faktiki mülkiyyətçisinə çevrilmiş mərhum N.Məmmədova, torpağın ona məxsus olması barədə arayış verməkdən əsassız olaraq imtina etmişdir. Beləliklə də cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılığını mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Ona görə də məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9162/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 33, 73, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9162/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1817/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1817/2023
28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver