Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-182/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinə (hazırda DSMF –nun X5 üzrə Mərkəzi Filialına) qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1095/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən “manipulyator, pres və çəkic maşinisti” peşəsində xüsusilə zərərli əmək şəraitində 11 ildən çox işləmişdir ki, bu peşədə işləməsi ona güzəştli şərtlərlə pensiyaya çıxmağa imkan verir. “xxxx” TASCnın KŞ/10-12 saylı xx.xx.2019-cu il tarixli izahlı arayışından görünür ki, o, xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilə qədər qədər S.M.Kirov adına Maşınqayırma Zavodunda dəqiq döymə sahəsində isti zərərli iş şəraitində manipulyator, pres və çəkic maşinistinin şagirdi, xx.xx.1990-cı ildən xx.xx.1995-ci ilə qədər S.M.Kirov adına Maşınqayırma zavodunda isti zərərli iş şəraiti ilə manipulyator, pres və çəkic maşinisti, xx.xx.1996-cı ildən xx.xx.2003-cü ilə qədər xxxxnda dəqiq döymə sahəsində isti zərərli iş şəraiti ilə manipulyator, pres və çəkic maşinisti, xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilə qədər həmin müəssisədə texniki təchizat şöbəsində dəstləyici, xx.xx.2005-ci ildən xx.xx.2007-ci ilə qədər həmin müəssisədə marketinq, kommersiya və metal qırıntıları şöbəsində dəstləyici, xx.xx.2007-ci ildən xx.xx.2010-cu ilə qədər marketinq-kommersiya şöbəsində dəstləyici, xx.xx.2011-ci ildən xx.xx.2011-ci ilə qədər “Bakı neft maşınqayırma zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyətində əmək və kadr şöbəsində arxiv işçisi, xx.xx.2011-ci ildən xx.xx.2018-ci ilə qədər həmin şöbədə əməyin normalaşdırması üzrə mühəndis işləmişdir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli qərarına əsasən zavodun dəqiq döymə sahəsində isti, zərərli iş şəraiti ilə manipulyator, pres və çəkic maşinisti peşəsi 1 №li Siyahının Xİ bölməsinin Metal emalı 2-ci hissəsinin “a” bəndinə aiddir, şifr 1110200a-13901.Bu peşədə zərərli iş şəraitinə görə əlavə məzuniyyət və əlavə əmək haqqı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 222 saylı xx.xx.1992-ci il tarixli qərarına əsasən S.M.Kirov adına X7 Ordenli maşınqayırma zavodunun adı dəyişdirilərək “xxxx” adlandırılmışdır. 649 saylı xx.xx.2001-ci il tarixli Fərmana əsasən “xxxx” Törəmə ASC adlandırılmışdır. xx.xx.2010-cu il tarixdən “xxxx” Törəmə ASC ƏMDK-nın 170 saylı xx.xx.2009-cu il tarixli sərəncamına əsasən “xxxx” Törəmə ASC adlandırılmışdır. İT-İ seriyalı ******* saylı Əmək kitabçasına əsasən o, xx.xx.1983-cü ildən xx.xx.1990-cı ilə qədər “Şəki Sukanal” TSC-də kanalizasiya qurğusunun laborantı, su kəmərində fəhlə, xx.xx.1990-cı ildən xx.xx.1995-ci ilə qədər S.M.Kirov adına Maşınqayırma zavodunda dəqiq döymə sahəsində isti zərərli iş şəraitində manipulyator, pres və çəkic maşinistinin şagirdi və maşinisti, xx.xx.1996-cı ildən xx.xx.2003-cü ilə qədər xxxxnda dəqiq döymə sahəsində isti zərərli manipulyator, pres və çəkic maşinisti, xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilə qədər həmin müəssisədə texniki təchizat şöbəsində dəstləyici, xx.xx.2005-ci ildən xx.xx.2007-ci ilə qədər həmin müəssisədə marketinq, kommersiya və metal qırıntıları şöbəsində 4-cü dərəcəli dəstləyici, xx.xx.2007-ci ildən xx.xx.2010-cu ilə qədər marketinq, kommersiya şöbəsində dəstləyici, xx.xx.2011-ci ildən xx.xx.2011-ci ilə qədər “Bakı neft maşınqayırma zavodu” Törəmə Açıq Səhmdar Cəmiyyətində əmək və kadr şöbəsində arxiv işçisi, xx.xx.2011-ci ildən xx.xx.2018-ci ilə qədər həmin şöbədə əməyin normalaşdırması üzrə mühəndis, xx.xx.2018-ci ildən hal-hazırkı dövrə qədər həmin şöbədə kadr hazırlığı üzrə mühəndis vəzifəsində işləyir. Sonradan iddiaçı ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən İddiaçı tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********7 saylı xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim edilmiş sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya kapitalının yaranmaması səbəbindən ərizənin təmin edilməsi mümkün olmamışdır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin X1rşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2013-cü ildən 47 yaşı tamam olan gündən güzəştli şərtlərlə təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxx 1966-cı ildə doğulmuş, 47 yaşı xx xxx 2013-cü ildə tamam olmuş və həmin gündən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ yaranmışdır. xx.xx.2006-cı il tarixə qədər onun əmək stajı 20 ildən çoxdur. O, pensiya təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Halbuki onunla işləyənlər 47 yaşda artıq pensiyaya çıxmışlar. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1095/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx xxx 2013-cü ildən 47 yaşının tamam olduğu gündən güzəştli şərtlərlə pensiya təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 21(112)-1095/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı əsassızdır və ləğv edilməlidir. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərdə onun pensiya sığorta kapitalının yaranmadığı müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Lakin məhkəmə tərəfindən iddiaya qarşı etiraz qəbul edilməyərək pensiya kapitalı çatışmadığı halda ona pensiya təyin edilməsi barədə qərar qəbul etməklə maddi hüquq normalarının pozulmasına yol verilmişdir. Bu səbəbdən də qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, iddiaçı xx xxx 2013-cü ildən, yəni 47 yaşı tamam olan vaxtdan ona güzəştli şərtlərlə pensiya təyin edilməsini və keçmiş dövr üçün yaranmış pensiya məbləğinin ödənilməsini tələb edir. Bu məqsədlə cavabdeh orqana müracit etmiş, lakin cavabdeh inzibati orqan onun güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalının yaranmamasına istinad edərək onun tələbinin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə əmək kitabçasını və iş yerindən arayışı təqdim etmişdir. Həmin sənədlərdən müəyyən olunur ki, İddiaçı 2007-ci ilə qədər qüvvədə olmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıda (Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı) göstərilən manipulyator, pres və çəkic maşinistləri (kod 1110200a—13901) peşəsində 10 ildən çox işləmiş və onun ümumi iş stajı 30 ildən çoxdur, onun 47 yaşı xx xxx 2013-cü ildə tamam olmuşdur. Göründüyü kimi, iddiaçının 2006-cı ilin 1 yanvar tarixinədək 30 il ümumi sığorta stajı, o cümlədən 10 ildən artıq “xüsusilə zərərli və ağır” sayılan işdə stajı toplanmış olur. Cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina edərkən onun pensiya kapitalının yaranmamasına istinad edir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ xx.xx.2013-cü ildə yarandığı üçün və xx.xx.2017-ci ilədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən ona bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb qanuna xx.xx.2017-ci il tarixdən sonra daxil edilmişdir. Müvafiq olaraq da həmin tələb xx.xx.2017-ci ildən sonra yaranmış münasibətlərə tətbiq edilə bilər. İddiaçı isə xx.xx.2013-cü ildə ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan staja malik olmuşdur. Beləliklə, qanun dəyişənədək iddiaçı artıq güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün hüquq əldə etmişdir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericiliyin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi “iddiaçının pensiya kapitalının yaranmaması” barədə dəlilini əsassız sayır və onu qəbul etmir. Qeyd olunanlarla bağlı birinci instansiya məhkəməsi iddiaçının 47 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1095/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1095/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-182/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-182/2021
24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver