Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-182/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyanın yenidən hesablanması və ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyanın yenidən hesablanması və ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3295/2022 saylı 30 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2006-ci ildən xx.xx.2020-ci ilədək Dövlət Neft Şirkətində işlədiyi 14 il il 03 ay müddətində aldığı əmək haqqında qanunla müəyyən edilmiş məbləğdə 43624 manat ödənilmiş sığorta kapitalının pensiyaya əlavə edilməklə ödənilməsi cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1953-cü ildə anadan olmuş və hərbi xidmətindən sonra ilk əmək fəaliyyətinə 1970-ci ildə başlamış, xx.xx.1970-ci ildən xx.xx.1971-ci ilə kimi “Elektomontaj” zavodunda, xx.xx.1971-ci ildən xx.xx.2003-cü ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə və müxtəlif sahələrdə işləmiş, 2003-cü ildə 37 il 02 ay 23 gün əmək stajı ilə pensiyaya çıxmışdır. Eyni zaman da xx.xx.2006-cı ildə o, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsində Fontana qarşı dağmədən xilasetmə hərbiləşdirilmiş hissəsində işə daxil olmuş və xx.xx.2020-ci ildə SOCAR, Sənaye Təhlükəsizlik İdarəsinin Əməyin və X5 və X1 əməyin mühafizəsi və təhlükəsizlik texnika üzrə böyük mühəndis vəzifəsindən yaşa görə pensiyaya çıxması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. X9 Şirkətində işlədiyi 14 il 03 ay müddətddə aldığı əmək haqqından qanunla müəyyən edilmiş məbləğdə sığorta ödənişi etmişdir. Şirkətdə işlədiyi müddətdə ümumilikdə təxminən 46.000 Dövlət Sosial müdafiə Fondun Sığorta ödənişləri ödəmişdir. Lakin 2020-ci ilin mart ayından işdən çıxmağına baxmayaraq Dövlət Sosial Müdafiə Fondu ödədiyi sığorta kapitalını onun pensiyasına əlavə etməmiş, ya da heç bir məbləğ ona qaytarılmamışdır. O, bir neçə dəfə DSMF-nun əməkdaşlarının qəbulunda olsa da heç bir nəticəsi olmamışdır. O, cavabdehin imtinasını əsassız hesab edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3295/2022 saylı 30 mart 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.2006-ci ildən xx.xx.2020-ci ilədək Dövlət Neft Şirkətində işlədiyi 14 il il 03 ay müddətində toplanılmış 43.624 manat məbləğində pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın dəyişdirilərək, pensiyanın ödənilməsi hissəsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən “bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır”. Sonrakı artımlar nəzərə alınmaqla hazırda iddiaçının 1952,14 manat məbləğində güzəştli şərtlərlə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası aşağıdakı tərkibdən ibarətdir: -əmək pensiyasının sığorta hissəsi-243,31 manat; -qulluq stajına görə əmək pensiyasına əlavə-1708,84 manat. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsinə əsasən “bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlərlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır”. Əlavə olaraq bildiririk ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra onun müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 50557,39 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Qeyd olunanları nəzərə alaraq, 50557,39 manat pensiya sığorta kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünərək (50557,39:72=702,19 manat) əmək pensiyası sığorta hissəsinin (243,31 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 945,49 (243,31+702,19) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavəsinin məbləği (1708,84) həmin artımlar qədər (702,19 manat) azaldılıb. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 945,49 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 1006,65 (1708,84-702,19) manat təşkil edir. Vətəndaş tərəfindən iddia ərizəsində qeyd olunmuş iddia tələbinə əsasən onun əmək pensiyası yenidən hesablanmış və qanunvericiliyin tələbinə uyğun olaraq aparılmış yenidən hesablanma nəticəsində iddiaçının pensiyası məbləğində hər hansı fərq məbləği yaranmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, məhkəmə qərarından sonra iddiaçının pensiyası yenidən hesablanmış və bu barədə müvafiq qərar da qəbul olunmuşdur. Həmin qərara əsasən iddiaçının yenidən hesablanmış pensiya məbləği ilə onun aldığı pensiya məbləği arasında heç bir fərq yaranmamışdır. Odur ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının “pensiyanın ödənilməsi” hissəsində ləğv edilməsini xahiş etmişdir. İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçının pensiyası məhkəmə qərarından sonra yenidən hesablansa da və bu barədə ayrıca qəbul olunsa da, iddiaçı bu barədə məlumatlandırılmamışdır. O ki qaldı yenidən hesablanmış pensiya məbləği ilə iddiaçının aldığı pensiya məbləği arasında hər hansı fərqin yaranmamasına, hesab edir ki, fərq yaranmalı idi. Demək ki, məhkəmə qərarı cavabdeh tərəfindən düzgün icra olunmamışdır. Odur ki, cavabdeh və vəkili apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. xx.xx.1970-ci il tarixli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1970-ci ildən xx.xx.1971ci ilə qədər “Elektromontaj” zavodunda, xx.xx.1971-ci ildən xx.xx.2003-cü ilə qədər Daxili İşlər Nazirliyində xidmət etmiş, xx.xx.2003-cü ildən xx.xx.2004-cü ilə qədər "xxxx" Birgə Müəssisədə yanğın təhlükəsizliyi nəzarətçisi vəzifəsində, xx.xx.2006-cı ildən xx.xx.2020-ci ilə qədər “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təhlükəsizlik İdarəsi fontana qarşı dağmədən xilasetmə hərbiləşdirilmiş hissəsində rayon mühəndisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun HQXRŞİD şöbəsinin 002527-014007 nömrəli pensiyaçının uçot vərəqəsinə əsasən iddiaçıya yaşa görə ilkin pensiya təyinatı xx.xx.2003-cü ildə olmuşdur, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş Departamentinin Pensiyanın yenidən hesablanması 014007 nömrəli sənədə görə, İddiaçı təminat xərcliyinin məbləği cəmi 1065 manat 80 qəp təşkil etmişdir. 29283 nömrəli DİN seriyalı Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsinə əsasən iddiaçının hərbi rütbəsi polkovnik leytenant olmuşdur və Baş Dövlət Yanğından Təhlükəsizlik İdarəsinin Şöbə Rəisinin Müavinəti tarif dərəcəsində pensiyanın ümumi məbləği 913,80 manat təşkil edir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə iddiaçının fərdi şəxsi hesabında kapital olaraq 43624,13 AZN olması barədə sənədin surəti təqdim edilmişdir. Odur ki, İddiaçı cavabdeh inzibati orqan tərəfindən onun pensiyası hesablanarkən xx.xx.2006-cı ildən xx.xx.2020-ci ilədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işlədiyi 14 il 03 ay müdətində topladığı 43.624 manat məbləğində pensiya kapitalının nəzərə alınmadığına istinad edərək, əmək pensiyanın həmin kapital nəzərə alınmaqla yenidən hesablanması və ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçıya hərbi qulluqçu kimi əmək pensiyasının təyin olunmasına, pensiya təyin olunduqdan sonrakı dövr üzrə pensiya kapitalının toplanmasının davam etməsinə, iddiaçının ona pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işləməsinə, mövcud qanunvericilikdə hərbi qulluqçuların əmək pensiyasının yenidən hesablanmasına hər hansı məhdudiyyətin nəzərdə tutulmamasına, iddiaçının hazırkı tələblə çıxış etməkdə haqlı olmasına istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarı cavabdeh inzibati orqan tərəfindən icra olunaraq, “Əmək pensiyasının yenidən hesablanması haqqnda” **********6 saylı xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci madddəsinə əsasən Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “xx.xx.2006-cı ildən xx.xx.2020-ci ilədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işlədiyi 14 il 03 ay müddətində toplanmış 43.624 manat məbləğində pensiya kapitalının nəzərə alınmaqla əmək pensiyanın yenidən hesablanması və ödənilməsi” ilə bağlı tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. O ki qaldı cavabdeh inzibati orqanın “Əmək pensiyasının yenidən hesablanması haqqnda” **********6 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıya hesablanmış pensiya məbləği ilə iddiaçının aldığı pensiya məbləği arasında heç bir fərqin yaranmamasına, bu məsələ artıq məhkəmə qərarının düzgün icra olunub-olunmaması məsələsinə aiddir. Belə ki, birinci instansiya məhkəməsinin qərarının nəticəvi hissəsində yalnız iddiaçının xx.xx.2006-cı ildən xx.xx.2020-ci ilədək işlədiyi 14 il 03 ay müddətində topladığı 43.624 manat məbləğində pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanıb ödənilməsi qeyd olunmuşdur, yəni həmin pensiyanın hansı qaydada hesablanması ilə bağlı hər hansı göstəriş cavabdeh inzibati orqanın üzərinə qoyulmamışdır. Belə olan halda məhkəmə qərarının icrası ilə bağlı cavabdeh inzibati orqanın qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması haqqnda” **********6 saylı xx.xx.2022-ci il tarixli qərarla aparılan hesablama iddiaçını qane etmədiyi halda iddiaçının həmin qərarı icra icraatı qaydasında mübahisələndirmək, başqa sözlə, məhkəmə qərarının düzgün icra olunmasını tələb etmək hüququ vardır. Hazırki vəziyyətdə isə birinci instansiya məhkəməsinin qərarı cavabdeh inzibati orqan tərəfindən icra olunduğu üçün məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati məhkəmə icraatında olan iş üzrə tərəflər arasında artıq mübahisə mövcud deyildir və buna görə də icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-182/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-182/2023
08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver