Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1820/2022 20.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Bakı şəhəri Xətai rayon Xidmət Nümayəndəliyinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3600/2022 saylı, 12 yanvar 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Bakı şəhəri Xətai rayon Xidmət Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olduğu və xx.xx.1978-ci ildən Füzuli rayonu işğal edilən tarixə qədər, yəni xx.xx.1993-cü ilə qədər “Qırmızı Oktyabr” sovxozunda traktorçu vəzifəsində işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanması və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, o, xx.xx.1956-cı ildə Füzuli rayonunun Dədəli kəndində doğulmuşdur. O, xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilə qədər “Qırmızı Oktyabr” sovxozunda traktorçu vəzifəsində işləmişdir. xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdından sonra xx.xx.1978-ci ildən Füzuli rayonu işğal edilən tarixə qədər, yəni xx.xx.1993-cü ilə qədər yenidən “Qırmızı Oktyabr” sovxozunda traktorçu vəzifəsində işləmişdir. Məcburi köçkün statusunu əldə etdikdən sonra xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilə qədər "Azərbaycannəqliyyatyoltikinti” Dövlət Şirkətində traktorçu, xx.xx.1997-ci ildən xx.xx.1999cu ilə qədər "Azərnəqliyyattikinti" SC-nin 518 nömrəli Təmir Tikinti İdarəsində traktorçu, xx.xx.2000-ci ildən xx.xx.2006-cı ilə qədər Bakı SOS Uşaq Kəndində bağban, xx.xx.2006cı ildən xx.xx.2015-ci ilə qədər “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının Xətai fılialında kənd ustası vəzifəsində işləmişdir. xx.xx.2015-ci ildən hazırki vaxta qədər isə “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının Xətai filialında usta vəzifəsində işləyir. Cavabdeh inzibati orqan tərəfindən ona xx.xx.2021-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmiş və pensiyasının aylıq məbləği 268,41 manat müəyyən edilmişdir. Hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfındən ona pensiya təyin olunan zaman əmək fəaliyyətini tam şəkildə nəzərə alınmamışdır. Belə ki, onun xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olduğu və xx.xx.1978-ci ildən Füzuli rayonu işğal edilən tarixə qədər, yəni xx.xx.1993-cü ilə qədər “Qırmızı Oktyabr” sovxozunda traktorçu vəzifəsində işlədiyi dövrlər pensiya təyin olunan zaman nəzərə alınmamışdır. Bununla bağlı olaraq cavabdeh inzibati orqana müraciət etsə də xx.xx.2021-ci il tarixli, **********0 №-li məktubla müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi hərbi xidmət dövrünü təsdiq edən sənədin olmaması və sovxozdan işdən çıxma əmrinin mövcud olmaması göstərilmişdir. Hərbi xidmətlə bağlı ona məxsus H3 ******* №-li hərbi bilet mövcud olsa da cavabdeh inzibati orqan həmin sənədi nəzərə almamışdır. Göründüyü kimi Sovet ordu sıralarında hərbi xidmət keçdiyi dövr pensiya hesablanan zaman nəzərə alınmalı idi. Sovxozundan işdən çıxma barədə əmrinin mövcud olmaması ilə bağlı qeyd olunmalıdır ki, Füzuli rayonu xx.xx.1993-cii il larixdə Ermənistanın təcavüzü nəticəsində işğal edilmiş və buna görə də digər şəxslər kimi o da məcburi köçkün düşmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməzə və onların sübuta ehtiyacı yoxdur. Ona məxsus əmək kitabçasında sovxozdan işdən çıxma barədə əmrinin mövcud olmaması göründüyü kimi obyektiv səbəblərdən yaranmışdır. Odur ki, iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün Fondun Xətai rayon xidmət nümayəndəliyinə müraciət etmiş, lakin müraciətin müsbət həlli mümkün olmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydalarırı 3.2-ci bəndinə görə 2006-cı il yarıvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəvvən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdiq edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Azərbavcan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nzəərə alınması ücün is stajının yalnız əmək kitabcasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mündiyi günədək sığortaolunanların qazanılmıs əmək pensiyası hüquqlarının nəzərə alınması ücün iş stajının əmək kitabcası ilə yanaşı əmək hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanası is yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.2-ci maddəsinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. İş materiallarındandakı əmək kitabçasından da göründüyü kimi, əmək kitabçasının doldurulma tarixində sadəcə il qeyd edilmiş, gün və ay göstərilməmişdir. Həmçinin iddiaçının Füzuli rayonu “Qırmızı Oktyabr” sovxozunda işdən azad olunma əmri qeyd edilməmişdir. İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1993-ci il tarixədək Füzuli rayonu “Qırmızı Oktyabr sovxozu”nda işlədiyi illərdə işdən azad olunma əmri qeyd edilmədiyindən sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Məlumat üçün bildirilir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçıya təyinat zamanı pensiya hesablanarkən xx.xx.2006- cı il tarixədək əmək kitabçasında qeyd olunan illər 25 il (faktiki sığorta stajı 13 il 3 ay 19 gün) və xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində toplanmış 19769,63 manat məbləğində pensiya kapitalı nəzərə alınmaqla pensiya məbləği yenidən hesablanmış və xx.xx.2021-ci il tarixdən 268,41 manat hesablanmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3600/2022 saylı, 12 yanvar 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olduğu və xx.xx.1978-ci ildən Füzuli rayonu işğal edilən tarixə qədər, yəni xx.xx.1993-cü ilə qədər “Qırmızı Oktyabr” sovxozunda traktorçu vəzifəsində işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanması və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X3 Bakı şəhəri Xətai rayon Xidmət Nümayəndəliyinin üzərinə qoyulmuşdur. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə qərarında iddiaçının içdən azad olunma tarixini Füzuli rayonu “Qırmızı Oktyabr sovxozu”nda işdən azad olunmasına əsas verən heç bir sənəd olmadan Füzuli rayonunun işğal günü kimi nəzərə almışdır. Əmək kitabçasının iddiaçının özündə olması faktı onun işğal gününədək işləməsini inkar edir. Belə ki, əmək kitabçası işçi işə götürüldükdə işəgötürən tərəfindən götürülür və işçinin rəsmi işdən azad edildiyi raixədək əmək kitabçası işəgötürəndə qalır. Füzuli rayonunun işğal tarixinin işçinin işdən azad edilməsi tarixi kimi nəzərə alıması yolverilməzdir. Odur ki, iddiaçının Füzuli rayonu “Qırmızı Oktyabr sovxozu”nda işdən azad olunması barədə heç bir məlumat olmadığından sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə Füzuli rayonu, Dədəli kəndində doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1973-cü ildən xx.xx.1975-ci il tarixədək “Qırmızı Oktyabr” Sovxozunda traktorçu, xx.xx.1978-ci ildən “Qırmızı Oktyabr” Sovxozunda traktorçu, xx.xx.1993-cü ildən xx.xx.1997-ci ildən Azərbaycan Nəqliyyat Dövlət Şirkətinin Yardımçı Təsərrüfatında traktorçu, xx.xx.1997-ci ildən xx.xx.1999-cu il tarixədək 518 №-li TTT-də traktorçu, xx.xx.2000-ci ildən xx.xx.2015-ci il tarixədək Bakı Sos Uşaq Kəndinə bağban və kənd ustası, xx.xx.2015-ci ildən hal-hazıradək “SOS Uşaq Kəndlərində” usta vəzifəsində işləyir. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli, **********0 №-li qərarın surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə yaşa görə ömürlük 260,70 manat əmək pensiyası təyin edilmiş, yenidən hesablama aparılaraq yenidən hesablanmış pensiya məbləği 268,41 manat müəyyən edilmişdir. xx.xx.1978-ci ildə “Qırmızı Oktyabr” sovxozuna işə daxil olduqdan sonra işdən azad olma əmri qeyd edilmədiyi üçün 1978-1993-cü illəri və hərbi xidmət haqqında sənəd təqdim etmədiyi üçün 1975-1977-ci illəri sığorta stajına daxil etmək mümkün olmamışdır. - Füzuli rayon İcra Hakimiyyəti Başçısının müavini tərəfindən məhkəməyə ünvanlanmış 01/483 №-li, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Füzuli rayon ərazisində “Qırmızı Oktyabr” adlanan sovxoz fəaliyyət göstərmişdir. Lakin erməni işğalı zamanı bütün arxiv sənədləri yandırılıb tamamı ilə məhv edildiyi üçün sovxozun fəaliyyəti barədə Füzuli rayon İcra hakimiyyətində hər hansı bir məlumat mövcud deyildir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Füzuli filialı tərəfindən məhkəməyə ünvanlanmış 60 №-li, xx.xx.2021-ci il və 63 №-li, xx.xx.2021-ci il tarixli məktublardan görünür ki, İddiaçı işlədiyi Füzuli rayon “Qırmızı Oktyabr” adına sovxozunun 1986-cı ilə qədər olan sənədlər xx.xx.1993-cü il tarixdə erməni işğalı zamanı Horadiz qəsəbəsində tamamilə yandırılaraq məhv edilmişdir. 1987-1993-cü illərə aid sənədlər isə arxivə təhvil verilməmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanladığı **********0 №-li, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixində ona manat avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.2006-cı il tarixinədək 25 il (faktiki sığorta stajı 13 il 3 ay 19 gün təşkil edir) sığorta stajı və xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 19769,63 manat pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2021-ci il tarixindən 268,41 manata çatdırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, əmək kitabçasının surətində qeyd edilmiş “Qırmızı Oktyabr” sovxozundan işdən azad olunma əmri qeyd edilmədiyindən xx.xx.1978ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövrün, eyni zamanda hərbi xidmət haqqında sənəd təqdim edilmədiyi üçün hərbi xidmət dövrünün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, iddiaçının işlədiyi “Qırmızı Oktyabr” sovxozu Fizuli rayonunun xx.xx.1993-cü ildə ermənilər tərəfindən işğal edilmiş inzibati ərazisində yerləşmiş və həmin sovxozun 1986-cı ilə qədər olan sənədlər xx.xx.1993-cü il tarixdə erməni işğalı zamanı Horadiz qəsəbəsində tamamilə yandırılaraq məhv edilmiş, 1987-1993-cü illərə aid sənədlər isə arxivə təhvil verilməmişdir. Belə olan halda iddiaçının əmək kitabçasında onun “Qırmızı Oktyabr” sovxozundan işdən azad olunması barədə qeydin aparılmaması iddiaçının iradəsindən asılı olan hal deyildir və bu iddiaçının pensiya hüququnu məhdudlaşdıra bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir. - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İş materiallarından göründüyü kimi iddiaçının tələbi xx.xx.1975-ci ildən xx.xx.1977ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olduğu və xx.xx.1978-ci ildən Füzuli rayonu işğal edilən tarixə qədər, yəni xx.xx.1993-cü ilə qədər “Qırmızı Oktyabr” sovxozunda traktorçu vəzifəsində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsindən ibarətdir. Məhkəmə kollegiyası iddiaçının hərbi xidmət dövrünün sosial sığorta stajına daxil edilməsinə dair tələbi ilə əlaqədar qeyd edir ki, həm qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 7-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət müddəti ümumi iş stajına daxil edilir. Həmçinin qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığorta stajına daxil edilir. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir və bu müddət onun sığorta stajına daxil edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiq üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq edilməlidir. Əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməməklə aparılan hallarda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. İş matetriallarında olan iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1978-ci il tarixli, 08 №-li əmrə əsasən xx.xx.1978-ci ildən “Qırmızı Oktyabr” Sovxozunda 2 №-li traktor briqadası üzrə traktorist qəbul edilməsi barədə işəgötürən tərəfindən qeyd olsa da, onun həmin sovxozdan işdən azad edilməsi barədə qeyd aparılmamışdır. Cavabdeh inzibati orqan da məhz iddiaçının əmək kitabçasında onun sovxozdan azad olunması barədə əmrin qeyd olunmamasını əsas gətirərək müraciətini təmin etməmişdir. Cavabdeh orqanın apellyasiya imtinasının və apellyasiya dəlillərini əsassız sayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi “Qırmızı Oktyabr” sovxozu Fizuli rayonunun xx.xx.1993-cü ildə ermənilər tərəfindən işğal edilmiş inzibati ərazisində yerləşmiş və həmin sovxozun 1986-cı ilə qədər olan sənədlər xx.xx.1993-cü il tarixdə erməni işğalı zamanı Horadiz qəsəbəsində tamamilə yandırılaraq məhv edilmiş, 1987- 1993-cü illərə aid sənədlər isə arxivə təhvil verilməmişdir. Belə olan halda iddiaçının əmək kitabçasında onun “Qırmızı Oktyabr” sovxozundan işdən azad olunması barədə qeydin aparılmaması iddiaçının iradəsindən asılı olan hal deyildir və bu iddiaçının pensiya hüququnu məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası İnzibati Prosessial Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının 1978-ci ildən 1993-cü ilə qədər Füzuli rayonu “Qırmızı Oktyabr” sovxozunda traktorçu vəzifəsində işləməsi iddiaçı tərəfindən Apellyasiya Məhkəməsinə təqdim edilmiş 16220346 saylı partiya biletindən və ona əlavə edilmiş uçot kartoçkalarında göstərilmiş qeydlərlə bir daha təsdiq olunur. Belə ki, həmin sənədlərdə “Qırmızı Oktyabr” sovxozunda traktorçu vəzifəsində işləməklə əmək haqqı alması və ona müvafiq olaraq 1991-ci ilin fevral ayınadək üzvülük haqları ödəməsi öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olduğu və xx.xx.1978-ci ildən Füzuli rayonu işğal edilən tarixə qədər, yəni xx.xx.1993-cü ilə qədər “Qırmızı Oktyabr” sovxozunda traktorçu vəzifəsində işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanması və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3600/2022 saylı, 12 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1820/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1820/2022
20.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver