Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1820/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11168/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə ünvan 8əhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Əzizbəyov (hazırkı Pirallahı) rayonu X1 15 mart 2007-ci il tarixli 7 saylı qərarına əsasən İddiaçı daimi istifadəsinə Pirallahı qəsəbəsinin cənub-qərb hissəsində ümumilikdə 33,16 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılması barədə qərarın qəbul edilməsindən əvvəl Gürgən-Pirallahı Bələdiyyəsi Bakı şəhəri Əzizbəyov (hazırkı Xəzər) RİH ilə razılaşdırmışdır. İddiaçı MMC ona ayrılmış torpaq sahəsini tullantılardan təmizləmiş, orada abadlıq işləri aparmış, torpağın hamarlanması üçün külli miqdarda əmək və vəsait sərf etməklə, əraziyə 1.000dən çox yük maşını ilə münbit torpaq gətirmiş, həmin ərazidə 1.000-dən artıq həmişəyaşıl və meyvə ağacları əkməklə ərazini standart mişar daşları ilə hasara aldırmışdır. Sonradan Gürgən-Pirallahı Bələdiyyəsi qanunsuz və əsassız olaraq iddiaçıya aid torpaqayırma qərarlarının ləğv edilməsi barədə yeni qərar qəbul etmişdir. Lakin İddiaçı MMC-nin Gürgən-Pirallahı Bələdiyyəsinin torpaqayırma qərarlarının ləğv edilməsi barədə verdiyi iddia 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2537/2013 saylı iş üzrə 6 noyabr 2013-cü İl tarixli qərarı İlə təmin edilmiş və Bələdiyyənin həmin qərarı ləğv edilmişdir. Bundan sonra Bakı ŞİH-in apeliyasiya şikayətinə əsasən İddiaçı MMC-nin daimi istifadəsində olan 33,16 ha torpaq sahəsinin 5,93 ha hissəsi Yüksək Texnologiyalar Parkına verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyünə görə həmin hissədə qərar ləğv edilmiş, qalan hissədə icraata xitam verilmişdir. Həmçinin Bakı ŞİH Bakı Apeliyasiya Məhkəməsinə iddia tələbindən hissəvi imtina barədə verdiyi ərizəsində göstərilmişdir ki, İddiaçı MMC-yə məxsus olan torpaq sahəsinin Yüksək Texnologiyalar Parkına verilmiş torpaq sahəsi ilə üst-üstə düşməyən, yəni 27,29 ha hissəsi üzərində hüququnun rəsmiləşdirilməsinə etiraz etmir və onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciət hüququ heç bir formada icra hakimiyyəti tərəfindən, məhdudlaşdırılmır. İddiaçı MMC tərəfindən Bakı şəhəri, Pirallahı rayon Gürgən-Pirallahı Bələdiyyəsinin 15 mart 2007-ci il tarixli 7 saylı qərarına əsasən Pirallahı qəsəbəsinin cənub-qərb hissəsindən onun daimi istifadəsinə ayrılmış ümumilikdə 33,16 ha torpaq sahəsinin 27,29 ha hissəsi üzərində istifadə hüququnun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edilərək, bütün sənədlər İdarəyə təqdim edilmişdir. Lakin sənədlərin qaydasında olsa da, 1 saylı Bakı Ərazi İdarəsi müxtəlif bəhanələr gətirərək, İddiaçı MMC-nin 27,29 ha torpaq sahəsi üzərində daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsindən 21 aprel 2020-ci il tarixli **********88 saylı məktubu ilə əsassız olaraq imtina etmişdir. İdarə imtinası həmin torpaq sahəsinin yerləşmə sxemində dəqiq istinad məsafələrinin göstərilməməsi, onun bələdiyyə mülkiyyətinə aid olmaması, Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin təqdim edilməməsi, iddiaçıya daimi istifadə hüququ ilə ayrılmasının mümkün olmaması ilə əsaslandırmağa çalışmışdır. Halbuki, İddiaçı MMC-yə ayrılmış 27,29 ha torpaq sahəsi üç tərəfdən hasarlarla, dördüncü tərəfdən isə Xəzər dənizi ilə əhatə olunduğuna, yerləşmə sxemi isə bələdiyyə tərəfindən tərtib edildiyinə görə inzibati orqanın həmin torpaq sahəsinin dəqiq istinad məsafələrinin göstərilməməsi və ölçülərində fərqlərin mövcudluğu barədə mülahizəsi əsassızdır. Bundan başqa həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmaması, Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin təqdim edilməməsi barədə cavabdehin mülahizələri də əsassızdır. Belə ki, Bakı ŞİH-in 31 avqust 2000-ci il tarixli 833 saylı sərəncamına əsasən 1.755,4 ha torpaq sahəsi Pirallahı Bələdiyyəsinə təhvil verildiyinə və Bakı ŞİH-in ünvan 8əhkəməsinə iddia tələbindən hissəvi imtina barədə verdiyi ərizəsində İddiaçı MMC-yə məxsus olan torpaq sahəsinin Yüksək Texnologiyalar Parkına verilmiş torpaq sahəsi üst-üstə düşməyən, yəni 27,29 ha hissəsi üzərində hüququnun rəsmiləşdirilməsinə etiraz etmədiyi və onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciət hüququ heç bir formada icra hakimiyyəti tərəfindən məhdudlaşdırılmadığı göstərildiyinə görə cavabdeh imtina üçün bu halları əsas gətirə bilməzdi. Həmçinin həmin torpaq sahəsinin İddiaçı MMC-yə daimi istifadə hüququ ilə ayrılmasının mümkün olmaması barədə gəldiyi nəticə də qanunla təkzib olunur. Belə ki, 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Torpaq Mcəlləsinin 50-ci maddəsinə bələdiyyə torpaqlarının istifadə hüququ ilə bələdiyyənin mülkiyyətində olan müəssisə, idarə və təşkilatlara verilməsini nəzərdə tutan yeni məzmunda 4-1-ci bənd əlavə edilmişdir. İddiaçı MMC-nin daimi stifadəsinə 15 mart 2007-ci il tarixdə, yəni Torpaq Məcəlləsinin 50-ci maddəsində dəyişiklik olanadək torpaq sahəsi verilmişdir. Cavabdehin 21 aprel 2020-ci il tarixli **********88 saylı məktubunda İddiaçı MMC-nin 27,29 ha torpaq sahəsi üzərində daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və reyestrdən çıxarışın verilməsindən imtinaya əsas kimi göstərdiklərinin heç biri «Daşınmaz əmlakın dovlət reyestri haqqında» Qanunun 15-ci maddəsində öz əksini tapmamışdır. Göstərilənlərə əsaslanaraq, İPM-in 45 – 47, 68 və 79-cu maddələrini rəhbər tutaraq İddiaçı MMC-nin Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsinin cənub-qərb hissəsində yerləşən 27,29 ha torpaq sahəsi üzərində daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə bağlı 26 fevral 2020-ci il və 3 mart 2022-ci il tarixli ərizələrlə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilən yerləşmə cizgisində torpaq sahəsinin dəqiq istinad və məsafələri göstərilməmişdir. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Dövlət Neft Şirkətinin istifadəsinə verilən ərazi olmaqla, dövlət mülkiyyətində olan torpaqdır. Bundan başqa, qeyd edilən ərazinin bir hissəsi digər şəxsin (“İnnovasiyalar Agentliyi” X6) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Bundan başqa, qeyd edilən torpaq sahəsinə dair Bakı şəhəri Pirallahı RİH başçısının Aparatı tərəfindən İdarəyə ünvanlanmış 18 iyul 2013-cü il tarixli 245/BM-1 saylı məktuba əsasən Pirallahı qəsəbəsində yerləşən torpaq sahəsinin fiziki və hüquqi şəxslərin istifadə və ya icarəsinə verilməsinə dair müvafiq sənədlər (sərəncam, qərar, müqavilə və s.) torpaqdan məqsədli təyinatı üzrə, səmərəli və ayrılma şərtlərinə uyğun istifadə edilmədiyi üçün onları qəbul etmiş orqan tərəfindən ləğv edilmiş və həmin şəxlərin torpaq üzərində istifadəsinə xitam verilmişdir. Pirallahı qəsəbəsində yerləşən, torpaq sahəsi üzərində istifadəsinə xitam verilmiş fiziki və hüquqi şəxslər, həmçinin torpağın ayrılmasına dair ləğv olunmiş sənədlər barədə məlumatın 24-cü bəndində İddiaçı MMC-nin adı göstərilmiş, Xəzər rayon Gürgən-Pirallahı Bələdiyyəsinin 1 noyabr 2006-cı il tarixli 13 saylı protokolunun qərarı, 1 noyabr 2006-cı il tarixli müqavilə, 15 mart 2007-ci il tarixli 07 saylıprotokolunun qərarı və 15 mart 2007-ci il tarixli müqavilənin Xəzər rayon Gürgən-Pirallahı Bələdiyyəsinin 18 iyun 2013-cü il tarixli 07 saylı protokolunun qərarı ilə ləğv edildiyi qeyd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(82)-2537/2013 saylı iş üzrə 6 noyabr 2013-cü il tarixli qərarı İdarəyə rəsmi qaydada daxil olmamış, İdarə tərəf qismində cəlb edilməmişdir. Həmçinin müvafiq qərarla İdarənin üzərinə öhdəlik qoyulmamışdır. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 8 iyul 2014-cü ilədək qüvvədə olmuş «Torpaqların alqı-satqısı Qaydaları»na əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 11.1 və 23-cü maddələrinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini tələblərini rəhbər tutaraq, iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11168/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, məhkəmə iş üzrə qəbul etdiyi qərarını, qanunvericiliyin tələblərinə zidd olaraq cavabdehin imtinasına istinad etməklə, iddiaçının gətirdiyi dəlillərə və iş materiallarında olan sübutlara heç bir hüquqi qiymət vermədən, onları nə təsdiq, nə də ki, təkzib etmədən işin halları ilə əlaqədar heç bir araşdırma aparmadan, cavabdehin mülahizəsinə uyğun olaraq əsaslandırmağa çalışmışdır. Məhkəmə qərarda göstərmişdir ki, “cavabdeh inzibati orqan imtina üzrə dəlil kimi mübahisənin obyekti olan müvafiq torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsində olan əraziyə aid olmasını, bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olan ərazi hüdudlarında yerləşməsini, habelə başqa şəxsin adına qeydiyyata alınmış sahə ilə üst-üstə düşməsini təqdim edir”. Halbuki, Bakı şəhəri Əzizbəyov (hazırkı Pirallahı) rayonu Gürgən-Pirallahı Bələdiyyəsinin 15 mart 2007-ci il tarixli 7 saylı qərarına əsasən İddiaçı daimi istifadəsinə Pirallahı qəsəbəsinin cənub-qərb hissəsində ümumilikdə 33,16 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılması barədə qərarın qəbul edilməsindən əvvəl Gürgən-Pirallahı Bələdiyyəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Əzizbəyov (hazırkı Xəzər) RİH ilə razılaşdırmışdır. Bundan başqa məhkəmə, inzibati iş üzrə cavabdehin istifadəsində olan torpaq sahəsinin bələdiyyə mülkiyyətində və yaxud dövlət mülkiyyətində olan ərazi hüdudlarında yerləşməsini müəyyən etmək üçün inzibati iş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssis rəyinin verilməsini tələb etmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli **********49 saylı mütəxəssis rəyindən göründüyü kimi, iddiaçının torpaq sahəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin 31 avqust 2000-ci il tarixli 833 saylı sərəncamına əsasən Pirallahı Bələdiyyəsinə təhvil verilən 1.755,4 ha torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir. Həmçinin inzibati işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin xx.xx.2013-cü il tarixli 09/6-93 saylı məktubunda göstərilmişdir ki, Gürgən-Pirallahı Bələdiyyəsinə qanunazidd olaraq iddiaçıya aid torpaqayırma qərarının ləğv edilməsi barədə qərarının ləğv edilməsi təklif edilmişdir. Habelə İddiaçı MMC-nin iddia ərizəsinə əlavə etdiyi SOCARın xx.xx.2014-cü il tarixli ARDNŞ/14-1000/xx-xx-000027 saylı məktubunda mübahisəli torpaq sahəsinin SOKAR-ın deyil "xxxx" MMC-nin istifadəsinə verildiyini göstərmişdir. İddiaçı MMC isə ona ayrılmış torpaq sahəsini tullantılardan təmizləmiş, orada abadlıq işləri aparmış, torpağın hamarlanması üçün külli miqdarda əmək və vəsait sərf etməklə, əraziyə 1.000-dən çox yük maşını ilə münbit torpaq gətirmiş, həmin ərazidə 1.000-dən artıq həmişəyaşıl və meyvə ağacları əkdirmiş və fərdi yaşayış evləri inşa etdirmiş, həmin ərazini standart mişar daşları ilə hasara aldırmışdır. Sonradan Gürgən-Pirallahı Bələdiyyəsi isə qanunsuz və əsassız olaraq iddiaçıya aid torpaqayırma qərarlarının ləğv edilməsi barədə yeni qərar qəbul etmişdir. Lakin İddiaçı MMC-nin Gürgən-Pirallahı Bələdiyyəsinin torpaqayırma qərarlarının ləğv edilməsi barədə verdiyi iddia2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2537/2013 saylı iş üzrə 6 noyabr 2013-cü İl tarixli qərarı İlə təmin edilmiş və Bələdiyyənin həmin qərarı ləğv edilmişdir. Həmin qərardan, Bakı Şəhər İcra Hakimiyyətinin apeliyasiya şikayətinə əsasən, İddiaçı MMC-nin daimi istifadəsində olan 33,16 ha torpaq sahəsinin 5,93 ha hissəsi Yüksək Texnologiyalar Parkına verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyünə görə iddiaçının razılığı ilə həmin hissədə qərar ləğv edilmiş, qalan hissədə icraata xitam verilmişdir. Həmçinin Bakı Şəhər İcra Hakimiyyəti Bakı Apeliyasiya Məhkəməsinə iddia tələbindən hissəvi imtina barədə verdiyi ərizəsində göstərilmişdir ki, İddiaçı MMC-yə məxsus olan torpaq sahəsinin Yüksək Texnologiyalar Parkına verilmiş torpaq sahəsi ilə üst-üstə düşməyən, yəni 27,29 ha hissəsi üzərində hüququnun rəsmiləşdirilməsinə etiraz etmir və onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciət hüququ heç bir formada icra hakimiyyəti tərəfindən, məhdudlaşdırılmır. Bakı İnzibati Məhkəməsi isə, Bakı Şəhər İcra Hakimiyyətinin 31 avqust 2000-ci il tarixli 833 saylı sərəncamına əsasən 1.755,4 ha torpaq sahəsinin Pirallahı Bələdiyyəsinə təhvil verildiyinə və ünvan 8əhkəməsinə iddia tələbindən hissəvi imtina barədə verdiyi ərizəsində İddiaçı MMC-yə məxsus olan torpaq sahəsinin Yüksək Texnologiyalar Parkına verilmiş torpaq sahəsi üst-üstə düşməyən, yəni27,29 ha hissəsi üzərində hüququnun rəsmiləşdirilməsinə etiraz etmədiyi və onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı hüququnun heç bir formada icra hakimiyyəti tərəfindən məhdudlaşdırılmadığı göstərildiyinə heç məhəl qoymadan, cavabdehin imtinasını əsaslı saymışdır. Həmçinin Məhkəmənin həmin torpaq sahəsinin İddiaçı MMC-yə daimi istifadə hüququ ilə ayrılmasının mümkün olmaması barədə gəldiyi nəticə də qanunla təkzib olunur. Belə ki, 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Torpaq Mcəlləsinin 50-ci maddəsinə bələdiyyə torpaqlarının istifadə hüququ ilə bələdiyyənin mülkiyyətində olan müəssisə, idarə və təşkilatlara verilməsini nəzərdə tutan yeni məzmunda 4-1-ci bənd əlavə edilmişdir. İddiaçı MMC-nin daimi istifadəsinə15 mart 2007-ci il tarixdə, yəni Torpaq Məcəlləsinin 50-ci maddəsində dəyişiklik olanadək torpaq sahəsi verilmişdir. Belə olan halda, Məhkəmənin hüquqi münasibətlər yaranan zaman əvvəl qüvvədə olmuş maddəni tətbiq etməməsi yolverilməzdir. Həmçinin Məhkəmə, cavabdehin 21 aprel 2020-ci il tarixli **********88 saylı məktubunda İddiaçı MMC-nin 27,29 ha torpaq sahəsi üzərində daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və reyestrdən çıxarışın verilməsindən imtinaya əsas kimi göstərdiklərinin heç birinin «Daşınmaz əmlakın dovlət reyestri haqqında» Qanunun 15-ci maddəsində öz əksini tapmamasına belə diqqət vermədən imtinanı əsaslı hesab etmişdir. Halbuki, Məhkəmə qərəzli və qeyri-obyektiv qərar qəbul etməklə aşağıda göstərilən normativ-hüquqi aktların tələblərini kobud surətdə pozmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: ünvan 8əhkəməsinin 2-1(103)-1820/2024 saylı, 24 aprel 2024-cü il tarixli qərardadı ilə Pirallahı rayonu Pirallahı Bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. ünvan 8əhkəməsinin 2-1(103)-1820/2024 saylı, 16 may 2024-cü il tarixli qərardadı ilə AR Dövlət Neft Şirkəti və “İnnovasiyalar Agentliyi” X9 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin və üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozuntusu ilə qərar qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia təmin olunmalıdır. İddianın mümkünlüyü: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mahiyyəti: Məhkəmə kollegiyası hesab edir ki, iddia mahiyyəti üzrə də əsaslıdır. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. AR Torpaq Məcəlləsinin: -50-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. Həmin maddənin 2-ci bəndinə əsasən müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə, bir qayda olaraq, aşağıdakılara verilir: dövlət hakimiyyət və yerli özünüidarə orqanlarına; dövlət və bələdiyyə büdcəsindən maliyyələşən müəssisələrə, idarələrə, təşkilatlara və birliklərə; həmkarlar ittifaqlarına və dini təşkilatlara; dövlət əhəmiyyətli dağ-mədən, neft-kimya, energetika, nəqliyyat, rabitə, müdafiə, habelə təbiəti mühafizə, təbii qoruq, tarix-mədəniyyət, elmi-tədqiqat, tədris obyektlərinə, müəssisələrinə və idarələrinə; dövlət və bələdiyyə mülkiyyətində olan digər müəssisələrə, idarələrə və təşkilatlara; dövlətin, bələdiyyənin və əhalinin vəsaiti hesabına inşa edilən və sahibkarlıq fəaliyyətinə aid olmayan çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin müvafiq mənzilistismar təşkilatlarına. Müstəsna hallarda, bu kimi torpaq istifadəçilərinin (mənzil tikintisi istisna olmaqla) fəaliyyət müddəti bəlli olduqda dövlət və bələdiyyə torpaqları onların müvəqqəti istifadəsinə də verilə bilər. Həmin Maddənin 3-cü bəndinə əsasən Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə - on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər. Həmin maddənin 4-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. Torpaqdan istifadə müddətləri həmin torpaq sahələrini müvəqqəti istifadəyə vermiş orqanlar tərəfindən uzadıla bilər. Həmin maddənin 4-1-ci bəndinə əsasən bələdiyyə torpaqları istifadə hüququ ilə yalnız bələdiyyənin mülkiyyətində olan müəssisə, idarə və təşkilatlara verilə bilər. Həmin maddənin 5-ci bəndinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin istifadəyə verilməsi həmin sahələrin mülkiyyətçiləri ilə istifadəçilər arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında həyata keçirilə bilər. Xüsusi mülkiyyətdə olan torpaq sahələrinin müvəqqəti istifadə müddətinin uzadılması həmin sahələrin mülkiyyətçiləri ilə yeni müqavilənin bağlanması əsasında həyata keçirilir. Həmin maddənin 6-cı bəndinə əsasən torpaqların istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə tənzimlənir. Həmin maddənin 7-ci bəndinə əsasən torpaq istifadəçiləri istifadə hüquqlarını başqalarına vermək (satmaq) səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirə bilərlər. -84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 176 saylı xx.xx.1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan Əzizbəyov rayon Gürgan-Pirallahı Bələdiyyəsinin 15 mart 2007-ci il tarixdə keçirilmiş yığıncağının 07 saylı protokolunun qərarına əsasən AR Torpaq Məcəlləsinə, “Torpaq islahat və torpaq bazarı haqqında” AR Qanununa, AR Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 saylı və 20 iyun 2000-ci il tarixli 106 saylı qərarına və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 31 avqust 2000-ci il tarixli, 833 saylı sərəncamına uyğun olaraq, İddiaçı MMC-nin xx.xx.2007-ci il tarixli, 06 saylı müraciətini nəzərə alaraq, Əzizbəyov rayonu, Pirallahı qəsəbəsinin cənub-qərb hissəsində bələdiyyənin xx.xx.2006-cı il tarixdə keçirilmiş yığıncağın 13 saylı protokolu əsasında icarə hüququ ilə istifadəsində olan 10.0 ha torpaq sahəsi və ona bitişik əlavə 23.16 haümumilikdə 33.16 ha torpaq sahəsinin Torpaq Məcəlləsinin 50.1-ci maddəsinə əsasən istirahət və turizm mərkəzinin tikintisi məqsədilə İddiaçı MMC-nin daimi istifadəsinə verilmişdir. Həmçinin işdə olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2013-cü il tarixli qərarı ilə Gürgən-Pirallahı bələdiyyəsinin 18 iyun 2013-cü il tarixdə keçirilmiş iclasın 07 saylı protokolunun qərarının “Bələdiyyə qərarlarının İddiaçı MMC”-yə torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi və torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi haqqında”, “Bələdiyyə qərarlarının "xxxx" MMC”-yə torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi və torpaq sahəsi üzərində istifadə hüququna xitam verilməsi haqqında” və “Bələdiyyə qərarlarının Bakı şəhəri, Buzovna qəs., G.Məmmədov küçəsi, ev 1, mənzil 10-da yaşayan X4 torpaq sahəsinin ayrılması hissəsində ləğv edilmişdir. ünvan 8əhkəməsinin 2-1(103)-1682/15 saylı, 30 oktyabr 2015ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2537/2013 saylı iş üzrə qəbul etdiyi 06 noyabr 2013-cü il tarixli qərarından iş üzrə üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə qəbul edilmiş və ona münasibətdə apellyasiya icraatına xitam verilmişdir. Həmçinin işdə olan ünvan 8əhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1694/2015 saylı, 28 oktyabr 2015-ci il tarixli qərardadından müəyyən olunur ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti cavabdeh Pirallahı Bələdiyyəsinə (üçüncü şəxslər İddiaçı MMC, "xxxx" MMC”, X7, Pirallahı Rayon İcra Hakimiyyəti) qarşı məhkəmədə iddia qaldıraraq Gürgən-Pirallahı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 13 saylı, xx.xx.2007-ci il tarixli 07 saylı qərarlarının İddiaçı MMC-yə, xx.xx.2007-ci il tarixli 13 saylı, xx.xx.2007-ci il tarixli 16 saylı qərarlarının "xxxx" MMC” və X4 turizm mərkəzlərinin yaradılması üçün torpaq sahələrinin ayrılması hissəsində ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1930/2015 saylı iş üzrə qəbul etdiyi 10 iyul 2015-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Üçüncü şəxslər İddiaçı MMC, "xxxx" MMC” və X7 apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişlər, ünvan 8əhkəməsinin İİK-nın xx.xx.2015-ci il tarixli qərardadı ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyətinin iddiadan qismən imtinası qəbul edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1930/2015 saylı iş üzrə qəbul etdiyi 10 iyul 2015-ci il tarixli qərarı qismən- Gürgən-Pirallahı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 13 saylı, xx.xx.2007-ci il tarixli 07 saylı qərarlarının İddiaçı MMC-yə 27.29 ha torpaq sahəsinin ayrılması hissəsində, xx.xx.2007-ci il tarixli 13 saylı, xx.xx.2007-ci il tarixli 16 saylı qərarlarının X4 3,31 ha torpaq sahəsinin ayrılması hissəsində, xx.xx.2007-ci il tarixli 13 saylı, xx.xx.2007ci il tarixli 16 saylı qərarın "xxxx" MMC-yə torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. ünvan 8əhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1694/2015 saylı, 28 oktyabr 2015-ci il tarixli qərardadı ilə üçüncü şəxslər İddiaçı MMC, "xxxx" MMC” və X3 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1930/2015 saylı iş üzrə qəbul etdiyi 10 iyul 2015-ci il tarixli qərarının-Gürgən-Pirallahı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 13 saylı, xx.xx.2007-ci il tarixli 07 saylı qərarlarının İddiaçı MMC-yə 5.93 ha torpaq sahəsinin ayrılması hissəsinin, xx.xx.2007-ci il tarixli 13 saylı, xx.xx.2007-ci il tarixli 16 saylı qərarlarının X4 8.95 ha torpaq sahəsinin ayrılması hissəsinin ləğv edilməsi” hissəsində apellyasiya şikayətindən imtinası qəbul edilmiş və həmin hissədə apellyasiya icraatına xitam verilmişdir. İddiaçı qeyd olunan sənədlərə istinad etməklə qeyd olunan torpaq sahəsi üzərində daimi istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsaslı hesab etmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hüquq müəyyənedici sənəd kimi təqdim etdiyi 15 mart 2007-ci il tarixli 7 saylı qərarı Gürgən-Pirallahı Bələdiyyəsi müvafiq torpaq sahəsi üzərində səlahiyyəti olmayan qurum kimi qəbul etdiyindən, cavabdeh inzibati orqan iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1-ci maddəsinə əsasən haqlı olmuşdur. Gürgən-Pirallahı Bələdiyyəsinin 15 mart 2007-ci il tarixli 7 saylı qərarı iddiaçının həmin qərarda nəzərdə tutulan torpaq sahəsi üzərində hüququnun qeydiyyat alınmasına əsas kimi çıxış edə bilməz. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı, cavabdeh inzibati orqanın imtinasını və müvafiq olaraq birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni əsassız hesab edərək aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan Bakı şəhər Əzizbəyov Rayonu İcra Hakimiyyəti Başçısının Gürgan-Pirallahı Bələdiyyəsinə ünvanlanmış məktubunda qeyd edilmişdir ki, “ Sizin Rayon İcra Hakimiyyətinə ünvanladığınız 129 saylı 17 oktyabr 2006-cı il tarixli məktuba baxılmışdır. Rayon ərazisində əhalinin turizm mərkəzlərinin yaradılmasına olan təlabatını qismən ödəmək və azad sahibkarlığın inkişafına köməklik göstərmək məqsədilə Pirallahı qəsəbəsinin cənub-qərb hissəsində Turizm Mərkəzi yaratmaq üçün nəzərdə tutulan 10 ha torpaq sahəsinin mövcud qanunvericilikdə nəzərdə tutulan qaydada sənədləşdirilərək, İddiaçınə ayrılmasına rayon İcra Hakimiyyəti etiraz etmir. Onu da nəzərinizə çatdırırıq ki, Pirallahı qəsəbəsinin cənub-qərb hissəsində İddiaçı MMC-nə Turizm Mərkəzi yaratmaq üçün nəzərdə tutulan sahə Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmalıdır.” Apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədilə Pirallahı rayon Pirallahı Bələdiyyəsinə sorğu ünvanlanaraq Pirallahı rayonu, Pirallahı qəsəbəsinin cənub-qərb hissəsində yerləşən ölçüsü 27,29 ha olan torpaq sahəsinin İddiaçıMMC-nin daimi istifadəsinə ayrılmasına dair Bakı şəhəri Pirallahı rayonu Gurdan-Pirallahı Bələdiyyəsinin 15 mart 2007-ci il tarixli qərarının, həmin qərarın qəbul edilməsinə əsas olan sənədlərin, həmçinin qərarın hazırda qüvvədə olub-olmaması barədə ətraflı məlumatın məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 8əhkəməsinin icraatında olan sözügedən iş üzrə təqdim olunan, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Gürgən-Pirallahı bələdiyyəsinin xx.xx.2017- ci il tarixli qərarları ilə əlaqədar bildirirlər ki, araşdırma zamanı bələdiyyənin iclaslarının arxiv protokollarında bələdiyyənin mülkiyyətində olan müəssisə, idarə və təşkilatlarla heç bir əlaqəsi olmayan İddiaçı MMC-yə torpaq sahəsinin daimi istifadəyə verilməsi və ya ayrılması barədə nə iclasların gündəliyində, nə də iclaslarda müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərarlarda hər-hansı bir məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İ hissəsinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Həmin maddənin İİ hissəsinə əsasən isə bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50.4-1-ci maddəsinə əsasən bələdiyyə torpaqları istifadə hüququ ilə yalnız bələdiyyənin mülkiyyətində olan müəssisə, idarə və təşkilatlara verilə bilər. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 6-cı bəndinə əsasən bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli 736 nömrəli və 2013-cü il 16 sentyabr tarixli 984 nömrəli Fərmanlarına, Nazirlər Kabinetinin 20 1 3-cü it 14 oktyabr tarixli 294s nömrəli sərəncamına və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2013-cü il 25 oktyabr tarixli 428 nömrəli sərəncamına müvafiq olaraq Bakı şəhəri. Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Səməd Vurğun küçəsində 50 ha torpaq sahəsi Yüksək Texnologiyalar Parkının daimi istifadəsinə verilmiş və torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınaraq çıxarışla rəsmiləşdirilmişdir. Eyni zamanda bildirirlər ki, keçmiş Bakı Şəhər İcra Hakimiyyəti MŞBİ ŞƏTPİ-nin xx.xx.2013-cü il tarixli 18/03-8/2806 nömrəli məktubunda həmin şəxsin torpaq sahəsi üzərində hüquqlarının rəsmiləşdirilməsinin və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin İ 1.07.2014-cü il tarixli xx/xx-1946 nömrəli məktubunda isə torpaq sahəsinin plan və ölçüsünün verilməsinin hüquqi cəhətdən əsassız və mümkün olmadığı göstərilmişdir. Bu barədə sənədlər və məlumatlar Bakı Apcllyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)- 1694/2015 saylı iş üzrə xx.xx.2015-ci il tarixli və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-1 930/201 5 saylı iş üzrə xx.xx.2015-ci il tarixli qərarlarında göstərilmiş və həmin işlərə baxılması zamanı aidiyyəti üzrə təqdim edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin İddiaçı MMC-yə ünvanladığı 20 iyul 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “ƏJDƏKAN LTD" MMCnin istifadəsinə ayrılmış Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsinin cənub-qərb hissəsində yerləşən 27,29 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ünvanladığınız xx.xx.2020-ci il tarixli 12 nömrəli müraciətinizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, qeyd edilən torpaq sahəsinə dair tərtib edilmiş 11 06.2020-ci il tarixli müayinə aktına əsasən müvafiq torpaq sahəsi hasarın içərisindədir və digər torpaq sahələri ilə üst-üstə düşməsi müəyyən edilməmişdir. Həmçinin sözügedən torpaq sahəsi təqdim olumuş koordinatlarına əsasən hüquqmüəyyənedici sənədlər əsasında 27,29 ha təşkil etsə də. faktiki olaraq 27,71 ha-dır. Nəzərinizə çatdırırıq ki, halhazırda iddiaçı "Əjdəkan LTD” MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsinin cənub-qərb hissəsində yerləşən 27,29 ha torpaq sahəsi üzərində daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Bakı İnzibati Məhkəməsinin icraatında 2-1(112)-4466/2020 saylı inzibati iş mövcuddur. Müvafiq inzibati iş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu ünvanlandığı üçün məhkəmə iclasının tarixi qeyri-müəyyən vaxta təyin olunmuşdur. Bildiririk ki, qeyd olunan inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qaydada daxıl olacağı eyni zamanda sözügedən daşınmaz əmlaka dair qanunvericiliyə uyğun tələb olunan hüquqmüəyyənedici və texniki sənədlərin əsilləri Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Əmlak Xidmətləri Məkanına təqdim ediləcəyi təqdirdə həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin İddiaçı MMC-yə ünvanladığı 10 sentyabr 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "ƏJDƏKAN LTD” MMC-nin istifadəsinə ayrılmış Bakı şəhəri, Pirallahı rayonu, pirallahı qəsəbəsinin cənubqərb hissəsində yerləşən 27,29 ha torpaq sahesi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi barədə birbaşa, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ve Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ünvanladığınız xx.xx.2020-ci il tarixli 15 nömreli, xx.xx.2020-ci il tarixli 16 nömrəli və xx.xx.2020-ci il tarixli 17 nömrəli müraciətlərə aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, qeyd edilən torpaq sahəsinə dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli müayinə aktına əsasən müvafiq torpaq sahəsi hasarın içərisindədir və digər torpaq sahələri ilə üst-üstə düşməsi müəyyən edilməmişdir. Həmçinin sözügedən torpaq sahəsi təqdim olunmuş koordinatlarına əsasən hüquqmüəyyənedici sənədlər əsasında 27,29 ha təşkil etsə də, faktiki olaraq 27,71 ha-dır. Nəzərinizə çatdırırıq ki, hal-hazırda iddiaçı "Əjdəkan LTD” MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsinin cənub-qərb hissəsində yerləşən 27,29 ha torpaq sahəsi üzərində daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Bakı İnzibati Məhkəməsinin icraatında 2-1(112)-4466/2020 saylı inzibati iş mövcuddur. Müvafiq inzibati iş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu ünvanlandığı üçün məhkəmə iclasının tarixi qeyri-müəyyən vaxta təyin olunmuşdur. Bildiririk ki, qeyd olunan inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qaydada daxıl olacağı eyni zamanda sözügedən daşınmaz əmlaka dair qanunvericiliyə uyğun tələb olunan hüquqmüəyyənedici və texniki sənədlərin əsilləri Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Əmlak Xidmətləri Məkanına təqdim ediləcəyi təqdirdə həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. Bu barədə sizə xx.xx.2020-ci il tarixli **********26 nömrəli məktubla məlumat verilmişdir. İş materiallarında olan Dövlət Neft Şirkətinin İddiaçı MMC-yə ünvanladığı 24 noyabr 2014-cü il tarixli məktubunda qeyd edilmişdir ki, müraciətinizdə qeyd olunan torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 428 nömrəli sərəncamı ilə "xxxx" MMC-nin daimi istifadəsinə verilmişdir. Odur ki, məktubunuzda qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə müraciət etməyinizi tövsiyə edirik. Apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edən kollegiya qeyd edir ki, AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı inzibati Məhkəməsinə ünvanladığı **********49 nömrəli xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, tədqiqat obyektinə baxış keçirilmiş, aparılmış araşdırma nəticəsində mütəxəssis rəyi və sxem tərtib olunmuş və məhkəməyə təqdim olunmuşdur. Həmi rəydə göstərilmişdir ki, “Mübahisələndirilən torpaq sahəsinin naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdırma, təqdim edilmiş sənədlərə və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmış və sxemlər hazırlanmışdır. Naturada müəyyən edilmiş koordinatlar müraciətə əlavə edilmiş sxemin koordinatlarına uyğundur. Naturada ölçülmüş mübahisələndirilən torpaq sahəsi Bakı şəhər İHB-nın xx.xx.2000-ci il 833 nömrəli Sərəncamı ilə Pirallahı rayonu Gürgan-Pirallahı Bələdiyyənin mülkiyyətinə verilməsi nəzərdə tutulan torpaq sahələrinin hüdudları daxilində yerləşir.” İddiaçı MMC-nin daimi istifadəsinə verilmiş 27,29 ha torpaq sahəsi- bələdiyyənin təqdim etdiyi sənədlərə və mütəxəssis tərəfindən naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmış və hazırlanmış sxemlər əsasında tərtib edilmiş mütəxəssis rəyindən göründüyü kimi həmin torpaq sahəsi “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” olan və Bakı şəhər İHB-nın xx.xx.2000-ci il 833 nömrəli Sərəncamı əsasında Bələdiyyənin mülkiyyətinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir, eləcə də naturada müəyyən edilmiş koordinatlar müraciətə əlavə edilmiş sxemin koordinatlarına uyğundur. Belə olan halda, İddiaçı MMC-nin daimi istifadəsində olan 27,29 ha torpaq sahəsi ilə bağlı cavabdehin imtinasında qeyd edilən “Təqdim edilən yerləşmə cizgisində torpaq sahəsinin dəqiq istinad və məsafələri göstərilməmişdir. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Dövlət Neft Şirkətinin istifadəsinə verilən ərazi olmaqla, dövlət mülkiyyətində olan torpaqdır. Bundan başqa, qeyd edilən ərazinin bir hissəsi digər şəxsin (“İnnovasiyalar Agentliyi” X6) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür” dəlilləri formal mülahizələrdən ibarətdir. Bununla yanaşı, xüsusi olaraq qeyd olunmalıdır ki, İddiaçı MMC ilə Bakı şəhər İH, Gürgan-Pirallahı Bələdiyyəsi və Pirallahı rayon İH arasında 2013-cü ildə başlamış və 2015-ci ildə başa çatmış məhkəmə mübahisələri zamanı, İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə xx.xx.2014-cü il tarixdə müraciət olunmuşdur. ARDNŞ-nin 14-1000/xx-xx-000027 nömrəli xx.xx.2014-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, “... müraciətinizdə qeyd olunan torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 428 nömrəli Sərəncamı ilə "xxxx" MMC-nin daimi istifadəsinə verilmişdir. Odur ki, məktubunuzda qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə müraciət etməyinizi tövsiyə edirik.” Həmin cavab məktubundan da görünür ki, İddiaçı MMC-nin istifadəsində olan torpaq sahəsi ilə bağlı məsələyə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti hələ xx.xx.2014-cü il tarixdə münasibət bildirmiş və həmin torpaq sahəsinin Dövlət Neft Şirkətinə aidiyyəti olmadığı üçün aidiyyəti üzrə müraciət edilməsi tövsiyə olunmuşdur. Bundan başqa, cavabdehin- “...qeyd edilən ərazinin bir hissəsi digər şəxsin (“İnnovasiyalar Agentliyi” X6) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür.”- dəlilinə münasibətdə kollegiya qeyd edir ki, həmin məsələ ilə bağlı MMC-nin ümumi istifadəsində olan 33,16 ha torpaq sahəsindən 5,93 ha hissəsi Yüksək Texnologiyalar Parkına verilmiş torpaq sahəsi ilə üstüstə düşdüyünə görə, həmin torpaq sahəsindən 5,93 ha hissəsi ayrılmış və MMC-nin istifadəsində 27,29 ha torpaq sahəsi qalmışdır. Belə ki, işdə olan ünvan 8əhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1694/2015 saylı, 28 oktyabr 2015-ci il tarixli qərardadından müəyyən olunur ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti cavabdeh Pirallahı Bələdiyyəsinə (üçüncü şəxslər İddiaçı MMC, "xxxx" MMC”, X7, Pirallahı Rayon İcra Hakimiyyəti) qarşı məhkəmədə iddia qaldıraraq Gürgən-Pirallahı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 13 saylı, xx.xx.2007-ci il tarixli 07 saylı qərarlarının İddiaçı MMC-yə, xx.xx.2007-ci il tarixli 13 saylı, xx.xx.2007-ci il tarixli 16 saylı qərarlarının "xxxx" MMC” və X4 turizm mərkəzlərinin yaradılması üçün torpaq sahələrinin ayrılması hissəsində ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1930/2015 saylı iş üzrə qəbul etdiyi 10 iyul 2015-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Üçüncü şəxslər İddiaçı MMC, "xxxx" MMC” və X7 apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişlər, ünvan 8əhkəməsinin İİK-nın xx.xx.2015-ci il tarixli qərardadı ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyətinin iddiadan qismən imtinası qəbul edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1930/2015 saylı iş üzrə qəbul etdiyi 10 iyul 2015-ci il tarixli qərarı qismən- Gürgən-Pirallahı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 13 saylı, xx.xx.2007-ci il tarixli 07 saylı qərarlarının İddiaçı MMC-yə 27.29 ha torpaq sahəsinin ayrılması hissəsində, xx.xx.2007-ci il tarixli 13 saylı, xx.xx.2007-ci il tarixli 16 saylı qərarlarının X4 3,31 ha torpaq sahəsinin ayrılması hissəsində, xx.xx.2007-ci il tarixli 13 saylı, xx.xx.2007ci il tarixli 16 saylı qərarın "xxxx" MMC-yə torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. ünvan 8əhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1694/2015 saylı, 28 oktyabr 2015-ci il tarixli qərardadı ilə üçüncü şəxslər İddiaçı MMC, "xxxx" MMC” və X3 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-1930/2015 saylı iş üzrə qəbul etdiyi 10 iyul 2015-ci il tarixli qərarının-Gürgən-Pirallahı bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 13 saylı, xx.xx.2007-ci il tarixli 07 saylı qərarlarının İddiaçı MMC-yə 5.93 ha torpaq sahəsinin ayrılması hissəsinin, xx.xx.2007-ci il tarixli 13 saylı, xx.xx.2007-ci il tarixli 16 saylı qərarlarının X4 8.95 ha torpaq sahəsinin ayrılması hissəsinin ləğv edilməsi” hissəsində apellyasiya şikayətindən imtinası qəbul edilmiş və həmin hissədə apellyasiya icraatına xitam verilmişdir. Bundan başqa, cavabdehin “Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2537/2013 saylı iş üzrə 6 noyabr 2013-cü il tarixli qərarı İdarəyə rəsmi qaydada daxil olmamış, İdarə tərəf qismində cəlb edilməmişdir. Həmçinin müvafiq qərarla İdarənin üzərinə öhdəlik qoyulmamışdır.” İmtina əsası ilə bağlı kollegiya qeyd edir ki, həmin məhkəmə işində 1 saylı Bakı Ərazi İdarəsinin iştirak etməməsi qanuni qüvvədə olan məhkəmə qərarı ilə müəyyən edilmiş faktların mötəbərliyinə və tərəflərin hüquq münasibətlərinə hər hansı bir qaydada təsir göstərmir və məhkəmə qərarı ilə müəyyən edilmiş faktları şübhə altına alına bilməz. Həmçinin iş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ünvan 8əhkəməsinə ünvanladığı xx.xx.2015-ci il tarixli ərizədə qeyd edilmişdir ki, hal-hazırda ünvan 8əhkəməsinin icraatında iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin cavabdehlər Pirallahı Bələdiyyəsinə, «Əjdəkan LTD MMC», "xxxx" MMC və X4, maraqlı şəxs Pirallahı Rayon icra Hakimiyyətinə qarşı Bələdiyyə qərarlarının ləğv olunması haqqında iddiasının təmin olunması barəsindəki 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin qərarından cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə baxılır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli 736 nömrəli və 2013-cü il 16 sentyabr tarixli 984 nömrəli Fərmanlarına, Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 294s nömrəli sərəncamına və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2013-cü il 25 oktyabr tarixli 428 nömrəli sərəncamına müvafiq olaraq Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Səməd Vurğun küçəsində 50 ha torpaq sahəsi Yüksək Texnologiyalar Parkının daimi istifadəsinə verilmişdir. Qeyd olunan toipaq sahəsi üzərində istifadə hüququ dövlət qeydiyyatına alınmış və reyestrdən çıxarışla rəsmiləşdirilmişdir. Cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək mütəxəssis tərəfindən yerində koordinatlar müəyyən edilərək tərtib edilmiş plan-sxem təqdim edərək Bakı Şəhər İcra Hakimiyyətinin yuxarıda göstərilən sərəncamı ilə texnopark salınması üçün ayrılmış torpaq sahəsinin «Əjdəkan LTD MMC»-yə məxsus 5,93 ha hissədə, X5 məxsus torpaq sahəsinin isə 8,95 ha hissədə üst-üstə düşdüyünü, "xxxx" MMC-yə isə bir neçə min metr aralıda olduğundan ümumiyyətİə üst-üstə düşmədiyini bildirmişlər. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr 736 nömrəli və 2013-cü il 16 sentyabr tarixli 984 nömrəli Fərmanlarına, Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 294s nömrəli sərəncamına və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2013-cü il 25 oktyabr tarixli 428 nömrəli sərəncamına müvafiq olaraq Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Səməd Vurğun küçəsində Yüksək Texnologiyalar Parkının salınması üçün ayrılmış torpaq Sahəsinin cavabdeh "xxxx" MMCyə aid hissədə bütünlüklə, digər. cavabdehlər İddiaçı MMC-yə və X4 məxsus olan torpaq sahələrinin bir qisminin üst-üstə düşməyən hissələrinə aid olan hüquqi sənədlərin ləğv edilməsini Bakı Şəhər İcra Hakimiyyəti tələb etmədiyinə görə həmin hissələrin mövcud sənədlər əsasında rəsmiləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərin aidiyyəti üzrə səlahiyyətli dövlət qeydiyyatı orqanlarına müraciət etmək hüququ vardır. Bu hüquq hər hansı bir formada Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məhdudlaşdırılmamışdır. Sonda Azərbaycan Respublikası İPM-nin 1.2-ci, 27, 54 və 55-ci maddələrinin, Azərbaycan Respublikası MPM-nin 53, 54, 55-ci maddələrinin tələblərini rəhbər tutaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş iddianın cavabdeh İddiaçı MMC-yə və X4 aid torpaq sahələrinin Yüksək Texnologiyalar Parkını salınması üçün ayrılmış torpaq sahəsi ilə üst-üstə düşən hissələrdə iddianın təmin edilməsini, “ASV-L» MMC-yə aid hissədə bütünlüklə, digər cavabdehlər İddiaçı MMC-yə və X4 məxsus olan torpaq sahələrinin isə bir qisminin üst-üstə düşməyən hissələrində iddia tələbindən imtina etdiklərini bildirmiş və həmin hissədə icraata xitam verilməsini xahiş etmişlər. Göründüyü kimi Bakı şəhər İcra Hakimiyyəti İddiaçı MMC-yə ayrılmış torpaq sahəsinin üst-üstə düşməyən hissəsində hüquqi sənədlərinin ləğv edilməsi tələbindən imtina etmiş və həmin torpaq sahəsini mövcud sənədlər əsasında rəsmiləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə səlahiyyətli dövlət qeydiyyatı orqanlarına müraciət etmək hüququnu izah etmişdir. Eləcə də, həmin müraciətdə göstərilmişdir ki, “Bu hüquq hər hansı bir formada Bakı şəhər İcra Hakimiyyəti tərəfindən məhdudlaşdırılmamışdır.” Cavabdeh inzibati orqan məhkəmənin Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsinin cənub-qərb hissəsində yerləşən 27,29 ha torpaq sahəsinin koordinatları, təyinatı barədə, həmçinin torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və “İnnovasiyalar Agentliyi” X6 istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsi barədə, əgər üst-üstə düşürsə hansı hissələrdə üst-üstə düşməsi ilə bağlı şifahi sorğusuna cavab olaraq məhkəməyə ünvanladığı 30 may 2024-cü il tarixli məktubda qeyd özü də qeyd etmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki koordinatlarla verilmiş sahədə üst-üstə düşmə halı yoxdur. Məktubda qeyd olunan digər hallar (“sahə daxilindən "xxxx" adlı boru məlumatlarının olması, Azərsu ASC-yə məxsus su boru xəttinin keçməsi, cizgidəki perimetrik ölçü və konfiqurasiyada ciddi fərqlərin olması, cizginin 33,16 ha sahəyə tərtib edilməsi, sahədən 203-216 metr məsafədə neft quyusunun olması”) torpaq sahəsi üzərində daimi istifadə hüququnun qeydiyyatından imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən) imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin torpaq sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, şikayət təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11168/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11168/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri Əzizbəyov (hazırkı Pirallahı) rayonu Gürgan-Pirallahı Bələdiyyəsinin 15 mart 2007-ci il tarixli 7 saylı qərarına əsasən İddiaçı daimi istifadəsinə verilmiş, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsinin cənub-qərb hissəsində yerləşən 27.29 ha torpaq sahəsi üzərində İddiaçı daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində ünvan 8əhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1820/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1820/2024
12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver