Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1821/2020 29.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseyn sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı, vəkili X1 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı (3-cü şəxslər Zəngilan rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) “mənzillə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1707/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzillə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Zəngilan rayon İcra Hakimiyyətini və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1707/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətinə etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, bu iş barədə məhkəmə qərarı xx xxxxxx 2019-cu il tarixində verilmişdir. Qanunamüvafiq surətdə ən uzağı 1 aydan sonra, yəni xx xxxxxxxx 2019-cu il tarixində cavabdehə rəsmi qaydada təqdim olunmuşdur. Cavabdeh də bir ay müddətində, yəni xx xxxxxxx 2019-cu il tarixinə qədər qanunamüvafiq surətdə apelyasiya şikayəti verməli idi. Çox qəribə də olsa cavabdeh apelyasiya şikayətini bir aydan sonra yox, bir ildən sonra, yəni xx xxxxxxxx 2020-ci il tarixində hüquqi şəxs kimi cavbdehin ünvanında qeydiyyatdan keçirtmişdir. Məhkəməyə nə vaxt rəsmi qaydada təqdim etməsi barədə apelyasiya şikayətinin üzərində heç bir qeydiyyat yoxdur. Bu da onu təsdiq edir ki, apelyasiya şikayəti vaxtında verilməmişdir, ona görə də şikayət icraata götürülməməli və işin icraatına xitam verilməlidir. Lakin bütün bunlara baxmayaraq qanunun tələbləri pozulmuş və qanunsuz olaraq həmin iş icraata götürülmüşdür. İşin mahiyyəti üzrə baxılmasına gəldikdə isə birinci instansiya məhkəməsi tərəfindən verilən qərar qanuni və əsaslıdır. Çünki iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, o həm məcburi köçkün, həm də 1-ci qrup Müharibə (Qarabağ) Əlilidir. Ona görə də ona hər iki halda mənzil verilməlidir. Məhkəmə kollegiyası verilmiş apelyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi apelyasiya şikayətinin mümkün sayılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili X3 apelyasiya şikayətinin mümkün sayılmamasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, cavabdeh və 3-cü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla apelyasiya şikayətinin mümkünlük məsələsinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti mümkün sayılmamalı və həmin qərara dair apelyasiya şikayətinin qəbulundan imtina edilməlidir. İş materiallarından müəyyən olunur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1707/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı mənzillə təmin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsa da, sonuncu həmin qərarı mübahisələndirməmişdir. Qərar iş üzrə tərəf olmayan, həmçinin üçüncü şəxs qismində iş üzrə icraata cəlb olunmamış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən mübahisələndirilmişdir.Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2636/2019 saylı, xx.xx.2019-cu il tarixli və Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1060/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu hazırkı məhkəmə qərarından apellyasiya şikayəti vermək hüququna malik olmadığından, həmçinin apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürüldüyündən və apellyasiya şikayətini imzalayan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd məhkəməyə təqdim edilmədiyindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1707/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şikayət üzrə apellyasiya mümkün sayılmamamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Hazırda isə qərar iş üzrə tərəf olmayan, həmçinin üçüncü şəxs qismində iş üzrə icraata cəlb olunmamış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən mübahisələndirilmiş, lakin sonuncu belə bir səlahiyyətə malik olmasına dair sübut təqdim etməmişdir. AR İnzibati-Prosessual Məcəlləsinin 81-ci maddəsinin 1-ci və 2-ci bəndinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qeyd olunan normaların tələbinə əsasən məhkəmə qərarlarından yalnız iştirak edən tərəflər və məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər şikayət vermək hüququna malik olmaqla onu mübahisələndirə bilərlər. Hazırki halda isə hazırki iş üzrə şikayət vermiş şəxs nə iş üzrə tərəf olmuş, nə də məhkəmə tərəfindən üçüncü şəxs qismində cəlb edilmişdir. İnzibati Prosessual Məcəllədə qanuni qüvvəyə minmiş məhkəmə qərarından işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayət vermək hüququ nəzərdə tutulmamışdır. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Adıçəkilən qərarla müəyyən edilmişdir ki, işdə itirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Həmçinin Plenum qeyd etmişdir ki, məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüquqlarının və qanunla maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır.” Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına və orada əks olunmuş hüquqi mövqeyə görə birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə mindikdən sonra qəbul edilmiş qərarın onun maraqlarına toxunduğunu güman edən şəxsin icraata qoşulması birinci instansiya məhkəməsinə ərizə verməklə üçüncü şəxs qismində icraata cəlb edilmə qaydasında həll olunmalıdır. Bu mənada şikayət vermiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə üçüncü şəxs qismində işə cəlb edilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmək hüquqları izah edilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə icraatının iştirakçısı olmayan və icraata cəlb olunmayan şəxs tərəfindən şikayət verilməsi qanunvericilikdə nəzərdə tutulmadığından şikayət mümkün sayılmamalı və аpelyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1707/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş şikayət üzrə apelyasiya mümkün sayılmasın və apelyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: İlham Kərimli Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1821/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1821/2020
29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver