Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1821/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə qarşı “qeydiyyat şəhadətnaməsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə qarşı “qeydiyyat şəhadətnaməsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11170/2024 saylı 06 dekabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarıqəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Gürcüstan Rustavi Rayon Prokurorluğunun SR**********CR saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən cinayət qanunvericiliyində nəzərdə tutulmuş hər hansı tədbir olmadığı üçün Levan Xitarişvilinin avtomobilinin sənədlərinin və identifikasiya nömrəsinin saxtalaşdırılması faktı üzrə **********04 saylı cinayət işinin istintaqının dayandırılması və işdə təqdim olunan İdentifıkasiya nömrəsi - WFOXXXTTGXFJ60369 olan FORD markalı avtomobil və müvafiq sənədlərin qanuni sahibinə qaytarılması qərara alınmışdır. **********0230 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 33- cü qrafasında yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu 1 870421 9900, 31-ci qrafasında “yük avtomobili: ford transit (dizel) istehsal tarixi xx.xx.2015-ci il, mühərrik həcmi 2198 sm.kub, şasso ban nömrəsi WF0XXXTTGXFJ60369”, 22-ci qrafasında ümumi invoys dəyəri 2900,00 olmaqla “Azərterminalkompleks” Birliyi tərəfindən bəyan edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi İstintaq və Təhqiqat şöbəsinin rəis müavini polis polkovnik-leytenant A.Q.Babayevin xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən İddiaçı qeyd edilən fakt üzrə əməllərində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Qərarın 4-cü bəndinə əsasən “FORD TRANSİT yük” markalı, üzərində 032322JB tranzit qeydiyyat nişanı olan, vaqon tipli, WF0XXXTTGFXJ60369 ban nömrəli, sarı rəngli, 2015-ci il buraxılışlı avtomobillə bağlı mübahisəli məsələlər həll olunana qədər nəqliyyat vasitəsinin qeydiyyatının aparılmaması, həmçinin Azərbaycan Respublikasının ərazisindən çıxarılmaması barədə İddiaçı xəbərdarlıq edilmişdir. Həmin Qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən 021-4726-1222 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İNTERPOL-un Baş Katibliyindən alınan məlumata görə, VİN: WF0XXXTTGFXJ60369 olan, DU-1S5014 qeydiyyat nişanlı, “FORD TRANSİT” markalı nəqliyyat vasitəsi 31 avqust 2020-ci il tarixdə Almaniyada oğurlanmış və 28 aprel 2021-ci il tarixdə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 005-9023-1222 saylı xx.xx.2022- ci il tarixli məktubda bildirilmişdir ki, «Ford Transit» markalı, üzərində 032322JB tranzit qeydiyyat nişanı olan, vaqon tipli, WFOXXXTTGXFJ60369 ban nömrəli, sarı rəngli, 2015- ci il buraxılışlı avtomobilin beynəlxalq axtarışda olmasına dair material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti göndərilməklə izah olunur ki, qərardan narazı qaldığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən yuxarı prokurora və məhkəmə nəzarətini həyata keçirən rayon məhkəməsinə şikayət vermək hüququ vardır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə hazırki tələblə müraciət etmiş, cavabdeh ona ünvanlanmış 016-68312-1222 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, qeyd olunan "FORD TRANSİT YÜK" markalı, ban nömrəsi: WF0XXXTTGXFJ60369 olan nəqliyyat vasitəsi Almaniya Federativ Respublikasından oğurlandığı üçün "İNTERPOL" tərəfindən axtarışda olmasının müəyyən edilməsi səbəbindən xahişinizin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X7 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnuzun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "X9" markalı, ban nömrəsi WF0XXXTTGXFJ60369 olan nəqliyyat vasitəsinə onun mülkiyyət hüququnun dövlət qeydiyyatı üzrə uçota alınması və ona bu barədə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, tanışı Gürcüstan Respublikasına gedib oradan onun adına «Ford Transit» yük markalı, 03232JB tranzit qeydiyyat nişanlı, vaqon tipli, sarı rəngli, 2015-ci il buraxılışlı avtomobil almış və həmin avtomobil 05 aprel 2022-ci ildə Gömrükdən keçərək ölkəyə daxil olmuşdur. Həmin avtomobilin onun adına qeydiyyata alınması üçün 20 aprel 2022-ci il tarixdə sənədləri BDYPİ-nə təqdim etmiş və orada avtomobilə baxış keçirilən zamanı avtomobilin İnterpol xətti ilə axtarışda olması məlum olmuşdur. Bu barədə araşdırma aparılması üçün sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinə göndərilmişdir. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılmış, araşdırma nəticəsində cinayət işi başlanmasının rədd edilməsi haqqında «04» may 2022-ci il tarixli qərar qəbul edilmişdir. Bundan sonra cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə təkrarən müraciət edərək, «Ford Transit» yük markalı, 03232JB tranzit qeydiyyat nişanlı, vaqon tipli avtomobilin onun adına qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdehin 04 iyun 2022- ci il tarixli məktubu ilə müraciətindən imtina edilərək, qeyd olunan "FORD TRANSİT YÜK" markalı, ban nömrəsi: WF0XXXTTGXFJ60369 olan nəqliyyat vasitəsi Almaniya Federativ Respublikasından oğurlandığı üçün "İNTERPOL" tərəfindən axtarışda olmasının müəyyən edilməsi səbəbindən xahişinin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X7 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılmasının yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququmun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilməsi göstərilmişdir. Cavabdehin bu imtinası ilə razı deyil və ona məxsus "FORD TRANSİT YÜK" markalı, ban nömrəsi WF0XXXTTGXFJ60369 olan nəqliyyat vasitəsi xüsusi mülkiyyət hüququ ilə onun adına qeydə alınmalıdır. Belə ki, həmin avtomobilin dəyərini ödəyərək, həmin avtomobili qanuni yollarla öz sahibindən almış, həmin avtomobili mənə satan şəxsin həmin avtomobil üzərində sərəncam vermək hüququ olduğuna görə bu barədə Gürcüstan Respublikasında rəsmi sənədləşmə aparılmışdır. Həmin avtomobilin oğurluq avtomobil kimi interpol vasitəsi ilə axtarışda olması isə həmin avtomobilin onun mülkiyyətinə verilməsindən imtina edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Mülki Qanunvericiliyə əsasən "FORD TRANSİT YÜK" markalı, ban nömrəsi: WF0XXXTTGXFJ60369 olan nəqliyyat vasitəsini əldə edərkən həmin əmlakın oğurluq olmasını bilməmiş, həmin əmlakı onun mülkiyyətçisindən əldə etmiş, bu səbəbdən həmin əmlaka dair vicdanlı əldə edən olduğuna görə həmin əşyanın mülkiyyətçisi hesab edilir. Belə ki, işi hallarından da görünür ki, qeyd edilən avtomobilin oğurluq olması barədə məlumat olsa da, həmin avtomobili satan şəxsin həmin avtomobilin mülkiyyətçisi olmaması barədə, həmin şəxsin sənədlərinin saxta olması barədə heç bir sübut yoxdur. İnzibati İcraat Haqqqında Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İşin hallarından da görünür ki, cavabdeh həmin avtomobilin axtarışda olması barədə məlumat əldə etdikdən sonra bu barədə araşdırma aparılması üçün müvafiq orqanlara müraciət etmiş, araşdırmanın nəticəsi olaraq cinayət işinin başlıanması rədd edilmişdir. Həmin araşdırma nəticəsində də mənim qeyd olunan avtomobilə nisbətdə vicdanlı alıcı hesab edilməklə əməlində oğurluq və digər cinayətin tərkibi əlamətləri olmaması müəyyən edilmişdir. Beləliklə də "FORD TRANSİT YÜK" markalı, ban nömrəsi: WF0XXXTTGXFJ60369 olan nəqliyyat vasitəsinə dair cavabdehə təqdim etdiyi sənədlərin saxta olmaması, həmin sənədlərin həqiqətə uyğun olmadığının sübuta yetirilməməsi, avtomobilin aldığı şəxsin həmin avtomobilin əsl mülkiyyətçisi olmamasının sübuta yetirilməməsi artıq həmin avtomobilin onun adına qeydiyyata alınması üçün mötəbər əsaslardır. Belə olduğu halda isə cavabdeh qeyd edilən nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə uçota alınması işlərinin aparılmasından imtina etməkdə haqlı olmamışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11170/2024 saylı 06 dekabr 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddiasının təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh orqan lazımi qaydada məlumatlandırılmasına baxmayaq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşdə iştirak edən iddiaçı hazırki işə cavabdehin nümayəndəsinin iştiriakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçının həmin məktubu nə vaxt əldə etməsi iş materiallarından müəyyən olunmur. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə qarşı tələbi “”X9" markalı, ban nömrəsi WF0XXXTTGXFJ60369 olan nəqliyyat vasitəsinə onun mülkiyyət hüququnun dövlət qeydiyyatı üzrə uçota alınması və ona bu barədə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmi “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: 1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər. 1.4-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər hüquqi ünvanı və ya yaşayış yeri üzrə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlarda: 1) əldə edildiyi vaxtdan on gün ərzində; 2) fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişildiyi vaxtdan on gün ərzində; 3) nəqliyyat vasitələrinin ipoteka müqaviləsi bağlandığı vaxtdan on gün ərzində: 4) xarici dövlətlərdən gətirildikdə gömrük rəsmiləşdirilməsi keçdiyi vaxtdan on gün ərzində; 5) Nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan nəqliyyat vasitəsini qeydiyyata aldırmalıdırlar. 1.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində: 1) dövlət qeydiyyatından keçməyən və yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə gömrük öhdəçiliyi olmayan; 2) dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmayan, eləcə də saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrinin idarə edilməsi qəti qadağandır. 2.6-ci bəndinə əsasən nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. 2.8-ci bəndinə əsasən təqdim edilən sənədlərdə və ya nəqliyyat vasitəsinin aqreqat nömrələrində saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitəsinin aqreqat nömrələrinin qeydiyyat məlumatları ilə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. 2.9-cu bəndinə əsasən arayışın verilməsindən aşağıdakı hallarda imtina edilir. 1) bu qaydaların 2.8. bəndində göstərilən hallar aşkar olunduqda; 2) nəqliyyat vasitəsi Azərbaycan Respublikasında dövlət qeydiyyatı üzrə müvəqqəti uçotda və ya qeydiyyatda olduqda; 3) qanunvericilikdə nəzərdə tutulan digər hallarda. 2.11. Qeydiyyata alınan nəqliyyat vasitələrinin konstruksiyası hərəkətin təhlükəsizliyinə və ətraf mühitin qorunmasına aid qüvvədə olan standartların, qaydaların və normativlərin tələblərinə uyğun olmalıdır. 5.3. Nəqliyyat vasitələri məhkəmələrin, yaxud mövcud qanunvericilik aktlarına müvafiq olaraq digər səlahiyyətli dövlət orqanlarının vəzifəli şəxslərinin cinayət, yaxud başqa qanun pozuntusu törədilməsinə görə qəbul etdiyi qərar əsasında uçotdan çıxarıla bilər. Nəqliyyat vasitələrinin uçotdan çıxarılmasına, nəqliyyat vasitəsinə mülkiyyət hüququnun dəyişdirilməsinə müvəqqəti məhdudiyyətlər göstərilən orqanların, vəzifəli şəxslərinin qərarı ilə qoyula bilər. Azərbaycan Respublikası DİN-nin xx.xx.1999-cu il tarixli 190 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.1999-cu ildə 165 nömrə ilə qeydə alınmış “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması işlərinin aparılması barədə” Təlimatın 2.16-cı bəndinə əsasən hüquq-mühafizə, o cümlədən məhkəmə, istintaq, digər dövlət orqanları tərəfindən nəqliyyat vasitəsinə mülkiyyət hüququnun dəyişdirilməsi üzrə qoyulmuş müvəqqəti qadağa və məhdudiyyətlərin uçotu müvafiq jurnalda və kompüter bazasında aparılır və uçot kartoçkasında məhdudiyyətin səbəbi göstərilir. Nəqliyyat vasitəsi “Əsasnamə”nin 5.1-ci bəndinin 1-ci hissəsində göstərilən hallarda Azərbaycan Respublikası ərazisindən kənara aparılmamaq şərti ilə uçotdan çıxarıldıqda, yuxarıda göstərilən məhdudiyyətlərin məzmunu barədə qeydiyyat şəhadətnaməsində müvafiq məlumatlar göstərilir. İşin faktiki hallarından görünür ki, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üzrə uçota alınması və ona bu barədə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsini tələb etdiyi "X9" markalı, ban nömrəsi WF0XXXTTGXFJ60369 olan nəqliyyat vasitəsi 31 avqust 2020-ci il tarixdə Almaniyada oğurlanmış və 28 aprel 2021-ci il tarixdə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi İstintaq və Təhqiqat şöbəsinin rəis müavini polis polkovnik-leytenant A.Q.Babayevin xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından da görünür ki, “FORD TRANSİT yük” markalı, üzərində 032322JB tranzit qeydiyyat nişanı olan, vaqon tipli, WF0XXXTTGFXJ60369 ban nömrəli, sarı rəngli, 2015-ci il buraxılışlı avtomobillə bağlı mübahisəli məsələlər həll olunana qədər nəqliyyat vasitəsinin qeydiyyatının aparılmaması, həmçinin Azərbaycan Respublikasının ərazisindən çıxarılmaması barədə İddiaçı xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasından imtina edərkən cavabdeh qurumun hərəkətləri Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarına və DİN-in müvafiq Təlimatına əsaslandığından və beynəlxalq cinayətkarlığa qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirildiyindən qanuni məqsəd daşıyır, buna görə də bu baxımdan ictimai maraqlara xidmət edir. Beləliklə, cavabdeh orqan iddiaçının tələbinin təmin olunmasından imtina edərkən bu müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş sayılır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının üzərində mülkiyyət hüququnun qeydiyyatının aparılmasını iddia etdiyi nəqliyyat vasitəsinin Almaniya dövlətində oğurlanması faktı üzrə əməlində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanmasının rədd edilməsi nəqliyyat vasitəsi üzərində mülkiyyət hüquqlarının tanınması, nəqliyyat vasitəsinin mülkiyyətçisinin dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi iddiaçının iddiasının rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd olunur ki, həmin dəlillər əsassız olub, birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11170/2024 saylı 06 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11170/2024 saylı 06 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X5 Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1821/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1821/2025
11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver