Məhkəmə qərarları › İş №2-1(103)-1822/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1822/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1822/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlunun sədrliyi ilə (məruzəçi); Tanrıverdiyev Anar Vəzir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil İsa oğlunun, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1806/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci ildən 52 yaş tam olduğundan güzəştli şərtlərlə 12 saylı xx.xx.2007-ci il tarixli Qərarına əsasən "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan yaşa görə güzəştli təqaüd hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının” Aqlomerasiya kombinatları, fabrikləri, sexləri, bölmələri, qurğuları. Ağırlaşdırıcılar istehsalı" Bölməsinə uyğun olaraq güzəştli pensiyanın təyin edilməsi və hesablanması; xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci ilədək hesablanmış pul məbləğinin birdəfəlik verilməsi (ödənilməsi); xx.xx.2017-ci il tarixdən məhkəməyə müraciət edən günədək digər əsasla təyin olunmuş və ödənilmiş pensiyanın məbləğində olan yeni təyin edilmiş pensiya növü ilə əvəz olunan məbləğlər arasında olan və yığılmış fərqin birdəfəlik qaydada ödənilməsi haqqında cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1960-ci ildə Bakı şəhərində anadan olmuşdur. xx.xx.1976-ci ildən xx.xx.2007-ci ilədək onun əmək stajı 31 il təşkil edir. O cümlədən xx.xx.1982-ci ildən xx.xx.1995-ci il tarixədək "xxxx" zavodunda güzəştli şərtlərlə 52 yaşından təqaüdə çıxmağa hüquq verən 13 il güzəştli staj və xx.xx.1995-cı ildən xx.xx.2007-ci il tarixədək X9 Donanmasında güzəştli şərtlərlə 57 yaşından təqaüdə çıxmağa hüquq verən 12 il güzəştli staj təşkil edirdi. xx.xx.2007-ci ildə onun güzəştli və ümumi əsaslarla pensiya hüququ yaşına görə yəni cəmi 47 il təşkil etdiyindən o, güzəştli şərtlərlə pensiya hüququnu xx.xx.2017-ci ildə dənizdə işlədiyi dövr üzrə 13 ili nəzərə alaraq güzəştli şərtlərlə 57 yaşıından təqaüdə çıxmışdır. Hal hazırda ona məlum olmuşdur ki, onun xx.xx.1982-ci ildən xx.xx.1995-ci il tarixədək "xxxx" zavodunda güzəştli şərtlərlə 52 yaşından təqaüdə çıxmağa hüquq verən 13 il güzəştli stajla digər pensiya növünə çıxmağa hüququ var. Digər güzəştli şərtlərlə 52 yaşından pensiya növünə keçməsinə cavabdehə müraciət etsə də cavabdeh əsassız olaraq qanunu təhrif edərək ərizəni təmin etməkdən imtina etmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin MS-66 saylı xx.xx.2021-ci il tarixli arayışa əsasən "X5 Bakı Ağırlaşdırıcılar zavodunda xx.xx.1982-ci ildən 4-cü dərəcəli tornaçı və xx.xx.1982-ci ildən 13.1 1.1995-ci il tarixədək həmin ağırlaşdırıcılar istehsalı sahəsində 4-cü dərəcəli elektrik-qaz qaynaqçısı vəzifələrində işləməsinin Arayışda göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2001-ci il tarixli Qərarına əsasən, “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan yaşa görə güzəştli təqaüd hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəricilərin Siyahısına” uyğundur və güzəştli təqaüdə çıxmağa hüquq verir "Bölmə Aqlomeriasiya kombinatları, fabrikləri, sexlər bölmələri qurğuları Ağırlaşdırıcılar istehsalı” hüquqi əsası kimi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilmək üçün verilməsi həmin arayışda qeyd olunmuşdur. İddiaçı cavabdehin mövqeyi ilə razılaşmamış və məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, smək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçı Dövlət Sosial X4 rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə və 17-ci maddəsinin birinci və beşinci abzaslarına əsasən, həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinin tələbləri nəzərə alınmaqla 28 aprel 2017-ci il tarixindən 57 yaşdan Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” 13-cü naddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li siyahıya görə 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əəsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı lə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın Ümumi peşələr bölməsinin (XXİİİ) 12100000-11620 kodu üzrə rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları peşəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASCnin 5 iyul 2017-ci il tarixli 35 nömrəli arayışında onun xx.xx.1982-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə “elektrik qaz qaynaqçısı” peşəsində işlədiyi qeyd olunmuşdur. Ona görə də iddiaçının işlədiyi elektrik qaz qaynaqçısı peşəsi yuxarıda qeyd olunan “rezervuarların, pakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları” peşəsinə aid deyildir. Göründüyü kimi, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 52 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1806/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş etirazla razılaşmış lakin mühüm əhəmiyəti olan bütün faktiki hallan araşdırmamışdır. İş materiallarında olan "xxxx"ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli MS-66 saylı arayışa əsasən iddiaçının peşəsi AR NK-nin 12 №li, xx.xx.2007-ci il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan yaşa görə güzəştli təqaüd hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına” uyğundur və güzəştli təqaüdə çıxmağa hüquq verir. Bölmə-Aqlomeriasiya kombinatları, fabrikləri, sexləri, bölmələri, qurğuları, Ağırlaşdırıcılar istehsalı. Bu arayışdan artıq bəllidir ki, NKi Qərarının Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri Siyahısının 2.3-cü bəndində qeyd olunmuş,yəni Aqlomerasiya kombinatları o cümlədən iddiaçının işlədiyi “Ağırlaşdırıcılar istehsalı əmək şəraitinin zərərli ağır olan və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalata aiddir. Müəsissənin adından bəllidir ki, "xxxx" ASC əmək şəraitinin zərərli və ağır olan istehsalatdır. Digər tərəfdən əmək kitabçasında yalnız İşçinin tutduğu vəzifə qeyd olunur, onun harada hansı sahədə və şəraitdə işləməsi təbii ki göstərilmir. İşçinin rezervuarlarııı, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olması iş yerindən verilmiş arayış əsasında və ya eyni vaxtda birlikdə işləmiş iş yoldaşlarının şahidliyi əsasında müəyyən oluna bilərdi. Lakin birinci instansiya məhkəməsi İPM-nin 13-cü maddəsinin tələblərini pozaraq natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların əldə olunmasına səy göstərməmişdir. İşin apellyasiya icraatı zamanı xx.xx.2022-ci il tarixdə cavabdeh apellyasiya şikayətinə dair yazılı etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin olunmamasını və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1806/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1806/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. - iddiaçıya məxsus xx.xx.1976-cı il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək X3 xarrat vəzifəsində işləmiş, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək Sovet Ordusunun sıralarında xidmət etmiş, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Neft Sənayesi Nazirliyinin X1 Bakı Ağırlaşdırıcılar Zavodu “Xüsusi neft materialları ittifaqı”nda xarrat vəzifəsində, xx.xx.1982-ci il tarixdən xx.xx.1995-ci il tarixədək elektrik qaz qaynaqçısı vəzifəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.2007-ci il tarixədək X6 Cənubi Rayon İdarəsində motorçu, mexanik, baş mexanik və böyük mexanik vəzifələrində, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də hidravlik mexanik vəzifəsində işləmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ Rayon İdarəsinin xx.xx.2021-ci il tarixli 1491 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixində Bakı Ağırlaşdırıcılar zavodunda 4-cü dərəcəli tornaçı vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1982-ci il tarixindən həmin ağırlaşdırıcılar istehsalı sahəsində 4-cü dərəcəli elektrik-qaz qaynaqçısı vəzifəsinə keçirilir. xx.xx.1995-ci il tarixindən həmin istehsal sahəsində 6-cı dərəcəli elektrik-qaz qaynaqçısı vəzifəsinə keçirilir. xx.xx.1995-ci il tarixli 128/k saylı əmrlə AR ƏQM-nın 38ci maddəsinin 4-cü bəndi ilə (iş buraxmaya görə) işdən azad edilmişdir. İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinın 154 saylı xx.xx.2001-ci il tarixli Sərəncamı AR Dövlət Neft Şirkətinin 209 saylı, xx.xx.2001-ci il tarixli və "Maşınqayırma" İB-nin 33 saylı, xx.xx.2001-ci il tarixli Əmrlərinə əsasən və zavod üzrə 117 saylı xx.xx.2001-ci il tarixlı Əmrə əsasən 01 yanvar 2002-cı il tarixindən Bakı Ağırlaşdırıcılar zavodu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Arayışda göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007ci il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan yaşa görə güzəştli təqaüd hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına” uyğundur və güzəştli təqaüdə çıxmağa hüquq verir. Bölmə - Aqlomeriasiya kombinatları, fabrikləri, sexləri, bölmələri, qurğuları, Ağırlaşdırıcılar istehsalı. - Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********4 saylı imtina məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə ərizəsinə baxılaraq bildirilmişdir ki, İddiaçı Dövlət Sosial X4 rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə uyğun folaraq Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə və 17-ci maddəsinin birinci və beşinci abzaslarına əsasən, həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinin tələbləri nəzərə alınmaqla 28 aprel 2017-ci il tarixindən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li siyahıya görə 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın “Ümumi peşələr” bölməsinin (XXİİİ) 12100000-11620 kodu üzrə “rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları” peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin 5 iyul 2017-ci il tarixli 35 nömrəli arayışında xx.xx.1982- xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə “elektrik qaz qaynaqçısı” peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi “elektrik qaz qaynaqçısı” peşəsi yuxarıda qeyd olunan rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları peşəsinə aid deyil. Qeyd olunanları nəzərə alaraq, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 52 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməyərək qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçının işlədiyi peşə və vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş (320 nömrəli Qərar, xx.xx.1993-cü il tarixli) “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısına aid olub-olmamasının müəyyən edilməsi üçün güzəştli arayış mövcud deyildir. Məhkəmə araşdırması zamanı iddiaçı 52 yaşı tamam olduğu xx.xx.2012-ci il tarixədək 20 il ümumi iş stajına malik olması öz təsdiqini tapsa da, lakin həmin stajın 10 ilinin güzəştli əmək stajına daxil olması təsdiqini tapmadığından, cavabdeh tərəfindən ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı mübahisəyə aşağıdakı maddi hüquq normaları tətbiq olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» bəndinə və həmin maddəyə xx.xx.1997-ci il tarixli, 321-İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndi ilə (xx.xx.1997-ci il tarixli 321 İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-ci maddələrində və 90-cı maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000ci il avqustun 1- dək hər il 6 ay artırılır). “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə əmək pensiyasının 52 yaşdan, yəni xx.xx.2012-ci il tarixdən təyin edilməsini tələb etmişdir. İddiaçıya aid pensiya işindən müəyyən edilir ki, ona 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.İddiaçı 52 yaşının tamam olduğu 28 aprel 2012-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh 20 oktyabr 2020-ci il tarixli, **********2 saylı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktub əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsindən imtina edilmişdir. Daha sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun xx.xx.2006-cı il tarixədək 20 il ümumi və 10 il güzəştli iş stajı mövcud olmalıdır. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 20 il ümumi iş stajının olması işin təkzib olunmayan halıdır. İddiaçının güzəştli iş stajı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində istinad edilən və əmək kitabçasında qeyd olunmuş həmin vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulmamışdır. Belə ki, iddiaçının xx.xx.1982-xx.xx.1995-ci il dövrdə "xxxx" Zavodunda elektrikqaz qaynaqçısı və xx.xx.1995-xx.xx.2007-ci il dövrdə X6 Cənubi Rayon İdarəsində motorçu, mexanik, baş mexanik və böyük mexanik peşəsində işlədiyi vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarına əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi peşə və vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş (320 nömrəli Qərar, xx.xx.1993-cü il tarixli) “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısına” aid olub-olmamasının müəyyən edilməsi üçün güzəştli arayış mövcud deyildir. Eyni zamanda işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən "xxxx" ASC-yə sorğu ünvanlanaraq, iddiaçının "xxxx" ASC-də işləməsi barədə məlumatların (arxiv kitablarına əsasən), o cümlədən işlədiyi vəzifə və peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş əmək pensiyası hüququ verən vəzifələrin Siyahısına aid olub-olmadığını təsdiq edən ətraflı güzəştli arayışın (işə qəbul və işdən çıxma əmrləri, əmək haqqı cədvəlləri) Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsini xahiş edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş, "xxxx" ASC-nin MS-49 saylı, xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, “İddiaçı Yuriyeviçə ondan ötrü ki, o həqiqətən Bakı Ağırlaşdırıcılar zavodunun ağırlaşdırıcılar istehsalı sahəsində - 11 yanvar 1982-ci il tarixindən 01 dekabr 1982-ci il tarixinədək 4-cü dərəcəli tornaçı: (ƏMR № 2/k, xx.xx.1982-ci il) ; - 01 dekabr 1982-ci il tarixindən 18 aprel 1995-ci il tarixinədək 4-cü dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsinə keçirilmişdir; (ƏMR № 246/k, xx.xx.1982-ci il); - 18 aprel 1995-ci il tarixindən 13 noyabr 1995-ci il tarixinədək həmin ağırlaşdırıcılar istehsalı sahəsində 6-cı dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsində çalışmışdır; (ƏMR № 34/k, xx.xx.1995-ci il); - 13 noyabr 1995-ci il tarixindən AR ƏQM-nin 38-ci maddəsinin 4-cü bəndi ilə (iş buraxmaya görə) işdən azad edilmişdir. (ƏMR № 128/k, xx.xx.1995-ci il). iqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 154 saylı, xx.xx.2001-ci il tarixli Sərəncamı, AR Dövlət Neft Şirkətinin 209 saylı, 12.12. 2001-ci il tarixli və “Maşınqayırma "İB-nın 33 saylı, xx.xx.2001-ci il tarixli Əmrlərinə əsasən və zavod üzrə 117 saylı xx.xx.2001-ci il tarixli Əmrə əsasən 01 yanvar 2002-ci il tarixindən Bakı Ağırlaşdırıcılar zavodu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 12 il 11 ay 13 gündür. Arayışda göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı. 21 06 1993-cü il tarixli (Ağırlaşdırıcılar istehsalı; 23200000 - 19906 göstərilən istehsalatlarda məşğul olan əl ilə qaynaq aparan elektrik qaynaqçıları) Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan yaşa görə güzəştli təqaüd hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına” uyğundur və güzəştli təqaüdə çıxmağa hüquq verir. Göründüyü kimi işin apellyasiya icraatı zamanı da iddiaçının mübahisələndirilən güzəştli iş stajı ilə əlaqədar müvafiq araşdırma aparılmış və onun işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş (320 nömrəli Qərar, xx.xx.1993-cü il tarixli) “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısına aid olmadığı müəyyən edilmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli MS-66 saylı arayışa əsasən iddiaçının peşəsinin AR Nazirlər Kabinetinin 12 №li, xx.xx.2007-ci il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan yaşa görə güzəştli təqaüd hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına” aid olması göstərilsə də, qanunvericiliyin tələblərinə əsasən iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabineti 320 nömrəli, xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda öz əksini tapmalıdır. İddiaçının "xxxx" ASC-də işlədiyi “elektron qaz qaynaqçısı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabineti 320 nömrəli, xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısının 23200000-19906 kod altında nəzərdə tutulmuşdur və 1 №-li Siyahıda – XXİİİ bölmə 12100000-11620 kod üzrə “rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz qaynaqçıları peşəsinə aid deyildir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1806/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1806/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar