Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1823/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Elmira Eyvaz qızı Nağıyevadan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Xəzər rayon şöbəsinə (hazırda Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X5 2 saylı xidmət nümayəndəliyinə) qarşı “iddiaçıya sosial yardımın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-424/2019 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 və DSMF Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, sosial yardımın hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-424/2019 saylı xx xxxxxx 2019cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı “2017 – 2018-ci illər üzrə ünvanlı sosial yardımın ödənilməsi” barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh DSMF Bakı şəhəri Xəzər rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət verilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-424/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1752/2018 saylı xx xxxx 2019-cu il tarixli qərardadı ilə cavabdeh DSMF Bakı şəhəri Xəzər rayon şöbəsinin “şikayət üzrə buraxılmış prosessual müddətin bərpası” barədə ərizəsinin təmin olunmaması, apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin icraata qəbulundan imtina edilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2931/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1752/2018 saylı xx xxxx 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bunnula bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-424/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı qanunu qüvvəsini almış, xx xxxx 2020-ci il tarixdə icraya yönəldilərək müvafiq icra vərəqəsi verilmişdir. Sonradan İddiaçı Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, 2-1(82)- 424/2019 saylı xx xxxxxx 2019-cu il tarixli məhkəmə qərarına izah verilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-424/2019 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1(82)-424/2019 saylı qərarına izah verilməsinə dair ərizəsinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-424/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının nəticəvi hissəsində “iddiaçının 2017–2018-ci illər üzrə ünvanlı sosial yardımın ödənilməsi barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla (AR Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalardakı xüsusatların iddiaçıya münasibətdə mövcudluğu araşdırılmaqla) yenidən baxılması” dedikdə, “Qaydaların müddəalarına uyğun olaraq müvafiq şərtlər dəyişmədiyindən 2017-ci ilin 4 ayı üzrə 1.296,48 manat, 2018-ci ilin 10 ayı üzrə 3.853,2 manat məbləğində ünvanlı dövlət sosial yardım məbləğlərinin ödənilməsi”nin nəzərdə tutulması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X5 2 saylı xidmət nümayəndəliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, hazırkı iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı əsassızdır və apelyasiya icraatı qaydasında ləğv edilməlidir. Belə ki, Bakı İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən hazırki iş üzrə düzgün olmayan qərardad qəbul etmişdir və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məcəllənin 73.3.2-ci bəndində isə göstərilir ki, inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə iddia tələbinə uyğun qərar qəbul edə bilməz. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Qanunun 6.3-cü maddəsinə görə sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X6 və X9 (VEMTAS) yaradılmışdır. Qaydaların 3.1-ci bəndinə görə Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Qaydaların 3.2-ci bəndinə görə VEMTAS tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3- cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Həmin qaydaların 3.8-ci maddəsinə əsasən sosial yardımın təyin olunması barədə qərar çıxarıldığı hallarda yardımın məbləği və təyin edilmə müddəti VEMTAS tərəfindən müəyyən olunur. İşdə iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiyaşikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdi ki, məhkəmə tərəfindən qərara izah verilərkən konkret məbləğ göstərilmiş, halbuki məhkəmə qərarında belə rəqəmlərə istinad olunmamışdı. Məhkəmə qərarına əsasən inzibati orqanın üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla inzibati akt qəbul etmək vəzifəsi qoyulsa da, sonradan məhkəmə mübahisələndirilən qərardadı ilə izah vermə ərizəsini təmin edərkən qərarın mahiyyətinə toxunmuşdur ki, bu da yolverilməzdir. Buna görə də qərardadla verilmiş izah cavabdeh orqanı qane etmir. İddiaçıya aylıq 205.88 manat olmaqla cəmi 4735 manat məbləğində pul vəsaiti ödənilmişdir. Müavinət 2017-ci ilin dekabr ayından təyin olunmuş və 2019-cu ilə qədər də ödənilmişdir ki, bu da qanunauyğun olmuşdur. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdi ki, məhkəmə qərarında konkret məbləğ yazılmadığından həmin qərar bir müddət icrasız qalmışdır. Ona görə də həmin qərara izah verilməsini xahiş etmiş və məhkəmə də düzgün olaraq onun ərizəsini təmin etmişdir. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə rədd edilməlidir. Belə ki, hazırki işdən müəyyən olunur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-424/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı “2017 – 2018-ci illər üzrə ünvanlı sosial yardımın ödənilməsi” barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyinin cavabdeh DSMF Bakı şəhəri Xəzər rayon şöbəsinin üzərinə qoyulması qərara alınmış və həmin qərar qanuni qüvvəsini almışdır. Sonradan iddiaçı sözügedən məhkəmə qərarına izah verilməsini tələb etmiş və məhkəmə tərəfindən onun ərizəsi təmin edilərək, 2-1(82)- 424/2019 saylı xx.xx.2019-cu il tarixli məhkəmə qərarının nəticəvi hissəsində “iddiaçının 2017–2018-ci illər üzrə ünvanlı sosial yardımın ödənilməsi barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla (AR Nazirlər Kabinetinin xx xxxxxx 2016cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalardakı xüsusatların iddiaçıya münasibətdə mövcudluğu araşdırılmaqla) yenidən baxılması” dedikdə, “Qaydaların müddəalarına uyğun olaraq müvafiq şərtlər dəyişmədiyindən 2017-ci ilin 4 ayı üzrə 1.296,48 manat, 2018-ci ilin 10 ayı üzrə 3.853,2 manat məbləğində ünvanlı dövlət sosial yardım məbləğlərinin ödənilməsi”nin nəzərdə tutulması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 116.1-ci maddəsinə görə bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarının icrası ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur (230.1, 230.3, 230.4). Eyni zamanda “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa görə icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda, icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir (maddə 14). Göründüyü kimi, qanunvericilik zərurət olduqda məhkəmə qərarına, habelə icra sənədinə onun məzmununu dəyişmədən izah verilməsi qaydasını nəzərdə tutmuşdur. Lakin qanunun mənasına görə, belə izah məhkəmə aktının məzmununu dəyişdirməməli və yalnız o halda verilməlidir ki, həmin sənəddə ifadə edilmiş tələb aydın göstərilməsin, qeyri-müəyyən və anlaşılmayan olsun. İş üzrə iddiaçının izah verilməsini tələb etdiyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-424/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarının nəticə hissəsində İddiaçı “2017 – 2018-ci illər üzrə ünvanlı sosial yardımın ödənilməsi” barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyinin cavabdeh DSMF Bakı şəhəri Xəzər rayon şöbəsinin üzərinə qoyulması göstərilmişdir. Göründüyü kimi, məhkəmə qərarının nəticə hissəsində inzibati orqanın üzərinə hansı vəzifənin qoyulması aydın şəkildə ifadə olunmuşdur. Birinci instansiya məhkəməsi öz qərarında istinad etdiyi hüquqi mövqenin inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən nəzərə alınmasını göstərsə də, sonradan iddiaçının müraciəti əsasında inzibati orqanı bu hüquqdan məhrum etmiş və məhkəmə qərarının icra olunub-olunmadığını araşdırmadan həmin məhkəmə qərarında göstərilməyən konkret məbləğlərin inzibati orqan tərəfindən ödənilməsi qənaətinə gəlmişdir. Bununla da hazırki iş üzrə izah vermə barədə qəbul edilmiş qərardad məhkəmə qərarının məzmununun dəyişməsi ilə nəticələnmişdir. Həmçinin apellyasiya baxışı zamanı müəyyən olundu ki, 2-1(82)-424/2019 saylı xx xxxxxx 2019-cu il tarixli məhkəmə qərarının icrası ilə bağlı artıq inzibati orqan tərəfindən müvafiq addımlar atılmış, belə ki, cavabdehin nümayəndəsinin verdiyi izahata əsasən məhkəmə qərarının icrası ilə bağlı iddiaçıya cəmi 4735 manat məbləğində pul vəsaiti ödənilmişdir. Belə olan halda iddiaçının müvafiq ərizəsinin təmin olunması qanunvericiliyin yuxarıda sadalanan “qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir“ tələbləri baxımından da istisna olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Beləliklə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-424/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarının həm əsaslandırıcı, həm də nəticəvi hissəsi aydın və anlaşılandır, məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi və qərarın icrasında çətinlik yaratması üçün heç bir əsas mövcud deyil. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin “məhkəmə qərarına izah verilməsi” barədə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və bu barədə iddiaçınınərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-424/2019 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. «2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-424/2019 saylı xx xxxxxx 2019cu il tarixli qərarına izah verilməsi» barədə İddiaçı ərizəsi təmin edilməsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Elmira Nağıyeva Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-1823/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1823/2020
28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver