Məhkəmə qərarları › İş №2-1(103)-1823/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1823/2021

10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1823/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı əldə olunmanın təsdiq olunması, kompensasiya ödənilməklə mənzilin boşaldılması barədə iddia tələbinə və Cavabdeh iddiaçı Bakı şəhəri İddiaçınə qarşı torpaq sahəsinə və fərdi yaşayış evinə, çətinliyə, köçmək puluna, eləcə də, mənəvi zərərə görə kompensasiya məbləğinin ödənilməsi barədə qarşılıqlı iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-517/2021 saylı 16 fevral 2021-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə 07-10 dekabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində işə cəlb olunmaqla iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların X8 alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın X8 alınması ilə bağlı cavabdehə 69026 manat məbləğində kompensasiya ödənilərək mənzilin boşaldılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, X8 alınması məqsədilə alan orqan kimi Bakı şəhəri İddiaçı müəyyən edilmişdiir. Qərarın icrası məqsədi ilə İddiaçı “Torpaqların X8 alınması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. Cavabdeh ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakda yaşayır və yaşayış yeri üzrə qeydiyyatdadır. Həmin mənzil (əmlak) qeyd olunan Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarının təsirinə düşür. Cavabdehə danışıq (könüllü alğı-satqı) yolu ilə onun qeydiyyatda olduğu daşınmaz əmlakın satın alınmasına razılıq verilməsi barədə bildiriş göndərilib. İddiaçı “Torpaqların dövlət ehtiyacarı üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq cavabdehə yaşadığı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın X8 alınması ilə əlaqdar müstəqil qiymətləndiirci "xxxx" MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların X8 alınması haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə cavabdehə 69026 manat məbləğində kompensasiya (2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirib. Lakin, cavabdeh təklif olunan kompensasiyanı almaqdan imtina edib. Cavabdeh İddiaçınə qarşı qarışlıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsində yerləşən 31 saylı fərdi yaşayış evinin 2/3 hissəsinə görə 570000 manat, qanuni istifadədə olan 371.2 kv.m torpaq sahəsinin 2/3 hissəsinə görə 494933 manat, ümumilikdə ******* manat, həmin məbləğə əlavə 20 faiz 212986 manat, çətinliyə görə 10 faiz 106493 manat, köçmək pulu 1000 manat, mənəvi zərərə görə 100000 manat, ümumilikdə ******* manat məbləğində pulun tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, 0.228 kv.m torpaq sahəsində yerləşən, ümumi sahəsi 143.2 kv.m olan 31 saylı fərdi yaşayış evi 2/3 hissədə X3 mülkiyyətindədir. Digər 1/3 hissə X1 mülkiyyətindədir. Həmin daşınmaz əmlak əvvəldən xüsusi mülkiyyətdə olmuş və orada yaşayış vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı ilə həmin ərazinin zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan kimi Bakı şəhəri İddiaçı müəyyən edilmişdir. Cavabdeh təşkilata dəfələrlə ədalətli kompensasiyanın verilməsinə dair müraciətlər olmuş, görüşlər keçirilmiş, lakin, nəticə olmamışdır. Bu səbəbdən, ədalətli və real bazar qiymətinə uyğun kompensasiyanı məhkəmə qaydasında tələb edir. Hesab edir ki, qarşılıqlı iddiası təmin edilməlidir. Belə ki, "xxxx" MMC tərəfindən tərtib olunmuş 26.09.2019-cu il tarixli qiymətləndirmə rəyinə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, 31 saylı evin bazar dəyəri 570.000 (beş yüz yetmiş min) manat təşkil edir. "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin 28.02.2018-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi və yaxın ətrafda yerləşən torpaq sahələrinin yerindən, quruluşundan və digər texniki göstəricilərindən asılı olaraq 1 sot (100 kv.m) torpaq sahəsinin orta bazar qiyməti 120.000-200.000 manat arasında dəyişir. Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, 0.228 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 143.2 kv.m olan 31 saylı fərdi yaşayış evi həm özü və həmçinin evin altında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hesab olunur. Evin texniki pasportuna əsasən ümumi torpaq sahəsi 371.2 kv.m təşkil edir. Qanunvericiliyin tələbinə əsasən həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi, həmçinin mülkiyyəti (potensial mülkiyyət) olduğundan, yaşayış evi ilə yanaşı torpaq sahəsi kompensasiya edilməlidir. Beləliklə, Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, ümumi sahəsi 143.2 kv.m olan 31 saylı fərdi yaşayış evi ilə yanaşı, 371.2 kv.m təşkil edən torpaq sahəsinin 2/3 hissəsi kompensasiya edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 07 dekabr 2007-ci il tarixli, 506-İİİQD saylı Qanununun tətbiq edilməsi haqqında” 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə görə X8 alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınallma qiymətinə əlavə haqq ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları X8 alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara da şamil edilir). Həmin 20 faiz ümumi məbləğə əlavə olunmalıdır. “Torpaqların X8 alınması haqqında” Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq yaşayış sahəsinin alındığı hər bir halda, alan orqan iddiaçıya bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verir. Həmin Qanununun 66.4, 66.4.6cı maddəsinə əsasən çətinliklə bağlı ödəniş alınmanın təsirinə məruz qalmış şəxsin alınan yaşayış sahəsində yaşadığı müddətdən asılı olaraq bu fəslə uyğun olaraq iddiaçıya ödəniləcək kompensasiyanın ümumi məbləğinin 10 ildən artıq müddət üçün 10 faiz ümumi miqdarında müəyyənləşdirilir. Çətinliyə görə 10 faiz ümumi məbləğə əlavə olunmalıdır. Eyni zamanda, mənəvi zərər qismində cavabdehdən 100.000 manat pul tutulmalıdır. Bu daşınmaz əmlakın X8 satın-alınmaya məruz qalmadan, kompensasiya ödənilmədən ərazinin insan həyatı üçün zəruri olan kommunal xətlərinin (qaz, su, elektrik) özbaşına kəsilməsi nəticəsində keçirdiyi sarsıntılar və kompensasiyanı könüllü ödəməkdən imtina etməyə görədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəktsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-517/2021 saylı 16 fevral 2021-ci il tarixli qərarı ilə ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə sahibliyi alan orqan Bakı şəhəri İddiaçı tərəfindən "Torpaqların X8 alınması haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin X8 alınması ilə bağlı Cavabdeh 144200 manat məbləğində kompensasiya ödənilərək mənzilin boşaldılması, ilkin və qarşılıqlı iddia tələblərinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. (hakim: A.Abdullayeva) Həmin qərardan iddiaçı Bakı şəhəri İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi hissədə ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini və qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarından məlum olur ki, ünvan 4 ünvanda yerləşən yaşayış sahəsinin çıxarışına əsasən mülkiyyətçi cavabdehin anası mərhum X7 olmuşdur. Cavabdeh anasından qalan əmlakı miras əmlak kimi qəbul etməmiş və bununla bağlı mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata aldırmamışdır. Lakin, məhkəmə qərarında bu məsələyə aydınlıq gətirməmiş və cavabdehin hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı bir mötəbər sübutun məhkəməyə təqdim olması öz təsdiqini tapmamışdır. Məhkəmə qərar qəbul edərkən cavabdehin paylarını onun məhkəməyə təqdim etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı, ******* №-li, 11.11.2008-ci il tarixli Çıxarışa əsasən müəyyən etmişdir. Halbuki, cavabdehin anası X3 adına verilmiş mülkiyyət sənədində paylı mülkiyyət hüququ üzrə 2/3 hissə göstərilsə də, faktiki olaraq onun hissəsi 45,72 kv.m olmuşdur. “Torpaqların X8 alınması haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təşkil edilmiş, müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən əmlaka yerində baxış keçirilən zaman müəyyən edilmişdir ki, paylı mülkiyyət üzrə cavabdehə məxsus hissənin əsas sahəsi 39.37 kv.m, köməkçi sahə 5.13 kv.m, sanitar qovşaq 1.22 kv.m və metlax döşəmə hissəsi isə 15.0 kv.m olmuşdur. ünvan 1 ünvanında yerləşən əmlaka yerində baxış keçirildikdən sonra “Torpaqların X8 alınması haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500,00 manatadək və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilir. Qiymətləndirmə rəyinə müvafiq olarq cavbdehə məxsus faktiki əsas sahəsinə 39.37 kv.m x 1500 = 59055 manat, köməkçi sahəyə 5.13 kv.m x 1500 = 7695 manat, sanitar qovşağa 1.22 kv.m 800 = 976 manat, metlax döşəmə hissəsinə isə 15.0 kv.m 20 = 300 manat və iki aylıq 1000 manat kirayə və köçmə xərcləri də nəzərə alınmaqla ümümilikdə 69026 manat məbləğində ədalətli kompensasiya hesablanmışdır. Daşınmaz əmlaka kompensasiya hesablanarkən onun mövcud vəziyyəti, istismara yararlılıq vəziyyəti, təmir və köhnəlmə vəziyyəti və digər xüsusiyyətlər nəzərə alınır. Lakin, məhkəmə mübahisə predmeti olan əmlakın çıxarışda göstərilən ölçülərdən faktiki olaraq az olmasını nəzərə almamışdır. Məhkəmə qərarıda cavabdehə ödəniləcək kompensasiya məbləğinin hesablamasında hər hansı mötəbər sənədə istinad etməmiş, məhkəməyə təqdim edilmiş ekspert rəyini nəzərə almamış və öz mülahizəsini əsas götürmüşdür. Bundan əlavə məhkəmə çıxarışda göstərilən sahənin, faktiki sahədən az olmasını müəyyənləşdirilməsi və bu sahənin dəqiqləşdirilməsi üçün heç bir tədbir görülmədən iddiaçıların xeyrinə qərar qəbul edilmişdir. Göründüyü kimi, hakim mübahisənin düzgün həlli üçün məhkəməyə təqdim edilmiş sübutları kifayət qədər vəzifə borcuna görə araşdırmalı olduğu halda araşdırmamış və cavabdehə hesablanmış kompensasiya məbləğini əsassız olaraq heç bir sübuta istinad olunmadan, artırmaqla öz qərarını əsaslandırmağa çalışmışdır. Həmin qərardan Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, ünvan 5 saylı fərdi yaşayış evi xüsusi paylı mülkiyyətdə olmaqla onun istifadəsindədir. Həmin evin 26.09.2019-cu il tarixli müstəqil giymətləndirici "xxxx" MMC-nin qiymətləndirmə rəyinə əsasən sözügedən yaşayış evinin real bazar dəyəri 570.000 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin 28.02.2018-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, həmin ərazidə yerləşən torpaq sahəsinin 1 sot (100 kv.m) sahəsinin orta bazar qiyməti 120.000-200.000 min manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsi, 31 saylı fərdi yaşayış evinin çıxarışından göründüyü kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən evin sahəsi göstərilməklə torpaq sahəsinə dair hüquqlar tanınmışdır. İş materiallarından göründüyü kimi iddiaçının təqdim etdiyi giymətləndirmə rəyi ilə onların təqdim etdiyi giymətləndirmə rəyləri arasında ziddiyyət olduğu halda bununla bağlı məhkəmə tərəfindən real bazar dəyərinin müəyyən edilməsi, istifadədə olan faktiki sahələrin müəyyən edilməsi məqsədi ilə kompleks ekspertizası təyin edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, məhkəmə qərarında alınmaya məruz qalmış əmlakın hansı səbəblərdən X8 alınması əsaslandırılmamışdır. Yəni iddiaçının tələbinin əsası kimi X8 alınmaya əsas olmuş layihə məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi işin halından açıq aşkar müəyyən edilir ki, ictimai əsaslar üçün satın alma nəzərdə tutulduğu halda dövlət ehtiyacları göstərilmişdir. Yəni həmin ərazidə tikiləcək parkın X8 nəzərdə tutula bilməz. X8 alınmanın təsnifatlarında parkın tikilməsi mövcud deyildir. Bundan əlavə əmlakın dəyərindən başqa digər kompensasiyaların ödənilməsi məhkəmə qərarında qeyd edilməmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X6 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Bakı şəhəri İddiaçı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların X8 alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın X8 alınması ilə bağlı cavabdehə 69026 manat məbləğində kompensasiya ödənilərək mənzilin boşaldılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, S.Rüstəmov küçəsində yerləşən 31 saylı fərdi yaşayış evinin 2/3 hissəsinə görə 570000 manat, qanuni istifadədə olan 371.2 kv.m torpaq sahəsinin 2/3 hissəsinə görə 494933 manat, ümumilikdə ******* manat, həmin məbləğə əlavə 20 faiz 212986 manat, çətinliyə görə 10 faiz 106493 manat, köçmək pulu 1000 manat, mənəvi zərərə görə 100000 manat, ümumilikdə ******* manat məbləğində pulun tutulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi ilkin iddia tələbini qismən təmin etmiş və qeyd etmişdir ki, Cavabdeh mülkiyyətində olan daşınmaz əmlak Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» 16 fevral 2018-ci il tarixli, 51 saylı Qərarının təsiri altına düşür. Qərarla alan orqan kimi iddiaçı müəyyən edilmiş, iddiaçı əmlakın qiymətləndirilməsi məqsədilə müstəqil qiymətləndirici cəlb etmiş, müstəqil qiymətləndirici Cavabdeh mülkiyyətində olan daşınmaz əmlakın X8 alınması ilə əlaqədar müəyyən məbləğdə kompensasiya ödənilməli olduğunu müəyyən etmiş, alan orqan qismində iddiaçı cavabdehə həmin məbləğdə kompensasiyanı ödəməyə hazır olduğunu bildirmiş, lakin cavabdeh kompensasiya məbləğinin ödənilməsi üçün dəfələrlə komissiyaya dəvət edilməsinə baxmayaraq, komissiyada iştirak etmişdir. Qanunvericiliyə əsasən torpağın alınmasının «Torpaqların X8 alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olması, alınan torpağa sahibliyin «Torpaqların X8 alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması və alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növü və məbləği alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəmə tərəfindən təsdiq olunur. Bundan əlavə məhkəmə ilkin iddia üzrə kompensasiya məbləğinin ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, "xxxx" MMC-nin tərtib etdiyi Qiymətləndirmə hesabatı ilə müəyyən etdiyi 69026 manat məbləğində kompensasiya, özündə mövcud inzibati praktikaya əsasən hər kv.m-ə görə ödənilən 1.500 manat bütün kompensasiya növləri, o cümlədən «Torpaqların X8 alınması haqqında» AR Qanunu və «Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 07.12.2007-ci il tarixli 506-VİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan əlavələri ehtiva etməsinə baxmayaraq, qiymətləndirmə hesabatı tərtib edilərkən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışda göstərilən əmlakın ölçüləri nəzərə alınmamış, nəticədə ilkin iddia üzrə cavabdehə ödənilməli olan kompensasiya məbləğinin miqdarı düzgün müəyyən edilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab etmişdir ki, ilkin iddia cavabdehə 69026 manat məbləğində kompensasiya ödənilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbini də qismən təmin etmiş və qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov küçəsində istifadədə olan 0.01711 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 və 1 ədəd 4 mərtəbəli, 7 otaqlı, 72.0 kv.m yaşayış və 71.2 kv.m köməkçi sahədən ibarət 31 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 2/3 hissədə X3 mülkiyyətində olmuşdur. Göründüyü kimi, "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə hesabatında əmlakın Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda göstərilən ölçüləri nəzərə alınmamışdır. Halbuki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya kompensasiya məbləği sözügedən Çıxarışda qeyd olunan ölçülərə - 72.0 kv.m əsas (yaşayış) və 71.2 kv.m köməkçi sahələrə uyğun ((72.0+71.2 kv.m) ₓ 2/3 = 95.4666667 kv.m) hesablanaraq, 95.4666667 ₓ 1500 («Torpaqların X8 alınması haqqında» AR Qanunu və «Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 07.12.2007-ci il tarixli 506-VİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan əlavələrlə birlikdə, mövcud inzibati praktikaya əsasən hər kv.m-ə görə ödənilən 1.500 manat) = 143 200 (bir yüz qırx üç min iki yüz) manat, eləcə də, 2 aylıq kirayə haqqı və köçmək xərci ilə birlikdə (1000 manat), ümumilikdə 144 200 manat məbləğində kompensasiya məbləği ödənilməlidir. Məhkəmə qarşılıqlı iddianın ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsinə görə 570 000 manat məbləğində kompensasiya ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı qeyd olunan kompensasiya məbləğini "xxxx" MMC-yə tərəfindən tərtib edilmiş “Qiymətləndirmə rəyi”nə əsasən tələb edir ki, həmin rəy mötəbər hesab edilə bilməz. Belə ki, əmlakın qiymətləndirilməsi zamanı Cavabdeh mərhum anasına məxsus hissəyə deyil, bütövlükdə əmlaka qiymət verilmişdir. Eləcə də, qiymətləndirmədə ekspert istifadə olunan metodlara, hər hansı əvvəlki ekspert rəylərinə və ya digər etibarlı məlumatlara istinad etməmişdir. Məhkəmə eləcə də, qarşılıqlı iddianın sözügedən ünvanda yerləşən 371.2 kv.m torpaq sahəsinin 2/3 hissəsinə görə kompensasiya məbləğinin ödənilməsi hissə ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının kompensasiya ödənilməsini tələb etdiyi torpaq üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından qarşılıqlı iddia həmin hissədə əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Belə ki, iş materiallarında olan “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli, 51 nömrəli qərarının surətindən görünür ki. “Torpaqların X8 alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti qərara almışdır: 1. Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə X8 alan orqan Bakı şəhəri İddiaçı müəyyən edilsin. 2. Bakı şəhəri İddiaçınə tapşırılsın ki, bu qərarın 1-ci hissəsində göstərilən torpaq sahələrinin X8 alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların X8 alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etsin. İş materiallarında olan 19 fevral 2019-cu il tarixli aktlardan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli, 51 saylı qərarına əsasən ünvan 5 ünvanında X7, Cavabdeh məxsus yaşayış sahəsinin (şərti layihə nömrəsi 5010/9) X8 alınması ilə əlaqədar həmin ünvana rəsmi bildiriş göndərilməsinə baxmayaraq, Yaasamal rayonu 43 saylı MKİS vasitəsi ilə dəfələrlə alan orqan İddiaçı təşkil etdiyi Komissiyaya dəvət edilmiş, lakin komissiyada iştirak etməmişdir. İş materiallarında olan X4, Cavabdeh məxsus ünvan 5 ünvanda yerləşən yaşayış evi üçün "xxxx" MMC tərəfindən tərtib edilmiş 19 fevral 2019-cu il tarixli qiymətləndirmə hesabatından Çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli, 51 saylı qərarına əsasən Bakı şəhəri İddiaçı tərəfindən X8 alınan, Yasamal rayonu, S.Rüstəmov küçəsi 31 ünvanında yerləşən mülkiyyətdə və istifadədə olan (5010/9 şərti kodu ilə işarələnmiş) daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, müstəqil qiymətləndirici qismində cəlb edilmiş "xxxx" MMC tərəfindən, həmin əmlakın 2018-ci il iyun ayına olan bazar dəyəri və “Topaqların X8 alınması haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla, aşağıdakı kimi qiymətləndirilmişdir: 39.37 kv.m əsas sahə üçün - 1 kv.m-ə görə bütün kompensasiya növləri nəzərə alınmaqla 1250 manat, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faizi əlavə olunmaqla 1500 manat olmaqla, ümumilikdə 59055 manat; 5.13 kv.m köməkçi sahə üçün - 1 kv.m-ə görə bütün kompensasiya növləri nəzərə alınmaqla 1250 manat, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faizi əlavə olunmaqla 1500 manat olmaqla, ümumilikdə 7695 manat; 1.22 kv.m sanitar qovşaq üçün - 1 kv.m-ə görə bütün kompensasiya növləri nəzərə alınmaqla 666.66 manat, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faizi əlavə olunmaqla 800 manat olmaqla, ümumilikdə 976 manat; 15.0 kv.m metlax döşəmə üçün - 1 kv.m-ə görə bütün kompensasiya növləri nəzərə alınmaqla 16.67 manat, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faizi əlavə olunmaqla 20 manat olmaqla, ümumilikdə 300 manat; cəmi: 668026 manat; 2 aylıq əmək haqqı və köçmək xərci 1000 manat olmaqla qeyd edilən daşınmaz əmlak üzrə ümumilikdə cəmi 69026 manat. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov küçəsində istifadədə olan 0.01711 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 və 1 ədəd 4 mərtəbəli, 7 otaqlı, 72.0 kv.m yaşayış, 71.2 kv.m köməkçi sahədən ibarət 31 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X3 2/3 hissə, X1 1/3 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 107 nömrəli, reyestr kitabının 9716 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 43 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 20.09.2019-cu il tarixli, 257 nömrəli arayışdan görünür ki, 1975-ci il təvəllüdlü Cavabdeh ünvan 6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan "xxxx" MMC tərəfindən, Cavabdeh sifarişi əsasında 26.09.2019-cu il tarixdə tərtib olunmuş qiymətləndirmə rəyinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən, 2 mərtəbəli, ümumi sahəsi 190.90 kv.m olan daşınmaz əmlakın həqiqi dəyəri 570.000 manat qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən, Cavabdeh sifarişi əsasında 26.09.2019-cu il tarixdə tərtib olunmuş qiymətləndirmə rəyinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən, 2 mərtəbəli, ümumi sahəsi 190.90 kv.m olan daşınmaz əmlakın həqiqi dəyəri 570.000 manat qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş MB-11-198 nömrəli, 28 fevral 2018-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi və yaxın ətrafda yerləşən torpaq sahələrinin yerindən, quruluşundan və digər texniki göstəricilərindən asılı olaraq 1 sot torpaq sahəsinin orta bazar qiyməti 120 000 (bir yüz iyirmi min) – 200 000 (iki yüz min) manat arası dəyişir. Qiymətləndirilən ərazidə hazırda inkişaf etmiş torpaq bazarı olmadığından qiymətlər analoji zonalara əsaslanaraq göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların X8 alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə görə, bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların X8 alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən «Torpaqların X8 alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 248.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 248.2-ci maddəsinə əsasən alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün edilir: Torpağın alınmasının «Torpaqların X8 alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının; Alınan torpağa sahibliyin «Torpaqların X8 alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının; Alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin. Həmin Məcəllənin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. «Torpaqların X8 alınması haqqında» Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq X8 tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanununun 6.1-ci maddəsinə görə, torpaqları X8 alan orqan (bundan sonra alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların X8 alınmasını konkret halda dövlətin adından icra edir. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 18-ci maddəsinə uyğun olaraq təqdim edilmiş torpağın alınması təklifi və bununla bağlı sənədləri, habelə məqsədəuyğun hesab etdiyi digər sənədləri araşdırdıqdan sonra alan orqanın təklifini tam və ya qismən nəzərə almaqla, torpağın X8 alınması barədə qərar qəbul edə bilər. Həmin Qanununun 19.3-cü maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır. Həmin Qanununun 20.1.2-ci maddəsinə əsasən alınan torpaqda yaşayan və ya ondan istifadə edən, bu Qanunun 11-ci maddəsinin müddəalarına əsasən siyahıya alınmış şəxslər alınmanın təsirinə məruz qalan hesab edilir. Həmin Qanununun 20.1.3-cü maddəsinə əsasən alan orqan alınan torpağın alınması ilə bağlı tələb olunan tədbirləri yerinə yetirmək öhdəliyini daşıyır. Həmin Qanununun 20.1.5. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara ödəniləcək kompensasiyanın müəyyən edilməsi məqsədilə alınan torpağın və həmin torpaqda yerləşən tikililərin (inşası başa çatdırılmamış tikililər də daxil olmaqla), məhsulun, bitkilərin, bütün digər təbii əşyaların və tikilmiş əmlakın qiymətləndirilməsində qiymətləndirmə komissiyasına kömək etmək öhdəliyini daşıyır. Həmin Qanununun 20.1.6. alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır. Həmin Qanununun 30.1-ci maddəsinə görə, alan orqan bu Qanunun 7.3.1-7.3.4-cü maddələrində nəzərdə tutulmuş alınmanın təsirinə məruz qalan şəxslərin alınan torpaqla bağlı hüquqlarını bu fəsildə müəyyən edilmiş qaydada danışıq (könüllü alqı-satqı) yolu ilə əldə edə bilər. Həmin Qanununun 31.1-ci maddəsinə əsasən, torpağın alınması barədə bu Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş qərar qəbul edildikdən sonra alan orqan bu Qanunun 7.3.1-7.3.4-cü maddəsində nəzərdə tutulmuş şəxslərə həmin torpaqlar üzərində hüquqların danışıq (könüllü alqı-satqı) yolu ilə satın alınmasına razılığı barədə bildiriş göndərir. Həmin Qanununun 52.1-ci maddəsinə görə, alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. İşin halları ilə müəyyən edilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov küçəsində istifadədə olan 0.01711 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 və 1 ədəd 4 mərtəbəli, 7 otaqlı, 72.0 kv.m yaşayış və 71.2 kv.m köməkçi sahədən ibarət 31 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 2/3 hissədə cavabdehin anası mərhum X3 mülkiyyətində olmuşdur. Hazırda həmin fərdi yaşayış evi cavabdehin xüsusi paylı mülkiyyətində olmaqla onun istifadəsindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-cı il tarixli 51 saylı qərarına əsasən, Yasamal rayonu, Səid Rüstəmov küçəsində cavabdehə məxsus yaşayış sahəsinin X8 alınması məqsədilə alan orqan kimi İddiaçı müəyyən edilmişdir. Alan orqan İddiaçı “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. Qiymətləndirmə rəyinə müvafiq olarq cavbdehə məxsus faktiki əsas sahəsinə 39.37 kv.m x 1500 = 59055 manat, köməkçi sahəyə 5.13 kv.m x 1500 = 7695 manat, sanitar qovşağa 1.22 kv.m 800 = 976 manat, metlax döşəmə hissəsinə isə 15.0 kv.m 20 = 300 manat və iki aylıq 1000 manat kirayə və köçmə xərcləri də nəzərə alınmaqla ümümilikdə 69026 manat məbləğində ədalətli kompensasiya hesablanmışdır. İddiaçı cavabdehə qiymətləndiricinin müəyyən etdiyi məbləğdə kompensasiyanı ödəməyə hazır olduğunu bildirmiş, lakin cavabdeh kompensasiya məbləğinin ödənilməsi üçün dəfələrlə komissiyaya dəvət edilməsinə baxmayaraq, komissiyada iştirak etməmişdir. Cavabdeh hazırda qeyd olunan məbləğlə razılaşmayaraq, ümumilikdə ******* manat məbləğində pulun tutulmasını iddiaçıdan tələb edir. Qanunvericiliyə əsasən torpağın alınmasının «Torpaqların X8 alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olması, alınan torpağa sahibliyin «Torpaqların X8 alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması və alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növü və məbləği alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəmə tərəfindən təsdiq olunur. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, “cavabdehin anası X3 adına verilmiş mülkiyyət sənədində paylı mülkiyyət hüququ üzrə 2/3 hissə göstərilsə də, faktiki olaraq onun hissəsi 45,72 kv.m olmuş, lakin, məhkəmə mübahisə predmeti olan əmlakın çıxarışda göstərilən ölçülərdən faktiki olaraq az olmasını nəzərə almamışdır”. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov küçəsində istifadədə olan 0.01711 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 və 1 ədəd 4 mərtəbəli, 7 otaqlı, 72.0 kv.m yaşayış, 71.2 kv.m köməkçi sahədən ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, mənzilə dair çıxarış verilərkən, mənzilin faktiki ölçüləri təsdiqini tapdıqdan sonra daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Bundan başqa iddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, “Cavabdeh anasından qalan əmlakı miras əmlak kimi qəbul etməmiş və bununla bağlı mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata aldırmamışdır. Lakin, məhkəmə qərarında bu məsələyə aydınlıq gətirməmiş və cavabdehin hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı bir mötəbər sübutun məhkəməyə təqdim olması öz təsdiqini tapmamışdır”. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı iş üzrə Cavabdeh kimi tanımış və ona kompensasiya verilməsinə dair qərar qəbul etmişdir. Cavabdeh isə həmin evdə qeydiyyatda olmaqla yaşamış və faktiki olaraq mərhum anasının vəfatından sonra həmin evdən mülkiyyətçi kimi istifadə etmişdir. Cavabdehin apelyasiya şikayətindəki “"xxxx" MMC-nin qiymətləndirmə rəyinə əsasən sözügedən yaşayış evinin real bazar dəyəri 570.000 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin 28.02.2018-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, həmin ərazidə yerləşən torpaq sahəsinin 1 sot (100 kv.m) sahəsinin orta bazar qiyməti 120.000-200.000 min manat təşkil edir” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC-yə tərəfindən tərtib edilmiş “Qiymətləndirmə rəyi” mötəbər hesab edilə bilməz. Belə ki, əmlakın qiymətləndirilməsi zamanı cavabdehin mərhum anasına məxsus hissəyə deyil, bütövlükdə əmlaka qiymət verilmişdir. Eləcə də, qiymətləndirmədə ekspert istifadə olunan metodlara, hər hansı əvvəlki ekspert rəylərinə və ya digər etibarlı məlumatlara istinad etməmişdir. Məhkəmə kollegiyası torpaq sahəsinin 2/3 hissəsinə görə kompensasiya məbləğinin ödənilməsi hissə ilə bağlı isə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçının kompensasiya ödənilməsini tələb etdiyi torpaq üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və bu səbəbdən də birinci instansiya məhkəməsi torpağa dair kompensasiyanın verilməsi hissəsində iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının və cavabdehin tələbini qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, apelyasiya şikayətlərinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-517/2021 saylı 16 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar