Məhkəmə qərarları › İş №2-1(103)-1823/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1823/2023

09.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1823/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X5 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 və mütəxəssis X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1244/2023 saylı, xx.xx.2023cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra mətndə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqan Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, o, 15 yaşından astma xəstəliyindən əziyyət çəkir və 2013-cü ildən bu səbəbdən 2-ci dərəcə əlildir. Həmin ildən etibarən əlilliyi fasiləsiz olaraq bir il müddətinə (2014 və 2015-ci illərdə), sonuncu dəfə isə 2016-cı ildə qanunvericiliyə uyğun olaraq 5 il müddətinə müəyyən olunmuş və 18 noyabr 2021-ci ildə əlilliyin müddəti bitmişdir. Əlilliyin müddəti bitdikdən sonra 19 nömrəli şəhər poliklinikası tərəfindən ona tibbi-sosial ekspert komissiyasına göndəriş verilmiş və cavabdeh orqan tərəfindən 04 may 2022-ci il tarixdə əlavə müalicəyə ehtiyacının olması səbəbi ilə əlilliyin təkrar qiymətləndirilməsindən imtina edilmişdir. Cavabdeh orqan tərəfindən verilmiş imtinanı hüquqlarının pozulması kimi qiymətləndirmişdir. Belə ki, astma xəstəsi olmağı Forma 88 arayışı, eləcə də digər bütün tibbi sənədləri ilə təsdiq olunur, özü 2012-ci ildən poliklinikada dispanser qeydiyyatındadır və dəfələrlə müayinədən keçib, müalicələr almışdır, lakin heç bir müsbət nəticə verməmişdir. Çətinliklə nəfəs alır, sinəsində daim xırıltı və xışıltılar hiss edir. Bu günə qədər 2014, 2015, 2016-cı illərdə maneəsiz şəkildə ona əlillik dərəcəsi təyin olunmasına baxmayaraq, son göndərişə imtina verilmişdir. Forma 88 arayışına əsasən xəstəliyinin diaqnozu diaqnostik müayinələrlə təsdiq olunmasına baxmayaraq əlilliyin növbəti müddətə təyin olunmasından imtina onun qanunla qorunan hüquqlarını pozmuş və hazırki vəziyyətinə mütənasib olmamışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsiin xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1244/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1244/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1959cu ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - xx.xx.2012-ci il tarixli, xxxxxxx0001 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, xx.xx.2012-ci il tarixdə ümumi xəstəliklə novbəti qiymətləndirmə tarixi xx.xx.2013-cü il olmaqla 1 il müddətinə ilkin təyinat aparılmışdır. X1:X sinif-Tənəffüs sistemi xəstəlikləri=>J40-J47-Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri=>J45-Astma=>45.0-Allergik komponentin üstünlüyü ilə gedən astma. Diaqnozun mətni; Bronxial astma, infeksion allerqik forma, ağır gedişli. Ağ ciyərin emfizeması.TÇ İİ dərəcə. Meyar; 2.2 İkinci dərəcə əlillik=>2.2.6.Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə - xx.xx.2014-cü il tarixli, xxxxxxx0002 akt №-li qiymətləndirmə nəticəsi ilə xx.xx.2014-cü il tarixdə ümumi xəstəliklə novbəti qiymətləndirmə tarixi xx.xx.2015-ci il olmaqla 1 il müddətinə təkrar təyinat aparılmışdır. X1: X sinif-Tənəffüs sistemi xəstəlikləri=>J40-J47-Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri=>J45-Astma=>45.0-Allergik komponentin üstünlüyü ilə gedən astma. Diaqnozun mətni; Bronxial astma, infeksion allerqik forma, tez-tez tutulmalar ilə ağır gedişli. Hormonal asılı vəziyyət.Asteno-nevrotik vəziyyət. Ağ ciyərin emfizeması.TÇ İİ dərəcə. Meyar; 2.2 İkinci dərəcə əlillik=>2.2.6.Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə. - xx.xx.2015-ci il tarixli, xxxxxxx0003 akt №-li qiymətləndirmə nəticəsi ilə xx.xx.2015-ci il tarixdə ümumi xəstəliklə novbəti qiymətləndirmə tarixi xx.xx.2016-cı il olmaqla 1 il müddətinə təkrar təyinat aparılmışdır. X1: X sinif-Tənəffüs sistemi xəstəlikləri=>J40-J47-Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri=>J45-Astma=>45.0-Allergik komponentin üstünlüyü ilə gedən astma. Diaqnozun mətni; Bronxial astma, infeksion allerqik forma, ağır gedişli. Hormondan asılılıq.. Ağ ciyərin emfizeması.TÇ İİ dərəcə. Meyar; 2.2 İkinci dərəcə əlillik=>2.2.6.Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə. - xx.xx.2016-ci il tarixli, xxxxxxx0004 akt №-li qiymətləndirmə nəticəsi ilə xx.xx.2016-ci il tarixdə ümumi xəstəliklə novbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il olmaqla 5 il müddətinə təkrar təyinat aparılmışdır. X1: X sinif-Tənəffüs sistemi xəstəlikləri=>J40-J47-Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri=>J45-Astma=>45.0-Allergik komponentin üstünlüyü ilə gedən astma. Diaqnozun mətni; Bronxial astma, infeksion allerqik forma, ağır gedişli. Hormondan asılılıq.. Ağ ciyərin emfizeması.TÇ İİ dərəcə. Meyar; 2.2 İkinci dərəcə əlillik=>2.2.6.Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan müəyyən olunur ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdən ümumi xəstəliklə (Diaqnoz: Bronxial astma, infeksionallergik forma, ağır gedişli, hormondan asılıq.Ağ ciyər emfizeması.TÇ İİ dər) ikinci dərəcə əlillik təyin olunmuşdur. - İddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün 19 nömrəli şəhər poliklinikası tərəfindən göndərilmiş; xx.xx.2022-ci il tarixli 2750003AAGCE №li Forma 088 göndərişində Əsas Diaqnoz: J45-Astma Bronxial astma qarışıq, ağır gedişli kəskinləşmə fazasında hormondan aslı tam nəzarətsiz.Qəbul etdiyi dərman salbutamol, seritit 50/250; Ağırlaşma-J43- Emfizema Ağ ciyərlərin emfizeması.ETAXİ-nin xx.xx.2022-ci il tarixli 2951 nömrəli sipirometriyası.FVC-1.85;45%, FEV 1-1.33;51%, MMEF-1.35;49%, PEF2.75;37%, MEF75-0.74:60%, MEF50-1.68:48%Qarışıq tipli əhəmiyyətli ventiliyasiya pozğunluğu.Generalizə olunmuş bronxobstruksiya; J96.1-Xroniki respirator çatmamazlıq T.C İİ(iki) dərəcə: Yanaşı xəstəliklər; İ10-Essensial (birincili) hipertenziya Hipertoniya xəstəliyi İİ(iki) dərəcə. TSEK-ə göndərilməsi üçün əsasə-Əlillik müddətinin qurtarmasıyenidən baxmaq. İmtina edilmənin səbəbi:Əlavə müalicəyə ehtiyacın olması-Səbəb; İxtisaslaşdırılmış müalicəsi davam etdirilsin. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 552/2022 saylı (ekspertizanın başlanma tarixi 27 oktyabr 2022-ci il, başa çatma tarixi 18 noyabr 2022-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, 1-

3. M.X.Salamovun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı Bakı M.Hüseynov adına 3 nömrəli şəhər Klinikasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli Forma 088 2750003AAGCE №-li göndərişdə qeyd edilmiş “Astma. Bronxial astma qarışıq variant, ağır gedişli kəskinləşmə fazasında hormondan aslı tam nəzarətsiz” diaqnozu xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, aparılmış müalicə tədbirləri diaqnoza uyğun olduğundan, xəstəlik qənaətbəxş proqnozla nəticələnmişdir. Şəxsin əlillik dərəcəsinin təyini ilə əlaqədar TSEK-də müayinələri zamanı müvəqqəti əmək qabiliyyətini itirməmiş hesab edilmiş, diaqnozla əlaqədaı hazırda onun əlavə reabilitasiya müalicəsinə zərurət yoxdur, lakin xəstəlik kəskinləşərsə, müvafiq ixtisas sahəsi üzrə həkimə müraciət edə bilər. Həmin diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin təyini üçün meyarların hər hansı birinə aid etməyə əsas vermədi. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1-ci hissəsinə əsasən Əlilliyin ağırlığından asılı olaraq birinci, ikinci və üçüncü dərəcəli əlillik təyin edilir. Orqanizmin üzv və sistemlərinin funksiyalarının davamsız, dönər morfoloji dəyişmələri və pozulmaları zamanı müalicənin və görülən reabilitasiya tədbirlərinin səmərəliliyinə, sağlamlıq vəziyyətinə və sosial uyğunlaşma vəziyyətinə nəzarət etmək məqsədilə birinci dərəcə əlillik iki il müddətinə, ikinci və üçüncü dərəcə əlillik isə bir il müddətinə təyin edilir. Birinci dərəcə əlillik fasiləsiz olaraq dörd il, ikinci dərəcə isə fasiləsiz olaraq on il təyin edildiyi hallarda əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edilir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci və 2-ci hissələrindən göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin təsdiq olunması haqqında” 1997-ci il 29 avqust tarixli 99 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmiş, o cümlədən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-ci bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X6 Sosial Ekspertiza və X11 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Əsasnamənin 2.2-ci bəndində göstərilmişdir ki, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbisosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. İşin faktiki hallarından göründüyü kimi iddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün tibb müəssisəsi tərəfindən göndərilmiş göndərişə əsasən cavabdeh inzibati orqanın müvafiq Komissiyası tərəfindən aparılmış qiymətləndirmə nəticəsində əlillik dərəcəsinin təyinindən imtina edilmiş, diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə iddiaçıya əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş rəydə də cavabdeh inzibati orqan tərəfindən müəyyən olunmuş nəticə bir daha təsdiqlənmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur. “İddiaçı xx.xx.1959-cu ildə ünvan 2 ünvanıda qeydiyyatda olan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün 19 nömrəli Şəhər Poliklinikası tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli 2750003AAGCE №li Forma 088 göndərişində; - şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı və əlavə ixtisaslaşdırılmış stasionar müalicəyə ehtiyac vardırmı ? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? - İddiaçı aşkar olunan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015ci il tarixli (2022-ci il iyulun 1-dək qüvvədə olmuş) № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə müəyyən olunurmu?” Eyni zamanda qərardadda ekspertizanın cavabdehin mütəxəssisi və ya nümayəndəsinin iştirakı olmadan, həmçinin hazırkı iş üzrə ilkin ekspert rəyini vermiş ali dərəcəli məhkəmə-tibb eksperti H.Kazımov istisna olmaqla digər ekspert tərəfindən keçirilməsi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş T 417/2023 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən qeyd edilmişdir ki, “vətəndaş M.X.Salamovun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş 2750003AAGCE №-li, xx.xx.2022-ci il tarixli № 088 forma göndərişində təsbit olunmuş “Astma. Bronxial astma qarışıq variant, ağır gedişli kəskinləşmə fazasında hormondan aslı tam nəzarətsiz” diaqnozu xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, aparılmış müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından, onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuş, şəxsin TSEK müayinələri zamanı ekspertlər tərəfindən əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi ilə əlaqədar hər hansı bir qeydiyyat aparılmamışdır. Qeyd edilən xəstəliklər kəskinləşdiyi halllarda o, müalicəyə cəlb edilə bilər. Əlilliklə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertlərinin edyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir.” Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”si cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh inzibati orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1244/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1244/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar