Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1824/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı “sənədlərin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)- 3803/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 saylı İİ X8 Komissiyası məntəqə üzvlərinin şəxsiyyət vəsiqələrinin, partiya mənsubiyyətlərini təsdiqləyən sənədlərin və ya partiya göndərişlərinin surətlərinin, o cümlədən də bu qeyd olunanlar barədə arayışın ona verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixdə növbədənkənar Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə deputatlığa namizəd olmuşdur, bununla yanaşı “İntibah” Xeyriyyə Cəmiyyətinin rəhbəridir. 2005, 2010, 2015-ci illərdə 16 saylı İİ X8 Komissiyasında qeydə alınaraq Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə deputatlığa namizəd olmuşdur və namizəd olaraq verdiyi sözə istinadən bugünki günə qədər Azərbaycan vətəndaşlarının problemlərinin həlli ilə bağlı qanunvericiliyə uyğun olaraq onlarla məkrli məmurlar arasında yaranmış narazılıqları aradan qaldırmağa müvəffəq olmuşdur. O, 2008-ci ildə keçirilən seçkilər zamanı 17 saylı İİİ X8 Komissiyasında məntəqə üzvü olduğu zaman Cəmiyyətin rəhbəri olaraq X6 tərəfindən bütün üzvlərin məvaciblərinin aybaay ödənilməsinə nail olmuşdur. Lakin QHT-nin rəhbəri olduğu üçün seçkilərdən sonra dairənin sədri Qədir Kərimov qanunazidd olaraq onu məntəqə üzvlüyündən kənarlaşdırmağa nail olmuşdur. X2 diqqətlə tədqiq etdikdə ona məlum olunmuşdur ki, Qədir Kərimov məntəqələrin tərkibini qanunazidd olaraq tərtib etmişdir. Yəni Azərbaycan Respublikası Seçki Məcəlləsinin 36.2ci maddəsinin tələblərinə əsasən Məntəqə seçki komissiyasının 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını dairə seçki komissiyasında təmsil edən üzvlər tərəfindən təqdim edilir. Məntəqə seçki komissiyasının üzvlüyünə namizədləri dairə seçki komissiyasında partiyaları təmsil edən dairə seçki komissiyasının üzvlərinə müvafiq siyasi partiyaların yerli təşkilatları, heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını təmsil edən dairə seçki komissiyasının üzvlərinə isə seçicilər də (seçicilərin təşəbbüs qrupları) təklif edə bilərlər. Həmin namizədlər müvafiq seçki dairəsinin ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları olmalıdırlar. Bununla da belə qənaətə gəlmək olar ki, Bakı şəhəri üzrə əksər və çox güman ki, bütün dairələrdə vəziyyət eynidir. Buna görə də “Vətəndaşların müraciətləri haqqında” Qanununun 10.4-10.5-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Seçki Məcəlləsinin 36.2-ci maddəsinin tələblərinə əsasən 16 saylı İİ X8 Komissiyası üzrə məntəqələrin tərkib hissəsinin düzgün təşkil olunmasına aydınlıq gətirmək üçün məntəqə üzvlərinin şəxsiyyət vəsiqələrinin, partiya mənsubiyyətlərini təsdiqləyən sənədlərin və ya partiya göndərişlərinin surətlərinin, o cümlədən də arayışın verilməsini xahiş etmişdir. 16 saylı Yasamal İİ X7 Seçki komissiyasının xx.xx.2020-ci il tarixli, 12 saylı cavab məktubu ilə, 16 saylı Yasamal İİ seçki dairəsinin məntəqə seçki komissiyalarının tərkibi Azərbaycan Respublikası Seçki Məcəlləsinin 26.2-ci maddəsinə əsasən təşkil edildiyi, məntəqə seçki komissiyalarının tərkibindəki komissiya üzvləri haqqında məlumatı Azərbaycan Respublikası X3 müvafiq elektron saytında əldə edilməyin mümkün olduğu, komissiya üzvlərinin hər bir şəxsiyyət vəsiqələrinin və onların mənsub olduqları partiya sənədlərinin surətlərinin verilməsinin qanunvericiliklə nəzərdə tutulmadığı əsas gətirilərək müraciətdən imtina edilmişdir. O, X5 ərizə ilə müraciət edərək, 16 saylı Yasamal İİ X7 Seçki komissiyasının məktubunun əsassız olduğunu və müraciətinin təmin edilməsi üçün köməklik gösərilməsini xahiş etmişdir. X3 xx.xx.2020-ci il tarixli, 10/20-381 saylı cavab məktubu ilə, müraciətə 16 saylı Yasamal İİ Seçki Dairəsi tərəfindən qanunvericiliyin tələbləri ilə izah edilməklə cavab verildiyi bildirilərək müraciətindən imtina edilmişdir. X4 müraciətini təmin etməkdən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3803/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi seçki hüququ ilə bağlı olmadığından, məntəqə seçki komissiyasının üzvlərinin şəxsiyyət vəsiqələrinin, partiya mənsubiyyətlərini təsdiqləyən sənədlərin və ya partiya göndərişlərinin surətlərinin, o cümlədən də bu qeyd olunanlar barədə arayışın verilməsi olduğundan, həmin sənədlər əsasında onun nəinki bir seçkilərdə namizəd olaraq, həmçinin bir vətəndaş olaraq seçkilərin şəffaf keçirilməsinin müəyyənləşdirilməsi olduğundan və həmin iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olduğundan, bununla da məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 3.2 və 130.1-ci maddələrini və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinə əsaslanaraq iddia tələbi mümkünsüz hesab edildiyindən, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 3803/2020 saylı qərardadı qanunsuz və əsassız qəbul edildiyindən ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 3.2-ci maddəsinə əsasən bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ (Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat), XVİİİ-İ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur; Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər. Seçki Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) X5, X3 qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə Seçki Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsin şikayət edə bilərlər. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddia ərizəsindən görünür ki, iddia tələbi seçki hüquqlarının müdafiəsi ilə bağlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərindən göründüyü kimi, qeyd olunan mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır və bununla bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə verilir. Eyni zamanda iddia ərizəsindən görünür ki, iddiaçı məntəqə seçki komissiyasının üzvlərinin şəxsiyyət vəsiqələrinin, partiya mənsubiyyətlərini təsdiqləyən sənədlərin və ya partiya göndərişlərinin surətlərinin, o cümlədən də bu qeyd olunanlar barədə arayışın ona verilməsini tələb edir. İddiaçı özünün hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir, iddiaçı qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayəti təmin olunmamalı, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3803/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-1824/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1824/2020
05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver