Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1824/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin yeni açılmış hallarla bağlı ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3352/2020 saylı, 07.09.2020-ci il tarixli qərardadlarından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nardaran bağ massivində yerləşən 0,12 ha sahəsi olan 1436 saylı bağ sahəsinin naturada yerinin müəyyən edilərək, döngə nöqtələrinin göstərilməsi; onun mərhum anasının həmin torpaq sahəsinə hüquqlarının qeydiyyata alınmasına dair reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh İdarənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 21(82)3352/2018 saylı qərarı ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 mart tarixli 2-1(103)-548/2019 saylı qərarı ilə birinci insansiya məhkəməsinin həmin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 iyul 2019-cu il tarixli, 2-1(102)-2130/2019 nömrəli qərarı ilə apellyasiya məhkəməsinin həmin qərparı da dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh 23.01.2020-ci il tarixində 14.01.2020-ci il tarixli ərizə və vəsatətlə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi və məhkəmə qərarının icrasının dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3352/2020 saylı, 07.09.2020-ci il tarixli qərardadı ilə ərizəçinin yeni açılmış hallarla bağlı ərizəsi üzrə icraat mümkün sayılmamış, qərarın icrasının dayandırılması barədə vəsatəti təmini edilməmişdir. Ərizəçi həmin qərardalardan apellyasiya şikayəti verərək, ərizə və vəsatətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardaları maddi və proskssual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qərarı 18 noyabr 2019-cu il tarixində icra üçün İdarəyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosnssual Məcəlləsinin 103.1-ci maddəsinəəsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qərarında qeyd olunan əmlakla bağlı 15.08.2019-cu il tarixində müvafiq ünvanda təkrar və ətraflı aparılmış yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, idarənin elektron kadastr baza Məlumatlarına əsasən iddiaçı tərəfindən şərti olaraq göstərilən torpaq sahəsinin yerləşdiyi ərazi dənizin kənarı olmaqla, Xalq çimərliyinin yaradılması üçün nəzərdə tutulan dövlət torpağının hüdudları daxilində yerləşir. Həmin ərazilərdə bağ sahələri mövcud deyil. Həmçinin, iddiaçı tərəfindən Nardaran ərazisində iddia olunan 1436 saylı bağ nömrəsi bağların sxematik xəritəsində öz əksini tapmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1852/2020 saylı 18.11.2020-ci il tarixli qərardadları ilə ərizəçinin apellyasiya şikayətləri təmin edilməmişdir. Ərizəçinin həmin qərardadlardan verdiyi kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-539/2021 saylı 13.04.2021-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin həmin qərardadları ləğv edilmiş, iş təkrar baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi İ.Kəlbiyev apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə ərizəçinin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadları ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 539/2021 saylı 13.04.2021-ci il tarixli qərarında məsələ ilə bağlı hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: “27...Cavabdehin ərizəsində məhkəmə qərarının icra üçün İdarəyə 2019-cu il 18 noyabr tarixdə daxil olduğu göstərilir. Eyni tarixi, cavabdehin (ərizəçinin) nümayəndəsi birinci instansiya məhkəməsində icraat zamanı izahatında da bildirmişdir. Lakin ərizədə göstərilən və məhkəmənin istinad etdiyi müayinə tarixinin bundan üç ay əvvəl - 2019-cu il 15 avqust göstərilməsinin səbəbi (həqiqi vəziyyəti düzgün əks etdirdiyi) müəyyən edilməmiş, qərardadda “sözügedən sübutlar” dedikdə, fakta dair məhz hansı sübutları nəzərdə tutulduğu göstərilməmişdir. İddia olunan sahəyə baxış keçirildiyinə dair müayinə aktı ərizəçi tərəfindən təqdim olunmamış, məhkəmənin sorğusuna cavabdehin cavab məktubunda təkrar müayinənin keçirildiyi tarix göstərilməmişdir, məktuba əlavə olunmuş fotoşəkil isə öz məzmununa görə müayinə aktını əvəz etmir. Başqa sözlə, fərdi-müəyyən əşya olan, yerləşmə vəziyyəti döngə nöqtələrinin koordinatları ilə müəyyən edilən torpaq sahəsi ilə bağlı yeni hala dair vəziyyəti və onun aşkar olunduğu (ərizəçiyə məlum olduğu) vaxtı, deməli həm də prosessual müddətin axımının başlanğıcını müəyyən etmək üçün müvafiq müayinənin keçirilməsinə dair sənəd (hazırkı halda, müayinə aktı) işdə olmalı idi...” İPM-in 101-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Konkret halda, cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi üzrə qərarına qarşı verilmiş məhkəmə birinci instansiya məhkəməsidir. Belə ki, iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iddianın təmin olunması barədə 18 sentyabr 2018-ci il tarixli qərarı, yuxarı məhkəmə instansiyaları tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İPM-in 103.1-ci maddəsi isə nəzərdə tutur ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Qanunun mənasından göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə , həmin hallar aşkar olunduğu vaxtdan üç aylıq müddət ərzində verilməli, əks halda, həmin prosessual müddətin buraxıldığı təqdirdə, ərizənin məhkəmə icraatı mümkünsüz olur. İşdən görünür ki, cavabdeh idarə tərəfindən yeni açılmış hallarla bağlı ərizəsinə, Bakı şəhəri Narbaran bağ massivində yerləşən 0,12 ha sahəsi olan 1436 saylı mübahisəli bağ sahəsinə dair, elektron xəritədən çıxarışı əlavə edilmiş, işə baxan birinci instansiya məhkəməsi tərəfindən həmin idarəyə 04 iyun 2020-ci il tarixli sorğu ünvanlayaraq, mütəxəssisləri tərəfindən 15.08.2019-cu il tarixində aparılmış yoxlama-ölçü işlərinin nəticələrini əks etdirən sənədlərrin məhkəməyə təqdim edilməsi tələb olunmuş, lakin sonuncu tərəfindən həmin sənədlər məhkəməyə təqdim olunmamış, 17.07.2020-ci il tarixli cavab məktubu göndərməklə, yeni açılmış hallarla bağlı ərizəsində qeyd etdiyi kimi, bağ sahəsinin dövlət torpağının hüdudları daxilində yerləşdiyini israrlamaqla və yenə də, mübahisəli əriziyə dair elektron xəritədən çıxarışı məktubuna əlavə etməklə kifayətlənmişdir. İşə baxan birinci instansiya məhkəməsi də öz növbəsində, cavabdeh idarənin həmin cavab məktubu ilə kifayətlənərək, müddətin ötürülməsi əsası ilə cavabdehin ərizəsinin məhkəmə icraatını mümkün saymamışdır. Halbuki, cavabdeh tərəfindən ərizədə istinad edilən, 15.08.2019-cu il tarixində mütəxəssisləri tərəfindən aparılan yoxlama-ölçü işlərinin rəsmiləşdirildiyi müayinə aktının məhkəməyə təqdim olunması, qanunla müəyyən edilən 3 aylıq prosessual müddətə riayət olunmasının birbaşa sübutu kimi çıxış edir. Digər tərəfdən, məhkəmə, cavabdehin ərizədə məhkəmənin 18 sentyabr 2018-ci il tarixli qərarının icra üçün idarəyə 2019-cu il 18 noyabr tarixdə daxil olması barədə dəlillərinə də münasibət bildirməmişdir. Halbuki, İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən inzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Məhkəmə prosessual qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla, Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayəti ilə, birinci instansiya məhkəməsinin prosessual pozuntulara yol verdiyini mübahisələndirən dəlilləri hissəsində, qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 07.09.2020-ci il tarixli qərardadları ləğv edilməli və iş materialları, qeyd olunanlar nəzərə alınmaqla, cavabdehin ərizəsi (və vəsatəti) üzrə yenidən araşdırılıb mümkünlük məsələsinə hüquqi qiymət verilməsi üçün, qərarına qarşı verilmiş həmin məhkəməyə göndərilməlidir. İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd edilənlərə əsasən və İPM-in 80, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Kollegiyasının 2-1(82)-3352/2020 saylı, 07.09.2020-ci il tarixli qərardadları ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan təqdim edildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1824/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1824/2021
24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver