Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1825/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Mehdiyev Emin Əixan oğlundan ibarət tərkibdə, İddiaçı və nümayəndəsi vəkil X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi tələbinə dair» iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1791/2020 05 iyun 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.09.1970-ci il tarixdə 6 saylı Peşə məktəbinə qəbul edilərək, 20.07.1971-ci il tarixədək oxuduğu müddətin, 01.01.2013-cü ildən İ qrup əlil arvadına baxdığı dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyası hüququ verən əmək stajı kimi qəbul edilərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə xx.xx.1954-cü il təvəllüdlü iddiaçının aşağıdakı kimi iş stajı vardır: -01.09.1970-20.07.1971 6 saylı Nexniki-peşə məktəbində təhsil (10 ay 19 gün) ; -21.07.1971-16.10.1972 rəngsaz (1 il 2ay 15gün); -19.10.1972-08.06.1973 rəngsaz ( 8 ay19gün); -30.11.1973-12.12.1975-ci ildərdə hərbi xidmət(2 il 2gün); -03.03.1976-17.02.1977-ci ilərdə dülgər( 11 ay 14gün); -01.04.1977- 20.10.1977 suvaqçı-rəngsaz(6 ay 19 gün); - 03.04.1978-03.10.1978 rəngsaz(6 ay ); - 23.09.1979-05.11.1979 suvaqçı (1 ay 12gün); - 01.04.1980-11.08.1980 suvaqçı(4ay 10gün); -27.08.1980-23.02.1982 suvaqçı (1 il 4ay 26gün); -19.03.1982-06.10.1982 təmirçi(6 ay 17gün); -16.12.1982-12.05.1983 fəhlə(4ay 26gün); -01.06.1983-28.07.1983 fəhlə(1 ay 27 gün); -01.08.1983-27.05.1986 fəhlə(2 il 9ay 26gün); -02.02.1987- 27.07.1987 mühafizəçi (5 ay 25gün); -11.11.1987- 22.03.1988 mühafizəçi(4ay 11gün); -01.08.1989-12.06.1990 fəhlə(10 ay11gün); -01.03.1991-13.02.1992 fəhlə(11ay12gün); -03.08.1992-15.08.1994 mühafizəçi (2 il 12gün); Bundan əlavə, iddiaçı 13.12.1994-cü ildə Tovuz Rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrumemə cəzasına məhkum edilmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 17.02.1996-cı il tarixli qərarına əsasən cəzadan 2 il 5 ay 23 gün məcburi əməyə cəlb olunmaqla şərti olaraq vaxtından əvvəl azad edilmişdir (Xüsusi komendaturanın uçotundan çıxarılması barədə 29.04.1997-ci il tarixli arayışının təsdiq olunmuş surətinə əsasən 24.02.1996-cı il 29.04.1997-ci il tarixədək xalq təsərrüfatına aid olan müəssisənin tikintisinə göndərilmiş və 29.07.1997-ci il tarixdə xüsusi komendaduranın uçotudan çıxarılmışdır.) Eyni zamanda, Pirşağı Bələdiyyəsinin 05 iyun 2090-cı il tarixli aktına əsasən iddiaçı tərəfindən iddia olunur ki, 01.02.2013-05.06.2020-gi illərdə İ qrup əlil həyat yoldaşına qulluq etdiyi müddət (7 il 4 ay 4 gün) onun sığorta stajına daxil edilməlidir (Həmin qulluq müddəti ilə birlikdə onun 25 ildən çox çsığrta stajı toplanır). Qeyd olunan əsaslardan çıxış edərək iddiaçı əmək pensiyası təyin edilməsi üçün 02.10.2019-cü il tarixində pensiya təyin olunması üçün ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə istinadən 01.01.2019-cu il tarixdən kişilər 64 yaşı tamam olduqda fərdi heabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququnu qazanmasının nəzərdə tutulması əsas gətirilərək müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh DSMF-nin Sabunçu rayon şöbəsi məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etirazında da iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdr. Cavabdehin etirazının əsaslarına görə iddiaçının təqdim etdiyi sənədlər əsasında ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən sosial sığorta stajı və pensiya kapitalı olmadığına görə əmək pensiyası hüququ yaranmır. O, 01.09.1970-ci il tarixdən 20.07.1971-ci il tarixinədək peşə məktəbində təhsil aldığını göstərsə də bu barədə hər hansı yekun sənədi (diplom və ya atestat) təqdim etməmiş, İ qrup əlilə baxmış olduğu dövr “Qaydalar”a əsasən müvafiq akt ilə təsdiq edilməmişdir. İddiaçının təqdim etdiyi sənədlər əsasında ona 19 il 10 ay sığorta stajı hesablanır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1791/2020 05 iyun 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 01.09.1970-ci il tarixdən 20.07.1971-ci il tarixədək Bakı şəhər 6 saylı texniki peşə məktəbində oxuduğu müddət və 01.01.2013-cü il tarixdən 05.06.2020-ci il tarixədək İ qrup əlil arvadı X2 qulluq etdiyi dövrlər onun sosial sığorta stajına daxil edilməklə, ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «… Məhkəmə iş üsçün əhəmiyyəti olan bütün faktiki hallar aaydınlaşdırılmamış, geniş həcmdə subutlar araşdırılmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3-cü maddəsində sığorta stajını təsdiq edən sənədlərin siyahısı verilmişdir. Sözügedən qaydaların 3.2.5-ci maddəsinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən AKT (10 nömrəli Əlavə) ilə onun sığorta stajı təsdiq edilir. İddiaçı tərəfindən İ qrup əlil yoldaşına qulluq etməsi faktının tanınması barədə Pirşağı Bələdiyyəsinin sədri tərəfindən imza və möhürlə təsdiqlənmiş 05.06.2020-ci il tarixli akt təqdim edilmiş və məhkəmə tərəfindən bu akt sübut kimi qəbul edilmişdir. Bələdiyyə tərəfindən verilmiş sözügedən akt iddiaçının sığorta stajını təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz. Ona görə ki, Bələdiyyə orqanının belə bir akt qəbul etmək barədə səlahiyyəti mövcud deyildir. Çünki, sığorta stajı “Əmək pensiyaları haqqında” Qanunun 25ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Yəni, sözügedən akt bələdiyyə orqanı tərəfindən deyil, icra hakimiyyəti orqanı tərəfindən qəbul edlməli idi. İddiaçının yaşa görə əmək pensiyası təyin olunması tələbi ilə təqdim etdiyi sənədlər əsasında ona 19 il 10 ay staj hesablanmışdır. Sonradan iddiaçı məhkəməyə müraciət edərkən attestatı və sözügedən aktı məhkəməyə təqdim etmiş və məhkəmə tərəfindən bu sənədlər qəbul edilmişdir. İddiaçının təqdim etmiş olduğu Pirşağı Bələdiyyəsi tərəfindən verilmiş akt yuxarıda göstərilən səbəblərə əsasən stajı təsdiq edən sənəd kimi qiymətləndirilə bilməyəcəyindən aktın özündə göstərilmiş 01.02.2012-05.06.2020-ci il tarixlərini əhatə edən dövrlər də sığorta stajına daxil edilməməlidir. ..» Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1442/2020 saylı 28.09.2020-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdehin həmin qərardan verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-423/2021 saylı 13.04.2021-ci il tarixli qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün göndərilmişdir. İşə təkrar apellyasiya qaydasıda baxılarkən məhkəmə kollegiyasının iclasında iştirakı edən cavabdehin nümayəndəsi H.Həşimli apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmaını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştiak edən İddiaçı və onun vəkili O.Məmmədov izahatlarında, iddiaçının 1 qrup əlil həyat yoldaşına quluq etməsinə dair 10 nömrəli akt almaq üçün cavabdehə müraciət olunsa da, onlara məhəl qoyulmadığını bildirərək, birinci instansyia məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İşin hazırkı təkrar apellyasiya baxışı mərhələsində, tərəflərin razılığı nəzərə alınmaqla, iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi, həmin Fondun “Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı” ilə əvəz edilmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb və Ali Məhkəmənin qərarında qeyd olunan göstərişləri nəzərə alıb hesab edir ki, aşağıdakılara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının işə əlavə olunmuşq şəxsiyyət vəsiqəsinin surətinə (Sabunçu RPİ 22.12.2011) əsasən müəyyən olunur ki, xx.xx.1954-cü il tarixdə doğulmuşdur. İşdən görünür ki, o, pensiya təyinatı üçün cavabdehə 02.10.2019-cu il tarixində ( 64 yaşında) müraciət etmişdir Qanunun qeyd olunan tələbi baxımından, 01.07.2017-ci il tarixində kişilər üçün pensiya yaş həddi 63 yaş 6 ay təşkil etmişdir. İddiaçının 63 yaş 6 ayı 28 may 2018-ci il tarixində tamam olmuşdur (01.07.2018-ci il tarixində kişilər üçün pensiya yaş həddi 64 yaş, 01.07.2019-cu il tarixindən 64 yaş 6 ay, 01.07.2020-ci il tarixində 65 yaş təşkil etmişdir). “Əmək pensiyaları haqqında Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İşin faktiki hallarından göründüyü kimi, İ qrup əlil arvadın qulluq etdiyi müddət istisna olmaqla, iddiaçının nə 63 yaş yarım, nə 64, nə 64 yaş yarım, nə də ki 65 yaşına kimi, pensiyası təminiatı üçün “Əmək pensiyaları haqqında Qanunun 7-ci maddəsində nəzərdə tutulan 25 il sığorta stajı toplanmır. Onun istinad etdiyi Pirşağı Bələdiyyəsinin 05 iyun 2090-cı il tarixli aktına əsasən 01.02.2013-05.06.2020 dövrdə İ qrup əlil həyat yoldaşına qulluq etdiyi müddətin (7 il 4 ay 4 gün) isə sığorta stajına daxil edilməsi mümkün deyil. Belə ki, “Əmək pensiyaları haqqında Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta olunanın sığorta stajına daxil edilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən isə sığorta stajı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.5-ci bəndinə əsasən əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən AKT-la müəyyən edilir. (10 nömrəli Əlavə. (İş vərəqi: 115) “Qaydalar”ın 10 nömrəli Əlavəsinə əsasən isə həmin AKT, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonunun müvafiq şöbəsinin müdiri və pensiya təyinatı sektorunun müdiri tərəfindən imzalanır möhürlə təsdiq edilir. İddiaçının isə məhkəməyə təqdim etdiyi İ qrup əlil arvadına qulluq etməsinə dair 05.06.2020-ci il tarixli Akt isə Bakı səhər Sabunçu rayon Pirşağı Bələdiyyəsinin sədri tərəfindən tərtib edilmiş və imzalanıb möhürlə təsdiq edilmişdir (iş vərəqi 76). Birinci instansiya məhkəməsi tərəfindən isə “Əmək pensiyaları haqqında” Qanunun qeyd olunan 25-ci maddəsi və adıçəkilən “Qaydaların 3.2.5-bəndinin tələblərinə zidd olaraq Birşağı Bələdiyyəsinin aktı əsas götürməklə iddiaçının İ qrup əlil arvadına qulluq etdiyi dövr sığorta stacı kimi nəzərə alınmışdır. Halbuki, “Qaydalar”ın 3.9-cu bəndinə imperativ göstərişinə görə İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Göründüyü kimi, yalnız 10 nömrəli Əlavədə göstərilən Akt formasına uyğun olaraq tərtib edilən Akt iddiaçının, İ qrup əlil arvadına qulluq etdiyi müddətin onun sığorta stajına daxil edilməsi üçün əsas ola bilər. Beləliklə də, iddiaçının qeyd olunan dövrün onun sığorta stacına aid edilməsi mümkün olmadığından 25 il sığorta stajı yaranmır. Belə olan halda da “Əmək pensiya ları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan həmin əsasla ona əmək pensiyası təyin edilməsi istisna olunur. Qanunun sözügedən maddəsinin “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərtinə gəldikdə isə həmin şərt də iddiaçıya münasibətdə yerinə yetirilmir. Belə ki, iddiaçı 02.10.2019-cu il tarixində pensiya təyinatı üçün cavabdehə müraciət etdiyi zaman minimum pensiyanın məbləği Azərbaycan Prezidentinin Fərmanına müvafiq olaraq 2019-cü ilin oktyabrın 1-dən 200 manat müəyyən edilmişdir. İddiaçının iş stajının tərkibindən isə göründüyü kimi, onun qazandığı iş stacı “Əmək pensiyaları haqqında” Qanunun 01.01.2006-cı il tarixdə qüvvəyə minənədək olan dövrə təsadüf edir. Belə olan halda, onun Texniki-peşə məktəbində təhsil aldığı müddəti (10 ay 19gün) də, həmin vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 3-cü hissəsinin “ğ” bəndi nəzərə alınmaqla, sığorta stajına daxil edilsə də, iş stajının cəmi heç tam 20 il təşkil etmir. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən isə sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qanunun qeyd olunan tələbi baxımından, iddiaçının iş stajının 20 il tam götürüldüyü halda belə, hər ilə görə 306 manatdan olmaqla, onun fərdi hesabının sığorta hissəsində, cəmi 6.120,00(306X20) manat toplanır. Halbuki, gözlənilən pensiya müddəti (12 il) üçün, hər ay 200 manat minimum pensiya məbləği olmaqla, zərüri olan pensiya kapitalı 28.800,00 manat təşkil edir. Göründüyü kimi, iddiaçının pensiya təminatı üçün fərdi hesabının sığorta hissəsində qanunla müəyyən edilən minimüm pensiya kaptitalının da qeyd alınması mümkün deyil. Beləliklə də “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin şərtləri iddiaçıya münasibətdə yerinə yetirilmir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya pensiya təyin olunmasından imtina olunması qanuni və əsaslıdır. Qanuni və əsaslı imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə o halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olsun. Birinci instansiya məhkəməsi tərəfindən isə işdə olan sübutlara qanuqnvericilyin tələbləri baxımından düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normaları səhv təfsir olunmuş, sonda məhkəmə sübutlara, maddi və prosessual hüquq normalarına uyğun olmayan nəticəyə gəlinmişdir. Ona görə də məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhmiyyəti olan bütün faktiki halların araşdırılmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1791/2020 05 iyun 2020-ci il tarixli qərarı ləğv edilməli və iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1791/2020 saylı 05 iyun 2020-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar çıxarılsın. İddiaçı İddiaçı iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Mirzə Tağızadə Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2-1(103)-1825/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1825/2021
16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver