Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1825/2024 27.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakların bir hissəsinəin ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7795/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 3, ev 20 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinə (11.4 kv.m yaşayış otağı, 7.8 kv.m digər sahə) və 200 kv.m torpaq sahəsinə dair hüququn mərhum Tağı Ələkbər oğluna məxsus olması haqqında arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir (İPM m.34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...xx.xx.1958-ci il tarixli, 232/14997 nömrəli “Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikililərin Reyestrindən Çıxarış"a əsasən ünvan 1 ünvanında (keçmiş Maştağa rayonu, Maştağa qəsəbəsi, 1424 "A”) yerləşən mülkün ½ hissəsi X3 və digər 1/2 hissəsi isə X2 adına rəsmiləşdirilmişdir. 04 iyun 1970-ci il tarixli, 13-7161 № li vərəsəlik şəhadətnaməsi ilə X4 miras qalmış əmlakın 1/2 hissəsi vərəsəsi, X11 adına rəsmiləşdirilmiş, 04 iyun 1970-ci il tarixdə isə X16 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 3, ev 20 ünvanında yerləşən yaşayış sahəsinin 1/2 hissəsini (11.4 m2 yaşayış otağı, 7.8 m2 digər sahə) və 200 m2 torpaq sahəsini Tağı Ələkbər oğluna satmış və Bakı şəhəri 4 №-li dövlət notariat ofisində 05 iyun 1970-ci il tarixli, 13-7221 reyestr № li alqı-satqı müqaviləsi bağlamış, sonuncu 05 iyun 1970-ci il tarixli, 13-7221 reyestr №-li alqı-satqı müqaviləsini Texniki İnventarlaşdırılma Bürosuna təqdim etməmişdir. Lakin 04 fevral 1979- cu il tarixdə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş "Şəxsi mülkiyyət hüququ və evlərin Texniki İnventarizasiya və Qiymətləndirilməsinə aid Pasport"unda onun adı qeyd edilmişdir. Digər payçı X8 da, ünvan 2 ünvanında yerləşən mülkü və torpaq sahəsinin 1/2 hissəsini Musa Dadaşov adlı şəxsə satmış və Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş "Şəxsi mülkiyyət hüququ və evlərin Texniki İnventarizasiya və Qiymətləndirilməsinə aid X9 adı qeyd edilmişdir. Dadaşov Musanın oğlu 1981-ci ildə ünvan 2 ünvanında yerləşən mülkün və torpaq sahəsinin ½ hissəsini X1 və sonuncu əmlakın alğı-satqısını rəsmiləşdirməmişdir. Dadaşov Musa, Dadaşov Mirzəağa və Vəliyev Mübariz vəfat etmişlər. Hal-hazırda ünvan 2 ünvanda yerləşən mülk uzun müddətdir ki, X6 övladı Vəlizadə Zamiqin istifadəsindədir. Tağı Ələkbər oğlu xx.xx.2010-cu il tarixdə vəfat etmiş və hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində Qeydiyyata alınmadığından həyat yoldaşı İddiaçı "Vərəsəlik hüququ haqqında şəhadətnamə" verilməsi ilə bağlı Bakı şəhəri, 17 saylı Dövlət Notariat Kontoruna etdiyi müraciəti əsasında adına xx.xx.2021-ci il tarixdə 526 №-li vərəsəlik işi açılmışdır. xx.xx.1958-ci il tarixli, 232/14997 № li “Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikililərin Reyestrindən Çıxarış"da adı qeyd olunan X10 1970-ci ildə vəfat etmiş və vərəsəsi X16 müəyyən edilmişdir. Digər payçı X8 haqqında heç bir məlumat yoxdur. X8 ünvan 3 ünvanında yerləşən mülkü və torpaq sahəsinin 1/2 hissəsini Dadaşov Musa adlı şəxsə satdıqdan sonra məlum olmayan ünvana köçmüşdür. 04 fevral 1979-cu il tarixdə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ və evlərin Texniki İnventarizasiya və Qiymətləndirilməsinə aid Pasport”unda adı qeyd olunan X16 haqqında heç bir məlumat əldə etmək mümkün olmamışdır. Digər payçı Dadaşov Musa və onun övladı Dadaşov Mirağa da, vəfat etmişdir. Onlar haqqında məlumat almaq yalnız İ və İİ dərəcəli qohumlarına məxsusdur. Tağı Ələkbər oğlu isə xx.xx.2010-cu il tarixdə vəfat etmiş və həyat yoldaşı İddiaçı onun vərəsəsi müəyyən edilmişdir. "Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında" qanunun 22.2-ci maddəsini əsas tutaraq, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 3, ev 20 ünvanda yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi (11.4 m2 yaşayış otağı, 7.8 m2 digər sahə) və 200 m2 torpaq sahəsi üzərində hüququn mərhum Tağı Ələkbər oğluna məxsus olması haqqında arayışın Tağı Ələkbər oğlunun vərəsəsinə verilməsi barədə xx.xx.2023cü ildə iddiaçı ərizə ilə cavabdehə müraciət etmiş, lakin, sonuncu xx.xx.2023-cü il tarixdə, **********51 №-li məktubu ilə mahiyyəti üzrə cavab verməmişdir...” Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Araşdırılması zamanı məlum olmuşdur ki, təqdim edilmiş 232/14997 nömrəli “Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarış”da qeyd olunan mülkiyyətçilər ilə 1979-cu il tarixli texniki pasportda qeyd olunan mülkiyyətçilər arasında əlaqəli sənəd təqdim edilməmişdir. Bundan əlavə, təqdim edilmiş texniki pasporta əsasən fərdi yaşayış evi paylı mülkiyyətdə olduğu üçün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair payçıların notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməlidir. Bu səbəblərdən, ərizənin icrası tərəflərindən mümkün olmamış, bu barədə vətəndaşa **********80 nömrəli, xx.xx.2021-ci il tarixli və **********26 nömrəli, xx.xx.2021-ci tarixli cavab məktubları ünvanlanmışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7795/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 3, ev 20 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinə (11.4 kv.m yaşayış otağı, 7.8 kv.m digər sahə) və 200 kv.m torpaq sahəsinə dair hüququn ölmüş şəxsə (Tağı Ələkbər oğluna) məxsus olması barədə arayışın (çıxarışın) İddiaçı Əligün qızına verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətləri Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Təqdim edilmiş 232/14997 nömrəli “Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarış”da qeyd olunan mülkiyyətçilər ilə 1979-cu il tarixli texniki pasportda qeyd olunan mülkiyyətçilər arasında əlaqəli sənəd təqdim edilməmişdir. Bundan əlavə təqdim edilmiş texniki pasporta əsasən fərdi yaşayış evi paylımülkiyyətdə olduğu üçün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair payçıların notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməlidir. İdarənin mütəxəssisləri tərəfindən fərdi yaşayış evinin 11.4 kv.m yaşayış otağı, 7.8 kv.m digər sahədən ibarət hissəsinə keçirilmiş texniki baxış zamanıməlum olmuşdur ki, fərdi yaşayış evinin sözügedən hissəsi 2 otaqdan ibarət olmaqla, faktiki sahəsi 43.0 kv.m təşkil edir. Fərdi yaşayış evinə bitişik hissədə 11.7 kv.m olan köməkçi sahə (mətbəx) sonradan inşa edilmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin yerləşməsi müəyyən edilməmiş, torpaq sahəsinin qanuni əsaslarla ayrılıbayrılmaması ilə bağlı araşdırma aparılmamışdır...” Məhkəmə kollegiyasının 23 may 2024-cü il tarixdə keçirilən iclasında iştirak edən T.V.Yeganlı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddiaçının onun anası, ölmüş şəxsin isə atası olduğunu bildirərək iddia ərizəsinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının qüvvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 3, ev 20 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinə (11.4 kv.m yaşayış otağı, 7.8 kv.m digər sahə) və 200 kv.m torpaq sahəsinə dair hüququn mərhum Tağı Ələkbər oğluna məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir İş materiallarından görünür ki, cavabdeh qeydiyyat orqanı tərəfindən iddia olunan arayışın verilməsini zəruri edən faktiki şərtlər mövcuddur. Belə ki, iş materiallarına əsasən işin aşağıdakı hallllarının həqiqilyi müəyyən olunur: Hazırkı mərəhələdə məhkəməyə təqdim olunmuş AZ140633 nömrli şə Evlənmək haqqında” şəhadətnamədən görünür ki, xx.xx.1962-ci il tarixdə iddiaı İddiaçı ilə Tağı Ələkbər arasında nikah müqaviləsi bağlpanmışdır. -Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli 526 nömrəli məktuba əsasən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət edərək, xx.xx.2010-cu il tarixdə vəfat etmiş əri Tağı Ələkbər oğlundan miras qalmış əmlaka (ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciətinə əsasən notariat ofisi tərəfindən cavabdehə məktub ünvanlanaraq miras qoyan Tağı Ələkbər oğlunun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın İddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsinin təmin edilməsi xahiş edilmişdir. - xx.xx.1958-ci il tarixli 232/14997 nömrəli “Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikililərin Reyestrindən çıxarış”a əsasən ünvan 6 ünvanında (keçmiş Maştağa rayonu, Maştağa qəsəbəsi 1424 “A”) yerləşən mülkün ½ hissəsi X5 və digər ½ hissəsi isə X2 adına rəsmiləşdirilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən xx.xx.2023-cü il tarixli 3165/6-11-3244/23 nömrəli məktubu ilə Bakı şəhəri 4 saylı Dövlət Notariat Ofisində 05 iyun 1970-ci il tarixdə 13-7221 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair təqdim edilmiş notariat işi üzrə sənədlərə əsasən müəyyən edilir ki, vərəsəlik şəhadətnaməsi ilə X4 miras qalmış əmlakın ½ hissəsi (11.4 kv.m yaşayış otağı, 7.8 kv.m digər sahə) və 200 kv.m torpaq sahəsi vərəsəsi X16 tərəfindən 05 iyun 1970- ci il tarixli 13-7221 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçının mərhum əri Tağı Ələkbər oğluna satılmışdır. - Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-10284/2023 **********84 nömrəli məktubu ilə həmin ünvana dair sənədlərin təsdiq edilmiş surətləri, həmçinin X12 və Musa Dadaşov adına Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş may 1970-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” texniki pasport məhkəməyə təqdim edilmişdir. - Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1979-cu il tarixdə - X12, Musa Dadaşovun və Tağı Ələkbər oğlunun adına mübahisəli ünvana dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” texniki pasport tərtib edilmişdir. Beləliklə də, tədqiq olunan sübutlarla müəyyən olunur ki, xx.xx.1958-ci il tarixli 232/14997 nömrəli “Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikililərin Reyestrindən çıxarış”a əsasən ünvan 6 ünvanında (keçmiş Maştağa rayonu, Maştağa qəsəbəsi 1424 “A”) yerləşən mülkün ½ hissəsi X5 və digər ½ hissəsi isə X2 adına rəsmiləşdirilmişdir. M.Boykovanın vərəsəsi X16 tərəfindən miras qalmış əmlakın ½ hissəsi (11.4 kv.m yaşayış otağı, 7.8 kv.m digər sahə) və 200 kv.m torpaq sahəsi 05 iyun 1970-ci il tarixli 13-7221 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Tağı Ələkbər oğluna satılmış və onun həmin əmlak hissəsi Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi İnventarlaşdırma Bürosu tərəfindən verilmiş pasportda da təsbit olunmuşdur. Həmin ünvanda yerləşən daşınmaz əmlaka dair X12 və Musa Dadaşovun adına Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi İnventarlaşdırma Bürosu tərəfindən may 1970ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” texniki pasport tərtib edilmiş, xx.xx.1979-cu il tarixdə isə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi İnventarlaşdırma Bürosu tərəfindən, X12, Musa Dadaşovun və Tağı Ələkbər oğlunun adına, sonuncuya aid hissələr də əks olunmaqla, mübahisəli ünvana dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” texniki pasport tərtib edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun: 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər – daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər sırasına aid edilmişdir. Konkret halda da tədqiq olunan sənədlərdən göründüyü kimi, mərhum Tağı Ələkbər oğlu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 3, ev 20 ünvanında yerləşən reyestrdə qeydiyyatı olan fərdi yaşayış evinin ½ hissəsini (11.4 kv.m yaşayış otağı, 7.8 kv.m digər sahə) və 200 kv.m torpaq sahədə hissəsini X13 notarial qaydada bağlanmış 05 iyun 1970- ci il tarixli 13-7221 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında almış, hər ikisinin adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport tərtib olunmuş və həmin pasportda iddiaçıya satılan hissə də öz əksini tapmışdır. Başqa sözlə, mərhum Tağı Ələkbər oğlu iddia olunan əmlakın tam qanuni əsaslarla mülkiyyətçsi olduğu sübuta yetirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinin tələbindən də görünür ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 113 nömrəli 22 dekabr 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş və 30 dekabr 2009-cu il tarixində 3492 nömrə ilə dövlət qeydiyyatına alınmış “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: 7.1-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Beləliklə, mübahisəli ünvanda yerləşən daşınmaz qeyd olunan hissəsinin qanuni əsaslarla iddiaçının mərhum əri Tağı Ələbər oğluna məxsus olması faktı öz təsdiqini tapsa da, cavabdeh orqan əsassız olaraq ona həmin əmlakın mərhuma məxsus olması barədə iddiaçıya arayış verilməsindən imtina etmiş, qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi işin hallarına, maddi və prosessual hüquq normalarına uyğundur. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin texniki pasportda qeyd olunan mülkiyyətçilər arasında əlaqəli sənəd təqdim edilmədiyini və payçıların notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilmədiyini mübahisələndirən dəliəllərini formal xarakterli dəlillər kimi qiymətləndirir və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7795/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM m. 87.6). Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7795/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1825/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1825/2024
27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver