Məhkəmə qərarları › İş №2-1(103)-1826/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1826/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1826/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi (bacısı) X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12734/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Bakı İnzibati Məhkəməsində cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia qaldıraraq (İPM. M.33.1) ona 52 yaşı tamam olduğu xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə xx.xx.1958-ci il təvəllüdlü iddiaçı hərbi xidmət etdiyi dövrü, təhsil müddəti və əmək kitabçasında olan əvmək fəailiyyəti birgə nəzərə alınmaqla, 20 ildən çox ümumi sığorta stajı var. Həmin stajın 10 ildən çoxunu 52 yaşından güzəştli pensiya hüququ verən peşədə - xx.xx.1987-xx.xx.2005-ci illərdə X12 Birliyi üzrə zəhərli kimyəvi maddələr ambarında fəhlə lərdə çalışmışdır. Belə ki, həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısının Vİİİ. Kimya istehsalatı bölməsinin 1080A00-kod altında göstərilən peşəyə uyğundur. Qeyd olunanları nəzərə alaraq, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədi ilə 17 avqust 2022-ci il tarixdə cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin sonuncu, ona ünvanladığı 2 sentyabr 2022-ci il tarixli cavab məktubu ilə həmi illər ərzində işləməsinə dair qeydlər arxiv arayışları əsasında təsdiq olunaraq müvafiq sənədlər təqdim olunduqdan sonra müraciətinə bacılacağını dildirərək dolayısı ilə pensiya təyin edilməsindən imtina etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ddiaçı İddiaçı Filiala təqdim etdiyi 06 iyun 1978-ci il tarixli ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 11 il 8 ay 5 gün (xx.xx.1976-xx.xx.1978-ci il (hərbi xidmət dövrü), xx.xx.1979-xx.xx.1983-cü il, xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 4 il 4 ay (xx.xx.1987-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Əlavə olaraq İddiaçı xx.xx.2022-ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 9497,56 manat təşkil edir. Qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də, işin faktiki halları ilə müəyyən olunur ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə çatmasına baxmayaraq iş stajı kifayət qədər olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12734/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı 17 avqust 2019-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamış, qərarda göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir, ciddi prosessual pozuntulara yol verilmişdir. Belə ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ yaranmır. Belə ki, iddiaçı Mərkəzi Filiala təqdim etdiyi 06 iyun 1978-ci il tarixli ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı iİ tarixinədək ümumi iş stajı 11 il 8 ay 5 gün (xx.xx.1976xx.xx.1978-ci il (hərbi xidmət dövrü), xx.xx.1979-xx.xx.1983-cü il, xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 4 il 4 ay (xx.xx.1987-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Onun xx.xx.2022-ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi, 9497,56 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ş.Orucova apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, təmin olunmasını, iddiaçının nümayəndəsi T.Nuriyeva isə onunla razılaşmamış və iddiaçının X5 zərərli iş şəraitində işləməsinə dair izahlı arayışı, eləcə də, X6 Ftlialı tərəfindən verilmiş arxiv arayışını məhkəməyə təqdim edərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instasiya məhkəməsinin qərarı aşağıdakı əsaslara görə dəyişdirilməlidir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin Əvvəllər, yəni, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1-ci hissəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər – 50 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən «a» bəndi üzrə 52 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinin «d» bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, döktoanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir; Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır Qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla, iş materialları araşdırıldıqda xx.xx.1958-ci il təvəllüdlü (ş.v.No:******** Asan 1 xidmət xx.xx.2018) iddiaçı M.Nuriyevin iş materiallarına əlavə olunmuş ******* No-li hərbi biletinin və Bakı Texniki Məkətəbinin xx.xx.1979-cu il tarixli şəhadətnaməsinə və ******* No-li əmək kitabçasınının notarial qaydada təsdiq olunmuş surətlərinə əsasən xx.xx.2006-cı il tarixinə aşağıdakı kimi iş stajı müəyyən olunur: xx.xx.1976-xx.xx.1978 - müddətli həqiqi hərbi xidmət dövrü - 01 il 11 ay 14 gün; xx.xx.1979 - xx.xx.1979- ixtisas üzrə təhsilalma müddəti 05 ay 11 gün; xx.xx.1979 - xx.xx.1983 - Baş-Ələt deposunda refrijerator- mexanik - 03 il 04 ay 23 gün; xx.xx.1987 - xx.xx.2005 - X12 Birliyində zəhərli kimyəvi maddələr ambarında fəhlə -17 il 08 ay 18 gün. İddiaçının qeyd olunan iş stajı ümumiləşdirildikdə onun 23 il 5 ay 17 gün sığorta sıtajı toplanır ki, həmin stajın da o, 10 ildən çoxunu xüsusilə zərərli iş şəraitində, o cümlədən, X12 Birliyində zəhərli kimyəvi maddələr ambarında fəhlə kimi işləmişdir. Lakin cavabdehin iddia ərizəsinə etirazı və apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, iddiaçının qeyd olunan stajı ümumiyyətlə, nəzərə alınmır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının X12 Birliyində zəhərli kimyəvi maddələr ambarında fəhlə kimi işlədiyi dövrün (17 il 08 ay 18 gün) nəzərə alınmaması əsassızdır. Birincisi, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş, Azərbaycan Respublikası Dövlət X3 iddiaçıya ünvanladığı 23 mart 2023-cü il tarixli, cavabdehə ünvanladığı 23 iyun 2023-cü il tarixli arxiv arayışlarına əsasən müəyyən olunur ki: “...Şəmkir Filialında mühafizə olunan “Şamxor rayon X10 arxiv sənədlərinə əsasən birliyin xx.xx.1986-cı il tarixli əmrində xx.xx.1986-cı il tarixdə birlikdə baş vermiş yanğın nəticəsində 1980-1985-ci ilə dair olan bütün əmr kitablarının yandığı qeyd edilmişdir. Ona görə də İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1985-ci il tarixli 60 No-li işə qəbul əmrindən çıxarış verilməsi tərəfimizdən mümkün deyildir. X10 1996-cı ilin avqust ayından sonrakı tarixlərə əmr kitabları arxivə təhvil verilmədiyi üçün xx.xx.2005-ci il tarixdə işdən azad olunma əmri barədə məlumat verilməsi mümkün deyildir. “Eyni zamanda ...Birliyin işçilərinə aid əmək haqqı kitabları Şəmkir arxivinə təhvil verilmədiyi üçün İddiaçı işlədiyi illərdə işləyərək qazandığı əmək haqqı barədə arayış verilməsi tərəfimizdən mümkün deyildir...” Məhkəmə kollegiyası tədqiq olunan arxiv arayışında təsbit olunan məlumatlarla bağlı onu qeyd edir ki, Şamxor rayon X10 arxiv sənədlərinin yanması və ya həmin Birliyin sənədlərinin dövlət arxivinə təhvil verilməməsi iddiaçının təqsirinə yozlaraq onun hüquqlarını məhdudlaşdıra bilməz. İkinci bir tərəfdən iş materiallarına, o cümlədən, hazırkı apellyasiya mərhələsində məhkəməyə təqdim olunmuş, işəgötürən - Şəmkir X10in 29 N-li xx.xx.2023-cü il tarixli “Arayışı”nda aşağıdakılar qeyd olunmuşdur ki, iddiaçı M.X7 Kimya Birliyinin ambarında xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixədək fəhlə “işlədiyi dövrdə: “... insan sağlamlığına təhlükə yaradan zəhərli kimyəvi maddələrlə (fosfor-üzvi, xlor, pestisid) işləri icra etmişdir. Zəhərli kimyəvi maddələr dedikdə kənd təsərrüfatı bitkilərinin xəstəlik törədicilərinə qarşı mübarizə aparmaq, həmçinin insan və heyvan ektoparazitlərini məhv etmək üçün istifadə olunan mineral və ya bitki mənşəli, ya da sintetik-kimyəvi maddələr başa düşülür. Bu maddələrə fosfor-üzvi və xlor üzvi birləşmələr, karbonatlar, müxtəlif mis, sink, kükürd və ftor billəşmələri daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 1 nömrəli Siyahısının Vİİİ “Kimya istehsalatı” bölməsinin 1080A00-17541 kodu altında tam iş günü aşağıda sadlanan, istehsalatlarda, işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssislərin güzəştli şərtlərlə yaşa görə pensiya hüquqları olduğu göstərilmişdir: - fosfor, fosfor turşuları, onların törəmələri; bütün siniflərin freonları; frigitlər; ftor, onun birləşmələri; ftorxlor üzvü birləşmələr; kimyəvi preparatlar: rezin, kauçuk, kənd təsərrüfatı, bağçılıq, tibbi preparatlar, benzinlər, sürtkü yağı, toz ilə mübarizədə transformator yağı, flotoreagentlər, plastik kütlələr, süni liflər, rəngli, ağ-qara rəngli kinofoto lenti üçün, kino foto sənayesi üçün kağız; bitkilərin, zəhərlərin, qorxudan vasitələr, kimyəvi maddələr, onların əsasında alınan preparatlar; kimya uducular; xlor, onun birləşmələri; xlorvinil, onun polimerləri; polimer kimiləri; sellozolvlar; sian, rodan birləşmələri; sianatlar, diizosianatlar, onların törəmələri; ekstralin; element üzvi birləşmələr; emallar, qiymətli metallardan preparatlar; piy qarışıqlarının həlməşik məhlulları, onların yumşaldıcıları, etil mayesi; zəhərli kimyəvi preparatlar;” (1-ci hissənin 9-cu bəndi ) Beləliklə, İddiaçı Şəmkir X10 ambarında xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X12 Birliyi üzrəkimyəvi maddələr ambarında işlədiyi fəhlə peşəsi ...1 nömrəli Siyahının Vİİİ “Kimya istehsalatı” bölməsinin 1080A00-17541 kodu altında göstərilən peşəyə uyğundur. Bundan əlavə , İddiaçı zəhərli kimyəvi maddələr ilə işlədiyi üçün maaşdan əlavə ödənişlər həyata keçirilmişdir. İddiaçı güzəştli iş stajı 17 il 07 ay 18 gün təşkil edir...” Eyni zamanda, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş Birliyin xx.xx.2005-ci il tarixli 25 nömrəli əmrindən (çıxarış) görünür ki, Birlik həmin tarixdən özəlləşdirildiynə görə fəhlə və qulluqçuların fəaliyyəti dayandırılaraq işdən azad olunmuşlar. Məhkəmə kollegiyası hesab edir ki, tədqiq olunan arayışda (və əmrdə) təsbit olunan məlumatları sübut əhəmiyyətli mötəbər məlutamlar kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanmasını nəzərdə tutur. “Qayda”nın qeyd olunan tələbindən göründüyü kimi, işəgötürənin arayışı işçinin əmək faliyyətini əks etdirən sənəd kimi qəbul edilir və iş stajının hesablanmasına əsasverici sənəd hesab olunur. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X12 Birliyi üzrə kimyəvi maddələr ambarında fəhlə kimi işlədiyi dövrün onun sığorta stajı kimi nəzərə alınmaması əsassızdır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin göstərişlərinə əsasən:

1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qanunun qeyd olunan tələbləri baxımından, ən azından, cavabdeh tərəfindən mübahisələndirilən dövrün iddiaçının əmək stajı kimi nəzərə alınmaması onun hüquqlarını pozmuş olur. Beləliklə də iddiaçının 20 ildən çox ümumi və qeyd olunan stajın yarıdan çoxu 1 nömərili nömrəili Siyahıda nəzərdə tutulan, güzəştli pensiya hüquq verən peşə olduğu nzərə alınmaqla, onun 52 yaşından yəni, xx.xx.2010-cu ildən pensiya hüquq yaranmış olur. Belə olan halda da, Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017ci il tarixinədək qüvvədə olan redaksiyasına görə onun güzəştli şərtlərə pensiya təyinatında, minimum əmək pensiyası təminatın imkan verən pensiya kapitalına malik olması tələb olunmur. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin iddiaçının tələb olunan pesiya kapitalının da mövcud olmadığını mübahisələndirən dəlilləri də əsassızdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının 52 yaşından güzətli şərtlərlə yaşa görə pensiya hüququ yaranır. «Əmək pensiyaları haqqında» Qanunun əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Birinci instansiya məhkəməsi isə qərarından iddiaçıya, onun pensiya təyin edən orqana müraciət etdiyi tarixdən əvvəlki üç il üçün, yəni, 17 avqust 2019-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsini cavabdehə həvalə etsə də, qanunun qeyd olunan gösətrişindən irəli gələrək, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yarandığı andan pensiya təyin edilməsi tarixini qərarında qeyd etməmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası, yekunda belə qənaətə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12734/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilməli, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixdən, lakin müraciət etdiyi tarixdən əvvəlki üç il üçün, yəni, 17 avqust 2019-cu il tarixdən (cavabdehin 2 sentyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, iddiaçının müraciəti Filala 17 avqust 2022-ci il tarixdə daxil olmuşdur) güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli, qalan hissədə iddi rədd edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 34, 73, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12734/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilsin. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixdən, lakin müraciət etdiyi tarixdən əvvəlki üç il üçün, yəni, 17 avqust 2019-cu il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qalan hissədə iddia rədd edilsin. Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar