Məhkəmə qərarları › İş №2-1(103)-1826/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1826/2024

05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1826/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 və mütəxəssis X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-455/2024 saylı, 12 yanvar 2024cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hesablanmış pensiya məbləğinin yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, əmək kitabçasına əsasən 17 noyabr 1954-cü ildən 30 iyun 2008-ci ilə qədər fasiləsiz olaraq müxtəlif sahələrdə işləmişdir. 30 iyun 2008ci ildən 12 avqust 2009-cu ilə qədər, yəni 1 il 2 ay 12 gün işləməmişdir. 12 avqust 2009-cu il tarixdən yenidən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Yəni cavabdehin qeyd etdiyi dövrdə, xx.xx.2011-ci il tarixdə onun sığorta stajı 50 il 8 ay 23 gün deyil, 55 il 6 ay21 gün (50 il 8 ay 23 gün+4 il 9 ay 28 gün) olmalıdır. İş barədə bütün, qeydiyyatlar əmək kitabçasında qeyd edilibdir. Əmək kitabçasının surəti isə cavabdehə təqdim edilibdir. Yənio dövrdə qüvvədə olan qanunvericiliyə əsasən, iş stajının hər ilinə 1.94 manat vəsait hesablanırdı. Cavabdeh isə bu hesablamanı aparmamışdır. O dövrdə onlar bəhanə edirdilər ki, guya əyani təhsil illəri ümumi staja daxil edilmir. Onu da bəhanə gətirirdilər ki, bu əmək kitabçasında qeyd edilməyibdir. Halbuki əmək kitabçasında qeyd edilib ki, İnstitutda təhsil almağa getdiyi üçün işdən azad edilir. Hal-hazırda da, onlar bunu hesablamaq istəmirlər. Diplomun surətini cavabdehə təqdim etsə də, əyani təhsil illərini sığorta stajına daxil etmədilər. Pensiya almaqla bərabər həm də işləyir, hər ay əməkhaqqından qanunla nəzərdə tutulmuş vəsaitlər DSMF-yə ödənilir. Bütün bunlara baxmayaraq, cavabdeh mövcud qanunlara əməl etmək istəmir. Pensiya təyin edildikdən sonra o, 30 iyun 2008-ci ildən 12 avqust 2009-cu ilədək, yəni 14 ay 12 gün, həmçinin 3 dekabr 2012-ci ildən 18 sentyabr 2013-cü ilədək, yəni 9 ay 15 gün işləməyən pensiyaçı kateqoriyasına keçmişdir. Qanunvericiliyə əsasən yığılmış pensiya kapitalına uyğun pensiya yenidən hesablanmalı idi. Lakin cavabdeh qeyd edilən qanunun 37.3.1. maddəsinin tələblərini pozaraq hər iki halda pensiyanı yenidən hesablamamış və pensiyasının aylıq məbləği artırılmamışdır. Bundan əlavə, qeyd edildiyi kimi, 13 sentyabr 2013-cü il tarixdən hal-hazıradək işləyir, qanunvericiliyin tələblərinə əsasən onun pensiyası 2019-cu ilin oktyabr ayında yenidən hesablanmalı və 6 ildə yığılmış pensiya kapitalı 72-yə bölünərək, onun pensiyasına əlavə edilməli idi. Lakin cavabdeh bu dövrdə qanunvericiliyin bu tələbini də pozmuşdur. Pensiyanın hesablanması qanunvericiliyin tələbinə uyğun 72 aydan sonra yox, yalnız 92 aydan sonra (yəni xx.xx.2013-xx.xx.2021-ci il tarixdə) yenidən hesablanaraq pensiyaya əlavə edilmişdir. Cavabdehin ona ünvanlanan məktubundakı rəqəmlərə əsasən, keçən 6 il ərzində (xx.xx.2013- xx.xx.2019) fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10157,04 manat pensiya kapitalı 72-yə bölünərək ayda 141,07 (10157,04:72) manat aylıq pensiya məbləğinə 2019-cu ilin oktyabr ayından daxil edilməli idi. Cavabdeh isə yığım kapitalını azaltması bir yana, bu hesablamanı yalnız 20 ay sonra, yəni 2021-ci ilin may ayında etməklə ona yalnız bu“əməliyyatla” 2821,40 (141,07x20) manat ziyan vurmuşdur. Qanunvericilikdə bu artımlar barədə pensiyaçının müraciəti tələb olunmur. Digər bir məsələ isə cavabdehin 26 aprel 2022-ci il tarixli **********2 nömrəli məktubunda ona özlərinin də etiraf etdiyi kimi,əvvəllər əskik ödənilmiş 380,26 manatın hələ də verilməməsidir. Bu vəsaitin də ödənilməsi təmin edilməlidir. Qeyd etdiyi faktlar onun əmək kitabçasında və aldığı aylıq pensiyaların ödənilmə cədvəllərində öz əksini tapır. Belə ki, 2008-ci ilin sentyabr 2012-ci ilin oktyabr və 2019-cu ilin oktyabr aylarında onun aylıq pensiyaları kəskin artırılmalı idi. Lakin belə artımlar baş verməmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim etmişdir. Cavabdehin nümayəndəsi etirazda göstərmişdir ki, iddia ərizəsində iddiaçı 1) xx.xx.2011-ci il tarixədək sığorta stajının yuxarıda sözügedən məktubda qeyd edilən 50 il 8 ay 23 gün deyil, 55 il 6 ay 21 gün (50 il 8 ay 23 gün+4 il 9 ay 28 gün təhsil müddəti) olduğunu; 2) xx.xx.2013-cü il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyini, 6 il sonra, yəni xx.xx.2019-cu il tarixdə pensiyanın yenidən hesablanmalı olduğunu (10157,04: 72=141,07), lakin cavabdeh tərəfindən həmin hesablanmanın 2021-ci ildə edildiyini bildirmiş, nəticədə ona 2821,40 manat (141,07x20) məbləğində ziyan vurulduğunu; 3) xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktubda qeyd edilmiş 380,26 manat əskik ödənilmiş məbləğin ona ödənilmədiyini bildirmişdir. Belə ki, iddiaçıya xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən xx.xx.1997-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olaraq təyin olunmuş pensiya ödənişi davam etdirilir. İddiaçının təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1955-ci il tarixdən xx.xx.1960-cı il tarixədək təhsil illəri, əmək kitabçasının surətinə əsasən xx.xx.1954-cü il tarixdən xx.xx.1955-ci il tarixədək, xx.xx.1960-cı il tarixdən xx.xx.1963-cü il tarixədək, xx.xx.1963cü il tarixdən xx.xx.1978- ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992- ci il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrləri üzrə ümumilikdə 50 il 8 ay 23 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Belə ki, xx.xx.1955-ci il tarixdən xx.xx.1960-cı il tarixədək əyani təhsil dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 50 il 8 ay sığorta stajına və xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək (6 il və daha çox işləməyi ilə əlaqədar) fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10157,04 manat pensiya kapitalına əsasən əmək pensiyası yenidən hesablanmışdır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyanın məbləği xx.xx.2020-ci il tarixdən 365,07 manat, xx.xx.2021-ci il tarixdən 514,57 manat, xx.xx.2022-ci il tarixdən 554,50 manata çatdırılmışdır. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən -2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011ci il 01 iyul tarixindən yenidən hesablanır. Maddənin məzmunundan göründüyü kimi təyin olunmuş yaşa görə əmək pensiyasının məbləği həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqına əsasən hesablandığından və Qanuna edilmiş dəyişikliyə əsasən pensiyaların məbləği həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqına əsasən hesablandığından və Qanuna edilmiş dəyişikliyə əsasən pensiyaların sığorta hissəsinin sığorta stajı əsasında yenidən hesablanması xx.xx.2011-ci il tarixdən nəzərdə tutulduğundan əyani təhsil illəri xx.xx.2011-ci il tarixdən sığorta stajına daxil edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-455/2024 saylı, 12 yanvar 2024-cü il tarixli qərarı ilə İddia qismən təmin edilmiş, İddiaçı yaşa görə təyin edilmiş əmək pensiyası yenidən hesablanmış, yaranmış fərq məbləğinin xx.xx.2019-cu il tarixdən hesablanmaqla aylıq pensiya məbləğinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmiş və İddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və mütəxəssis apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-455/2024 saylı, 12 yanvar 2024-cü il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı iş üzrə məhkəmənin qərarı ilə iddia tələbi qismən təmin edilmişdir. Məhkəmə qərarı ilə iddia tələbinin təmin edilməyən hissəsindən iddiaçı apellyasiya şikayəti verilməmiş, iddiaçı məhkəmə qərarı ilə razılaşmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı apellyasiya icraatı zamanı birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən – yəni iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılmalıdır. Hazırkı işin hallarından görünür ki, iddiaçıya xx.xx.1954-cü il tarixdən xx.xx.1955-ci il tarixədək, xx.xx.1960-cı il tarixdən xx.xx.1963-cü il tarixədək, xx.xx.1963- cü il tarixdən xx.xx.1978ci il tarixdək, xx.xx.1978-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-ci l tarixdən xx.xx.1991ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1991-ci il tarixdək xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrləri üzrə ümumilikdə 50 il 8 ay 23 gün sığorta stajı müəyyən edilərək xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən xx.xx.1997-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyanın məbləği xx.xx.2020-ci il tarixdən 365,07 manat, xx.xx.2021-ci il tarixdən 514,57 manat, xx.xx.2022-ci il tarixdən 554,50 manata çatdırılmışdır. İddiaçı əmək pensiyasının düzgün hesablanmadığını bildirərək, hazırkı iddianı qaldırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh iddiaçının tələbi ilə razılaşmayaraq bildirir ki, xx.xx.1955-ci il tarixdən xx.xx.1960-cı il tarixədək əyani təhsil dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 50 il 8 ay sığorta stajına və xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək (6 il və daha çox işləməyi ilə əlaqədar) fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10157,04 manat pensiya kapitalına əsasən əmək pensiyası yenidən hesablanmışdır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyanın məbləği xx.xx.2020-ci il tarixdən 365,07 manat, xx.xx.2021-ci il tarixdən 514,57 manat, xx.xx.2022-ci il tarixdən 554,50 manata çatdırılmışdır. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən -2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. Maddənin məzmunundan göründüyü kimi təyin olunmuş yaşa görə əmək pensiyasının məbləği həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqına əsasən hesablandığından və Qanuna edilmiş dəyişikliyə əsasən pensiyaların məbləği həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq orta aylıq əmək haqqına əsasən hesablandığından və Qanuna edilmiş dəyişikliyə əsasən pensiyaların sığorta hissəsinin sığorta stajı əsasında yenidən hesablanması xx.xx.2011-ci il tarixdən nəzərdə tutulduğundan əyani təhsil illəri xx.xx.2011-ci il tarixdən sığorta stajına daxil edilmişdir. Qeyd edilməlidir ki, işin birinci instansiya icraatı zamanı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 30 noyabr 2023-cü il tarixli 9/3521 №-li ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında olan (cild 1. Səh 156) 1-ci cədvəldən göründüyü kimi, xx.xx.2017-ci il tarixdə iddiaçının aylıq pensiya məbləği 279,46 manat təşkil edir. “Azərbaycan Beynəlxalq Bankı”nın 26 sentyabr 2022-ci il tarixdə verdiyi rəsmi arayışda xx.xx.2017-ci il tarixdə aylıq pensiya məbləğinin 265,29 manat olduğu qeyd edilir. İş materiallarında olan mütəxəssisin 2-ci cədvəlində xx.xx.2008-ci tarixdə işdən azad olunarkən SPK-ya əsasən hesablanması göstərilmişdir. 2008-ci ilin avqust ayında aylıq pensiya 67,89 manat olsa da, həmən ilin sentyabr ayında 87,02 manat olmuş, yəni 19,13 manat artırılmışdır. Ancaq bunu xx.xx.2012-ci il tarixə aid etmək olmaz. Belə ki, ABB-nin verdiyi arayışa əsasən 2012-ci ilin dekabr ayında aylıq pensiya məbləği 197,15 manat olmuş 2013cü ilin yanvarında 197,15 manat olub, 2013-cü ilin mart ayında 212,94 manat təşkil etməsi göstərilmişdir. Yəni 15,79 manat artırılmışdır ki, indeksləşməyə əsasən olan artım olması müəyyən edilir. Çünki xx.xx.2009-xx.xx.2012- ci illər arasında şəxsi hesaba toplanan PK mütəxəssisin təqdim etdiyi 2-ci cədvəldə 2009-cu ildə 501,65-2010-cuildə 1341,19, 2011-ci ildə 1401,87.-2012-ci ildə 1340,56 manat təşkil edir. Bunları cəmləsək 4585,27 manat olur ki, bunun da 90%-i 4126,74 manat təşkil edir. 4126,74/104(144-40) = 39,68 yəni 2013-cü ilin yanvar ayında aylıq pensiya məbləği 197,15+39,68 (PK) + 15,79 (indeksləşmə) = 252,62 manat müəyyən edilir. Qanunvericilikdə pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, həmin dövr ərzində fərdi hesabda toplanan PK işdən çıxdığı tarixdən etibarən işlədiyi müddətin aylarının sayı qədər (yəni 40 ay) 104ə bölməklə yenidən hesablanmalı idi (144-40=104). Yəni 2012-di ilin yanvar ayında pensiya aylıq məbləği 197,15 manat deyil, 252,62 manat olması müəyyən edilir. ABB-nin iş materiallarında olan arayışında 2013-cu ilin yanvar ayında 197,15 manat, fevralda 248,21 manat, martda 212,94 manat, apreldə 212,94 manat, mayda 212,94 manat pensiya ödənilməsi göstərilmişdir. Beləliklə, ayların hər birində 39,68 manat əskik pensiya məbləği hesablanması qeyd edilir (252,62 -212,94= 39,68). Mütəxəssisin təqdim etdiyi 3-cü cədvəldə pensiya məbləğini xx.xx.2017-ci il tarixdən yenidən hesablayaraq xx.xx.2013- xx.xx.2017 illər arasında 3 il 3 ay SPK- na görə 51,88 manat artırılması göstərilmişdir. Qeyd edilir ki, göstərilən dövr 4 il, yəni 48 ay təşkil edir). Normativlərə uyğun hesablamaya əsasən fərdi hesabda illər üzrə PK xx.xx.2013- də 379,5 2014-də 1382,3, 2015-də 1626,59 2016-da 1825,15 və 2017-ci ildə 1644,13- 2018-də, 1429,19+026-2019-cı ilin 9 ayında 1218,69 manat təşkil edir. Bu altı ildə (xx.xx.2013-xx.xx.2019) PK-nı topladıqda, 9505,55 manat təşkil edər. Bununda 90%-i 8559,99 (9505x90%=8559,99) manatı/72-yə bölünür, 8559,99:72=118.81 manat 01.10.20.19-cu il tarixindən pensiyanın artırılmalı olan məbləği təşkil edir. Beləliklə, xx.xx.2019-cı il tarixdə aylıq pensiya məbləği 464,13 (345,32+118,81) manat təşkil edir. Həmin dövrdə aylıq pensiya məbləği 345,32 manat olaraq qalması müəyyən edilir. Mütəxəssis 3-cü cədvəldə həmçinin qeyd edir ki, xx.xx.2013- 01.05,2021-ci illərin SPK-na əsasən (bu ifadə həm də cavabdehin etirazında qeyd edilibdir) pensiya 139,79 manat artırılmışdır. Qanunvericilikdə 6 il tamam olanda, yəni 72 ayın tamamında pensiyalar yenidən hesablanır və SPK-nı 72-yə bölünərək pensiya məbləği artırılır və 72 ayda toplanmış SPK şəxsin fərdi hesabından azaldılır. Qeyd edilir ki, xx.xx.2013-xx.xx.2021-ci illərdə isə 92 ay mövcuddur. Halbuki qanunvericilikdə birmənalı qeyd edilir ki, 72 aydan artıq olmamaq şərti ilə PK azaldılaraq əmək pensiyası yenidən hesablanması göstərilmişdir. Yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun hesablamalara əsasən, fərdi hesabda toplanmış PK-a əsasən pensiyanın aylıq məbləği xx.xx.2012-ci il (işləməyən pensiyaçı kateqoriyasına keçildiyi üçün) tarixdən 39,68 manat, xx.xx.2019-cu il (6 il tamamlandığına görə) 118,81 manat artırılması müəyyən edilir. İş materiallarında olan 3-cü cədvəldən göründüyü kimi 2021-ci ilin aprelində pensiya məbləği 448 manat olmuş, xx.xx.2021-ci ildə 514,57 manat təşkil etmişdir. Buradan da göründüyü kimi pensiyanın aylıq məbləğinin 66,03 manat artması müəyyən edilir. Təqdim edilmiş iş materiallarında olan sənədlərə və cədvəl məlumatlarına əsasən 2019-cu ilin sentyabr-dekabr ayları üzrə 423,29 manat, 2020-ci ilin yanvar-dekabr ayları üzrə 1976,64 manat az, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 1467,20 manat az, 2022-ci ilin yanvar dekabr ayları üzrə 1079,33 manat az hesablanmaqla ümumilikdə 4946,46 manat pensiya məbləğinin az hesablanması müəyyən edilir. Məhkəmənin ekspertiza təyini haqqında qərardadında ekspert qarşısında “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilməsi nəzərə alındıqda, iddiaçının xx.xx.2017-ci il tarixədək topladığı ümumi iş stajı əsasında pensiya kapitalı nə qədər təşkil edir və iddiaçının pensiya kapitalı nə qədər təşkil edir? (xx.xx.2006-cı il dövrədək və həmin dövrdən sonrakı dövrlər də daxil olmaqla hər il üzrə ayrı-ayrılıqda və hesablanma qaydası göstərilməklə)” sualları qoyulmuşdur. Bildirilir ki təqdim edilmiş iş materiallarında (cild 1. Səh 157-158) olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə İddiaçı illər üzrə pensiya kapitalının hesablaması öz əksini tapmışdır. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə və cədvəl məlumatlarına əsasən 2019-cu ilin sentyabrdekabr ayları üzrə 423,29 manat, 2020-ci ilin yanvar-dekabr ayları üzrə 1976,64 manat az, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 1467,20 manat az, 2022-ci ilin yanvar dekabr ayları üzrə 1079,33 manat az hesablanmaqla ümumilikdə 4946,46 manat pensiya məbləğinin az hesablanması müəyyən edilir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının pensiyasının düzgün hesablanmadığı təqdim edilmiş ekspert rəyi ilə öz təsdiqini tapır. AR MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Göründüyü kimi iddia tələbi cavabdeh tərəfindən mübahisələndirilən - pensiyanın yenidən hesablanması hissəsində əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-455/2024 saylı, 12 yanvar 2024-cü il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-455/2024 saylı, 12 yanvar 2024-cü il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar