Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1828/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-in X1rşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-323/2020 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) X1rşı iddiaçıya təyin edilmiş əmək pensiyasının vaxtilə işlədiyi Rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsi hazırkı RİH başçısının birinci müavini vəzifəsinə uyğunlaşdırılması; iddiaçının 1996–2002-ci illərdə Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin işinə cəlb edildiyi dövrün dövlət qulluğu stajına daxil edilməsi, iddiaçının xx xxxx 1976-cı il tarixdən xx xxxxxx 1977-ci il tarixədək Bərdə Rayon Partiya Komitəsinin sənaye və nəqliyyat şöbəsinin müdiri, xx xxxxxx 1977-ci il tarixdən xx xxxxx 1978-ci il tarixədək işlədiyi 1 il 10 ay 10 gün dövr və Azərbaycan Respublikası Prezidenti yanında X5 işlədiyi xx xxxxxx 1992-ci il tarixdən xx xxxx 1992-ci il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi; Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli 776 nömrəli Fərmanına əsasən hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 %-i məbləğində əlavə haqq, dövlət qulluqçularına il ərzində ödənilməli olan 4 aylıq vəzifə maaşı məbləğində mükafat, 1 aylıq vəzifə maaşı məbləğində müavinət və ixtisas dərəcəsinə görə əlavə pul məbləğləri nəzərə alınmaqla yenidən hesablanması; yenidən hesablanmış pensiyanın son məbləğinin «Dövlət qulluqçularının vəzifə maaşlarının müəyyən edilməsi haqqında» (xx xxxx 2019cu il tarixli 1268 nömrəli) Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən pensiya hüququ qazanıldığı dövrdə qüvvədə olan qanunvericiliyin müddəaları nəzərə alınmaqla müəyyən edilməsi və 50% artırılmaqla birdəfəlik hesablanaraq ödənilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-323/2020 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək vaxtilə işlədiyi XNK sədri vəzifəsini RİH başçısının birinci müavini vəzifəsinə uyğunlaşdırılmasını, pensiyasının AR Prezidentinin “Dövlət qulluqçularının vəzifə maaşlarının müəyyən edilməsi haqqında” xx.xx.2019-cu il tarixli sərəncamına əsasən 50 faiz miqdarında artırılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Həmçinin, cavabdeh də apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-323/2020 saylı qərarın iddianın təmin olunmuş hissəsində ləğv edilməsi, iddianın həmin hissədə də təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən nə ona ixtisas dərəcəsinin verilməsi, nə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın verilməsinə dair, nə ki, dövlət məvacibinin tərkibində mükafatlar barədə iddiaçının çalışdığı orqanlar tərəfindən verilən arayışlar cavabdehə təqdim olunmayıb. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, iddia tələbinin təmin olu xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə birinci instansiyanın qərarından iddiaçının verdiyi apellyasiya şikayəti iddianın təmin olunmamış hissəsində, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə birinci instansiya məhkəməsinin qərarının iddianın təmin olunmuş hissəsində ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini bütövlükdə yoxlayır. İşdə olan sənədlərin surətlərindən müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Katibliyinin xx xxxx 1978-ci il tarixli 15 saylı qərarına əsasən Bərdə Rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsinə təsdiq edilib. İddiaçı xx xxxx 1976-cı il tarixdən xx xxxxxx 1977-ci il tarixədək Bərdə Rayon Partiya Komitəsində sənaye və nəqliyyat şöbəsinin müdiri, xx xxxxxx 1977-ci il tarixdən xx xxxxx 1978-ci il tarixədək ümumi şöbə müdiri vəzifəsində işləyib. Birinci instansiya məhkəməsi işin hallarına «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1, 12.2, 14, 17, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1, 20.11, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 2.2, 7.1, 8.1, 9, 11.1, 14.1, 16.1, 16.2, 17.1, 17.3, 21.1.7, 22.1, 22.2, 22.6, 22.8, 23.1, 23.4-cü maddələrini, Azərbaycan Respublikası Prezidentinin “«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx xxxxxx 2000-ci il tarixli 435 nömrəli Fərmanının 3.8.1-ci bəndini, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli 776 nömrəli Fərmanı ilə «Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı»-nı, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2002-ci il tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”nin 12-ci bəndini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddiaçının 1-ci tələbi ilə bağlı qeyd etmişdir ki, onun xx xxxxxxx 1991-ci il tarixədən əvvəlki dövrdə işlədiyi rayon xalq nəzarəti komitəsinin sərdi vəzifəsi Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş müvafiq Siyahının 1.8-ci bəndinə görə «İnzibati və yardımçı vəzifələrin Toplusu»nda “rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı ŞİH başçısı istisna olmaqla) aparatında bölmə rəhbəri” vəzifəsinə uyğunlaşdırılmışdır. Odur ki, iddia həmin hissədə təmin oluna bilməz. İddiaçının ikinci tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında əksini tapmış bütün vəzifələri ona pensiya təyinatında nəzərə alınır, digər yerlərdə işləməsi öz təsdiqini (əmək ktabçası və ya hər hansı əmr, qərar ilə) tapmadığından, onun pensiya məbləğində əlavə vəzifələr də nəzərə alına bilməz. Bu səbəbdən iddia həmin hissədə əsassızdır. İddiaçının üçüncü tələbi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinə əsasən iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiya təyin edilərkən Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli 776 nömrəli Fərmanına əsasən hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 %-i məbləğində əlavə haqq, dövlət qulluqçularına il ərzində ödənilməli olan 3 aylıq vəzifə maaşı məbləğində mükafat, 1 aylıq vəzifə maaşı məbləğində müavinət və ixtisas dərəcəsinə görə əlavə pul məbləğləri nəzərə alınmalıdır. Odur ki, iddia tələbi bu hissədə qismən əsaslı (iddia tələbində vəzifə maaşının 4 misli miqdarında mükafatın nəzərə alınması tələb olunur) hesab edilir. Qeyd olunmalıdır ki, hazırda qüvvədə olan qanunvericilik normaları hər bir dövlət qulluğundakı inzibati vəzifə üçün minimum ixtisas dərəcəsini müəyyən edir və birmənalı onun həmin vəzifədəki şəxsə verilməsini nəzərdə tutur. Dövlət qulluqçularının mükafatlandırılması da şəxslərin yalnız fəaliyyətdə müsbət səciyyələnməsi, habelə iş yeri üzrə müvafiq rəhbərlik tərəfindən qənaətbəxş qiymətləndirilməsi ilə həmişə bağlı olmur. Normativ hüquqi aktın tələbində nəzərdə tutulan mükafatlandırmalar bütün işçilərə (dövlət qulluqçularına) şamil olunduğundan, sözügedən 3 aylıq mükafatın məvacib tərkibi kimi hazırkı iddiaçının pensiya məbləğində nəzərə alınmasını istisna edən norma mövcud deyil. Bir hal da nəzərə alınmalıdır ki, hazırkı iddiaçının tələbi üzrə iş 2019-cu ilin sentyabr ayından məhkəmə icraatrındadır. İddiaçının sonuncu tələbi ilə bağlı məhkəmə vurğulamışdır ki, pensiya məbləğinin yenidən hesablanıb-hesablanmamasından asılı olmayaraq, «Dövlət qulluqçularının vəzifə maaşlarının müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli 1268 nömrəli Sərəncamına əsasən pensiya hüququ qazanıldığı dövrdə qüvvədə olan qanunvericiliyin müddəaları nəzərə alınmaqla müəyyən edilməsi və 50% artırılması qanuna uyğun sayıla bilməz. Yaranmış fərq məbləğinin ödənilməsi məsələsi ilə bağlı isə məhkəmə qeyd edir ki, iddianın təmin olunan hissəsində yenidən hesablama aparılmaqla yaranmış fərq məbləğinin ödənilməsi müqafiq qaydada, yəni Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi, «Əmək pensiyalarıhaqqında» Azərbaycan Respublikası Qanununun 31, 37.7-ci maddələrinin həm x xxxx 2017-ci il tarixədək, həm də hazırda qüvvədə olan tələbləri nəzərə alınmaqla aparılmalıdır. Odur ki, iddia həmin hissədə də qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eyni olduğundan və Məhkəmə kollegiyası həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığından, Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, hazırda qüvvədə olan qanunvericilik normaları hər bir dövlət qulluğundakı inzibati vəzifə üçün minimum ixtisas dərəcəsini müəyyən edir və birmənalı onun həmin vəzifədəki şəxsə verilməsini nəzərdə tutur. Dövlət qulluqçularının mükafatlandırılması da şəxslərin yalnız fəaliyyətdə müsbət səciyyələnməsi, habelə iş yeri üzrə müvafiq rəhbərlik tərəfindən qənaətbəxş qiymətləndirilməsi ilə həmişə bağlı olmur. Normativ hüquqi aktın tələbində nəzərdə tutulan mükafatlandırmalar bütün işçilərə (dövlət qulluqçularına) şamil olunduğundan, sözügedən 3 aylıq mükafatın məvacib tərkibi kimi hazırkı iddiaçının pensiya məbləğində nəzərə alınmasını istisna edən norma mövcud deyil. Ona görə də şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun X6 idarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-323/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1828/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1828/2020
03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver