Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1828/2025 10.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7133/2024 saylı 18 dekabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. İddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1974-cü ildə Balaxanı rayon ictimai iaşə idarəsinin müdiri vəzifəsinə qəbul edilmiş, xx.xx.1974-ci ildə öz ərizəsinə əsasən azad edilib. xx.xx.1975-xx.xx.1976-cı ilədək 88 saylı Texniki Peşə məktəbində təhsil almış, xx.xx.1976-07.1983-cü ilədək Politexnik institutunda təhsil almış, xx.xx.1983-cü ildə mühəndis təyin edilmiş, xx.xx.1988-ci ildə işdən azad edilmiş, xx.xx.1988-xx.xx.1988-ci ilədək, xx.xx.1988-xx.xx.1995, xx.xx.1995-ci ildə xırda topdansatış müəssisəsinə müdir təyin edilmiş, xx.xx.1997-ci ildə işdən azad edilmiş, xx.xx.1997-ci illə mühəndis təyin edilmiş, xx.xx.2000-ci ildə işdən azad edilmişdir. 0071045 nömrəli xx.xx.2016-cı il tarixli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.2010-cu ildə Fransa Səfirliyinə kargüzar vəzifəsinə təyin edilib, xx.xx.2017-ci ildə ərizəsinə əsasən işdən azad edilib. xx.xx.2018-ci ildə Fransa Səfirliyinə ştatdan kənar işçi kimi kargüzar vəzifəsinə təyin edilb. xx.xx.2022-ci ildə öz ərizəsinə əsasən işdən azad edilib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2024cü il tarixli 3-21-17/2-M-xx-xx/2024 nömrəli məktubda qeyd olunur ki, xx.xx.2010xx.xx.2022-ci il tarixlərində Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyində ştatdankənar işçi olduğu dövr ərzində aldığı əmək haqqından sosial sığorta haqları ödənilməmişdir. Qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 saylı, 21 yanvar 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydalarının 8.2-ci bəndinə görə diplomatik nümayəndəliyə ştatdankənar işçilərin işə qəbul edilməsi Xarici işlər Nazirliyi ilə razılaşdırılmaqla diplomatik nümayəndəliklə və işçi arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Sözügedən müqavilələrdə əks olunan standart müddəaya görə isə işçilərə ödənilən əmək haqqı məbləğindən tutulan vergilər işçilərin özləri tərəfindən ödənilir. Beləliklə, mövcud qaydalara görə diplomatik nümayəndəliklər tərəfindən ştatdankənar işçilər xüsusunda məcburi dövlət sosial sığorta haqlarının ödənişləri hesablanmır və ödənilmir. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına “ona əmək pensiyasının təyin olunması” tələbi ilə bağlı müraciət etmiş, ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M12323/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, “X6” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01,07.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1- dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən sığorta stajınız (xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək, 01,09.1976-cı il tarixindən xx.xx.1983-cü il tarixinədək təhsil aldığınız illər də nəzərə alınmaqla) 22 il 9 ay 28 gün təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Eyni zamanda bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2010-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün əmək kitabçanızın surətində qeyd edilmiş sözügedən dövrün sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2022-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılıb. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, adınıza fərdi hesabın yaradılması və pensiya kapitalının köçürülməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi Mərkəzi Filialın səlahiyyətləri xaricindədir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ona pensiya təyin etməkdən imtina haqqında 10 yanvar 2024-cü il tarixli məktubunun qanunsuz və əssasız hesab edilməsi, xx.xx.2022-ci il tarixdə iddiaçının 65 yaşı tamam olduğu həmin tarixdən ona əmək pensiyasının təyin edilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 26.01,1957-ci il təvəllüdlü İddiaçı Heybulla, əmək fəaliyyətinə 1974-cü ildən başlamış və aşağıda göstərilən müddətlərdə müəyyən müəssisə və idarələrdə fəaliyyət göstərmişdir. 1)xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilə qədər-Balaxanı rayon ictimai iaşə idarəsi 2)xx.xx.1975-ci ildənxx.xx.1976-cı ilə qədər - 88 Texniki Peşə Məktəbi 3)1976-cı ildən - 1983-cü il qədər - Azərbaycan Politexnik İnstitutu. 4)xx.xx.1983-cü ildən - xx.xx.1988 -ci ildək -DTK -nin “Azərmaştədarük “İdarəsi 5)xx.xx.1988-cu ildən-xx.xx.1988-ci ildən- “Neftmaş” X9 6)xx.xx.1988-ci ildən - xx.xx.1995-ci ilədək - “Azərtikintimaterial” İdarəsi 7) xx.xx.1995-ci ildən-xx.xx.1997-ci ilədək “ Azərmaşavadanlıq” İdarəsi 8) xx.xx.1997-ci ildən -xx.xx.2000-ci ilədək-“Tikinti materialların satışı” İdarəsi 9)01.03. 2010-cü ildən - xx.xx.2017-ci ilədək - XİN-nin Fransa Səfirliyi 10)01.02. 2018-ci il - xx.xx.2022-ci ilədək-XİN -nin Fransa Səfirliyi. Göstərilən müəssisiə və idarələrdə əmək fəaliyyəti göstərdi müddət üzrə iş stajı onun əmək kitabçasında əks olunmuşdur və 25 ildə artıq əmək stajına malikdir. Fransa Səfirliyində əmək fəaliyyətinə başladığı zaman , Səfirlik tərəfindən ona yeni əmək kitabşası açılmışdır və işlədiyi bütün müddət həmin əmək kitabçasında əks olunmuşdur. “X6” Azərbaycan Respublikası Qanunu 7-ci maddəsinə əsasən - 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (.2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilən qanuna görə şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləğində asılı olmayaraq ən azı 25 il sığorta stajına malki olan şəxslər pensiya huquq əldə edilmiş hesab edilirlər və onlara əmək pensiyası təyin edilməlidir. “X6” Qanunun 7-ci maddəsinə əsaslanaraq, 65 il yaşımın tamam olmasını və ümumi əmək stajımın 25 ildə artıq olmasını nəzərə alaraq, mən cavabdeh sosial müdafiə orqanına müraciət edərək mənə əmək pensiyasının təyin edilməsinin xahiş etmişdir. Lakin cavabdeh 19 yanvar 2024-cü il tarixli məktubla yaşa görə ona pensiyasını təyin etməkdən imtina etmişdir və imtina aşağıdakı mülahizələrlə əsaslandırmışdır: “X6” AR-sı Qanun 7-ci maddəsinə əsasən- 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 1.0.2 -ci madddəsinə əsaasənsosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmi Qanunun 22-1.1-ci maaddəsinə uyğun olaraq - 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2.2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22- 1.2.1.2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026- cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Cavabdehin apardığı hesblamaya görə onun təqdim etdiyi sənədlər üzrə sığorta stajı ( xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixinədək , 01,09.1976-cı il tarixindən xx.xx.1983-cü il tarixinədək təhsil aldığınız illər nəzərə alınmaqla ) 22 il 9 ay 28 gün təşkil edir. İmtina məktubunda həmdə qeyd edilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədən fərdi sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Eyni zamanda, mərkəzləşdirilmiş elektron informasiya altsistemində olan məlumatlara əsasən xx.xx.2010-cu il tarixindən 01,04.2022-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kaapitalı qeydə alınmadığı üçün əmək kitabçasınızın surətində qeyd edilmişdir sözügedən dövrün sığorta stajınıza daxil edilməsi mümkün hesab edilməmişdir. Görübdüyü kimi iddiaçı 1974-cü ildə əmək fəaliyyətində olduğu halda, cavabdeh onun real əmək stajını düzgün hesablamamışıdır, faktiki əmək stajını 22 il 9 ay 28 gün hesablamışıdır və belə nəticə çıxarmışıdır ki onun ümumi əmək stajı 25 ildən azdır, cəmi 2 il stajı çatmır. Bu zaman, cavabdeh qanunun müddəalarında manipulyasiya edərək, onların mənasını təhrif edərək iddiaçının ziyanına şərh etmiş və sonda belə nəticəyə gəlmişdir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək müxtəlif müəssisələrdə işlədiyi müddət iş stajına daxil edilmir və hesaba alınmayır, həmin müddətlər üçün onun fərdi hesabının sığorta hissəsinə pensiya yeni əsaslar üzrə cavabdeh onun xx.xx.2010-cu il tarixdən xx.xx.2022-ci il tarixədək rəsmi əmək müqavilələri üzrə Azərbaycan Respublikası XİN-nin Frahsa Səfirliyinfə işlədiyim müddəti də sığorta stajına hesablamaqdan , yəni ümumi əmək stajın müddətinə daxil etməkdən imtina etmişdir. .İddiaçı hesab edir ki cavabdeh imtina məktubu tamamilə əsasızdır, cavabdeh bilə -bilə qanunsuz olaraq məni pensiya hüququmdan məhrum etmək istəyir. Bildirir ki, pensiya almaq hüququ, fərdi hesabının sığorta hissəsində yığılmış pensiya kapitalının məbləğinə görə deyil, pensiya yaşına çatdığı zaman 25 ildən artıq əmək stajına malik olduğuma görə yaranmışıdır. belə ki,“ X6” Qanunun 7-ci maddəsində konkret göstərilmişdir: vətəndaşların 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Yəni, qanun onun əmək pensiyası almaq hüququnu iki hüquqi faktla bağlamışdır: birincisi yaşının 65 il olması faktı, ikincisi həmin tarixdə 25 il sığorta əmək stajına malik olmağı faktı. Bildirir ki, mən 01,03.2010-cu il tarixdən xx.xx.2022-ci il tarixədək rəsmi əmək müqavilələri üzrə Azərbaycan Respublikası XİN-nin Fransa Səfirliyində fəaliyyət göstərmiş, dövlət büdcəsi hesabına əmək haqqı almışdır, bu müddət onun əmək kitabçasına daxil edilib və əmək stajı kimi hesaba alınmalıdır. Azərbaycan Respublikası XİN-nin Fransa Səfirliyi rəsmi dövlət orqanıdır , hansısa “qondarma” bir təşkilat deyil ki bu idarədə işlədiyi müddəti cavabdeh şübhə altına alısın və əmək stajına hesablamaqdan imtina etsin. Cavabdehin mövgeyinə görə Fransa Səfirliyi barəmdə onlara hesabat verməmiş və əmək haqqı üzrə sosial sığorta ödəməmişdir, ona görə də orada işlədim müddət sığorta stajı sayıla bilməz. İddiaçı qeyd edilən dövlət orqanı ilə rəsmi əmək müqaviləsi bağlamış və müqavilə üzrə öhdəlikləri icra etmişdir, yəni üzərinə düşən əmək funksiyalarını yerinə yetirmişdir. Həmin İdarə tərəfindən Dövlət Sosial Sığorta Fonduna işçilərinin əmək haqqı üzrə sığorta ödənişlərin köçürübköçürülməməsi onun funksiyası deyil, qeyd edilən dövlət orqanın vəzifəsidir. Həm də, əgər onlar iddiaçının adına sığorta ödənişlərini həyata keçirməyiblərsə bu hal onun əmək stajının inkar edilməsinə əsas ola bilməz. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, mərkəzlədirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən xx.xx.2010-cu il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Ona görə sözügedən illərin sığorta stajına daxil edilməsi mümkün deyildir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətdə də iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə iddiaçının nəzərə alınmalı olan sığorta stajı 22 il 9 ay 28 gün (xx.xx.1975- ci il tarixdən xx.xx.1976-cı il tarixədək xx.xx.1976-cı il tarixdən xx.xx.1983-cü il tarixədək təhsil aldığı illər də nəzərə alınmaqla) təşkil edir. İddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. xx.xx.2023-cü il tarixdən müavinətin məbləği 220 manata çatdırılmışdır. Həmin müavinət hazırda da iddiaçıya ödənilir. Göründüyü kimi iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmadığı kimi, hüquqi əsaslar da yoxdur. Belə ki, "X6" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq (2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır) hesablanır. Sosial müavinətlər haqqında Qanunun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə sosial müavinət təyin edilir. Sosial Sığorta haqqında qanunun 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Göründüyü kimi iddiaçıya yaşa görə əmək pensiyanın təyin edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmədən qərar qəbul edərkən yuxarıda qeyd olunanların nəzərə alınmasını və "yaşa görə pensiyasının təyin edilməsi" barədə 2-1(112)-7133/2024 nömrəli inzibati iş üzrə İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7133/2024 saylı 18 dekabr 2024-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, əmək müqaviləsi üzrə fəaliyyət göstərən işçilər üçün “işəgötürən” tərəfindən məcburi sosial sığorta ödənişlərinin həyata keçirilməsinə nəzarət etməli olan cavabdeh (DSFM), öz vəzifəfələri icra etməmiş, nəzarət funksiyalarını həyata keçirməmiş və cavabdehin səhlənkarlığı nəticəsində İddiaçı hüquqları kobut surtədə pozulmuşdur. Hazırda isə, təqsirini etiraf etmək əvəzinə cavabdeh bu faktı bəhanə edərək İddiaçı əmək stajınının XİN-də işlədiyi müddəti nəzərə almaq istəmir. Halbuki, X. Mustafayev 35 yaxın əmək stajına malikdir, lakin cavabdeh onun bu qədər stajının üzərindən xətt çəkmiş, pensiya təyin etməkdən imtina etmişdir. Göründüyü kimi dövlət orqanlarının (XİN və DSNF) təqsiri üzündən X. Mustafayev pensiya almaq hüququndan qanunsuz məhrum edilmişdir. Lakin, məhkəmə iddiaçının pozulmuş hüquqlarını bərpa etmək əvəzinə, dövlət orqanlarının qanunsuz əməllərinə bəraət qazandırmışıdır, yəni onların əməllərinə düzgün hüquqi qiymət verməmişdir . Bu zaman məhkəmə əmək müqaviləsində olan və məhkəmə üçün əhəmiyyətsiz olan bəndi ( sosial sığorta işçinin özü tərəfindən ödənilməlidir) mötəbər sübut kimi qiymətləndirmişdir və iddiaçıya məsləhət bilmişdir ki həmin əhəmiyyətsiz bəndin etibarsızlığını mülki icraat qaydasında mübahisələndirsin. Bu tamamilə yanlış mövqedir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6-cü maddələrinin şərh edilməsinə dair 02.aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Əhəmiyyətsiz əqdin etibarsız sayılması üçün məhkəmədə iddia qaldırmağa zərurət yoxdur, o bağlandığı andan özlüyündə etibarsızdır. Qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Göstərilənləri nəzərə alaraq hesab edirik ki, işin düzgün, obyektiv və ədalətli həll edilməsi üçün, işəgütürən tərəfindən əmək müqaviləsinə daxil edilmiş əhəömiyyətsiz bənd (siğorta ödənişlərini işçinin özü öz hesabına həyata keçirməlidir) heç bir hüquqi əhəmiyyətə malik olmadığı üşün nəzərə alınmamalıdır. Beləliklə, XİN-nin Fransa Səfirliyi iddiaçını rəsmi əmək müqaviləsi üzrə işə qəbul etdiyi halda, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun əsas prinsiplərini kobut surtədə pozaraq , öz işçisi barəsində sosial müdafiə fonduna məcburi sosial sığorta ödənişlərinin həyata keçirməmişdir. Nəticədə, dövlət orqanın ( XİN) qanunsuz hərəkətləri nəticəsində iddiaçı pensiya almaq hüququndan qanunsuz məhrum edilmişdir. XİN-nin qanunsuz əməllərinə istinad edən digər dövlət orqanıdır. (DSNF və məhkəmə) iddiaçının AR Konstitusiyasında təsbit edilmiş yaşa görə əmək pensiyasını almaq hüququ kobut surtədə pozmuşlar. İddiaçı dəfələrlərə XİN-nə müraciət edib, orada işlədiyi müddət üçün fərdi sığorta hesabıma sosial ödənişlərin edilməsini xahiş etmişdir. Lakin , cavabdeh iddiaçının müraciətlərimə cavab verməmişdir. XİN qanunla üzərinə düşən vəzifələrini qərəzli olaraq icra etməkdən imtina etdiyi üçün, məhkəməyə vəsatət verərərk XİN-nin üçünçü şəxs qismində işə cəlb olunmasını xahiş etmişikr. Lakin, məhkəmə bizim vəsatəti təmin etməmişdir, lakin məsələni aydınlaşdırmaq üçün XİN-nə sorğu göndərmişdir. XİN, məhkəmənin bu sorğusuna cavab verməmişdir. Məhkəmə isə buna heç bir reaksiya verməmişdir və tədbir görməmişdir, iş isə uzun müddət ərizində hərəkətsiz qalmışıdır ( sanki məhkmə bu işi unutmuşdur). Uzun müddət keçdikdən sonra məhkəməyə müraciət edərək işin baxılmasını tələb etmişik . Bundan sonra işəbaxan hakim, XİN-dən heç bir cavab almadığı halda, işi baxışa təyin etmiş və iddianın rədd edilməsi barədə dərhal qərar qəbul etmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onların təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2024-cü il tarixdir. Həmin məktubun iddiaçı tərəfindən nə vaxt alınması iş materiallarından müəyyən olunmur. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2024-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “xx.xx.2022-ci il tarixdə iddiaçının 65 yaşı tamam olduğu həmin tarixdən ona əmək pensiyasının təyin edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “X6” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2020-ci il tarixdən kişilər üçün pensiya yaşı həddi 65 yaşdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) İddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla xx.xx.2022-ci il tarixdən pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının pensiya yaşının tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1974-cü ildə Balaxanı rayon ictimai iaşə idarəsinin müdiri vəzifəsinə qəbul edilmiş, xx.xx.1974-ci ildə öz ərizəsinə əsasən azad edilib. xx.xx.1975xx.xx.1976-cı ilədək 88 saylı Texniki Peşə məktəbində təhsil almış, xx.xx.1976-07.1983-cü ilədək Politexnik institutunda təhsil almış, xx.xx.1983-cü ildə mühəndis təyin edilmiş, xx.xx.1988-ci ildə işdən azad edilmiş, xx.xx.1988-xx.xx.1988-ci ilədək, xx.xx.1988xx.xx.1995, xx.xx.1995-ci ildə xırda topdansatış müəssisəsinə müdir təyin edilmiş, xx.xx.1997-ci ildə işdən azad edilmiş, xx.xx.1997-ci ilə mühəndis təyin edilmiş xx.xx.2000ci ildə işdən azad edilmişdir. İş materiallarında olan ******* nömrəli xx.xx.2016-cı il tarixli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.2010-cu ildə Fransa Səfirliyinə kargüzar vəzifəsinə təyin edilib, xx.xx.2017-ci ildə ərizəsinə əsasən işdən azad edilib. xx.xx.2018-ci ildə Fransa Səfirliyinə ştatdan kənar işçi kimi kargüzar vəzifəsinə təyin edilb. xx.xx.2022-ci ildə öz ərizəsinə əsasən işdən azad edilib. Beləliklə, hazırkı iş iddiaçının hərbi bileti və əmək kitabçasına əsasən onun xx.xx.2006-cı il tarixədək xx.xx.1974-xx.xx.1974, xx.xx.1975-xx.xx.1976-cı ilədək 88 saylı Texniki Peşə məktəbində təhsil dövrü, xx.xx.1976-xx.xx.1983-cü ilədək Politexnik institutunda təhsil dövrü, xx.xx.1983- xx.xx.1988, xx.xx.1988-xx.xx.1988, xx.xx.1988xx.xx.1995, xx.xx.1995- xx.xx.1997, xx.xx.1997- xx.xx.2000-ci ilədək dövrü 24 il 08 ay 17 gün təşkil edir. Cavabdeh inzibati orqan iddiaçının xx.xx.2010-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması əsası ilə imtina olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-21-17/2-M-xx-xx/2024 nömrəli məktubda qeyd olunur ki, xx.xx.2010-xx.xx.2022-ci il tarixlərində Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyində ştatdankənar işçi olduğunuz dövr ərzində aldığınız əmək haqqından sosial sığorta haqları ödənilməmişdir. Qeyd edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 saylı, 21 yanvar 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydalarının 8.2-ci bəndinə görə diplomatik nümayəndəliyə ştatdankənar işçilərin işə qəbul edilməsi Xarici işlər Nazirliyi ilə razılaşdırılmaqla diplomatik nümayəndəliklə və işçi arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Sözügedən müqavilələrdə əks olunan standart müddəaya görə isə işçilərə ödənilən əmək haqqı məbləğindən tutulan vergilər işçilərin özləri tərəfindən ödənilir. Beləliklə, mövcud qaydalara görə diplomatik nümayəndəliklər tərəfindən ştatdankənar işçilər xüsusunda məcburi dövlət sosial sığorta haqlarının ödənişləri hesablanmır və ödənilmir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məktubundan görünür ki, nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində İddiaçı dair sığotaolunan kimi uçot məlumatları aşkar edilməmişdir. İddiaçının xx.xx.2006-cı il tarixdən fərdi uçot yarandığından və yalnız fərdi hesaba məcburi sosial sığorta haqları ödənildiyi halda həmin dövr ümumi sığorta stajına hesablandığından iddiaçının xx.xx.2010-xx.xx.2017-ci il və xx.xx.2018-xx.xx.2022-ci il tarixədək Fransa Səfirliyində işlədiyi dövr üzrə fərdi hesabına məcburi dövlət sosial sığorta haqqı ödənilməyən illər pensiya təyinatına imkan verən ümumi sığorta stajına hesablana bilməz. “X6” Qanunun 22-1.1-ci maddəsinə görə 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd edilməlidir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci ilədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından Qanunun yuxarıda göstərilən 22-1.1-ci maddəsi tətbiq edilərək onun xx.xx.2006-cı il tarixədək stajı 25 ilə tamamlanaraq hesablana bilməz. Birinci instansiya məhkəməsinin “məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi dövrün ümumi sığorta stajına daxil edilməsinin yolverilməzliyi” ilə bağlı gəldiyi nəticə oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə uyğun olmuşdur (Ali Məhkəmənin 2-1(102)-1116/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı) Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı yetərli deyil. Bu baxımdan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası həmin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız sayır və qəbul etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qəbul etdiyi 2-1(112)-7133/2024 saylı 18 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7133/2024 saylı 18 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X10 Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1828/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1828/2025
10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver