Məhkəmə qərarları › İş №2-1(103)-183/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-183/2023

13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-183/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X20 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğv edilməsi və öz arzusu ilə ehtiyata buraxılması tələbinə dair" Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2046/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi, sonradan isə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, barasində olan xidməti uyğunsuzluğa görə hərbi xidmətdən azad olunması barədə 15 iyul 2021-ci il tarixli 1233 ş/h nömrəli əmrinin ləğv olunması və öz arzusu ilə ehtiyata buraxılması barədə əmr verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçıya 23 iyul 2021-ci il tarixdə işdən çıxarılma ilə bağlı təyinat vərəqi verilmişdir. Həmin sənəddə qeyd olunur ki, 15 iyul 2021-ci il tarixdə onun barəsində Xidmət rəisi tərəfindən ehtiyata buraxılması barədə əmr verilmişdir. İddiaçı 26 iyul 2021-ci il tarixdə cavabdeh Dövlət Sərhəd Xidmətinə müraciət etsə də, bu günədək əmrin surətini ala bilməmişdir. O, Dövlət Sərhəd Xidmətində 29 il xidmət etmiş, 1-ci dərəcə kapitan kimi xidmət dövrü ərzində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə və qüsursuz olaraq olaraq gəlmiş medallarla təltif edilmişdir Səhhəti ilə bağlı yaranmış problemlə əlaqədar öz vəzifə öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkdiyi üçün 4 may 2021-ci il tarixli işdən azad olunması ilə bağlı raport yazmışdır. 16 may 2021-ci il tarixdə o, müayinə üçün hərbi həkim komissiyasına göndərilmişdir. 31 may 2021-ci il tarixli “Hərbi həkim komissiyasının rəyi”ndə onun hipertoniya xəstəliyindən əziyyət çəkdiyi və sıradankənar hərbi xidmətə yararlı olması öz əksini tapmışdır. Heç bir qanuni əsas və heç bir ətraflı araşdırma olmadan xidmətdən çıxarılmışdır. Birinci səbəb odur ki, 4 iyul 2021-ci il tarixdə dostu C.Bədəlov onu öz ad gününü qeyd etmək üçün Bakı şəhərindəki “Bakı” kafesinə dəvət etmiş və təxminən 4 – 5 saat davam etmiş həmin tədbirdə Rövşən Əliyev adlı şəxs də iştirak etmişdir. İddiaçının həmin şəxslə əvvəldən, nə də tədbirdən sonra münasibəti olmamışdır. Həmin şəxs tədbirdə 2 saat qaldıqdan sonra oranı tərk etmişdir. İddiaçı 12 – 13 iyul 2021-ci il tarixlərdə Neftçala rayonunda ezamiyyətdə olmuş və ezamiyyətdən qayıtdıqdan sonra sözügedən tədbirdə çəkilmiş şəkillərdəki görüntülərlə əlaqədar hərbi hissə komandiri onu öz yanına çağırmışdır. Hərbi hissə komandiri ondan 40 dəqiqə ərzində izahat almış, “balıqçılardan kimi tanıması”, “balıqçılarla nə vaxt görüşməsi” kimi suallar vermişdir. R.Əliyev qayıq sahibi olan şəxsdir, 5 iyul 2021-ci il tarixdə qayığın heyət üzvü olan balıqçıları özbaşına dənizə göndərmişdir. Həmin şəxslər dənizə özbaşına getdikləri üçün mühafizə orqanı tərəfindən tutulmuşlar. İddiaçı R.Əliyevlə şəxsi və ya xidməti münasibətlərdə olmadığından, bu hadisələr barədə məlumatı C.Bədəlovdan alımışdır. R.Əliyevin dindirilməsində əsas məqsəd onun dənizə kim tərəfindən göndərilməsinin dəqiqləşdirilməsi olmuşdur. İddiaçının Peşəkar hazırlıq şöbəsinin müdiri kimi xidmətində hər hansı marağı olmamışdır. Digər bir səbəb isə, “məharət dərəcəsinin saxtalaşdırılması” ilə bağlıdır. İddiaçı məsələdən xəbərdar olmamış, məharət dərəcələri ilə bağlı şöbə tərəfindən 2 nüsxədə sənəd tərtib edilmişdir. Sənədlərdən biri həmin şöbədə, digəri isə məxfi şöbədə saxlanılır. Peşəkar hazırlıq şöbəsində olan sənəddə heç bir dəyişiklik edilməmişdir. Məxfi şöbədə isə zərurət yarandıqda, sənəd müxtəlif şəxslər tərəfindən sənəd imza edilərək götürülə bilər. Qərargah rəsinin otağında iddiaçının bu işdə təqsirinin olmadığı, yalnız nəzarət edilməli olduğu bildirilmişdir. İddiaçı isə qeyd etmişdir ki, nəzarəti təkcə o deyil, komissiya üzvü olan 10 nəfər də etməlidir. Eyni zamanda, sənədlə bağlı nəzarət hər iki şöbə tərəfindən həyata keçirilməlidir. Məharət dərəcəsinin qiymətləndirilməsi 2021-ci ilin yanvar ayında keçirilmişdir və iddiaçı həmin dövrdə “Covid- 19” virusuna yoluxmuşdur. Komissiyanın iclasında iştirak etsə belə, nə səhhəti, nə də xarakteri belə bir saxtakarlığın həyata keçirilməsinə yol verə bilməzdi. İddiaçının saxtakarlıq etməməsi müəyyən edilmişdir. Lakin bununla bağlı iclasın yekunu olaraq protokol tərtib edilmiş və bildirilmişdir ki, iddiaçının rütbəsi bir pillə aşağı salınacaq və “xidməti uyğunsuzluq”la işdən xaric olunması barədə qərar qəbul ediləcək. İddiaçı «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə müvafiq olaraq (xidməti uyğunsuzluğa görə) 23 iyul 2021-ci il tarixdən 5 oktyabr 2021-ci il tarixədək 75 gün müddətinə növbəti məzuniyyət verilməklə və 5 oktyabr 2021-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. “Xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılmağı və heç bir intizam tədbiri tətbiq edilmədən rütbəsinin aşağı salınmasından aydın olur ki, məsul şəxslər tərəfindən araşdırma düzgün və ətraflı ararılmamışdır. Qeydiyyatda olduğu hərbi hissə yuxarıda sadalanan hadisələrlə bağlı düzgün araşdırma aparmadan yanlış qərar vermişdir. İddiaçıya qarşı yaradılmış olan bu kompaniya onun işdən öz səhhətində yaranan problemlə bağlı çıxmaq istəyi ilə əlaqədardır. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı vəzifə borclarının icrası zamanı Dövlət Sərhəd Xidmətinin peşəkar zabiti adına ləkə gətirən kobud pozuntulara yol vermişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2046/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Sərhəd Xidmətinin 15 iyul 2021-ci il tarixli 1233 ş/h nömrəli əmri ləğv edilmiş və İddiaçı hərbi xidmətdən “öz arzusu” ilə ehtiyata buraxılması barədə əmr verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia ərizəsinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir və məhkəmə icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “... Bakı inzibati Məhkəməsinin qərarı əsassız, qanuna zidd və qeyri obyektivdir. Məhkəmə işin faktiki hallarını tam aydınlaşdırmamış, sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğun deyildir. Belə ki, kontr-admiral Abbas Qiyasov tərəfindən Sahil Mühafizəsinin rəisinə raportla müraciət edərək İddiaçı attestasiya komissiyasına çıxarılmasını xahiş etmişdir. Buna əsas olaraq bildirilmişdir ki, İddiaçı rəhbərlik etdiyi şöbənin fəaliyyətinə zəif nəzarəti nəticəsində hərbi qulluqçulara məharət dərəcələrinin verilməsi işi nöqsänlarla aparılmış, qarşıya qoyulmuş tapşırıqlara səthi yanaşması nəticəsində şəxsi heyətin Həyəcan” siqnalı əsasında hərəkəti və döyüş hazırlığı qənaətbəxş olmamışdır. Bununla"yanaşı İddiaçı Bakı restoranında çaqmalçılıqla məşğul olan vətəndaş X28 ilə görüşmüş, birgə şəkillər çəkdirmiş və onun qanunsuz fəaliyyəti barədə məlumatı olmasına baxmayaraq bu haqda yuxarı komandanlığa məruzə etməmişdir. Belə ki, Sulduz Nağıyev tanışı Taleh İsayevlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında X21 məxsus qayıqla və onun köməkçiliy ilə 14 iyul 2021-ci il tarixdə onlara ötürülən koordinatlardan Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda təkrarən qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Bakı şəhəri Qaradağ rayon ərazisində yerləşən Mərkəzi regional şöbəsinin «Qobustan» SNM-nin xidməti ərazisində saxlanılmışlar. Onunla əlbir olan saxlanılmış Rövşən Əliyevin üzərindən çıxan smartfon tipli mobil telefona baxış zamanı onun sabiq hərbi qulluqçu İddiaçıla birlikdə bir neçə foto şəkilləri aşkar edilmişdir. Həmçinin, İddiaçı xx.xx.2021 -ci il tarixdə “Bakı” restoranında X28 ilə görüşdüyü də müəyyən edilmişdir. Qeyd olunanlarla yanaşı X11 bölməsinin rəisi ədliyyə polkovnik-leytenantı Əliəşrəf Qurbanov tərəfindən X16 hazırlığı şöbəsinin baş zabiti 2-ci dərəcəli kapitan X17 tərəfindən Sahil Mühafizəsi rəisinin xx.xx.2021-ci il tarixli 056 nömrəli "Sahil Mühafizəsinin hərbi qulluqçularına məharət dərəcələrinin müəyyən edilməsi, verilməsi və təsdiq edilməsi müəyyən edilmişdir ki, 2021-ci ilin yanvar ayında Sahil Mühafizəsinin hərbi qulluqçularına məharət dərəcəsinin müəyyən edilməsi, verilməsi və təsdiq edilməsi ilə əlaqədar keçiglmiş imtahanların aktını və əmri cari ilin fevral ayında Peşəkar hazırlığı şöbəsinin leytenant X24 tərəfindən hazırlanmışdır. Qeyd olunan əmr və akt sənədlərlə iş bölməsi tərəfindən imzalandıqdan sonra şöbəyə qaytarılmışdir. Sözügedən əmri təkrar testlərlə yoxlamaq məqsədi ilə aparılmış araşdırma nəticəsində " iddiaçının rəisi olduğu Peşəkar hazırlığı şöbəsinin 2-cı dərəcəli kapitan X17 tərəfindən Peşəkar hazırlığı şöbəsinin rəisi 1-ci dərəcəli kapitan İddiaçı razılığı ilə təsdiq olunmuş əmrdə dəyişiklik edərək kapitan X22, leytenant X8, baş miçman X18, gizir X12, gizir X25, gizir X13 və kiçik gizir X1 dəyişiklik edərək əmrə əlavə etmiş, nəticədə: - 2021-ci ilin fevral ayından iyul ayınadək kapitan X23 - 634 manat 50 qəpik, leytenant X9 562 manat 50 qəpik; baş miçman X19 142 manat 50 qəpik, gizir X14 - 427 manat 50 qəpik, gizir X26 - 285 manat, gizir X15 - 142 manat 50 qəpik və kiçik gizir X4 - 285 manat olmaqla toplam 2479 manat 50 qəpik ödənilmişdir. Həmin Şöbəsinin baş zabiti 2-ci dərəcəli kapitan X17 vermiş olduğu izahatında bildirmişdir ki, məharət dərəcələri ilə bağlı keçirilmiş imtahandan qeyri-kafi qiymət alan yuxarıda adları qeyd olunan hərbi qulluqçuların adlarını şöbə rəisi İddiaçı razılığı ilə sonradan qanunsuz olaraq akta əlavə etmişdir.Sonradan adları müvafiq akta əlavə edilmiş hərbi qulluqçular vermiş olduqları izahatlarında qeyd olunan xüsusatları təsdiq etmişlər. Qeyd olunanlarla bağlı İddiaçı 14 iyul 2021-ci il tarixdə Sahil Mühafizəsinin attestasiya komissiyasının qarşısına çıxarılmışdır. İddiaçı məharət dərəcəsinin verilməsi prosesində aşkar olunmuş nöqsanların onun şöbənin fəaliyyətinə zəif nəzarət etməsi səbəbindən baş verdiyini, arzuolunmaz şəxslərlə (qaçaqmalçılıqla məşğul olan şəxs) bir məclisdə iştirak etməsi barədə Sahil Mühafizəsinin rəhbərliyinə vaxtında məruzə etmədiyinin nöqsan olduğunu etiraf etmişdir. Həmçinin birinci instasniya məhkməsinin qərarında müsbət xarakterizə edildiyinə baxmayaraq, İddiaçı məxsus xidmət vərəqəsindən görünür ki İddiaçı xx.xx.2017-ci il tarixdə “hərbi qulluqçularla ünsiyyət qaydalarını pozduğuna görə Sahil Mühafizəsinin rəisi tərəfindən “şiddətli töhmət”, xx.xx.2020-ci il tarixdə “sənədlərin tərtibatında yol verdiyi nöqsanlara görə” Sahil Mühafizəsinin qərargah rəisi- tərəfindən töhmət, xx.xx.2020-ci il tarixdə “vəzifə borcunun zəif icrasına görə” Sahil Mühafizəsinin rəisi tərəfindən “töhmət” elan edilmişdir. Beləliklə, sabiq hərbi qulluqçu İddiaçı öz xidməti vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə DSX-nin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verərək loyallıq prinsipinə əməl etməmişdir. Attestasiya Komissiyasının yekun rəyinə əsasən 1-ci dərəcəli kapitan İddiaçı xidməti fəaliyyəti zamanı ciddi nöqsanlara yol verdiyi və sərhədçiyə yaraşmayan etikdavranış qaydalarını pozduğu üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması məqsədəuyğun hesab edilmişdir. Attestasiya Komissiyasının yekun rəyi İddiaçı elan edilmiş, lakin həmin sənədlərə imza etməkdən imtina etmişdir. Bununla bağlı xx.xx.2021-ci il tarixdə, Q/2848 nömrəli akt tərtib edilmişdir. Attestasiya Komissiyasının yekun rəyinə əsasən Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə 1-ci dərəcəli kapitan İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğf| görə) olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Bütün bu sadalanan hallar birinci instansiya məhkəməsinin hakimi tərəfindən araşdırlmamış, cavabdehin iddiaya qarşı etirazında qeyd olunan hallar üzrə hakim tərəfindən heç bir sorğu verilməmiş, iş üzrə yekun qərar hakimin öz daxili inamı əsasında qəbul edilmişdir...» Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Q.Abdullayev apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı mübahisələndirmə haqında iddia vasitəsilə cavabdeh Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin qərargah rəisinnin müavini – Peşəkar hazırlıq şöbəsinin rəisi vəzifəsindən azad edilməsi barədə 15 iyul 2021-ci il tarixli 1233 ş/h nömrəli əmrinin ləğv olunmasını və öz arzusu ilə ehtiyata buraxılması barədə yeni əmr verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını tələb edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəməyə təqdim olunmuş cavabdehin Dövlət Sərhəd Xidmətinin Attestasiya Komissiyası üzvlərinin 14 iyul 2021-ci il tarixli iclas protokoluna, həmin Komissyianın yekun rəyinə və attestasiya vərəqəsinə əsasən müəyyən olunur ki, İddiaçı: - 07 avqust 2019-cu il tarixdən Qərargah rəisinin müavini-peşəkar hazırlıq şöbəsinin rəisi vəzifəsində xidmət etdiyi müddətdə son zamanlar vəzifə borclarının və ona verilmiş tapşırıqların icrasında bir sıra nöqsanlara yol verərək, tabeçiliyində olan şəxsi heyətə düzgün nəzarət etməmiş, hərbi qulluqçulara məharət dərəcəssi üzrə imtahanların qəbulu və bu prosesin sənədləşdirilməsi zamanı əmələ gəlmiş kobud nöqsanları vaxtında aşkar etməmiş, bundan başqa, o, qanunsuz fəaliyyətlə məşğul olan arzuolunmaz şəxslərlə də bir məclisdə görüşərək bir süfrə arxasında fotoşəkillər çəkdirməklə əlaqə yaradaraq sərhədçi nüfuzuna xələl gətirmiş; - məharət dərəcəsinin verilməsi prosesində aşkar olunmuş nöqsanların Peşəkar hazırlıq şöbəsinin fəaliyyətinə zəif nəzarət etməsi səbəbindən baş verdiyini etiraf etmiş; - arzuolunmaz şəxslərlə (qaçaqmalçılıqla məşğul olan şəxs) bir məclisdə oturmasınının təsadüf olduğunu, birgə şəkillərin çəkilməsi məclisin gedişatnda baş verdiyini, məclisdə onunla tanış olsa da, son zamanlar heç bir əlaqəsi olmadığını bildirsə də, qeyd olunan hadisənin Sahil Mühafizəsinin rəhbərliyinə vaxtında məruzə etmədiyinin nöqsan olduğunu səmimi etiraf etmişdir. Attestasiya Komissiyasının üzvləri tərəfindən aparılan araşdırma nəticəsində İddiaçı xidməti fəaliyyəti zamanı ciddi nöqsanlar və sərhədçiyə yaraşmayan etik-davranış qaydalarının pozulması ilə əlaqədar onun sərt şəkildə cəzalandırılması qərarı qəbul olunmuş və onun “Hərbi vəzifə və hərbi xidmət haqqında”Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması məqsədəuyğun hesab edilmişdir.Həmin qərar iddiaçıya elan olunmuş, daha sonra, Dövlət Sərəhd Xidmətinin rəisinin 15 iyul 2021-ci il tarixli 1233 ş/h nömrəli əmri ilə həmin əsasla ehtiyata buraxılmışdır. İşin apellyasiya mərhələsində aparılan məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə, həm də hazırkı icraat zamanı məhkəməyə təqdim olunmuş sübutlarla müəyyən edilən hallara əsasən Attestasiya Komissiyasının rəyində göstərilən həmin halların həqiqliyi öz təsdiqini tapmışdır. Belə ki, iddiaçının rəisi olduğu Dövlət Sərhəd Xidmətinin X16 hazırlığı şöbəsinin baş zabiti 2-ci dərəcəli kapitan X5 17 iyul 2021-ci il tarixli izahatına və “Sahil Mühafizəsi” rəisinin 056 saylı xx.xx.2021-ci il tarixli əmrinə, tərəflərin məhkəməyə verdiyi izahatlarına (və s.) əsasən müəyyən olunur ki, 2021-ci ilin yanvar ayında Sahil Mühafizəsinin hərbi qulluqçularına məharət dərəcəsinin müəyyən edilərək verilməsi və təsdiq edilməsi ilə əlaqədar keçilmiş imtahanların nətiəcələrinə dair tərtib olunmuş akt və əmr həmin ilin fevral ayında Peşəkar hazırlığı şöbəsinin leytenant X24 tərəfindən hazırlanıb iş bölməsi tərəfindən imzalandıqdan sonra şöbəyə qaytarılmış, lakin sonradan, aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki: - 2-cı dərəcəli kapitan X17 tərəfindən, həmin şöbəsinin rəisi 1-ci dərəcəli kapitan İddiaçı razılığı ilə təsdiq olunmuş əmrdə dəyişiklik edilmiş və kapitan X22, leytenant X8, baş miçman X18, gizir X12, gizir X25, gizir X13 və kiçik gizir X1 dəyişiklik edərək məharət dərəcəsi verilən şəxslər kimi əmrə əlavə edilmiş, nəticədə sonunculara toplamda 2479 manat 50 məharət dərəcələrinə görə əlavə vəsait ödənilmişdir. Həmin əmrə əlavə olunmuş “tanış oldum” başlıqlı vərəqədən görünür ki, Peşəkar hazırlığı şöbəsinin rəisi olan İddiaçı da həmin əmrlə tanış olduğunu imzası ilə təsdiqləmişdir. Peşəkar hazırlığı şöbəsinin baş zabiti 2-ci dərəcəli kapitan X17 vermiş olduğu izahatında adları çəkilən hərbi qulluqçuların şöbə rəisi İddiaçı razılığı ilə, sonradan qanunsuz olaraq akta əlavə etdiyini təsdiq etmişdir. Eyni zamanda, Maliyyə bölməsinin rəisi X6 xx.xx.2021-ci il tarixli və gizir X10 xx.xx.2021-ci il tarixli izahatlarına əsasən onların öz xahişləri ilə adlarının sonradan sözügedən əmrə əlavə edildiyini təsdiqləmişlər. Qeyd olunanlar onu deməyə əsas verir ki, Peşəkar hazırlıq şöbəsinin rəisi olaraq İddiaçı üzərinə düşən vəzifə borcuna ciddi yanaşmamış, kobud pozuntulara yol vermişdir. Halbuki, “Hərbi qulluqçuların statsu haqında” Qanunun 4-cü maddəsinin 2-ci hissəsinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır. Eyni zamanda,"Dövlət Sərhəd Xidməti əməkdaşlarının etik davranış qaydaları"nın 4.1-ci bəndinə əsasən şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə əməkdaşlar öz vəzifə borcunu səmərəlı yerinə yetirməyə borcludur. Həmin qaydaların 5.1-ci bəndinə əsasən Dövlət Sərhəd Xidmətinin əməkdaşları öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. İddiaçının Attestasiya Komissiysının tədqiq olunan rəyində yol verdiyi göstərilən digər pozuntu onu ehtiva edir ki, iddiaçı arzuolunmaz şəxslərlə (dövlət sərhəddini pozan, qaçaqmalçılıqla məşğul olan şəxs) bir əlaqələri mövcud olmuşdur. Qeyd olunmalıdır ki, iddiaçıya irad tutulan həmin halların həqiqliyi məhkəməyə təqdim olunmuş sübutlarla təsdiq olunur. Belə ki, cavabdehin təhqiqat orqanı tərəfindən aparılan araşdırma zamanı qaçaqmalçılıq cinayət əməlini törətməkdə təqsirləndirilən Rövşən Əliyevin üzərindən çıxan smartfon tipli mobil telefona baxış keçirilərkən onun İddiaçıla birlikdə fotoşəkilləri aşkar edilmişdir ki, bu da hazırkı mərəhələdə məhkəməyə təqdim olunmuş həmin fotoşəkillərdə qeyd olunanlar öz təsdiqini tapır. Bundan əlavə iddiaçının həmin şəxslə xx.xx.2021 -ci il tarixdə “Bakı” restoranında X28 ilə görüşdüyü müəyyən olunmuşdur. Əslində, iddiaçı özü də iddia ərizəsində 4 iyul 2021-ci il tarixdə Bakı şəhərində “Bakı” kafesində dostunun ad gününü 4–5 saat davam edən ad günündə Rövşən Əliyev adlı şəxslə birlikdə keçirdiyini inkar da etmir. Hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-358/2021 saylı xx.xx.2021-ci il tarixli hökmündən isə görünür ki, X28, bir qrup şəxslə əlbir olub, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərəhəddinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq dövlət sərəhəddini dəfələrlə keçməsinə görə AR CM-nin 32.5, 318.2-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini törtəməkdə təqsiri bilinərək məhkum edilmişdir. "Dövlət Sərhəd Xidməti əməkdaşlarının etik davranış qaydaları"na əsasən: 6.2. DSX-nin əməkdaşları öz xidməti vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə DSX-nin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. 6.3. DSX-nin əməkdaşları qanunvericilikdə, hərbi nizamnamələrdə və normativ-hüquqi aktlarda xidməti vəzifələrin icrası ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidir. 7.1. DSX-nin əməkdaşları Azərbaycan Respublikasının, DSX-nin və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. Göründüyü kimi, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu olaraq İddiaçı etik davranış qaydaları ilə üzərinə düşən vəzifələrinə etinasızlıq göstərmiş, aşkar surətdə onları pozmuşdur. Başqa sözlə, onun xidməti vəzifəfələri ilə bir araya sıbmayan, hərbi qulluqçu adına ləkə gətirən hərəkətlərə yol verməsi sübuta yetirilir. Adıçəkilən Qaydaların 23.1-ci maddəsinə əsasən etik davranış qaydalarının pozulması DSX-nin əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Hərbi və zifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinin imperativ tələbindən isə görünür ki, xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. İddiaçının cavabdeh tərəfindən onun xidməti uyğunsuzluğa görə cavabdeh tərəfindən xidmətdən ehtiyata buraxılmasının onun öz arzusu ilə ehtiyata buraxılması barədə komandanlığa təqdim etdiyi raportundan irəli gəldiyini mübahisələndirməsinə gəldikdə isə, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş sənədlərə əsasən müəyyən olunur ki, həmin raportu ilə əlaqədar onunla 2 söhbət aparılmış, bu barədə arayışlar tərətib olunmuş, növbəti mərhələ səviyyəsində isə atıq tərəfindən xidməti vəzifələrini və etik qaydaların pozuntusuna, həmçinin, rəhbərlik etdiyi şöbənin hərbi qulluqçuları tərəfindən satakarlığıa yol verildiyi aşkar olunmuş, bütün bunların qarşısının alınması üçün müvafiq tədbirlərin onun tərəfindən görülmədiyi, ümumiyyətlə həmin pozuntular barədə rəhbərliyə məruzə etmədyi aşkar olunmuşdur ki, bütün bunlar da öz növbəsində arzusu ilə ehtiyata buraxılmasını uğursuz etmişdir. Nəticədə Attestasiya Komissiyasının yekun rəyi ilə xidməti uyğunsuzluğa görə xidmətdən adad edilməsi məqsədəuyğun hesab edilmiş və həmin əsasla da Xidmət rəisinin mübahisələndirilən əmri ilə ehtiyata buraxılmışdır (X7 şahid qismində dindirilməsini tələb etməsinə gəldikdə isə o, cavabdeh orqanın işdə iştirak edən nümayəndəsi qismində iştirak etmişdir. Etibarnamə işə əlavə olunmuşdur). Ən azından, iddiaçının öz arzusu ilə ehtiyata buraxılması barədə ərizə verməsi, onun vəzifə borclarının icrasını layqeyid yanaşmasını, əlalxüsus, arzuolunmaz şəxslərlə ( o cümlədən, dövlət sərhəddini pozan və qaçaqmalçılıqla məşğul olan şəxslə əlaqə saxlaması üçün əsas ola bilməzdi. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun qeyd olunan 4-cü maddəsinin 2-ci hissəsinin tələbi baxımından , o, hərbi qulluqçu olaraq, hərbi xidmətdən ehtiyata buraxıldığı son günə qədər hərbi xidmətin başında sayılırdı. “ Beləliklə də cavabdehin mübahisələndirilən əmri ilə iddiaçının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.06-cı maddəsinə əsasən xidmətdən ehtiyata buraxılmasının qanuni və əsaslı olduğu sübuta yetirilir. Belə olan halda, həmin əmrin onun hüquqlarının pozulmasından söhbət gedə bilməz. PM-in 70.1-ci maddəsinin məzmunundan da məhz, görünür ki, məhkəmə tərəfindən o halda, inzibati akt əğv oluna bilər ki, qanuna zidd olsun, iddiaçının hüquqlarını pozmuş olsun. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, işə baxan birinci instansiya məhkəməsi iş üzrə hərtərəfli araşdırma aparmamış, bütün faktiki halları aydınlaşdırılmamış, iddianın təmin olunması barədə gəldiyi nəticə işin sübutlarla müəyyən olunan hallarına, maddi və prosesual hüquq normalarına uyğun olmamışdır. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasyia şikayətinin birinci instansiya məhkəməsinin həmin qərarının əsassız, qanuna zidd və qeyri obyektiv olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2046/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2046/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilssin. İddiaçı iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar