Məhkəmə qərarları › İş №2-1(103)-183/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-183/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-183/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X6 və X2 ibarət tərkibdə, cavabdehin nümayəndəsi X7, üçüncü şəxsin və iddiaçının nümayəndəsi Vəkiliştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxs: Sultan-Əhmədi Fariz oğlu) qarşı “sərəncamın müqaviləyə xitam verilməsi hissəsində qanunsuz hesab edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3234/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı müəyyən etmə və tanınma haqqında (İPM.m.36) iddia ərizəsi ilə müraciət edərək, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014cü il tarixli 351 nömrəli Sərəncamının - Bakı şəhəri, Səbail rayonu, 1-ci Neftçilər döngəsi 3 ünvanında yerləşən sahəsi 14,4 kv.m. qeyri-yaşayış sahəsinə dair X8 ilə bağlanmış xx.xx.2007-ci il tarixli 4975 nömrəli icarə müqaviləsinə icarəçinin xx.xx.2014-cü il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq xitam verilməsi hissəsində, qanunsuzluğunun tanınması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (i.v.225, 228-229) İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır; “...ünvan 2 ünvanda yerləşən 14,4 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsi 26 il müddətində valideynlərinin icarəsində olaraq “Günel” xüsusi firması kimi-dükan təyinatı ilə fəaliyyət göstərərək daima onların istifadəsində olmuşdur. İcarə haqlarını da valideynləri vaxtı-vaxtında aidiyyəti üzrə dövlət orqanlarına ödəmişlər. Valideynləri dünyasını dəyişdikdən sonra da və hal-hazırda da qeyri-yaşayış sahəsi onun faktiki sahibliyində və idarəçiliyindədir. 26 il həmin qeyri-yaşayış sahəsinə görə dövlətə həm kommunal xərcər həm də vergi ödənişləri həyata keçirmişdir. Onların oranı özəlləşdirməkdə üstünlük hüququ olub. İcarə müqaviləsi qüvvədə olmuş, cavabdeh orqan atasının vəfatından sonra 2014-cü ildə Rüstəm Gözəlovla icarə müqaviləsinə onun vəfat etməsi ilə əlaqədar xitam verdikdən sonra qanunvericiliyin tələblərinə əsasən onlarla icarə müqaviləsinin bağlanmasına heç bir təşəbbüs göstərməmiş və onlara hər hansı bir məktub göndərməklə məlumatlandırmamışdır. Obyekt isə bu günədək onların sahibiyində və istifadəsindədir. Cavabdeh onlara qarşı bu ötən müddətdə hər hansı tələb irəli sürməmiş, icarə obyektinin boşaldılması, təhvil verilməsi və sair tədbirlərin həyata keçirilməsi ilə bağlı hər hansı bir addım atmamışdır. Bununla yanaşı birinci cavabdeh icarə müqaviləsinə qanunun tələblərinə uyğun xitam verməmiş, icarə münasibətlərinin icarəçinin ailə üzvləri ilə (vərəsələri) ilə davam etdirmək barədə hər hansı tədbir görməmiş və onların belə bir niyyətinin olmaması ilə bağlı da hər hansı sübutu indiyədək keçirilən məhkəmə prosesslərinə təqdim etməmişdir. Heç bir hərrac təşkilatına da rəsmi dəvət olunmamışdır. Başqa şəxsin adına özəlləşdirilərkən də onların imtinası alınmamışdır. Həmin qeyri-yaşayış sahəsinin alınmasında və özəlləşdirilməsində də üstünlük hüququ olduğu kimi eyni zamanda da qeyri-yaşayış sahəsinə istifadə hüququ var. Vəkil sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin **********36 saylı 24 may 2019-cu il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X9 arasında bağlanmış 4291 nömrəli xx.xx.2019-cu il tarixli müəssisənin alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanda yerləşən sahəsi 14.4 kv.m. olan qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixdə Sultan-X4 adına ilkin qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətindədir. Sonradan isə məlum olmuşdur ki, 19 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən tərtib edilmiş hərrac protokoluna əsasən istifadəsində olan ünvan 2 ünvanda yerləşən sahəsi 14.4 kv.m olan qeyri-yaşayış sahəsi hərracdan 7500 manata üçüncü şəxs Sultan-Əhmədi Fariz oğluna satılmışdır və bunun əsasında xx.xx.2019-cu il tarixdə onunla 4291 nömrəli müəssisənin (obyektin) alqı-satqısı müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixdə Sultan-X4 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda da onun mülkiyyətindədir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 19 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən tərtib edilmiş hərrac protokoluna əsasən istifadəsində olan ünvan 2 ünvanda yerləşən sahəsi 14.4 kv.m olan qeyri-yaşayış sahəsi hərracdan 7500 manata üçünca şəxs Sultan-Əhmədi Fariz oğluna satılmışdır və bunun əsasında xx.xx.2019-cu il tarixdə onunla 4291 nömrəli müəssisənin (obyektin) alqı-satqısı müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixdə Sultan-X4 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda da onun mülkiyyətindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3234/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli 351 nömrəli Sərəncamı Bakı şəhəri, Səbail rayonu, 1-ci Neftçilər döngəsi 3 ünvanında yerləşən sahəsi 14,4 kv.m. qeyri-yaşayış sahəsinə dair X8 ilə bağlanmış xx.xx.2007-ci il tarixli 4975 nömrəli icarə müqaviləsinə icarəçinin xx.xx.2014-cü il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq xitam verilməsi hissəsində qanunsuz sayılmışdır. Cavabdeh və üçüncü şəxs apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətləri Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır. «...Qərar əsassızdır. Belə ki, Bakı şəhəri, Səbail rayonu, 1-ci Neftçilər döngəsi 3 ünvanında yerləşən, sahəsi 14,4 kv. m olan qeyri-yaşayış sahəsi xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən diaçının mərhum atası X3 müddətli icarəsinə verilmişdir. İcarəçi R.Gözəlovun vəfatından sonra tərəflər arasında bağlanmış icarə müqaviləsinə AR Əmlak Məsələləri Dövlət Komitəsinin 20 noyabr 2014-cü il tarixli, 351 nömrəli sərəncamı ilə xitam verilmişdir. Onun vəfatından sonra nə iddiaçı, nə də onun vərəsələrindən hər hansı biri tərəfindən icarə hüquq münasibətlərinin davam etdirilməsi ilə bağlı Komitəyə hər hansı müraciət olunmamış, mərhumun vərəsələrindən hər hansı biri ilə icarə müqaviləsi bağlanılmamışdır. Daha sonra, qeyri-yaşayış obyektinin özəlləşdirilməsi həyata keçirilmiş və həmin əmlak xx.xx.2019-cu il tarixində keçirilmiş hərrac protokoluna, hərracın yekunlarına dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə X5 oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 4291 saylı alqı-satqı müqaviləsinə əsasən onun tərəfindən özəlləşdirilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli, 351 nömrəli sərəncamının qanunsuz hesab edilməsini deyil, ləğv edilməsi formal olaraq məhkəmədən xahiş etmək hüququna malikdir. Lakin tələb bu formada irəli sürüləcəyi təqdirdə də, həm yuxarıda qeyd edilən hallara görə, həm də iddia müddəti ötürüldüyünə görə təmin edilə bilməz. İddiaçı mübahisə predmeti olan əmlakın özəlləşdirilməsinin nəticələrinin ləğvi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edən zaman qeyd olunan sərəncam məhkəməyə təqdim olunmuşdur. Həmin iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin ikinci səhifəsinin üçüncü abzasından görünür ki, məhkəmə tərəfindən mübahisələndirilən sərəncama istinad olunmuşdur. İddiaçının eyni tələblə bağlı iddiası üzrə iş hazırda Bakı İnzibati Məhkəməsinin (İş № 2-1(112)-2120/2022) icraatındadır və hazırkı iddiaya baxılması ilə əlaqədar məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat dayandırılmışdır. Göründüyü kimi, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş 30 günlük müddəti də ötürmüşdür. Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli, 351 nömrəli sərəncamının qanunsuz sayılması üçün hər hansı əsas mövcud olmadığından, həm də iddiaçı hazırkı iddiası ilə artıq özəlləşdirilərək xüsusi mülkiyyətə keçmiş qeyri-yaşayış obyekti üzərində icarə hüququnun yaranmasını tələb etdiyindən iddia təmin edilə bilməz. “İcarə haqqında” Azərbaycan RespublikasıQanununun 13-cü maddəsinin altıncı hissəsinə əsasən icarəçi vətəndaş ilə müqaviləyə xitam verilərkən onunla birlikdə yaşamış və işləmiş ailə üzvləri icarə müqaviləsi bağlamaqda üstün hüquqa malikdirlər. İcarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun. Həmin maddənin ikinci hissəsinə əsasən icarə obyekti dövlətsizləşdirmə və özəlləşdirmə üçün açıldıqda icarə müqaviləsi ləğv edilmiş hesab olunur. Bu halda icarəçinin icarə obyektinə qoyduğu investisiyanı icarəyəverən bazar dəyəri üzrə ödəməlidir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Birinci instansiya məhkəməsi iddiaçının hazırkı iddianı irəli sürülməsi ilə bağlı subyektiv hüququnu əsaslandırmaq üçün 2 saylı Bakı Asan Xidmət Mərkəzində notariat kontorunda xx.xx.2019-cu il tarixdə açılmış vərəsəlik işinə əsaslanmışdır. Bununla bağlı bildirilir ki, qeyd olunan vərəsəlik işi iddiaçının atası Rüstəm Gözəlovdan deyil, anası Taisiya Gözəlovadan miras qalmış əmlaka dair açılmışdır. Belə ki, məhkəmə nəzərə almamışdır ki, qeyd olunan vərəsəlik işi açılan zaman mübahisə predmeti olan əmlakın özəlləşdirilməsi barədə Komitə tərəfindən 09 sentyabr 2016-cı il tarixdə, 115 nömrəli sərəncam verilmiş və həmin əmlak SultanX9 tərəfindən özəlləşdirilərək xüsusi mülkiyyətinə keçmişdir. Həmçinin həmin əmlaka dair iddiaçının anası Taisiya Gözəlova ilə Komitə arasında hər hansı icarə müqaviləsi bağlanmadığından, həmin əmlak üzərində icarə hüququ Taisiya Gözəlovadan qalmış miras aktivinə daxil edilmə bilməzdi. Göründüyü kimi, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi üzərində iddiaçının adına qeydə alınmış hər hansı hüquq mövcud olmadığından, o hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Üçüncü şəxs apellyasiya şikayətini aşağıdakılarla əsaslandırılmışdır: “...Qərar qanunsuz və əsassızdır. Belə ki, icarə müqaviləsinə Komitənin xx.xx.2014-cü iltarixli 351 saylı sərəncamı ilə xitam verilmiş və xx.xx.2019-cu il tarixdə keçirilmiş hərracdan mübahisəli 14,4 kv m qeyri-yaşayış sahəsi ona satılmış və onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət ryestrində 15 aprel 2019-cu il tarixdə qeydə alınmış, reyestrdən çıxarış verilmişdir. Birinci instansiya məhkəməsi hazırkı iddiaçının subyektiv hüququnun olub-olmaması aydınlaşdırılmamışdır. xx.xx.2019-cu il tarixdə vərəsəlik işi açılarkən əmlak onun mülkiyyəti kimi qeydə (xx.xx.2019) alınmamışdır. Hüququn vərəsəlik qaydasında iddiaçıya keçməsi aydınlaşdırılmamışdır. Xətai rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı sərəncamın mövcudluğundan iddiaçı məlumatlı olmuş, iddia müddətini ötürmüş, məhkəmə tərəfindən isə buna əhəmiyyət verilməmişdir…” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və üçüncü şəxs apellyasiya şikayətlərinə uyğun izahat verərək təmin olunmasını, iddiaçının nümayəndəsi isə 2014-cü ildə icarəçi Rüstəm Gözəlov vəfat etdikdən sonra onun ailə üzvlərinə icarə müqaviləsinin bağlanması ilə heç bir təklif verilmədiyini, obyekt özəlləşdirilməyə çıxarılarkən də onların üstünlk hüququ olduğu halda dəvət olunmadıqlarnı, halbuki, icarə müqaviləsinə xitam verildiyi 2014-cü ildən indiyədək obyektin faktiki olaraq onun sabiq icarəçinin ailə üzvü olan qızının istifadəsində olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasnı məhkəmədən xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsilə, cavabdehin hüquq sələfi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli 351 nömrəli Sərəncamının Bakı şəhəri, Səbail rayonu, 1-ci Neftçilər döngəsi 3 ünvanında yerləşən sahəsi 14,4 kv.m. qeyriyaşayış sahəsinə dair X8 ilə bağlanmış xx.xx.2007-ci il tarixli 4975 nömrəli icarə müqaviləsinə icarəçinin xx.xx.2014-cü il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq xitam verilməsi hissəsində qanunsuzluğunun tanınmasını tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun iddia tələbi təmin olunmuşdur. Cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinin dəlillərindən görünür ki, məhkəmənin iddianın təmin olunması barədə gəldiyi nəticə ilə razılaşmayaraq ilk öncə mübahisələndirilir ki, hazırkı iddianı qaldırmaqda iddiaçı subyektiv hüquqa malik deyildir. Məhkəmə kollegiyası şikayətin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 29 yanvar 2020-ci il tarixli məktubuna və həmin Komitənin işə əlavə olunmuş xx.xx.2014-cü il tarixli 351 nömrəli Sərəncamının surətlərinə əsasən müəyyən olunur ki, xx.xx.2007-ci il tarixli, 4975 nömrəli icarə müqaviləsinə X3 xx.xx.2014-cü il tarixində icarəçinin vəfat etməsi səbəbindən xitam verilmişdir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin (icarə müqaviləsinin dəyişdirilməsi, pozulması, xitamı və uzadılması) 6-cı hissəsinin birinci abzasına əsasən isə icarəçi vətəndaş ilə müqaviləyə xitam verilərkən onunla birlikdə yaşamış və işləmiş ailə üzvləri icarə müqaviləsi bağlamaqda üstün hüquqa malikdirlər. İş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, 1-ci Neftçilər döngəsi 3 ünvanında yerləşən, sahəsi 14,4 kv.m. qeyri-yaşayış sahəsinin ilkin icrəçisi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə 02 aprel 2007-ci il tarixdə bağlanmış 4975 saylı icarə müqaviləsinə əsasən icarəçisi olmuş iddiaçının atası X8 17 iul 2014-cü il tarixdə öldükdən sonra, onun həyat yoldaşı (iddiaçının anası) X1 da vəfat etdikdən sonra xx.xx.2019-cu il tarixdə notariusda açılmış vərəsəlik işi üzrə məhrum valideynlərin qızı - İddiaçı vərəsələrdən biri kimi (i.v 40) müəyyən edilmişdir. Göründüyü kimi, “İcarə haqqında” Qanunun 13-cü maddəsinin 6-cı hissəsinin birinci abzasnın qeyd olunan tələbi baxımından, İddiaçı valideynlərinin ölümündən sonra, həm də qeyri-yaşayış sahəsinin icarəsi olan atası Rüstəm Qəmbərovun ailə üzvü kimi hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır. Cavabdeh və üçüncü şəxs digər bir dəlili üzrə mübahisələndirilir ki, iddiaçının AR Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli 351 nömrəli sərəncamının icarəçinin xx.xx.2014-cü il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq icarə müqaviləsinə xitam verilməsi hissəsində qanunsuzluğunun tanınması barədə iddiası mübahisələndirmə haqqında iddia kimi qiymətləndirilməklə, İPM-in 38.1-ci maddəsi ilə müəyyən olunan 30 günlük iddia müddəti ötürüldüyündən mümkünsüz tddiadır. Şikayətin bu dəlili ilə də məhkəmə kollegiyası razılaşmır. Belə ki, İPM-in 36.2-ci maddəsinin tələbinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. İddiaçının hazırkı tələbinin ifadə tərzindən də görünür ki, prosessual qanunvericiliyin qeyd olunan tələbinə uyğun iddiadır. Bu növ iddialarda isə qanunverici tərəfindən iddia müddəti nəzərdə tutulmamışdır və sözügedən Məcəllənin 36.4-cü maddəsinin tələbi baxımından, müstəqil iddia kimi qaldırıla bilər. Çünki, sözügedən Məcəllənin 36.4-cü maddəsinin tələbinə görə yalnız hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Apellyasiya şikayətlərinin (o cümlədən cavabdehin) növbəti bir dəlili ondan ibarətdir ki, icarəçi Rüstəm Gözəlovun 2014-cü ildə vəfat etməsindən sonra obyekt 2019-cu ildə hərracdan üçüncü şəxsə satılana qədər onun ailə üzvləri qeyri-yaşayış sahəsindən istifadə etsələr də tərəflərindən icarə haqqı ödənilməmiş, ümumiyyətlə, onu icarəyə götürmək və ya satın almaq kimi təşəbbüsləri də mövcud olmamışdır. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilləri ilə də razılaşmaq mümkün deyildir. Çünki, “İcarə haqqında” Qanunun qeyd olunan 13-cü maddəsinin 6-cı hisəsinin 2-3-cü abzaslarınnın tələbinə görə: -icarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun. -müqavilənin bağlanmasının icarəçinin şəxsi keyfiyyətləri ilə şərtləndirildiyi hallar istisna edilməklə, icarəçinin ixtiyarı yoxdur ki, həmin şəxsin qüvvədə olan müqavilə üzrə qalan müddət üçün müqaviləyə daxil olmasına razılıq verməsin. Qanunun qeyd olunan müddəalarının mənası baxımından, mübahisəli qeyri yaşayış sahəsinin icarəçisi sıradan çıxdıqdan sonra, icarə obyekti onun ailə üzvlərinin sahibliyində olduğu və istifadə etdiykləri halda, cavabdeh bütün bunlar maraq nümayiş etdirməmiş, mərhum icarçinin ailə üzvlərinin qeyri-yaşayış sahəsini icarəyə götürüb faydalanmaq arzusunda olub-olmadıqları öyrənməmiş və onların ailə üzvləri ilə icarə müqaviləsi bağlamaq üçün heç bir təşəbbüs göstərməmiş, 2019-cu ildə özəlləşdirilməyə çıxarıb üçüncü şəxsə satılmasına qədər həmin obyektə görə icarə haqqının ödənilibödənilmədiyinə nə maraq göstərmiş, nə də nəzarət etmiş, vəfat etmiş icarəçinin ailə üzvləri olan icarə obyektinin faktiki istifadəçilərinə, o cümlədən iddiaçıya qarşı hər hansı pretenziya və tələbləri də mövcud olmamışdır. Ən azından, iş materiallarından görünən və işin mübahisələndirilməyən halıdır ki, mübahisəli qeyri-yaşayış sahəsi bu günə qədər təyinatı üzrə iddiaçının faktiki sahibliyindədir və istifadə olunur. Bundan əlavə, işdən görünür ki, iddiaçı tərəfindən həmin obyektədən istifadə nəticəsində yaranan xərclər ödənilir. Başqa sözlə, mərhumun ailə üzvü kimi qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olaraq iddiaçı atasının ölümü ilə ona keçmiş hüquqlarına uyğun hərəkət edir. Mülki Məcəllənin İcarə müqaviləsinin 704.2-ci maddəsinə əsasən İcarəçinin bu Məcəllənin 691-ci maddəsinə uyğun olaraq müqaviləni ləğv etmək hüququ yoxdur. Həmn Məcəllənin 690.1-ci maddəsinin tələbinə əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. Mülki qanunvericiliyin qeyd olunan normalarının mənası onu ehtiva edir ki, icarə müqaviləsini ləğv etmək hüququna malik olan icarəyəverən icarə müqaviləsinin ləğvinə dair icarəçi bildiriş verməlidir. Lakin iş materiallarına əsasən mübahisəli qeyri-yaşayış sahəsini icarəyə verən Əmlak Məsələləri Dövlət Komitəsi xx.xx.2014-cü il tarixli 351 nömrəli sərəncamı ilə iddiaçının mərhum atası Rüstəm Gözəlovla bağlanmış icarə müqaviəsini onun ölümü ilə əlaqədar ləğv edərkən mərhumun icarə hüquqları onun ailə üzvlərinə keçdiyi halda, cavabdeh tərəfindən onlara verildiyi sübuta yetirilmir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin hüquq sələfi Əmlak Məsələləri Dövlət Komitəsinin qeyd olunan sərəncamı ilə mübahisəli qeyri-yaşayış sahəsi sabiq icarəçisi Rüstəm Gözəlovun ailə üzvərinin (o cümlədən, qızı (iddiaçı) İddiaçı) hüquqlarının pozulduğu sübuta yetirilir. “İcarə haqqında” Qanunun 15-ci maddəsinin 1-ci hissəsi isə nəzərdə tutur ki, icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblik dən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. Həmin Qanunun 3-cü hissəsinə əsasən icarəçinin əmlakı ondan yalnız məhkəmənin qərarı ilə geri alına bilər. Beləliklə də, Qanunun qeyd olunan tələblərini də nəzərə alan məhkəmə kollegiyası AR Əmlak Məsələləri Dövlət Komitəsinin mübahisələndirilən sərəncamı ilə xx.xx.2007-ci il tarixli 4975 nömrəli icarə müqaviləsinə icarəçinin xx.xx.2014-cü il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq xitam verilməsi (ləğv edilməsi) hissəsində qanunsuz sayılmasını zəruri edən faktiki şərtlər mövcud olması qənaətinə gəlir. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işin sübutlarla müəyyən olunan hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qərar çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3234/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3234/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar