Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1830/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli, 235 nömrəli qərarı ilə təsdiq olunmuş elektron xidmətlər siyahısında 2 nömrəli əlavədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 9.33-cü maddəsinə əsasən (e-sosial) xx.xx.2020-ci il tarixli (karguzarlıq nömrəsi **********9) əlilliyə görə əmək pensiyası ilə bağlı sənədin “icra edilib” kimi göstərilən və əslində icra edilməyən inzibati aktın məcburi icrasının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10084/2021 saylı yekunlaşmış iş üzrə İddiaçı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 yanvar 2023-ci il tarixli, 2-1(112)-10084/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Dövlət Reyestri Xidmətində (e-sosial) xx.xx.2020-ci il tarixli (karguzarlıq nömrəsi **********9) “icra edilib” kimi göstərilib və əslində icra edilməyən sənədin məcburi icrası öhdəliyinin cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10084/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli, 235 nömrəli qərarı ilə təsdiq olunmuş elektron xidmətlər siyahısında 2 nömrəli əlavədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 9.33-cü maddəsinə əsasən (e-sosial) xx.xx.2020-ci il tarixli (karguzarlıq nömrəsi **********9) əlilliyə görə əmək pensiyası ilə bağlı sənədin “icra edilib” kimi göstərilən və əslində icra edilməyən inzibati aktın məcburi icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun” məzmunda icraata qəbul edilərək iddia ərizəsində cavabdeh kimi qeyd etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi cavabdehlər sırasından çıxarılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10084/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-949/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamış, qərardad dəyişdirilmədən saxlanılmışdır. İddiaçı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci il 01 avqust tarixində onlayn qaydada (konfrans) şəklində Azərbaycan Respublikası Prezident Administrasiyasında məsul şəxsin qəbulunda olmuşdur. 17 oktyabr 2022-ci il tarixində emailinə DSMF-nun Pensiya təminatı departamentinin müdiri X1 məktubu daxil olmuş və Prezident Adminstrasiyasından daxil olan məktuba cavab olaraq bildirilmişdir ki, xx.xx.2020-ci il tarixli sənədləri DTSERA-nə göndərilmişdir. Prezident Administrasiyasında qəbulla bağlı müraciətinə cavab olaraq DTSERA-nın İdarə Heyətinin sədr müavini xanım Mətanət Məmmədova 30 avqust 2022-ci il tarixdə ona verdiyi cavab məktubunda qeyd olunan məsələlərlə əlaqədar aidiyyatı üzrə Dövlət Sosial Müdafiə Fonduna müraciət etməyini bildirmişdir. Bu sübut məhkəmə prosesindən sonra ona məlum olduğu üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən işə yenidən açılmış hal, sübut kimi baxılmaq üçün əsasdır. Çünki, məhkəmənin bu məsələ ilə əlaqədar hara müraciət etməli olduğunu göstərdiyi orqan olan DTSERA, bu məsələnin cavabdeh orqan olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fonduna aid olduğunu bildirir. Bakı İnzibati Məhkəməsinin 17 yanvar 2023-ci il tarixli, 2-1(112)-10084/2021 saylı qərardadı ilə (hakim M.Qarayeva) ərizə mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 17 yanvar 2023-cü il tarixində Bakı İnzibati Məhkəməsinin hakimi xanım Mehriban Qarayeva tərəfindən 2-1(112)-10084/2021 saylı iş üzrə yeni sübuta, DTSERA-nin İdarə Heyətinin sədr müavini xanım Mətanət Məmmədovanın xx.xx.2022-ci il tarixli məktubuna əsasən məhkəmə prosesi keçirilmişdir. Yeni sübuta əsasən 2-1(112)-10084/2021 saylı iş üzrə xx.xx.2023-cü ildə keçirilmiş məhkəmə prosesində hakim yeni sübuta əsasən işin inzibati məhkəmə icraatında deyil, mülki məhkəmə icraatında baxılmalı olduğunu qeyd etmişdir. Belə ki, hakim Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 432.2-ci maddəsini əsas göstərmişdir. MPMnin 432.2.1-ci maddəsində deyilir: məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar aşkar edildikdə; Buna sübut kimi DTSERAnin İdarə Heyətinin sədr müavini xanım Mətanət Məmmədovanın xx.xx.2022-ci il tarixli məktubunu sübut kimi məhkəməyə təqdim etmişdir. MPM-nin 432.2.2-ci maddəsində deyilir: məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı; Bu maddəyə sübut kimi qarşı tərəfin, yəni cavabdehin nümayəndəsinin yalan ifadə verməsini sübut edə bilər. Belə ki, ona 2016-cı ildə ümumi əlillikdən İİ qrup pensiya təyin olunmuşdur. 2017-ci ildə elektron qaydada əlilliyinin pensiya təyinatını hərbi əlilliyə dəyişmək istəmişdir. Əlilliyinin sistemdə dayandırıldığını görmüşdür. Ancaq, o vaxtkı DSMF nun Laçın Rayon Şöbəsindən ona bildirmişlər ki, "sənin əlilliyin dayandırılmayıb". 2019-cu ildə DSMF-nun Laçın Rayon Şöbəsindən ona bildirmişlər ki, "əlilliyin dayandırılıb". 2019-cu ildə DTSERA-nə (Bu günkü adıyla) getmişdi və komissiya üzvləri onu yoxlayaraq, əlilliyini bərpa etmişlər və o, 2021-ci ilin fevral ayının 28-nə qədər pensiyanı almışdır. Cavabdehin nümayəndəsi məhkəmə zalında bu məsələnin 2020-ci ildə baş verdiyini yalandan ifadə vermişdir ki, məhkəməyə təqdim olunan vəsatətdə bu barədə qeyd olunur. Bununla əlaqədar sosial arayışı və rəsmi sənədləri məhkəməyə təqdim edəcəkdir. Həmçinin, hakim qeyd edilən qərardadda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plemununun Y.Cümşüdovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin 5 dekabr 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növü olduğunu qeyd etmişdir. X7 Məcəllənin 100-cü maddəsi nə üçündür? Qeyd olunan məsələ ilə əlaqədar yeni sübuta DTSERA-nin İdarə Heyətinin sədr müavini xanım Mətanət Məmmədovanın xx.xx.2022-ci il tarixli məktubuna əsasən Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət olunmuş, hakim xanım Mehriban Qarayeva xx.xx.2023-cü il tarixli, 2-1(112)-10084/2021 saylı iş üzrə qərardadda göstərmişdir: Məhkəmə ərizədə qeyd olunan dəlilləri əsassız hesab edir. Belə ki, işin hallarından müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10084/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-949/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin olunmamış, qərardad dəyişdirilmədən saxlanmışdır. Qərardad qanuni qüvvəsini almışdır. 2022-ci il 01 avqust tarixində onlayn qaydada (konfrans) şəklində Azərbaycan Respublikası Prezident Adminstrasiyasında məsul şəxsin qəbulunda olmuşdur. 17 oktyabr 2022-ci il tarixində e-mailinə DSMF-nun Pensiya təminatı departamentinin müdiri X1 məktubu daxil olmuş və Prezident Adminstrasiyasından daxil olan məktuba cavab olaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixli sənədləri DTSERA-nə göndərilmişdir. Bundan əvvəl isə Prezident Adminstrasiyasında qəbulla bağlı müraciətinə cavab olaraq DTSERA-nin İdarə Heyətinin sədr müavini xanım Mətanət Məmmədova 30 avqust 2022-ci il tarixdə verdiyi cavab məktubunda qeyd olunan məsələlərlə əlaqədar aidiyyatı üzrə Dövlət Sosial Müdafiə Fonduna müraciət etməyini bildirmişdir. Bu sübut məhkəmə prosesindən sonra agah olduğu üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən işə yenidən açılmış hal, sübut kimi baxılmaq üçün əsasdır. Çünki, məhkəmənin bu məsələ ilə əlaqədar hara müraciət etməli olduğunu göstərdiyi orqan olan DTSERA, bu məsələnin cavabdeh orqan olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna aid olduğunu bildirir. Bu isə bir daha Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən yeni açılmış hal üçün əsasdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial X8 təyinatı departamentinin müdiri X4 17 oktyabr 2022-ci il tarixli məktubunda sənədin DTSERA-nə göndərdiyini bildirmişdir. Həmin məktubda xx.xx.2020-ci il tarixli departamentə daxil olmuş məktub xx.xx.2020-ci ildə onlara aid olmadığı üçün DTSERA-nə göndərdiyini bildirmişdir ki, bu “Vətəndaşların müraciəti haqqında” Qanununun 7.10-cu maddəsinə ziddir. Çünki, bu Qanuna əsasən üç gün müddətinə sənəd göndərilməliydi. Sənəd icra olunub. Əslində, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel, 175 nömrəli qərarı ilə təsdiqlənmiş qərarına əsasən ya 5 iş günü ərzində imtina verilməli, imtinanın səbəbi göstərilməli, imtina sənədi ilə birlikdə bütün sənədləri "ASAN xidmət"ə qaytarılmalı, ya da 10 iş günü ərzində icra olunan sənəd "ASAN xidmət"ə qaytarılmalıydı. Sənəd xx.xx.2020-ci ildə icra olunub, ancaq icra olunan sənəd artıq üçüncü ilə keçmişdir ki, DSMF tərəfindən "ASAN xidmət"ə qaytarılmayıb. Məhkəmə məcburi icraat üzrə bu faktı qeyd etməliydi. Yəni, hərəkətsizlik nümayiş etdirən cavabdeh, hərəkətə gətirilməliydi. Azərbaycan Respublikası vətəndaşı İddiaçı N cü ildə N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuş və sağlamlığını həqiqi hərbi xidmətdə itirmişdir. Bununla əlaqədar xx.xx.2004-cü il tarixində 2308 nömrəli Xəstəlik haqqında şəhadətnamə verilmişdir. Xəstəliyin səbəb əlaqəsi isə “Miokarditik kardioskleroz, tez-tez əmələ gələn mədəcik ekstrasistolaları tipli ürək ritminin davamlı pozulması ilə QDÇ-İ. Vegetativ damar distoniyası” diaqnozu ilə müddətli həqiqi hərbi xidmətdən tərxis olunmuşdur. İddiaçı isə 17 il iş stajı var. Göstərilən Qanun Azərbaycan Respublikası Əmək və Əhalinin DSMF-nun X5 Şöbəsinə aiddir. Həmin şöbənin müdiri isə cənab X2r. Qeyd edilən xüsusatlarla əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə vətəndaş İddiaçı lazımi sənədlərini ünvanlanmış və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X9 və qiymətləndirmə şöbəsinin ayrı-ayrı vaxtlarda müdirləri olmuş cənab Fuad Qarayev 19 mart 2020-ci il tarixli, **********79 nömrəli, 11 iyun 2020-ci il tarixli, **********17 nömrəli və cənab X13 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2021-ci il tarixli, № MİİİO/ 4.1-2-2021-785 və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xx.xx.2021-ci il, № MİHO/4.1-2-2021-1022 nömrəli məktubla sənədləri yerinə yetirmələri barədə məktub ünvanlamışdır. Həmçinin, cənab Kənan Osmanov xx.xx.2021-ci il tarixli, MİHO/4.1-2-2021-1261 nömrəli məktublarında müraciətinin qəbul edilərək "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (Əmək pensiyası təyinatı departamentinə) göndərdiyini bildirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və həmin Fondun Pensiya təyinatı departamentinin şöbə müdiri cənab X4 tərəfindən xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli, 235 nömrəli qərarı ilə təsdiq olunmuş Elektron xidmətlər siyahısında 2 nömrəli əlavədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 9.33-cü və 9.34-cü maddələri yerinə yetirilmiş, sənəd icra olunmuşdur. Ancaq, icra olunan sənəd Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel, 175 nömrəli qərarı ilə təsdiqlənmiş qərarına əsasən ya 5 iş günü ərzində imtina edilməli, ya da 10 iş günü ərzində sənədi göndərən orqan olan "ASAN xidmət"ə qaytarılmalıydı. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hərəkətszilik nümayiş etdirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası vətəndaşı İddiaçı sənədlərini icra etmədiyi üçün məcburi icra etmə proseduru ortaya çıxmış olur. DTSERA-nin İdarə Heyətinin sədr müavini xanım Mətanət Məmmədovanın xx.xx.2022 ci il tarixli məktubunun imzaladığı məktub Laçın MPŞ-nə 07 sentyabr tarixində çatmış və ona sentyabr ayının 14-ü verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cavabdehin nümayəndəsini dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 100-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10084/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-949/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin olunmamış, qərardad dəyişdirilmədən saxlanılmışdır. Qərardad qanuni qüvvəsini almışdır. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının iddiası mümkün hesab edilmədiyindən mübahisəyə mahiyyəti üzrə baxılmamışdır. İşə yeni açılmış hallar üzrə yenidən baxılmasının mahiyyəti isə iş üzrə məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra qanunvericiliklə nəzərdə tutulan şərtlər əsasında işə yenidən baxılmasıdır. Buna görə işin mahiyyətini həll edən qanuni qüvvəyə minmiş məhkəmə aktı olmadığından işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən halların araşdırılması mümkün olmadığından yeni açılmış hallar üzrə işə yenidən baxılmasına dair ərizəyə də baxılması mümkün sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Y.Cümşüdovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 5 dekabr 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növüdür. Bu icraat növü apellyasiya və kassasiya qaydasında işə baxılmasından mahiyyəti üzrə fərqlənir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslılığı, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır (Konstitusiya Məhkəməsi Plenumunun S.Abbasovanın şikayəti üzrə 2016-cı il 14 oktyabr tarixli Qərarı). İşə yeni açılmış hallar üzrə yenidən baxılmasının mahiyyəti iş üzrə məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra qanunvericiliklə nəzərdə tutulan şərtlər əsasında işə yenidən baxılmasıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair icraat qaydaları Mülki Prosessual Məcəllənin 45-ci fəslinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 432.2-ci maddəsi yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasının fərqli, lakin bir-biri ilə əlaqəli olan dörd əsasını müəyyən etmişdir: məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materialların aşkar edilməsi; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin biləbilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri; - həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinad edərək qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin yeni açılmış hallar üzrə işə yenidən baxılması üçün qoyduğu şərtlər nəticə etibarı ilə hüquqi müəyyənlik prinsipinin qorunmasına xidmət edir və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsassız ləğvinin qarşısını almaq məqsədini güdür. Məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin əsas meyarı son məhkəmə instansiyası qərarının mübahisələndirilməməsidir. Əks halda ədalət mühakiməsinin təminatı uzun müddətə artırıla bilər və hər hansı bir ağlabatan müddətin pozulmasına səbəb ola bilər. Digər tərəfdən isə istənilən zaman son məhkəmə qərarının yenidən baxılıb ləğv edilməsi insanlarda ümumiyyətlə məhkəmə qərarlarına və ədalət mühakiməsinə inamı zəiflədə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında bildirmişdir ki, məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir. Hüquqi müəyyənliyin əsas amili ondan ibarətdir ki, tərəflərdən heç birinin həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədi ilə qüvvəyə minmiş yekun məhkəmə qərarına yenidən baxılmasını tələb etmək imkanı olmamalıdır. Mülki Prosessual Məcəllənin 432.2.1-ci maddəsinə gəldikdə isə qeyd edilməlidir ki, işə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması onda ifadə olunur ki, belə hallar (materiallar) işə baxılması zamanı məlum olsaydı, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı. Bununla yanaşı bu maddənin məzmununa görə, yeni açılmış hallar işə baxıldığı zaman mövcud, lakin məhkəməyə təqdim edilməmiş olmalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Başqa sözlə, iddianın mahiyyəti üzrə qərar qəbul edə bilmək üçün mümkünlük şərtləri mövcud olmalıdır. Ona görə də mümkünlük şərtləri iddianın mahiyyəti üzrə qərar çıxarılması üçün ön şərtlər kimi qiymətləndirilir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, inzibati mühakimə icraatı qaydasında baxılan məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. inzibati mübahisə olmalı (inzibati məhkəməyə müraciət etmə mümkün olmalı); 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İnzibati Prosessual Məcəllənin 2.2.2., 33.1., 33.2., 35.1-ci maddələri). Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının iddia tələbi üzrə mahiyyəti üzrə qəbul edilmiş yekun məhkəmə aktı mövcud olmadığından yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə qəbul olunmuş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 17 yanvar 2023-ci il tarixli, 2-1(112)-10084/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1830/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1830/2023
18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver