Məhkəmə qərarları › İş №2-1(103)-1830/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1830/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1830/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi ilə İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2705/2024 nömrəli iş üzrə 19 yanvar 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı MMC (bundan sonra – iddiaçı və ya MMC) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qanunsuz olaraq hesablanmış vergi borcu üzrə 29381,42 manat, faiz üzrə 18363,95 manat məbləğin əsassız hesab olunaraq silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən MMC-yə **********665500 qeydiyyat nömrəli məktub ilə vergi borcunun ödənilməsi barədə bildiriş göndərilmişdir. Həmin bildirişdə İddiaçı MMC-nin vergilər üzrə 29341,42 manat, maliyyə sanksiyaları üzrə 40,00 manat və faizlər üzrə 18363,95 manat, ümumilikdə 47745,37 manat vergi borcu olduğu qeyd edilmişdir. Hazırkı vergi borcu ilə əlaqədar daha əvvəl Bakı İnzibati Məhkəməsinə müraciət edilsə də, vergi orqanı tərəfindən hansı qərara əsasən bu borcun yaranmadığı MMC-yə məlum olmamışdır. Hətta xx.xx.2023-cü il tarixli vergi borcunun olmasına dair bildirişdə də MMC-yə hər hansı bir qərar təqdim edilməmişdir. Bildirişdə qeyd edilən vergi borcu əsassızdır və qanunsuz olaraq hesablanmışdır. Bununla bağlı sübutlar iddia ərizəsinə əlavə edilmiş sənədlərdə öz əksini tapmışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2705/2024 nömrəli iş üzrə 19 yanvar 2024-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş və iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İşin apellyasiya icraatı zamanı iddiaçı məhkəməyə ərizə ünvanlayaraq, cavabdeh tərəfindən vergi borcunun silinməsi səbəbindən apellyasiya şikayətinin geri götürüldüyünü bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini, tərəflərin izahatlarını nəzərə alaraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2705/2024 nömrəli iş üzrə 19 yanvar 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri götürülmüş hesab edilməli və apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi tərəfin qanunla müəyyən edilmiş hüququdur və bu geri götürmə hər iki tərəfin qarşılıqlı mənafeyinə uyğun gəlir, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiya məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir, apellyasiya şikayətinin geri götürülməsi birinci instansiya məhkəməsinin qərarının tanınmasına səbəb olur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87 və 88-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2705/2024 nömrəli iş üzrə 19 yanvar 2024-cü il tarixli iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri götürülmüş hesab edilsin. Həmin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar