Məhkəmə qərarları › İş №2-1(103)-1832/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1832/2021

29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1832/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına qarşı informasiya sorğusunda göstərilən məlumatların verilməsi barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5328/2021 saylı 23 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək informasiya sorğusunda göstərilən məlumatların verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, iddiaçı hüquqşünasdır və bir çox məqalələri dərc olunub. Növbəti məqaləsi olan “Azərbaycan Respublikası Prezidentinin qanunvericilikdə rolu” mövzusuna görə cavabdehə 8 fevral 2021-ci il tarixdə informasiya sorğusu göndərmişdir. Bu sorğuda tələb olunan məlumat 2015- 2020-ci illər ərzində neçə qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunması barədə olmuşdur. Cavabdehə bu sorğu fevral ayının 15-i Azərpoçt vasitəsi ilə çatdırılıb. Lakin cavabdeh informasiya sorğusuna cavab verməyib, cavab verməməsinin səbəbini izah etməyib və iddiaçının X4k hüququnu məhdudlaşdırıb. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5328/2021 saylı 23 aprel 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: A.Əhədova) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası barəsində onun informasiya sorğusuna tam və hərtərəfli cavab verilmədiyinə görə İnzibati Xətalar Məcəlləsinin 374-cü maddəsinə (X4k haqqında qanunvericiliyin pozulması) uyğun olaraq xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə Nazirlər Kabinetinin İnzibati orqanların Təsnifatı qərarına əsaslanır, lakin nə həmin qərarın 5-ci hissəsinə nə də İnzibati İcraat Haqqında qanun 2.0.1-ci maddəsinin sonuncu bəndinə toxunmur. Maddənin sonuncu bəndində bildirir ki, inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansısa fiziki və hüquqi şəxsdir. X1 ayrı bir qurumdur və dövlət büdcəsi tərəfindən maliyyələşir, inzibati aktlar qəbul edir (məsələn, dövlət qulluğuna işə götürmə). Bundan əlavə Bakı İnzibati Məhkəməsi özü öz praktikasında daima Prezident Administrasiyasının cavabdeh olduğu işlərə baxıb və qərar qəbul edib. Bu zamanda onun inzibati orqan kimi qəbul edərək həmin işlərə baxıb. Bundan əlavə Bakı İnzibati Məhkəməsinin İPM-ninlənin 8.2 və 13-cü maddələrinə əsasən yardım etmə və aidiyyəti üzrə göndərmə vəzifəsi vardır. Məhkəmə isə iclas zamanı aidiyyətlə bağlı heç bir iradını bildirməyib və ya aidiyyətlə bağlı heç bir yardım təklif etməyib. Məhkəmə qərardadında da aidiyyəti üzrə hansı məhkəmənin işə baxılması göstərilməyib. Bu o dəməkdir ki, məhkəmə hesab edir ki, bu işə heç bir məhkəmə baxa bilməz. Bu isə cavabdehə İnformasiya X2rşısında immunitet verir. İkinci əsaslanma isə tamamilə qanunsuzdur və məlumatın qapalı olması ilə bağlı heç bir qanuna əsaslanmır, https://president.az/administration saytında da yazır ki, cavabdehin vəzifələrindən biri qanun layihəsi hazırlayıb Milli Məclisə göndərməkdir. İddiaçının tələb etdiyi məlumat isə texniki və statistik məlumatdır. Həmin qanun layihələrinin sayını tələb edir. İddiaçı nəinki məlumatdan imtina edib, heç cavab belə verməyib. Açıq olmadığını bildirdiyi məlumat X4 haqqında qanun 29cu maddəsinə baxdıqda iddiaçının tələb etdiyi məlumatın açıq informasiya olduğunu və sadəcə statistika olduğu bilinir. Bu dövlət sirri olmadığından açıq məlumatdır. Dövlət sirri olsa idi bunu Prezident Administrasiyası özü yazıb izah etməli idi və həmin qanunun bunu onun öhdəliyinə qoyur. Bundan əlavə dövlət sirri təşkil edən məlumat olduğu halda öz saytlarında bu barədə yazılmazdı. X4k haqqında qanunun 2-ci maddəsinə əsasən Azərbaycanda informasiya azaddır. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir və ən sonda informasiya sahibinə müraciət edən hər kəs sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq hüququna malikdir. Halbuki cavabdeh tərəfindən informasiyanın özü və ya informasiyanın cavabdehdə olub-olmaması və ya həmin informasiyaları əldə etmək üçün hansı yardımçı məlumatlar almağı ilə bağlı heç bir məlumat verilməyib. Həmin qanuna görə cavabdeh dövlət orqanı kimi informasiya sahibidir. 10-cu maddəsində də göstərilir ki, informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə X4k hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur və informasiya sorğusunu ən qısa zamanda, sorğuçu üçün ən qısa müddətdə təqdim etməyə borcludur. 24-cü maddə isə göstərilir ki, informasiya sahibi informasiya sorğusuna cavabı ən qısa müddətdə, ən gec isə 7 iş günü müddətində cavablandırmalıdır. Lakin cavabdeh heç bir cavab verməyib, istənilən məlumatları təqdim etməyib. Həmin qanunun 29-cu maddəsində göstərilir ki, informasiya sahibi (cavabdeh) cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş aşağıdakı informasiyaları açıqlamalıdır. Bu açıqlanması lazım olan informasiyalardan biri də iddiaçının cavabdehdən istədiyi “hazırlanıb Milli Məclisə göndərilən qanun layihələrinin sayı” haqqında məlumat da daxildir. İddiaçının istədiyi məlumatlar qanunla açıqlanması izn verilən və qadağan olunmayan məlumatlardır. Bununla yanaşı Azərbaycan Respublikasının tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin qoyduğu öhdəliklərdən biri də məlumata çatımlılıqdır. Yuxarıda göstərilən məlumatları verməyərək və ümumiyyətlə verməməsini əsaslandıra biləcək heç bir cavab verməyən cavabdeh dövlətin Konvensiya qarşısında həm pozitiv, həm də prosessual öhdəliklərini pozur. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, İddiaçı informasiya sorğusunda göstərilən məlumatların verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, iddiaçının cavabdeh qismində göstərdiyi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda inzibati orqan kimi göstərilməmişdir. Belə olan halda ilk növbədə tələbin yönəldiyi cavabdeh inzibati orqan kimi nəzərdə tutulmadığından ona münasibətdə iddia inzibati məhkəmə icraatında mümkün deyildir. Digər tərəfdən məhkəmə iddianın predmet baxımından mümkünlüyünə də hüquqi qiymət verməyi zəruri hesab etmişdir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 41-ci maddəsinə görə normativ hüquqi aktların layihələrinin hazırlanması planlı əsasda həyata keçirilir. Normativ hüquqi aktların layihələrinin hazırlanmasının planlaşdırılmasına normayaratma orqanları tərəfindən aşağıdakıların təsdiq edilməsi daxildir: 41.2.1. normativ hüquqi aktların layihələrinin hazırlanması haqqında müddəaları əks etdirən dövlət proqramları; 41.2.2. qanun layihələrinin hazırlanmasının illik planları və normativ hüquqi aktların layihələrinin hazırlanmasının digər planları. Həmin Qanunun 42.1-ci maddəsinə görə müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan Respublikasının Prezidenti qanun layihələrinin hazırlanmasının qarşılıqlı razılaşdırılmış illik planını tərtib edir. Qanun layihələrinin hazırlanmasının illik planında əhəmiyyətli və mürəkkəb qanun layihələrinin konsepsiyalarının hazırlanması nəzərdə tutula bilər. Həmin Qanunun 42.2-ci maddəsinə görə normayaratma orqanları dövlət proqramları və ya qanun layihələrinin hazırlanmasının illik planı əsasında normativ hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı öz planlarını tərtib və təsdiq edə bilərlər. Həmin Qanunun 44.1-ci maddəsinə görə dövlət proqramları və normativ hüquqi aktların layihələrinin hazırlanması planları onları təsdiq etmiş normayaratma orqanlarının aktları üçün nəzərdə tutulmuş qaydada təsdiq və dərc edilir. “X4k haqqında” Qanunun 3.0.6-cı maddəsinə görə informasiya sorğusu - X4k üçün yazılı və ya şifahi müraciətdir; 3.0.8-ci maddəsinə əsasən informasiyanın açıqlanması - informasiyanın sorğu verilmədən kütləvi informasiya vasitələrində, rəsmi nəşrlərdə, sorğu və ya məlumat kitabçalarında yayılması, internet informasiya ehtiyatlarında yerləşdirilməsi, brifinqlərdə, mətbuat relizlərində və ya konfranslarında elan edilməsi, rəsmi və ya kütləvi tədbirlərdə bildirilməsidir. Məhkəmə qeyd edilən normaların tələblərindən çıxış edərək hesab etmişdir ki, iddiaçının tələb etdiyi informasiya açıq informasiya olmaqla, informasiya sorğusunun bilavasitə predmeti hesab olunmadığından həmin məsələ ilə bağlı mübahisənin də inzibati məhkəmə icraatında müdafiəsi mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Hazırki işdə isə cavabdeh olan Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Azərbaycan Respublikasının Prezidenti inzibati orqan kimi nəzərdə tutulmamışdır. İddiaçının apelyasiya şikayətindəki “aidiyyəti üzrə müraciət etmək hüququnun iddiaçıya izah olunmaması” barədə dəlilinə münasibətdə qeyd olunmalıdır ki, neçə qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunması barədə sorğuya cavabı Milli Məclisin rəsmi elektron səhifəsinin Qanun layihələri bölümündən əldə etmək mümkündür. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5328/2021 saylı 23 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar