Məhkəmə qərarları › İş №2-1(103)-1833/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1833/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1833/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı (xx.xx.1987-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı çıxarışın və plan ölçünün verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(82)-4272/2019 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 1012/927 saylı bağ sahəsi ünvanında yerləşən 0.17 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum atası Xaspoladov Xaspolad Böyük-Ağa oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4272/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə (hakim Z.Tağıyev) iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 1012/927 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı mərhum babası Böyük-Ağa Xazbulat oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. xx.xx.2019-cu il tarixdə məhkəmə tərəfindən müvafiq qərar tərəflərə göndərilmişdir. Daha sonra iddiaçının etibarnamə (AR–İ № ******* seriya və nömrəli, xx.xx.2019-cu il tarixli etibarnamə, Bakı şəhəri 1 saylı Notariat ofisi) üzrə nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 4272/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarının icraya yönəldilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli məktubla (hakim F.Mədətli) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4272/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı icra edilməsi üçün cavabdehə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 4272/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarının təsviri, əsaslandırıcı və nəticə hissələrindəki yanlışlıq düzəldilərək, “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 1012/927 saylı bağ sahəsinin faktiki koordinatlar daxilində üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı mərhum babası Böyük-Ağa Xazbulat oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” kimi oxunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-4272/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə (hakim F.Mədətli) ərizə təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-4272/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarının əsaslandırıcı və nəticə hissələrindəki yanlışlıq düzəldilərək, “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 1012/927 saylı bağ sahəsinin faktiki koordinatlar daxilində üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı mərhum babası Böyük-Ağa Xazbulat oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” kimi oxunması kimi göstərilməsi qərara alınmışdır. Qərardad Azərbaycan Respublikası İPM-nin 76-cı və 80-ci maddələrinə əsaslanaraq qəbul edilmişdir, qərardadda ondan şikayət verilməsi hüququ göstərilməmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-4272/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini və İddiaçı tərəfindən verilmiş “yanlışlığın aradan qaldırılması barədə” ərizəsinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Eyni tarixdə cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında və məhkəmə qərarının icrasının dayandırılması barədə ərizələr təqdim edərək, İdarə tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)- 4272/2019 nömrəli qərarının ləğv edilməsi, Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin, Bakı Su Kəmərləri İdarəsinin müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi, ekspertiza təyin edilməsi və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini, eyni zamanda, müvafiq məhkəmə qərarının icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbində bağ sahəsinin faktiki koordinatlar daxilində qeydiyyata alınması qeyd olunmamışdır. Lakin məhkəmə iddia tələbindən kənara çıxaraq iddia tələbində qeyd olunmayan bağ sahəsinin faktiki koordinatlar daxilində qeydiyyata alınmasını qanunsuz olaraq məhkəmə qərarındakı “yanlışlıq” kimi qiymətləndirmişdir. Bundan əlavə iddiaçının göstərdiyi sahənin iddiaçıya heç bir aidiyyəti yoxdur, faktiki ölçüsü isə 2042,3 kv.m-dir və həmin ərazi İdarənin elektron baza məlumatlarına əsasən Bakı Su Kəmərləri İdarəsinə ayrılmış ərazilərə aiddir. İddiaçıya məxsus olan bağ sahəsi arxiv cizgisinə və sxematik xəritəyə əsasən isə faktiki göstərdiyi ərazidən 2700 metr cənub hissədə yerləşir. Qeyd edilənlərdən göründüyü kimi, qərardadla iddia tələbindən kənara çıxdığından sözügedən qərardadın yanlışlığın aradan qaldırılması barədə qərardad hesab oluna bilməz.Əlavə olaraq, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı tərəfindən verilmiş “qərardakı yanlışlığın aradan qaldırılması barədə” ərizəyə baxarkən bu barədə İdarəyə məhkəmə tərəfindən hər hansı məlumat verilməmiş və İdarənin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və inzibati iş iddiaçının ərizəsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən Məhkəmə məhkəmə qərarının mətnində olan aşkar yazı və hesab səhvlərini və ya digər aşkar yanlışlıqları düzəltməyə borcludur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən Məhkəmə qərarının mətninə düzəlişlər barədə məhkəmə qərardad qəbul edir. Qərardad şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddia tələbi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 1012/927 saylı bağ sahəsi ünvanında yerləşən 0.17 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum atası Xaspoladov Xaspolad Böyük-Ağa oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi olsa da, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 1012/927 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı mərhum babası Böyük-Ağa Xazbulat oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsini cavabdehə həvalə etmişdir”. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya icraatının predmeti birinci instansiya məhkəməsinin qərarının qanuniliyinin yoxlanılması olmasa da, birinci instansiya məhkəməsinin qərarında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 1012/927 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum babası Böyük-Ağa Xazbulat oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini” xahiş etdiyi göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qərarında göstərilsə də, iş materiallarında iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə, ərizə barədə məhkəmə iclas protokollarında qeyd və ya birinci instansiya məhkəməsinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsi barədə qərardadı iş materiallarında mövcud deyildir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddiaçının ərizəsinin təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir: İş materiallarından göründüyü kimi, iddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 1012/927 saylı bağ sahəsi ünvanında yerləşən 0.17 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum atası Xaspoladov Xaspolad Böyük-Ağa oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı “qərardakı yanlışlıqlara düzəliş edilməsi barədə” ərizəsində qeyd etdiyi “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 1012/927 saylı bağ sahəsinin faktiki koordinatlar daxilində üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı mərhum babası Böyük-Ağa Xazbulat oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” iddia tələbi ilə bağlı hazırkı iş üzrə cavabdeh orqana qarşı iddia qaldırmamış və ya qeyd edilən tələbə dair dəqiqləşdirmə verməmişdir. Azərbaycan Respublikası İPM-nin 76.1-ci maddəsində göstərildiyi kimi, “Məhkəmə məhkəmə qərarının mətnində olan aşkar yazı və hesab səhvlərini və ya digər aşkar yanlışlıqları düzəltməyə borcludur” Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 1012/927 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının mərhum babası Böyük-Ağa Xazbulat oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi üzrə işə mahiyyəti üzrə baxmış, hazırkı iş üzrə iş materialları ilə müəyyən edilməyən iddia tələbini təmin edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi ünvanında yerləşən 0.25 ha torpaq sahəsi olan 1012/927 saylı bağ sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının İddiaçı mərhum babası Böyük-Ağa Xazbulat oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsini cavabdehə həvalə etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının iddia tələbi ilə məhkəmənin təmin etdiyi iddia tələbi arasında fərqlilik olmuş və daha sonradan iddiaçı iş materialları ilə müəyyən edilməyən, lakin birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş iddia tələbi ilə bağlı “yanlışlığın aradan qaldırılması barədə” ərizə təqdim etmişdir. Azərbaycan Respublikası İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərarının mətnində yol verilmiş yanlışlıq texniki səhv olmaqla, onun aradan qaldırılması qərarın mahiyyətini dəyişməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının “qərardakı yanlışlıqlara düzəliş edilməsi barədə” ərizəsinə yenidən baxılarkən, yuxarıda qeyd edilən hallar nəzərə alınmalıdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsinin müvafiq qərardadının nəticə hissəsində qərardaddan şikayət verilməsi qeyd edilməsə də, Azərbaycan Respublikası İPM 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası həmçinin iş materiallarında olan cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəyə və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətə münasibətdə qeyd edir ki, ərizəyə və vəsatətə münasibət bildirilməsi birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir. Belə olan halda, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2- 1(82)-4272/2019 nömrəli qərardadı ləğv edilməli, inzibati iş iddiaçının “qərardakı yanlışlıqlara düzəliş edilməsi barədə” ərizəsinə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82, 87 və 94cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(82)-4272/2019 nömrəli qərardadı ləğv edilsin. İddiaçı “qərardakı yanlışlıqlara düzəliş edilməsi barədə” ərizəsinə yenidən baxılması üçün inzibati iş Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar