Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1834/2022 26.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cavid Vaqif oğlu Hüseyn və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışdakı yanlışlıqların düzəldilməsi və yanlışlığa səbəb olmuş halların aradan qaldırılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 641/2022 saylı, 13 yanvar 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Bibi Heybət qəsəbəsi, Məktəbli küçəsində istifadədə olan 0,05 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 9 otaqlı, yaşayış sahəsi 134 kv.m, 62,4 kv.m köməkçi sahəsi olan 13 saylı ev barədəki MH seriyalı, ******* saylı, **********4610301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Çıxarışdakı və MH seriyalı, ******* saylı, **********46- 10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Çıxarışdakı yanlışlıqların düzədilməsi və yanlışlığa səbəb olmuş halların aradan qaldırılmasının təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Bibi Heybət qəsəbəsi, Məktəbli küçəsində istifadədə olan 0,05 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 9 otaqlı, yaşayış sahəsi 134 kv.m, 62,4 kv.m köməkçi sahəsi olan 13 saylı ev barədə onun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 24 avqust 2006cı il tarixdə 2 ədəd müxtəlif məzmunlu Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. MH seriyalı, ******* saylı, **********46- 10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Çıxarışda həmin fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 1904 nömrəli vərəqində qeydiyyata alınması qeyd edilmişdir. MH seriyalı, ******* saylı, **********46-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Çıxarışda həmin fərdi yaşayış evinin 3 otağının (y/s-40,4 kv.m, üm/s59,5 kv.m) tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 1904 nömrəli vərəqində qeydiyyata alınması qeyd edilmişdir. Hər iki çıxarış Bakı şəhər Ərazi İdarəsinin rəisi Q.Cəfərov və qeydiyyat icraçısı N.Zeynalov tərəfindən imzalanmışdır. Həmin çıxarışlardakı ziddiyyətlər yaşayış evi üzərində onun mülkiyyət hüququnu həyata keçirməyə mane yaradır. Ona görə də həmin yanlışlıqların düzədilməsi və yanlışlığa səbəb olmuş halların aradan qaldırılmasının təmin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Onun müraciətinə cavabdeh tərəfindən verilmiş 15 yanvar 2021-ci il tarixli **********58 saylı cavabla müraciəti təmin olunmamışdır. Cavab onunla əsaslandırılmışdır ki, həmin ünvanda yerləşən fərdi yaşayış evinə idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına bütün payçılar tərəfindən şərait yaradılmadığından onun ərizəsinin icrası mümkün olmamışdır. Cavabdeh tərəfindən verilmiş 15 yanvar 2021-ci il tarixli **********58 saylı cavab qanunsuz və əsassızdır. O, şəxsi mülkiyyətində olan yaşayış evinə dair cavabdeh tərəfindən tərtib edilmiş iki müxtəlif məzmunlu daşınmaz əmlakın dövlət reyestrindəki çıxarışlardakı yanlışlıqların düzəldilməsini tələb edir, həmin çıxarışlardakı yanlışlıqların düzədilməsi vəzifəsi qanunvericiliklə cavabdehin üzərinə qoyulmuşdur, onun müraciətinin təmin olunmasından imtina olunması səbəbi "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmamışdır. Ona görə də cavabdehin cavabı əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi hüquqmüəyyənedici sənədlərə əsasən (3 otaq, yaşayış sahəsi 40,4 kv.m, ümumi sahəsi 59,5 kv.m) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Bununla bağlı İdarə tərəfindən İddiaçı **********34 qeydiyyat nömrəli 10 fevral 2021-ci il tarixli məktub ünvanlanmışdır. Belə ki, Səbail Rayon Məhkəməsinin 2-756/2005 nömrəli 04 may 2005-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, ünvan 3 ünvanda yerləşən evin sahəsi 16,6 kv.metr, 11,2 kv.metr və 12,6 kv.metr sahəsi olan yaşayış otaqları və sahəsi 12,5 və 6,6 kv.metr yardımçı otaqlardan ibarət hissəsinə Təhməz Səfəralı oğlunun adına ilkin hüquqi qeydiyyata alınması barədə sərəncam və qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsinin Səbail rayon İcra Hakimiyyəti və Bakı şəhər Tİ və MHQİ-nə həvalə olunması qət edilmişdir. Səbail Rayon Məhkəməsinin 2-756/2005 nömrəli 04 may 2005-ci il tarixli qətnaməsi, habelə Səbail rayon İcra Hakimiyyəti başçısının 573 nömrəli 07 oktyabr 2005-ci il tarixli sərəncamına əsasən (sərəncamda da Təhməz Səfəralı oğlunun adına sahəsi 16,6 kv.metr, 11,2 kv.metr və 12,6 kv.metr sahəsi olan yaşayış otaqları və sahəsi 12,5 və 6,6 kv.metr yardımçı otaqlarının sənədləşdirilməsi qeyd edilmişdir) müvafiq fərdi yaşayış evinə dair X1 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X1 adına tərtib olunmuş 14.12.2005-ci il tarixli qeydiyyat vəsiqəsində sözügedən fərdi yaşayış evinin ona məxsus olan sahələrin ölçüsü (yaşayış sahəsi 40,4 kv.m, ümumi sahəsi 59,5 kv.m) göstərilmişdir. Bundan sonra 15.07.2006-cı il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən İddiaçı adına MH seriyalı ******* qeydiyyat nömrəli 24.08.2006-cı il tarixli çıxarışda fərdi yaşayış evinin ona məxsus hissəsi 3 otaqlı yaşayış sahəsi 40,4 kv.m, ümumi sahəsi 59,5 kv.m olaraq qeyd edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2-1(112)-641/2022 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh ərizənin təmin edilməməsindən “həmin ünvanda yerləşən fərdi yaşayış evinə idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına bütün payçılar tərəfindən şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır” səbəbi ilə imtina etmişdir. İşə baxan hakim tərəfindən həmin hal araşdırılmamış və müvafiq işlərin aparılması üçün qanuni tədbirlər görülməmişdir. O, şəxsi mülkiyyətdə olan yaşayış evinə dair cavabdeh tərəfindən tərtib edilmiş iki müxtəlif məzmunlu daşınmaz əmlakın dövlət reyestrindəki çıxarışlardakı yanlışlıqların düzəldilməsini tələb etmiş, həmin çıxarışlardakı yanlışlıqların düzədilməsi vəzifəsi qanunvericiliklə cavabdehin üzərinə qoyulmuşdur, müraciətimin təmin olunmasından imtina olunması səbəbi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmamışdır. Ona görə də cavabdehin cavabı əsassızdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, Səbail Rayon Məhkəməsinin 2- 756/2005 nömrəli 04 may 2005-ci il tarixli qətnaməsinə əsasən İddiaçı iddiası təmin edilmiş, ünvan 3 ünvanda yerləşən evin sahəsi 16,6 kv.metr, 11,2 kv.metr və 12,6 kv.metr sahəsi olan yaşayış otaqları və sahəsi 12,5 və 6,6 kv.metr yardımçı otaqlardan ibarət (ümumi sahə 59.5 kv.m, yaşayış sahəsi 40.4 kv.m) hissəsinə Təhməz Səfəralı oğlunun adına ilkin hüquqi qeydiyyata alınması barədə sərəncam və qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsinin Səbail rayon İcra Hakimiyyəti və Bakı şəhər Tİ və MHQİ-nə həvalə olunması qət edilmişdir. Həmçinin, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 07.10.2005ci il tarixli 573 nömrəli sərəncamına əsasən Bibiheybət qəsəbəsi, Məktəb küçəsi, 13 saylı ünvanda yerləşən sahəsi 16,6 kv.m, 11,2 kv.m və 12,6 kv.m olan yaşayış otaqları, sahəsi 12,5 kv.m və 6,6 kv.m yardımçı sahənin mərhum Təhməz Səfəralı oğlunun adına sənədləşdirilməsi qərara alınmış və Səbail RİH başçısının Bibi-Heybət qəsəbə nümayəndəliyinin 29.11.2005-ci il tarixli arayışından görünür ki, Bibi-Heybət qəsəbəsi, Məktəb küçəsi, 13 nömrəli ev 1 mərtəbə, 3 otaqdan ibarətdir, yaşayış sahəsi 40.4 kv.m, köməkçi sahəsi 19.1 kv.m, ümumi sahə 59.5 kv.m-dir. Bundan başqa, Azərbaycan Respublikası Bakı ŞİH Tİ və MHQİ tərəfindən verilmiş FM seriyalı 040428 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 3 fərdi yaşayış evi (3 otaq, yaşayış sahəsi 40.4 kv.m, ümumi sahəsi 59.5 kv.m) Təhməz Səfəralı oğlunun adına 14.12.2005-ci il tarixdə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir, 15.07.2006-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən isə X2 vərəsəsi oğlu İddiaçıdur və Şəhadətnamə verilən miras əmlak - irs qoyana məxsus olan yaşayış sahəsi 40.4 kv.m, ümumi sahəsi 59.5 kv.m olan Bakı şəhəri, Bibi-Heybət qəsəbəsi, Məktəbli küçəsi, ev 13-də 3 otaqlı evdir. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Bibi Heybət qəsəbəsi, Məktəbli küçəsində istifadədə olan 0,05 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 9 otaqlı, yaşayış sahəsi 134 kv.m, 62,4 kv.m köməkçi sahəsi olan 13 saylı ev barədəki MH seriyalı, ******* saylı, **********4610301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Çıxarışdakı və MH seriyalı, ******* saylı, **********46-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Çıxarışdakı yanlışlıqların düzədilməsini və yanlışlığa səbəb olmuş halların aradan qaldırılmasının təmin edilməsini tələb etmiş, iş üzrə araşdırma zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 21.10.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 5 ünvanına dair arxiv qovluğunda MH ******* seriyalı çıxarış ilə bağlı məlumat (sənəd) aşkar edilməmişdir və həmin ünvanda yerləşən fərdi yaşayış evinin 3 otağı (yaşayış sahəsi 40,4 kv.m, ümumi sahəsi 59,5 kv.m) İddiaçı adına qeydiyyata alınmış və MH ******* seriyalı dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası ilk öncə aşağıdakı sübutları nəzərdən keçirir: İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Məktəbli küçəsində istifadədə olan 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 9 otaqlı, 134 kv.m yaşayış, - kv.m qeyri- yaşayış, 62.4 kv.m köməkçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 1904 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi **********46-10301, qeydiyyat nömrəsi 110630106, qeydiyyat tarixi 24.08.2006-cı il). Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Məktəbli küçəsində istifadədə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 9 otaqlı, 134 kv.m yaşayış, kv.m qeyri-yaşayış, 62.4 kv.m köməkçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı - 3 otaq (y/s-40.4 kv.m, üm/s-59.5 kv.m) adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 1904 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi **********46-10301, qeydiyyat nömrəsi 110630106, qeydiyyat tarixi 24.08.2006-cı il). - Səbail Rayon Məhkəməsinin 2-756/2005 nömrəli 04 may 2005-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı iddiası təmin edilmiş, ünvan 3 ünvanda yerləşən evin sahəsi 16,6 kv.metr, 11,2 kv.metr və 12,6 kv.metr sahəsi olan yaşayış otaqları və sahəsi 12,5 və 6,6 kv.metr yardımçı otaqlardan ibarət hissəsinə Təhməz Səfəralı oğlunun adına ilkin hüquqi qeydiyyata alınması barədə sərəncam və qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsinin Səbail rayon İcra Hakimiyyəti və Bakı şəhər Tİ və MHQİnə həvalə olunması qət edilmişdir. - Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 07.10.2005-ci il tarixli 573 nömrəli sərəncamının surətindən görünür ki, Bibiheybət qəsəbəsi, Məktəb küçəsi, 13 saylı ünvanda yerləşən sahəsi 16,6 kv.m, 11,2 kv.m və 12,6 kv.m olan yaşayış otaqları, sahəsi 12,5 kv.m və 6,6 kv.m yardımçı sahənin mərhum Təhməz Səfəralı oğlunun adına sənədləşdirilməsi, mövcud sərəncam əsasında mərhum Təhməz Səfəralı oğlunun adına şəxsi qeydiyyat vəsiqəsi və texniki pasportun verilməsinin Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən xahiş edilməsi qərara alınmışdır. - Səbail RİH başçısının Bibi-Heybət qəsəbə nümayəndəliyinin 29.11.2005-ci il tarixli arayışından görünür ki, Bibi-Heybət qəsəbəsi, Məktəb küçəsi, 13 nömrəli ev 1 mərtəbə, 3 otaqdan ibarətdir, yaşayış sahəsi 40.4 kv.m, köməkçi sahəsi 19.1 kv.m, ümumi sahə 59.5 kv.m-dir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən 22.10.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş vərəsəlik işində (15.07.2006-cı il tarixli, 2V/1-69 reyestr nömrəli) olan 15.07.2006cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 vərəsəsi oğlu İddiaçıdur. Şəhadətnamə verilən miras əmlak - irs qoyana məxsus olan yaşayış sahəsi 40.4 kv.m, ümumi sahəsi 59.5 kv.m olan Bakı şəhəri, Bibi-Heybət qəsəbəsi, Məktəbli küçəsi, ev 13-də 3 otaqlı evdir. Həmin notariat işində olan Azərbaycan Respublikası Bakı ŞİH Tİ və MHQİ tərəfindən verilmiş FM seriyalı 040428 nömrəli Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 fərdi yaşayış evi (3 otaq, yaşayış sahəsi 40.4 kv.m, ümumi sahəsi 59.5 kv.m) Təhməz Səfəralı oğlunun adına 14.12.2005-ci il tarixdə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Məhkəmə Kollegiyası aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə:8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini ümumilikdə qiymətləndirərək əsassız hesab edir. Belə ki, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə araşdırması zamanı bir daha müəyyən olundu ki, iddiaçı İdarənin arxivində aşkar edilməyən MH seriyalı, ******* saylı, **********4610301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Bibi Heybət qəsəbəsi, Məktəbli küçəsində istifadədə olan 0,05 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, 9 otaqlı, yaşayış sahəsi 134 kv.m, 62,4 kv.m köməkçi sahəsi olan 13 saylı evin onun tam mülkiyyətində olduğunu qeyd edərək, İdarənin arxivində mövcud olan MH seriyalı, ******* saylı, **********46-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Çıxarışdakı yalnışlığın düzəldilməsini tələb etsə də, iş materialları ilə öz təsdiqini tapır ki, iddiaçıya 3 otaq, yaşayış sahəsi 40.4 kv.m, ümumi sahəsi 59.5 kv.m fərdi yaşayış evi miras qalmış, həmin əmlak da qeydiyyatdan keçərək onun mülkiyyət hüquqları rəsmiləşdirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-641/2022 saylı, 13 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cavid Hüseyn Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1834/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1834/2022
26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver