Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1834/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2-1(112)-316/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru Cəmil Tağıyevin hərəkətlərinin qanunsuz hesab edilərək onun icraatında olan 23 fevral 2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarının ləğv edilməsinə, cavabdehin təqdimatı əsasında məhkəmə tərəfindən müəssisənin əmlakları üzərinə qoyulmuş həbslərin aradan qaldırılmasına dair vəzifənin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7833/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 oktyabr tarixli, 2- 1(103)-2733/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 7 sentyabr tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 221/2021 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 oktyabr tarixli, 2- 1(103)-2733/2021 nömrəli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, şikayətin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1415/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7833/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ləğv olunmuş, iddiaçı "xxxx" MMC-nin cavabdeh Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə qarşı 23 fevral 2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın ləğvi, icra tədbirlərinin aradan qaldırılması tələbinə dair inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir Bakı İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2-1(112)-316/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibatiMəhkəməsinin gəldiyi nəticədən açıq-aşkar görünür ki,hakim qərəzli qərar qəbul etmişdir. Aşağıda qeyd edilən əsas və səbəblərə görə hesab edirlər ki, İnzibati Məhkəmənin qənaətiəsaslı hesab edilə bilməz və bu səbəbdən də Bakıİnzibati Məhkəməsinin 2-1(112)-316/2023 saylı,16 fevral 2023-cü il tarixli qərardadı ləğv edilərək iddia tələbi mümkün hesab edilməklə işə mahiyyəti üzrə baxılmalıdır.Hesabedirlər ki, iddia mümkün iddiadır.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir.İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır.İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Bundan başqa qeyd edək ki,iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.Mümkünlükşərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.İşin araşdırılması prinsipi bu hallara da şamil olunur.İPM-in 12.1-ci maddəsinə görə məhkəmə prosesiştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlarazəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.Beləliklə,birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymışdır. Məhkəmə yardım etmək vəzifəsini hər birkonkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.Lakin məhkəmə iddiaçı ilə bu barədə heç bir yazışma və ya danışmaaparmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-221/2021 saylı, xx.xx.2022-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə hazırkı halda, icra sənədi vergi orqanının (inzibati orqanın) inzibati icraat qaydasında qəbul etdiyi “vergi ödəyicisinə vergi borcunun hesablanması və maliyyə sanksiyasının tətbiq edilməsi barədə” qərarının (inzibati aktının) icrasının təmin olunması üçün verilmişdir. Buna görə də, həmin icra sənədi üzrə icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətə baxmaq səlahiyyəti inzibati məhkəməyə aid olduğundan, həmin mübahisəyə İPM ilə müəyyən edilmiş qaydada baxılmalıdır. İş materiallarından görünür ki, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********7605500 nömrəli, 2020-ci 15 sentyabr tarixli icra sənədinə əsasən borclu İddiaçı MMC tərəfindən 26.173,24 əsas, 7.245.51 manat faiz, 120.00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 33538.24 manat vergi borcu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi cavabdeh şöbənin icraatına 2021-ci il 23 fevral tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün müvafiq orqana göndərilmişdir Hazırkı mübahisənin predmetini birinci tələb üzrə - Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş **********605500 saylı, xx.xx.2020- ci il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən qəbul edilmiş, xx.xx.2021-ci il tarixli, “İcraata başlamaq haqqında” qərar təşkil edir. İddiaçı hazırki tələbində icra məmuru tərəfindən qəbul edilmiş sözügedən qərarın qanunsuz sayılmasını və həmin icra sənədi üzrə aparılmış hərəkətlərin aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.1-ci maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının gümanvə ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 10 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər.. “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.” Məhkəmə qeyd edir ki, “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən(hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. “İcra haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Ərizəçi isə məhkəmə aidiyyəti baxımından Bakı İnzibati Məhkəməsinə düzgün müraciət etsə də, icra icraatı qaydasında şikayətlə müraciət etməmiş, ayrıca inzibati qaydada iddia vermişdir. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün iddia mümkün sayılmamalıdır. İddiaçının ikinci tələbi - cavabdehin təqdimatı əsasında məhkəmə tərəfindən müəssisənin əmlakları üzərinə qoyulmuş həbslərin aradan qaldırılmasına dair vəzifənin cavabdehin üzərinə qoyulması ilə baglı məhkəmə hesab edir ki, həmin hissədə də iddia mümkün sayılmamalıdır. Belə ki, iş materallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 8(005)- 223/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadından göründüyü kimi cavabdehin təqdimatı təmin edilərək iddiaçının adına olan daşınmaz əmlak üzərinə həbs qoyulmuşdur. İddiaçı həmin qərardadı Bakı şəhəri Nərimanov rayon məhkəməsində mübahisələndirmək əvəzinə inzibati məhkəməyə ayrıca iddia vermişdir. Belə iddia (şikayət) inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-in 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün iddia mümkün sayılmamalıdır. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin dəlillərinə əsasən iddiaçı hesab edir ki, iddia mümkün iddiadır.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Şikayətin göstərilən dəlilinə münasibətdə məhkəmə Kollegiyası bir daha vurğulayır ki, hazırkı halda, icra sənədi vergi orqanının (inzibati orqanın) inzibati icraat qaydasında qəbul etdiyi “vergi ödəyicisinə vergi borcunun hesablanması və maliyyə sanksiyasının tətbiq edilməsi barədə” qərarının (inzibati aktının) icrasının təmin olunması üçün verilmişdir. Buna görə də, həmin icra sənədi üzrə icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətə baxmaq səlahiyyəti inzibati məhkəməyə aid olduğundan, həmin mübahisəyə İPM ilə müəyyən edilmiş qaydada baxılmalıdır. Lakin Bakı İnzibati Məhkəməsinə iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında şikayətlə müraciət etməklə baxılmalıdır. Apellyasiya şikayətinin digər dəlilinə- İPM-in13 və 48-ci maddəsində təsbit edilmiş məhkəmənin yardım vəzifəsinə riayət etmədən iddia mümkünsüz sayılmışdır dəlilinə münasibətdə məhkəmə Kollegiyası vurğulayır ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən proseduru (ərizə ilə şikayət formasında müraciət etmək) nəzərdə tutan məktubu iddiaçıya göndərmişdir.(i/v-208). Ən əsası məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı hazırkı tələbləri iddia icraatı qaydasında verdiyindən Elektron İnformasiya sistemində iddia icraatına aid indekslə qeydə alınmışdır.(“Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq).Odur ki, iddiaçı sonradan hazırkı iş üzrə tələbini ərizə-şikayət formasında məhkəməyə ünvanlasa da “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”a görə hazırkı işin davamı olaraq Elektron İnformasiya sistemində qeydə alınması mümkün olmayacaq. Odur ki, iddiaçı yuxarıda qeyd edilənlərə əsasən icra icraatı çərçivəsində ərizə-şikayətlə inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2-1(112)- 316/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2-1(112)-316/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1834/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1834/2023
16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver