Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1834/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi və ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və X7 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi və ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4049/2024 saylı 12 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 avqust 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. İddiaçıya məxsus ******* nömrəli hərbi kitabçanın surətindən müəyyən olunur ki, o, xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək həqiqi hərbi xidmətdə olmuşdur (2 il 16 gün). ИТ-İ ******* nömrəli əmək kitabçasındakı qeydlərə əsasən iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Bakı Zinyət Zavodunda (“Soyuzyuveliprom”) Alət sexində ikinci dərəcəli işlərin təqsimçisi (5 ay 21 gün), xx.xx.1980-ci il tarixdən xx.xx.1980ci il tarixədək həmin zavodda 1 saylı sexində quraşdırıcı-zərgər (2 ay 5 gün), xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək həmin zavodun 1 saylı sexində şəbəkəçi-zərgər şagirdi və şəbəkəçi-zərgər işləmiş (2 il 9 ay 15 gün), xx.xx.1985-ci il tarixdə SSRİ Cihaz Naziri müavinin xx.xx.1985-ci il tarixli 315 saylı əmrinə əsasən Bakı Zinət Zavodunun adı “Yuvelirprom” Bakı İstehsalat Birliyinə dəyişdirilmişdir. xx.xx.1985-ci il tarixdən xx.xx.1987ci il tarixədək həmin zavodun 6 saylı sexində şəbəkəçi-zərgər işləmiş (2 il 5 ay 17 gün), xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.06.92-ci il tarixli 306 saylı Qərarına əsasən “Yuvelirprom” Bakı İB-nin adı dəyişdirilib “Yuvelirprom” Azərbaycan İB olmuşdur. xx.xx.1987-ci il tarixdən xx.xx.2012-ci il tarixədək həmin birliyin 1 saylı sexində quraşdırıcı zərgər işləmiş (24 il 7 ay 13 gün, xx.xx.2006-cı il tarixədək 18 il 1 ay 11 gün), xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə zərgər-qiymət qoyan vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Azərsuvenir (Azərbaycan Suvenirləri)” Məhdud Məsuliyyətli Cəmiyyətinin 01 aprel 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1987-ci ilədək şəbəkəçi-zərgər, xx.xx.1987-ci ildən-xx.xx.2012-ci ilədək 2-ci sənət kimi quraşdırıcı-zərgər peşələrində keçmiş Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyində işləmişdir. İşlədiyi müddətdə o, nümunə əsasında zərgərlik məmulatları və onların hissələrini bədii səviyyədə hazırlamışdır. İş əsnasında o, zərgərlik məmulatlarının üzərində qaynaq işləri aparıb. Məmulatı qaynaq edən zaman, azbest, bor turşusu, xlor turşusu istifadə edib. Qaynaq işini aparmaq üçün benzindən istifadə etmişdir və açıq alovla işləmişdir. İş əsnasında o, xüsusi eskizlərə baxaraq zərgərlik məmulatlarının üzərinə mina üçün pəncərə düzəldib, məmulatı daş bərkitmə dərəcəsinə qədər tam hazır vəziyyətə salıb. Sonuncu mərhələdə qiymətli metallardan toplanmış ovuntuları əridib, yeni növ zərgərlik məmulatlarını istehsal etmək üçün külçə hazırlayıb. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarına müvafiq olaraq, həmin qərarın 11.9 bölməsinin “Qaynar üsulla metalın üzlənməsi” –“Zərgər və bədii məlumatları qaralayanlar” – zərərli sahəyə uyğundur. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X2 xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 saxlanılan sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı Bakı Zərgərlik zavodunun (sonrakı Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyinin) 20 sentyabr 1979-cu il tarixli 201/k saylı əmrinə əsasən alət sexinə 2-ci dərəcəli iş bölücüsü qəbul edilmiş və 14 may 1980-ci ildə hərbi xidmətə getdiyi üçün işdən azad edilmişdir. 26 iyul 1982-ci il tarixli 167/k saylı əmrinə əsasən 1 №-li sexə zərgər-filiqrançı şagirdi qəbul edilmişdir, 3 mart 1983-cü il tarixli 46/k saylı əmrinə əsasən həmin sexdə 2-ci dəərəcəli zərgər-filiqrançı vəzifəsinə keçirilmişdir, 12 iyun 1984-cü il tarixli 130/k saylı əmrinə əsasən ona 3-cü dərəcə verilmiş, 11 may 1985-ci il tarixli 106/k saylı əmrinə əsasən 6№-li sexə zərgər-filiqrançı keçirilmiş, 16 oktyabr 1986-cı il tarixli 240/k saylı əmrinə əsasən həmin sexdə zərgər-quraşdırıcı keçirilmiş, 20 oktyabr 1987-ci il tarixli 208/k saylı əmrinə əsasən 1 №-li sexə zərgərquraşdırıcı şagirdi keçirilmiş, 23 mart 1988-ci il tarixli 60/k saylı əmrinə əsasən həmin sexdə 3-cü dərəcəli zərgər-quraşdırıcı keçirilmiş və 4 iyun 2012-ci il tarixli 54/k saylı əmrinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı 1991-ci ilin mart ayından 2010cu ilin dekabr ayına olan dövr üçün aşağıda göstərilən cədvəl üzrə əmək haqqı almışdır (rubl və manatla): 1982 1983 1984 1985 1986 1987 1988 1989 Yanvar — 14-00 235-00 191-00 192-00 95-00 455-00 510-00 Fevral — — 236-00 253-00 177-00 46-00 450-00 550-00 Mart — 26-00 324-00 320-00 193-00 58-00 377-00 147-00 Aprel — — 145-00 315-00 20-00 — 680-00 560-00 May ——— 108-00 250-00 320-00 163-00 140-00 350-00 496-00 İyun ——— — 213-00 136-00 268-00 163-00 62-00 318-00 440-00 İyul — 112-00 67-00 241-00 135-00 112-00 420-00 400-00 Avqust 44-00 30-00 217-00 355-00 202-00 83-00 320-00 503-00 Sentyabr — 245-00 153-00 258-00 35-00 87-00 314-00 325-00 Oktyabr 25-00 75-00 39-00 328-00 159-00 98-00 235-00 425-00 Noyabr 58-00 351-00 — 247-00 — 150-00 399-00 515-00 Dekabr 16-00 267-00 228-00 221-00 168-00 180-00 670-00 462-00 1990 1991 1992 1993 1994 1995 1996 Yanvar 119-00 — 544-00 5993-00 66-00 66-00 66-00 Fevral 860-00 — 267-00 17186- 66-00 66-00 66-00 Mart 839-00 00 975-00 12868-00 16757- 7247-00 66-00 66-00 Aprel 480-00 — — 00 4035-00 66-00 66-00 66-00 May 731-00 692-00 2677-00 — 4187-00 66-00 66-00 İyun 200-00 465-00 2131-00 — 46900- 66-00 66-00 İyul 550-00 480-00 2836-00 51837- 00 66-00 66-00 66-00 Avqust 295-00 557-00 — 00 — 66-00 66-00 66-00 Sentyabr 266-00 340-00 14436-00 31552- 66-00 66-00 66-00 Oktyabr 385-00 1865-00 5224-00 00 — 66-00 66-00 66-00 Noyabr 126-00 346-00 8035-00 24157- 66-00 66-00 66-00 Dekabr 568-00 3533-00 10977-00 00 — 66-00 66-00 66-00 1997 2000 2001 2002 2003 Yanvar 66-00 — — — 45000-00 Fevral 66-00 — — — — Mart 66-00 — — — 805000-00 Aprel 66-00 — 400000- — 460000-00 May 345000-00 — 00— 400000-00 — İyun 66-00 — — — 205000-00 İyul 66-00 — — — 364000-00 Avqust 66-00 — — 450000-00 — Sentyabr 66-00 — — — — Oktyabr 66-00 — — — — Noyabr 66-00 — — — — Dekabr 66-00 400000-00 — — 375000-00 2004 2005 2006 2007 2008 2010 Yanvar 488000-00 140000-00 — 72-00 — — Fevral 350000-00 320000-00 26-00 — — — Mart 267000-00 262000-00 61-00 — — — Aprel 82000-00 200000-00 80-00 — — — May — 364000-00 — — — — İyun — — 48-00 43-00 — — İyul — — 60-00 27-00 70-00 — Avqust — 209000-00 64-00 14-00 — — Sentyabr 213000-00 — 72-00 — — — Oktyabr 256000-00 200000-00 36-00 — — — Noyabr 542000-00 — 82-00 — — 24-00 Dekabr — 364000-00 36-00 --- 34-00 — F.Ə. Abasovun 1998-1999, 2009, 2011-2012-ci illərdə əmək haqqı alması barədə məlumat yoxdur. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzinin xx.xx.2023-cücü il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubu ilə iddiaçıya bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun ümumi iş stajı 25 ildən az (21 il 10 ay 10 gün) (xx.xx.1979xx.xx.1980, xx.xx.1980-xx.xx.1982, xx.xx.1982-xx.xx.1982, xx.xx.1982- xx.xx.1983, xx.xx.1983-xx.xx.1983, xx.xx.1984-xx.xx.1983, xx.xx.1986- xx.xx.1984, xx.xx.1987xx.xx.1986, xx.xx.1990-xx.xx.1987, xx.xx.1991-xx.xx.1991. xx.xx.1992-xx.xx.1991, xx.xx.1992-xx.xx.1992, 30.04 1993-xx.xx.1992, xx.xx.1993- xx.xx.1993, xx.xx.1993xx.xx.1993, xx.xx.1993-xx.xx.1993, xx.xx.1997-xx.xx.1994, xx.xx.2000-xx.xx.2000, xx.xx.2001 -xx.xx.2001, xx.xx.2002-xx.xx.2002, xx.xx.2002- xx.xx.2002, xx.xx.2003xx.xx.2003, xx.xx.2003-xx.xx.2003, xx.xx.2003-xx.xx.2003, xx.xx.2004-xx.xx.2004, 3011.2004-xx.xx.2004, xx.xx.2005-xx.xx.2005, xx.xx.2005- xx.xx.2005, xx.xx.2005xx.xx.2005, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər, 2006-cı ildən sonrakı dövr üçün 3 il 1 ay)) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19272,86 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bu imtina məktubundan narazı qalan iddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi və ona pensiya hüququnun yarandığı tarixdən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, bir neçə dəfə pensiya təyinatı orqanına müraciət etsə də, hər dəfə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilib. Sonuncu dəfə cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilib. Onun 02 mart 1983-cü ildən - 21 oktyabr 1987-ci ilədək və 22 oktyabr 1987-ci ildən - 03 iyun 2012-ci ilədək əmək stajı var. İşlədiyi işlərin güzəştli şərtlərə görə, yaşa görə əmək əmək pensiyasına çıxmaq hüququnun olması barədə ətraflı arayış var. Onun 61 yaşı 07 aprel 2023-cü ildə tamam olub. Qanuna əsasən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyənlərin yaş həddi 5 il azaldılmaqla yəni, 57 yaşından etibarən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli olsa da, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edib. Cavabdeh orqanın ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanunsuz və əsassızdır. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 1-2-27/2-420/2023 nömrəli arxiv arayışına əsasən işlədiyi dövrlər ərzində müəyyən aylar, müvafiq arayışın qeyd hissəsinə əsasən isə 1998-1999, 2009, 2011-2012-ci illərdə ümumiyyətlə əmək haqqı almadığı müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsində (11) Qaynar üsulla metalın üzlənməsi bəndində (11.9) zərgər və bədii məlumatları qaralayanlar peşəsi nəzərdə tutulmuşdur. Lakin İddiaçı xx.xx.1983xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyində şəbəkəçi zərgər, quraşdırıcı zərgər peşələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi peşələr yuxarıda qeyd olunan peşəyə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. İddiaçı iddia ərizəsində “Qanuna əsasən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyənlərin yaş həddi 5 il azaldılmaqla, yəni 57 yaşımdan etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli olsa da, cavabdeh təşkilat hər dəfə müxtəlif bəhanələrlə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edib” ifadəsini qeyd etmişdir. Buna münasibətdə bildirməyi zəruri hesab edirlər ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda (65-5=60 yaş), 2) azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 06 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. Lakin yuxarıda qeyd olunduğu kimi, qanunla tələb olunan ikinci və üçüncü şərtlər ödənilmir. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4049/2024 saylı 12 yanvar 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, əlavə olaraq bildirilmişdir ki, xx.xx.2024-cü il tarixli qərarında məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılmasının tələb olunması sübuta yetirilir və bu səbəbdən qərar ləğv edilməlidir və iddiaçının iddiasının təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda, 2) azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. Lakin qanunla tələb olunan ikinci və üçüncü şərtlər ödənilmir: İkinci şərtə münasibətdə qeyd etməyi zəruri hesab edirlər ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin xx.xx.2020-cl il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0,2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd olunmuşdur ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsiyə ödənilməsi Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 01-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta və 4.1.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən müəyyən olunur. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərə, o cümlədən X1 Sistemindən (bundan sonra - MEİS) əldə edilən məlumatlara əsasən iddiaçının ümumi iş stajı qanunvericiliklə tələb olunan 25 ildən az 21 il 16 gün (xx.xx.2006-cı il tarixədək 18 il 10 ay 16 gün (xx.xx.1979-xx.xx.1980, xx.xx.1980- xx.xx.1982, xx.xx.1982-xx.xx.1982, xx.xx.1982-xx.xx.1983, xx.xx.1983xx.xx.1983, xx.xx.1983-xx.xx.1984, xx.xx.1984-xx.xx.1986, xx.xx.1986-xx.xx.1987, xx.xx.1987- xx.xx.1990, xx.xx.1991-xx.xx.1991, xx.xx.1991-xx.xx.1992, xx.xx.1992xx.xx.1992, xx.xx.1992-xx.xx.1993, xx.xx.1993-xx.xx.1993, xx.xx.1993-xx.xx.1993, xx.xx.1993- xx.xx.1993, xx.xx.1994-xx.xx.1997, xx.xx.2000-xx.xx.2000, xx.xx.2001xx.xx.2001, xx.xx.2002-xx.xx.2002, xx.xx.2002-xx.xx.2002, xx.xx.2003-xx.xx.2003, xx.xx.2003- xx.xx.2003, xx.xx.2003-xx.xx.2003, xx.xx.2003-xx.xx.2003, xx.xx.2004xx.xx.2004, xx.xx.2004-xx.xx.2004, xx.xx.2005-xx.xx.2005, xx.xx.2005-xx.xx.2005, xx.xx.2005- xx.xx.2005, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006- xx.xx.2022-ci illər arasında 2006-cı il üzrə 10 ay, 2007-ci il üzrə 04 ay, 2008-ci il üzrə 06 ay, 2022-ci il üzrə 06 ay olmaqla, 02 il 02 ay)) təşkil edir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 1-2-27/2-420/2023 nömrəli arxiv arayışına əsasən işlədiyi dövrlər ərzində müəyyən aylar, müvafiq arayışın qeyd hissəsinə əsasən isə 1998- 1999, 2009, 2011-2012-ci illərdə ümumiyyətlə əmək haqqı almadığı müəyyən olunur. Həmçinin iddiaçının ИТ-İ ******* nömrəli əmək kitabçasında “Zərgərsənaye” İstehsalat Birliyində xx.xx.2012-ci il tarixədək işləməsi qeyd olunmasına baxmayaraq MEİS-dən əldə edilmiş məlumatlara əsasən 2006-cı il üzrə 10 ay, 2007-cİ i! üzrə 04 ay, 2008-ci il üzrə 06 ay üzrə sosial sığorta ödənişləri olmuş, digər İllər üzrə ödəniş müəyyən olunmamışdır. Üçüncü şərtə münasibətdə qeyd edilməsi zəruri hesab edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2022-ci il tarixli, 175 nömrəli qərarı ilə təsdiqlənmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci bəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti bu Qaydanın 4,1,1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının tərəfindən pensiya mübahisələrinə dair bəzi işlər təhlil edilərək inzibati məhkəmələrə ünvanlanmış 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zaman iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsində (11) Qaynar üsulla metalın üzlənməsi bəndində (11.9) zərgər və bədii məmulatları qaralayanlar peşəsi nəzərdə tutulmuşdur. Lakin İddiaçı xx.xx.1983-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyində şəbəkəçi zərgər, quraşdırıcı zərgər peşələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi peşələr yuxarıda qeyd olunan peşəyə uyğun deyil. Bu səbəbdən onun güzəştli iş stajı müəyyən olunmamışdır. Məhkəmə bu halları araşdırmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2023-cü-cü il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “onun güzəştli iş stajının olmaması” əsası ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 25 ildən artıq ümumi iş stajına, 12 il 6 aydan artıq isə güzəştli iş stajına malik olmasına, həmçinin işlədiyi peşənin zərərli olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsində deyilirdi: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması və həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) çalışması; 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun əvvəlcə 60 yaşının tamam olması tələb olunur. Hazırki işdə iddiaçının 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur. İkinci şərtə əməl edilib-edilməməsi yoxlanılarkən müəyyən olunur ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını və müvafiq arayışı təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletin surətlərindən görünür ki, o, xx.xx.1980-ci il tarixindən 2.06.1982-cil tarixədək hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (xx.xx.2022-dək qüvvədə olan) 3.1 bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2 bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... Qaydaların 4.1.10 bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Hazırki işdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının 25 il ümumi iş stajının olması halı mübahisələndirilir. Belə ki, iddiaçıya ünvanlanmış imtina məktublarında, iddiaya dair etirazda həmçinin apellyasiya şikayətində ona istinad edilmişdir ki, İddiaçı tərəfindən təqdim edilmiş sənədlərə, o cümlədən X1 Sistemindən əldə edilən məlumatlara əsasən iddiaçının ümumi iş stajı qanunvericiliklə tələb olunan 25 ildən az, yəni 21 il 16 gün təşkil edir. Belə ki, cavabdeh iddiaçının xx.xx.1979-xx.xx.1980, xx.xx.1980-xx.xx.1982, xx.xx.1982- xx.xx.1982, xx.xx.1982-xx.xx.1983, xx.xx.1983xx.xx.1983, xx.xx.1984-xx.xx.1983, xx.xx.1986-xx.xx.1984,xx.xx.1987-xx.xx.1986, xx.xx.1990-xx.xx.1987, xx.xx.1991- xx.xx.1991. xx.xx.1992-xx.xx.1991, xx.xx.1992xx.xx.1992, 30.04 1993-xx.xx.1992, xx.xx.1993-xx.xx.1993, xx.xx.1993-xx.xx.1993, xx.xx.1993-xx.xx.1993, xx.xx.1997- xx.xx.1994, 31. ı 2.2000-xx.xx.2000, xx.xx.2001 xx.xx.2001, xx.xx.2002-xx.xx.2002, xx.xx.2002-xx.xx.2002, xx.xx.2003-xx.xx.2003, xx.xx.2003-xx.xx.2003, xx.xx.2003- xx.xx.2003, xx.xx.2004-xx.xx.2004, 3011.2004xx.xx.2004, xx.xx.2005-xx.xx.2005, xx.xx.2005-xx.xx.2005, xx.xx.2005-xx.xx.2005, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər, 2006-cı ildən sonrakı dövr üçün 3 il 1 ay işlədiyi dövrü (ümumilikdə 21 il 10 ay 10 gün) sosial sığorta stajına daxil etmiş, xx.xx.2023-cü il tarixli 1-2-27/2-420/2023 nömrəli arxiv arayışında əmək haqqı göstərilməyən dövrləri, həmçinin 1998-1999, 2009, 2011-2012-ci illəri sosial sığorta stajına daxil etməmişdir. Halbuki iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasındakı qeydlərdən görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Bakı Zinyət Zavodunda (“Soyuzyuveliprom”) Alət sexində ikinci dərəcəli işlərin təqsimçisi (5 ay 21 gün), xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək həmin zavodda 1 saylı sexində quraşdırıcı-zərgər (2 ay 5 gün), xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək həmin zavodun 1 saylı sexində şəbəkəçi-zərgər şagirdi və şəbəkəçi-zərgər (2 il 9 ay 15 gün), xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək həmin zavodun 6 saylı sexində şəbəkəçizərgər (2 il 5 ay 17 gün), xx.xx.1987-ci il tarixdən xx.xx.2012-ci il tarixədək həmin birliyin 1 saylı sexində quraşdırıcı zərgər işləmişdir (24 il 7 ay 13 gün, xx.xx.2006-cı il tarixədək 18 il 1 ay 11 gün), xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə zərgər-qiymət qoyan vəzifəsinə qəbul edilmişdir. Cavabdehin imtina əsasları və apellyasiya şikayətində göstərdiyi dəlillər araşdıralarkən apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4 müvafiq sorğular verilmişdir. Həmin sorğulara cavab olaraq xx.xx.2024-cü il tarixli və xx.xx.2024-ci il tarixli məktublarla tələb olunan Bakı Zərgərlik zavodunun (sonrakı Azərbaycan "Zərgərsənaye” İstehsalat Birliyi) 1998-ci il (F.11159, siy.1, sax.vah.920), 2011-ci il (F.11159, siy.1, sax.vah.935), 2012-ci il (F.11159, siy.1, sax.vah.942) əmək haqqı cədvəllərinin və işdən azad olunanların şəxsi vərəqələrindən (T-2) - İddiaçı şəxsi vərəqəsinin (F.11159, siy.1, sax.vah.939) arxiv ştampları ilə təsdiqlənmiş surətləri təqdim olunmuş, həmçinin bildirilmişdir ki, Bakı Zərgərlik zavodunun (sonrakı Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyi) 1998-1999, 2009, 2011-2012-ci il əmək haqqı cədvəllərində İddiaçı hansı səbəbdən əmək haqqı almaması barədə arxivdə heç bir məlumat yoxdur. Bu barədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında göstərilən aşağıdakı mövqe ilə razılaşır: “Hazırda qüvvədə olan Qaydalarda 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir. İddiaçının əmək kitabçasında qeyd olunan bəzi dövrlər üzrə ona əmək haqqı ödənilməsinin müəyyən edilməməsi iddianın əsaslılığına təsir etmir və özlüyündə əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına almağa əsas vermir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Digər tərəfdən, iddiaçının Bakı Zərgərlik zavodunda işlədiyi dövrün 2006-cı il yanvarın 1-dək iş stajı kimi nəzərə alınmalı olması ilə bağlı məhkəmə bir daha qeyd edir ki, hazırda qüvvədə olan və yuxarıda istinad olunan “Qaydalar”da da 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün əmək kitabçasının mötəbərliyi ilə yanaşı həm də nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu.” Beləliklə, iddiaçının hərbi xidmət dövrü və əmək kitabçasındakı qeydlərə əsasən ümumi iş stajı xx.xx.2006-cı il tarixə qanunla tələb olunan 25 ildən artıq təşkil edir. Cavabdehin mübahisə etdiyi digər məsələ iddiaçının güzəştli iş stajının olmaması ilə bağlıdır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Azərsuvenir (Azərbaycan Suvenirləri)” Məhdud Məsuliyyətli Cəmiyyətinin 01 aprel 2022-ci il arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1987-ci ilədək şəbəkəçi-zərgər, xx.xx.1987ci ildən-xx.xx.2012-ci ilədək 2-ci sənət kimi quraşdırıcı-zərgər peşələrində keçmiş Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyində işləmişdir. İşlədiyi müddətdə o, nümunə əsasında zərgərlik məlumatları və onların hissələrini bədii səviyyədə hazırlamışdır. İş əsnasında o zərgərlik məlumatlarının üzərində qaynaq işləri aparıb. Məmulatı qaynaq edən zaman, azbest, bor turşusu, xlor turşusu istifadə edib. Qaynaq işini aparmaq üçün benzindən istifadə etmişdir və açıq alovla işləmişdir. İş əsnasında o xüsusi eskizlərə baxaraq zərgərlik məmulatlarının üzərinə mina üçün pəncərə düzəldib, məmulatı daş bərkitmə dərəcəsinə qədər tam hazır vəziyyətə salıb. Sonuncu mərhələdə qiymətli metallardan toplanmış ovuntuları əridib, yeni növ zərgərlik məmulatlarını istehsal etmək üçün külçə hazırlayıb. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarına müvafiq olaraq, həmin qərarın 11.9 bölməsinin “Qaynar üsulla metalın üzlənməsi” –“Zərgər və bədii məlumatları qaralayanlar” – zərərli sahəyə uyğundur. Təqdim edilən arayışa əsasən iddiaçının 29 il 3 ay 4 gün güzəştli stajının olması müəyyən edilir. Cavabdehin istər iddiaçının ümumi iş stajının, istərsə də güzəştli iş stajının yetərli olmaması ilə bağlı gətirdiyi dəlilləri məhkəmə kollegiyası əsassız hesab edərək onu da qeyd etməyi zəruri hesab edir ki, sadalanan imtina əsasları birmənalı qəbul edilməməli və işlərə məhkəmə qaydasında baxılarkən oxşar mübahisələr üzrə cavabdeh qurumun inzibati praktikası və mövcud məhkəmə təcrübəsi də nəzərə alınmalıdır. Belə ki, oxşar işlər üzrə kassasiya instansiya məhkəməsinin eyni imtina dəlilləri ilə bağlı baxdığı inzibati işlər üzrə qəbul etdiyi müvafiq qərarlarından (2-1(102)-2017/2021 saylı xx.xx.2021-ci il tarixli və 2-1(102)-1561/2023 saylı xx.xx.2023-cü il tarixli) görünür ki, iddiaçının işlədiyi dövrdə “Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyində quraşdırıcızərgər peşəsində işləmiş digər şəxslərin xx.xx.2006-cı il tarixədək olan əmək stajı pensiya təyinatı zamanı ümumi əmək stajı kimi, iddiaçı ilə eyni dövrdə eyni peşədə işləyən şəxslərin iş stajı isə zərərli iş stajı kimi nəzərə alınmışdır. Bu kateqoriya işlər üzrə vahid məhkəmə təcrübəsinin olmasına baxmayaraq inzibati orqan tərəfindən sonradan inzibati praktikasının dəyişdirilməsini görmək mümkün deyil. Belə olan halda eyni məsələ ilə bağlı ayrı-ayrı şəxslərə münasibətdə qanuni qüvvəsini almış məhkəmə qararlarının mövcudluğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə cavabdeh qurumun iddiaçıya tələbinin təmin olunmasından imtina etməsi ilə iddiaçının bərabərlik və inzibati orqanın praktikasına (vahid məhkəmə təcrübəsinə əsasən yaranmış inzibati praktikasına) etimad hüququnun qorunması prinsipləri pozulmuşdur. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. Kollegiya qeyd edir ki, sözügedən halların araşdırılması və müəyyən olunması mübahisəyə dair iş üzrə əsaslı və obyektiv qanunauyğun qərarın qəbulu baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin hallar araşdırılmadan və onlara iş üzrə müəyyən olunmuş digər hallarla birlikdə qiymət verilmədən qəbul olunmuş məhkəmə qərarı əsaslı və obyektiv qərar hesab oluna bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə tərkibi hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hərbi xidmət dövrü və əmək kitabçasındakı qeydlərə əsasən iş stajı, həmçinin təqdim etdiyi güzəştli arayışa əsasən xüsusi iş stajı oxşar hüquqi vəziyyətdə olub, eyni faktiki hallara və eyni hüquqi əsaslara söykənən, eyni hüquqi marağı olan şəxslərə münasibətdə vahid məhkəmə təcrübəsinin mövcudluğu nəzərə alınmaqla 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Kollegiya iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində qanunla tələb olunan ümumi və güzəştli iş stajı ilə yanaşı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi barədə şərtin də ödənilməli olmasını nəzərdən qaçırmır. İşə birinci instansiya qaydasında baxılarkən verilmiş sorğuya cavab məktubundan məlum olmuşdu ki, iddiaçının xx.xx.2023-cü il tarixində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 19272,86 manat təşkil edir ki, bu da həmin dövr üzrə tələb olunan pensiya kapitalından azdır. Bu barədə qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 13 may 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsində fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti götürülmüş və həmin qanun xx.xx.2022-ci il tarixdə dərc edildiyi üçün həmin tarixdən qüvvəyə minmişdir. Bununla bağlı iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun 60 yaşından deyil, pensiya kapitalı tələbinin aradan qalxması barədə “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 13 may 2022-ci il tarixli Qanunun qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən yaranması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlarla bağlı cavabdeh orqan iddiaçının yuxarıda qeyd olunan ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ verən vəzifələrdə işlədiyi dövrün güzəştli iş stajına hesablanmasını istisna edəcək şərtin mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və məhkəmənin 2-1(112)-4049/2024 saylı 12 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4049/2024 saylı 12 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X12 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1834/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1834/2024
21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver