Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1835/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X6 və X12 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-502/2021 saylı 31 mart 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) və Əmlak Xidmətləri Məkanına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən fərdi yaşayış tikintisinin yerləşdiyi ona düşən pay evinin təcrid mülkiyyət hüquqi şəhadətnaməsinin verilməsinə dair sənədləşdirilməsi, cavabdehlərin vəzifəli şəxsləri barədə müvafiq məsuliyyətə cəlb edilməsinə dair xüsusi qərardad çıxarılması və bütün məhkəmə xərcləri, dövlət rüsumu və ona vurulmuş maddi və mənəvi ziyanın cavabdehdən onun xeyrinə tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Əmlak Xidmətləri Məkanına, X2 və X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış tikintisinin yerləşdiyi ona düşən pay torpaq sahəsinin, daha doğrusu faktiki istifadəsində olan torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair sənədləşdirilməsini xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.06.2019-cu il tarixli 2-1(81)-2333/2019 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadda qeyd edilən iradları aradan qaldırmaq üçün və qanunvericiliyə uyğun onlar dəfələrlə cavabdehlərə rəsmi müraciət etmiş və biri-birinə zidd olan cavab məktubları almışdır. Sonuncu 26.07.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin bölgü sxeminin verilməsi barədə 12.07.2019-cu il tarixli ********** saylı müraciətinə baxılmışdır. Lakin bu düzgün olmayan cavabdır. Belə ki, Əmlak Xidmətləri Məkanından 12 iyul 2019-cu il tarixində o, nümayəndəsi ilə birlikdə olaraq, həmin təşkilatın işçiləri tərəfindən ona təqdim edilmiş hazır ərizə-blankında yalnız evlərin ona düşən payın bölünməsi, ayrılması və onun adına təcrid qeydiyyat vəsiqəsi verilməsinə dair xahiş olunmuşdur, həmin ərizədə heç bir torpaq bölgüsündən söz getməmişdir. İkincisi DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşı 22 iyul 2019-cu il tarixdə yaşadığı ünvanda olaraq, yalnız evlərə baxış keçirmiş və texniki pasportla uyğunlaşdıraraq, nəticədə şifahi qaydada evlərin bölünməsinin mümkünlüyünü bildirmişdir. Beləliklə, mühəndis Seymur Ağayevin yalnız evlərin bölgüsü işlərinin aparmaqda baş mühəndis vəzifəsini icra edən Cavanşir Orucəliyevin 26.07.2019-cu il tarixli məktubuna (və digərlərin) zidd olaraq göstərmişdir ki, axırıncısı və digər sözügedən rəhbərlər vəzifələrindən sui-istifadə edərək, qərəzli olaraq, öz vəzifələrini icra etməkdən imtina etmişlər. Üçüncüsü - bu barədə Yasamal Rayon Məhkəməsinin 13 iyun 2016-cı il tarixli qərardadına əsasən təyin edilmiş məhkəmə mühəndis - texniki ekspertizasına dair 15 avqust 2016-cı il tarixli ekspert rəyi əsasını nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, 2ci N.Nərimanov (keçmiş sovet) döngəsində yerləşən, 13 saylı fərdi yaşayış evinin “A” və “B” tikililərin texniki pasport göstəricisi sənədinə əsasən paylar üzrə 3 hissəyə bölünməsi tələbinə uyğun olaraq texniki cəhətdən mümkündür. Beləliklə 1-ci 02 may 2019-cu il tarixli iddia ərizəsinə indiki iddia ərizəsi ilə düzəliş edərək, qanuni istifadəsindəki yaşayış evlərinin yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək barədə tələb irəli sürmüşdür. Beləliklə, AR ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi və Əmlak Xidmətləri Məkanı yuxarıda qeyd etdiyi hərəkətsizliyə yol verilməsi ilə iddiaçının hüquqlarını pozmuşdurlar. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ünvan 5 ünvanda yerləşən evin tutduğu torpaq sahəsi həyətyanı torpaq sahəsi, ümumi ölçüdə onun payına düşən 167,5 kv. metr torpaq sahəsinə mülkiyyət hüququ şəhadətnaməsinin verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2344/2020 saylı 28 oktyabr 2020-ci il tarixli qərardadı ilə X6 və X12 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi yenidən məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ünvan 5 ünvanda yerləşən evin və həmin evin yerləşdiyi torpaq sahəsinin X7 payına düşən ölçüdə yəni birlikdə götürülmüş 167,5 kv. metr hissəsinə dair mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-502/2021 saylı 31 mart 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: N.Abıyev) Həmin qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və yeni, hər iki iddia tələblərinə uyğun olan iddialarının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, qərarın təsviri hissəsinin birinci səhifəsi 2-ci cümləsində qeyd edir ki, guya “sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə uyğun olaraq iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ünvan 5 ünvanda yerləşən evin tutduğu torpaq sahəsi həyətyanı torpaq sahəsi, ümumi ölçüdə payına düşən 167,5 kv.m torpaq sahəsinə mülkiyyət hüququ şəhadətnaməsinin verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir”. O, məhkəməyə heç bir ərizə təqdim etməmişdir. Hakim prosesdə iştirak edən cavabdehin nümayəndəsi X3 işarə edərək “get çap olunmuş ərizəni gətir” sözləri ilə onu harasa göndərib və bir neçə dəqiqədən sonra, o, həmin 31.03.2021-ci il tarixli ərizə ilə məhkəmə zalına daxil olub, hakimə təqdim edərək, hakim də onu yanına dəvət edərək, o, isə diqqətlə ərizəni oxumadan həmin ərizəni imzalamışdır. Bundan əlavə, bütün 1 il 3 ay müddətində gedən məhkəmə prosesində cavabdehin nümayəndələri Azərbaycan Respublikası İPM-nin 49-cu maddəsinə əsasən cavabdehlər tərəfindən nə ərizə, nə protest, nə vəsatət, nə də etirazlar məhkəməyə təqdim etməmişlər. Bu barədə hakim özünün çıxartdığı 28 oktyabr 2020-ci il tarixli 2-1(112)-2344/2020 saylı qərardadında qeyd edərək qərardadın təsviri hissəsinin 2-ci səhifəsi 3-cü cümləsində göstərir ki, “iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Həmin Qərardadın təsviri hissəsinin 2-ci səhifəsi 4-cü cümləsində hakim qeyd edir ki, “Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddia ilə bağlı yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Bundan əlavə məhkəməyə əvvəldən 27 dekabr 2019-cu il tarixli iddia ərizəsində və məhkəməyə 01.06.2020-ci il tarixdə təqdim olunmuş vəsatətin amilləri hakim tərəfindən qəsdən icra olunmamışdır. Beləliklə, hakim iddiaçı tərəfindən rəsmi qaydada iddia ərizəsində, vəsatətə qoyduğu amilləri məhkəmə prosesində yoxlamadan, daha doğrusu qərəzli qaydada rədd edərək, məqsədə vacib olmayan 3-cü şəxsləri, qonşuları - X11 və X4 məhkəmə proseslərinə dəvət edirdi. Beləliklə hakim guya 3-cü şəxslərin məhkəmə prosesinə gəlməmələrinə görə nə məqsədlə məhkəmə proseslərini təxirə salıb, uzadaraq, nəticədə qeyri-qanuni, əsassız qərar çıxartmışdır. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Qanuni nümayəndə apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iş üzrə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, İddiaçı ünvan 5 ünvanda yerləşən evin tutduğu torpaq sahəsi həyətyanı torpaq sahəsi, ümumi ölçüdə onun payına düşən 167,5 kv. metr torpaq sahəsinə mülkiyyət hüququ şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, iddiaçı tərəfindən öz payına uyğun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi tələb olunan ev paylı mülkiyyət hüququ ilə onunla bərabər üçüncü şəxslərə də məxsusdur ki, qeyd olunan evin naturada bölünməsi barədə mülkiyyətçilər arasında razılıq olmamış və bu barədə iddiaçının tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təmin olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, ev 13 ünvanın 2/6 hissəsi İddiaçı, 2/6 hissəsi X1 və 2/6 hissəsi X8 paylı mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2017-ci il tarixli 2(103)-2134/17 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli 2(004)-159/16 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər X2, X9 və cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə qarşı paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, 2-ci N.Nərimanov döngəsində yerləşən 13 saylı fərdi yaşayış evinin İddiaçı payına düşən 2/6 hissəsi naturada ayrılmış, iddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun 50% hissəsi, yəni 5 (beş) manat hissəsi iddiaçının özünə aid edilmiş, qalan 50% hissəsinin, yəni 5 (beş) manat hissəsinin cavabdehlər X6 və X5 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, həmçinin ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qeyd olunan qətnamə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2017-ci il tarixli qətnaməsi ilə qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəiyşdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5486/17 saylı 09 avqust 2017-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmayaraq, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2017-ci il tarixli 2(103)- 2134/17 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçının ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin torpaq sahəsinin sənədləşdirilməsi barədə 26.01.2018-ci il tarixli müraciətinə cavab olaraq, göndərdiyi 16.02.2018-ci il tarixli **********83 saylı məktubdan görünür ki, sözügedən ünvanda aparılan araşdırma zamanı yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığı müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan DƏDRX tərəfindən iddiaçının ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin torpaq sahəsinin sənədləşdirilməsi barədə 15.03.2018-ci il tarixli müraciətinə cavab olaraq göndərdiyi 24.04.2018-ci il tarixli **********56 saylı məktubdan görünür ki, adıçəkilən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan zaman torpaqqayırma sənədi olmadığından daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət növü dövlət, hüququn növü isə istifadə kimi qeyd olunmuşdur. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə hüquqmüəyyənedici və torpağın yerləşmə sxemi təqdim ediləcəyi təqdirdə sözügedən fərdi yaşayış evinin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. İş materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin torpaq sahəsinin sənədləşdirilməsi barədə 03.04.2018-ci il tarixli müraciətinə cavab olaraq göndərdiyi 03.05.2018-ci il tarixli **********599 saylı məktubdan görünür ki, hüquqmüəyyənedici və texniki sənədlər təqdim ediləcəyi təqdirdə sözügedən fərdi yaşayış evinin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. İş materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının 13.06.2019-cu il tarixli müraciətinə cavab olaraq göndərdiyi 28.06.2019-cu il tarixli **********07 saylı məktubdan görünür ki, sözügedən ünvanda yerləşən fərdi yaşayış evinə idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. İnventarlaşma işlərinin aparılmasına şərait yaradılacağı təqdirdə ərizəsinə yenidən baxılacaqdır. İş materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının 10.06.2019-cu il tarixli müraciətinə cavab olaraq, göndərdiyi 17.07.2019-cu il tarixli **********53 saylı məktubdan görünür ki, fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət kimi qeydiyyatdan keçmişdir və torpaq sahəsinin paylı şəkildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə payçıların razılıq ərizələri təqdim edilməmişdir. Qeyd edilən səbəbdən ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının 12.07.2019-cu il tarixli müraciətinə cavab olaraq göndərdiyi 26.07.2019-cu il tarixli **********62 saylı məktubdan görünür ki, sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsində və eyni zamanda perimetrik ölçülərində uyğunsuzluq olduğundan bölgü sxemi tərtib etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.5-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. "Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənziliərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifıkatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən, torpaq sahələri, binalar, qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər; 8.0.8. bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1- dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış sahələrinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair; 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və mənzil kirayəsi müqaviləsi; 3.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr”. Həmin Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 12-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafıq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Həmin Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İşdən müəyyən olunur ki, iddiaçı ünvan 5 ünvanda yerləşən evin və həmin evin yerləşdiyi torpaq sahəsinin onun payına düşən ölçüdə yəni birlikdə götürülmüş 167,5 kv. metr hissəsinə dair mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın verilməsini xahiş edir. Həmçinin müəyyən olunur ki, qeyd olunan ev paylı mülkiyyət hüququ ilə onunla bərabər üçüncü şəxslərə də məxsusdur ki, qeyd olunan evin naturada bölünməsi barədə mülkiyyətçilər arasında razılıq olmamış və bu barədə iddiaçının tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təmin olunmamışdır. Göründüyü kimi qeyd olunan ev paylı mülkiyyət hüququ ilə onunla bərabər üçüncü şəxslərə də məxsus olduğundan və payçıların razılıq ərizələri təqdim edilmədiyindən cavabdeh inzibati orqanın iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası qanuni və əsaslı olmuşdur. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-502/2021 saylı 31 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1835/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1835/2021
30.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver