Məhkəmə qərarları › İş №2-1(103)-1835/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1835/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1835/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 461/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı QSC) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri LGBİ-nin 30 oktyabr 2020ci il tarixli **********141299 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-461/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-461/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmamasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sübutlar aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilərkən, sübut mümkün hesab edilmədikdə əsaslandırılmalı, daha sonra isə həmin məlumat və ya sənədin mötəbərlik üzrə qiymətləndirilməsi həyata keçirilməlidir. Məhkəmə bu araşdırılmaları aparmamaması faktının özü də məhkəmənin ədalətli məhkəmə araşdırması hüququnu ciddi pozduğuna işarədir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etmir və gəlməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəfin izahatnı dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri LGBİ-nin xx.xx.2019-cu il tarixli **********188907 saylı qərarına əsasən İddiaçı QSC-də (VÖEN ********** aşağıda siyahısı verilən tədiyyə və dövrlərdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır: əmlak vergisi 2016-2018-ci illər; muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2016-2018-ci illər; əlavə dəyər vergisi iyul 2016-iyun 2019-cu illər; mənfəət vergisi 2016-cı il 2018-ci illər; ödəmə mənbəyində tutulan vergi 3-cü rüb 2016-2-ci rüb 2019-cu illər; MDSS-işəgötürənlərmuzdla işləyənlər əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) 4-cü rüb 2018-2- ci rüb 2019-cu illər; işsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) 4-cü rüb 2018-2- ci rüb 2019. Yoxlama nəticəsindəxx.xx.2020-ci il tarixli **********189123 nömrəli akt tərtib edilmişdir. Yoxlama zamanı aşağıdakılar müəyyən olunmuşdur: Mənfəət vergisinin yoxlanması üzrə; - Vergi ödəyicisi 2016-2018-ci illər üzrə gəlir və xərcinin uçotunu hesablama metoduna əsasən aparmışdır. Yoxlama zamanı sənədlər yoxlamaya təqdim edilmiş və yoxlama zamanı araşdırılmışdır. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisinin gəlirləri təqdim edilmiş e-VHF, e-QF və ilkin sənədlər əsasında fomalaşmışdır. VergiMəcəlləsinin 14.10-cu maddəsinə əsasən qiymətləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən qiymətlərindən aşağı göstərilməsi həmçinin, ekspert tərəfindən verilmiş rəyə əsasən ümumilikdə, 2016-cı il üzrə 56693,06 manat, 2017-ci il 2082866,10 manat, 2018-ci il üzrə 3696775,28 manat və 2019-cu il üzrə 16142,80 manat (ƏDV-siz) kənarlaşma yaranmışdır. Dövriyyə araşdırılarkən e-VHF və ilkin sənədlər əsasında ƏDV-yə cəlb olunan dövriyyənin (ƏDV-siz) iyul 2016-cı il üzrə 17692,78 manat artıq göstərildiyi, fevral 2017-ci il üzrə 1793,51 manat və fevral 2019-cu il üzrə 10814,73 manat azaldıldığı müəyyən olunmuşdur. Nəticədə, yoxlama ilə ƏDV-siz 2016-cı il üzrə 39000,28 manat (56693,06 - 17692,78), 2017-ci il üzrə 2084659,61 manat (2082866,10 + 1793,51), 2018-ci il üzrə 3696775,28 manat və 2019-cu il üzrə 16142,80 manat əlavə dövriyyə kənarlaşması olmuş və bu fərqlər mənfəət vergisi (2016, 2017 və 2018) bəyannamələrində gəlirlər hissəsində nəzərə alınmışdır. Mənfəət 2016 yoxlamaya əsasən - Hesabat dövrünün gəlirləri hissəsinin - 220-ci sətrində çıxmalardan sonra ümumi gəlir 314423,63 manat (200-Malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən) gəlir 314423,63 manat qeyd olunmuşdur. Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 236 ümumi gəlirdən çıxılan xərclər - 316910,80 manat, 221 malların təqdim edilməsi, işlərin görülməsi və xidmət göstərilməsi 304907,27 manat, o cümlədən 221.1 əmək haqları - 97895,67 manat, 221.2 sosial sığorta haqları 21537,05 manat, 221.4 malın dəyəri - 134206,63 manat, 221.5 icarə haqları (hüquqi şəxslər üzrə) -33539,04 manat, 221.9 yanacaq xərcləri - 5618,62 manat, 221.11 rabitə xərcləri - 2638,10 manat, 221.13 bank xidməti üzrə xərclər - 9472,16 manat, 221.14 Reklam xərcləri -0.00 manat, 227 Amortizasiya ayırmaları - 1983,20 manat, 232 Digər xərclər - 10020,33 manat göstərilmiş və nəticə olaraq 314423,63- 316910,80= (-24 87,17) hesablanması öz əksini tapmış və ödəyici bu ili zərərlə başa vurmuşdur. Mənfəət 2017 yoxlamaya əsasən - Hesabat dövrünün gəlirləri hissəsinin - 220-ci sətrində çıxmalardan sonra ümumi gəlir 3683444,40 manat (200 Malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 3683444,40 manat və 219.3 xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi məzənnə fərqi 0.00 manat) gəlir qeyd olunmuşdur. Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 236-ümumi gəlirdən çıxılan xərclər -2000495,27 manat, 221-Malların təqdim edilməsi, işlərin görülməsi və xidmət göstərilməsi 1977188,42 manat, o cümlədən 221.1 əmək haqları - 110850,84 manat, 221.2 sosial sığorta haqları 24387,19 manat, 221.4 malın dəyəri - 1781853,90 manat, 221.5 icarə haqları (hüquqi şəxslər üzrə) -33539,04 manat, 221.9 yanacaq xərcləri - 8316,01 manat, 221.11 rabitə xərcləri - 5268,42 manat, 221.13 bank xidməti üzrə xərclər - 12603,02 manat, 221.14 Reklam xərcləri -370 manat, 227 Amortizasiya ayırmaları - 2026,40 manat, 230 sığorta üzrə xərclər- 0.00 manat, 232 Digər xərclər - 21280,45 manat, həmçinin 2016-cı il üzrə mənfəət vergisində yaranan -2487,17 manat zərər göstərilmiş və nəticə olaraq 3683444,40-20004xx.xx-2487,17=1680461,96 manat mənfəət yaranmışdır. Həmçinin, yoxlama zamanı Vergi Məcəlləsinin 121-ci maddəsinin müddəaları nəzərə alınmış və vergi ödəyicisinin 2014-cü il mənfəət vergisi bəyannaməsində yaranmış 58087,32 manat və 2015-ci il mənfəət vergisi bəyannaməsində yaranmış 78746,31 manat, hər iki il üzrə ümumilikdə 136833,63 manat zərər 2017-ci ilin mənfəəti hesabına kompensasiya edilərək hesablama zamanı nəzərə alınmışdır. Nəticədə, yoxlama ilə 2017-ci il üzrə 1543628,33 manat (1680461,96 manat - 136833,63 manat) mənfəət yaranmış və həmin mənfəətə əsasən 308725,67 manat (1543628,33 manat x 20%) mənfəət vergisi hesablanmışdır. Mənfəət 2018 yoxlamaya əsasən - hesabat dövrünün gəlirləri hissəsinin - 220-ci sətrində çıxmalardan sonra ümumi gəlir 7076500,68 manat (200-Malların təqdimedilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir 7076500,68 manat qeyd olunmuşdur. Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 236-ümumi gəlirdən çıxılan xərclər - 3294814,91 manat, 221- malların təqdim edilməsi, işlərin görülməsi və xidmət göstərilməsi 3233728,14 manat, o cümlədən 221.1 əmək haqları - 128754,36 manat, 221.2 sosial sığorta haqları 28969,73 manat, 221.4 malın dəyəri - 3001183,09 manat, 221.5 icarə haqları (hüquqi şəxslər üzrə) -33539,04 manat, 221.5 icarə haqları (fiziki şəxslər üzrə) -15015,20 manat, 221.9 yanacaq xərcləri - 10286,73 manat, 221.11 rabitə xərcləri - 6916,43 manat, 221.13 bank xidməti üzrə xərclər - 9063,56 manat, 221.14 Reklam xərcləri - 0.00 manat, 227 Amortizasiya ayırmaları - 1806,90 manat, 230 sığorta üzrə xərclər 259,69 manat, 232 Digər xərclər - 59020,18 manat, göstərilmiş və nəticə olaraq 7076500,68- 3294814,91=3781685,77 manat mənfəət və mənfəətə əsasən 756337,15 manat mənfəət vergisi hesablanması öz əksini tapmışdır. Əlavə dəyər vergisinin yoxlanılması üzrə: Yoxlanılan dövrdə vergi ödəyicisi dərman və dərman vasitələrinin topdan satışı fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların real bazar qiymətlərinin müəyyən edilməsi məqsədilə yoxlamaya ekspert dəvət olunmuşdur. Həmçinin, vergi ödəyicisi tərəfindən topdan satılmış (e-VHF, eQF vs ilkin sənədlər) dərman və dərman vasitələri araşdırılarkən aylar üzrə Vergi Məcəlləsinin 14.10-cu maddəsinə əsasən qiymətləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən qiymətlərindən aşağı göstərilib-göstərilməməsi araşdırılmışdır. Ekspert tərəfindən verilmiş rəyə əsasən ƏDV-siz 2016-cı il üzrə 56693.06 manat, 2017-ci il üzrə 1822686.13 manat, 2018-ci il üzrə 2436626.08 manat və 2019-cu il üzrə 8855.52 manat, Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən qiymətlərindən aşağı göstərilməsi nəticəsində isə 2016-cı il üzrə 0.00 manat, 2017-ci il üzrə 260179.97 manat, 2018-ci il üzrə 1260149.20 manat və 2019cu il üzrə isə 7287.28-manat ƏDV-yə 18 %-lə cəlb olunmalı dövriyyə (ƏDV-siz) kənarlaşma yaranmışdır. Həm ekspert rəyi, həm də Tarif (qiymət) Şurası qiymətlərinə əsasən araşdırma ümumilikdə, 5852477,24 manat (ƏDV-siz) dövriyyə kənarlaşması olmuşdur. Beləliklə, büdcəyə hesablanmalı ƏDV 1053445,90 manat (5852477,24 manat x 18 %) azaldılmışdır. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb olunan dövriyyə aylar üzrə təqdim olunmuş e- VHF, e-QF və ilkin sənədlər əasında formalaşmışdır. Əlavə dəyər vergisi bəyannamələri üzrə dövriyyə araşdırılarkən e-VHF və ilkin sənədlər əsasında ƏDVyə cəlb olunan dövriyyənin iyul 2016-cı il üzrə 17692,78 manat, ƏDV 3184,70 manat artıq hesablandığı, fevral 2017-ci il üzrə 1793,51 manat, ƏDV 322,83 manat və fevral 2019-cu il üzrə 10814,73 manat, ƏDV 1946,65 manat azaldıldığı müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən ƏDV 48644,41 manat olan idxal olunmuş malların əvəzləşdirilməsinin aparılmadığı, ƏDV 606,60 manat isə artıq əvəzləşdirildiyi müəyyən olundu. Yoxlama ilə müvafiq düzəlişlər edilmiş və idxal olunmuş mallar üzrə ƏDV məbləğlərinin əvəzləşdirilməsi təmin edilmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən "xxxx" MMCdən (VÖEN: **********) alınmış və iyun 2019-cu il üzrə ƏDV bəyannaməsində əvəzləşmə aparılmış xx.xx.2019-cu il tarixli İB931616 nömrəli, həmçinin xx.xx.2019-cu il tarixli İB658401 nömrəli e-VHF və Azərbaycan Qida Təhlükəsizliyi X3 Şəxsdən (VOEN: **********) alınmış və aprel 2019-cu il üzrə ƏDV bəyannaməsində əvəzləşmə aparılmış xx.xx.2019-cu il tarixli HX551027 nömrəli eVHF-lar təkrar əvəzləşməyə salındığı üçün əvəzləşmədən çıxarılmışdır. - 2016, 2017 və 2018-ci il üzrə ümumilikdə büdcəyə hesablanmalı mənfəət vergisinin 1065062,82 manat olduğu, həmin dövrdə vergi ödəyici tərəfindən 98146,83 manat mənfəət vergisinin hesablandığı nəzərə alınmaqla, büdcəyə hesablanmalı mənfəət vergisinin 966915 manat azaldıldığı müəyyən olunmuş, Vergi Məcəlləsinin 58.1-c- büdcəyə hesablanmalı olan ƏDV-nin 1004603,23 manat azaldılması müəyyən olunmuş, azaldılmış 1004603,23 manat məbləğə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən bu Məcəllənin 56.1-ci maddəsinin tələbləri gözlənilməklə 50% miqdarında yəni, 363324,76 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. - vergi ödəyicisi tərəfindən fiziki şəxsdən icarəyə götürülmüş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsinə əsasən hesabat dövrü üzrə müəyyən edilən və ÖMV-yə cəlb olunmalı icarə haqqı məbləğindən 219,20 manat az göstərildiyi müəyyən olunmuş. Nəticədə büdcəyə hesablanmalı ÖMV 30,69 manat azaldılmışdır. Azaldılmış məbləğə Vergi Məcəlləsinin 58.1-ci mddəsinə əsasən 50 % miqdarında, yəni 15,35 manat maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. - Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi ödəyicisinə hər hesabat dövrü üzrə 40,00 manat olmaqla, ümumilikdə 120,00 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. Bakı şəhəri LGBİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********141299 saylı qərarı ilə xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktına və xx.xx.2020-ci il tarixli **********866900 nömrəli sənədə əsasən İddiaçı QSC-yə 1.971.549,88 manat məbləğində əlavə vergi hesablanmış və 846.838,11 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. İddiaçıya “Vergi borcunun, fazilərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********137200 №li tələbnamə göndərilərək, büdcəyə ödənilməli olan 1.971.549,88 manat məbləğində əlavə verginin və 846.838,11 manat məbləğində maliyyə sanksiyasının 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/7318 №li xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, rəyin tədqiqat hissəsində göstərilildiyi kimi, hazırki, ekspertiza tədqiqatı zamanı iş materiallarında olan sənədlərə əsasən müəssisə üzrə aparılmış əməliyyatlarına görə dövlət büdəcəsinə ödənilmədi olan vergilərin az hesablanması müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Vergi Məcəlləsinin 14.10-cu madddəsinə əsasən qiymətlərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) təqdim olunan (ixrac istisna olmaqla) və alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür. “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın 1.3-cü bəndində göstərildiyi kimi, Azərbaycan Respublikasının Səhiyyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq “Azərbaycan Respublikası dərman vasitələrinin Reyestri”nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası (bundan Şura) tərəfindən tənzimlənir. Belə olan halda, yəni səyyar vergi yoxlamasının əhatə etdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə İddiaçı QSC tərəfindən təqdim edilmiş dərman və dərman vasitələrinin Tarif (qiymət) Şurası ilə tənzimlənən qiymətlər nəzərə alınmaqla ümumillikdə 153.144,82 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilir, o cümlədən: - Mənfəət vergisi 2017-ci il üzrə- 17.873,40 manat; - Mənfəət vergisi 2018-ci il üzrə-68.459,20 manat; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Həmin Məcəllənin 159.5-ci maddəsinə görə vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Həmin Məcəllənin 174.1-ci maddəsinə əsasən bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərinhesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı Cəmiyyət barəsində xx.xx.2020-ci il tarixli qərar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37-ci maddəsinin tələblərinə əməl olunmamış və vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində öz əksini tapan gəlir və xərclərə dair təsdiqedici sənədlər mövcud olduğu və həmin sənədlərin mötəbərliyini təkzib edəcək hər hansı dəlil olmadığı halda, vergi orqanı iddiaçıya əlavə vergi məbləği hesablamaqla düzgün olmayan nəticəyə gəlmişdir. Bundan baaşqa məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı müəssisədə səyyar vergi yoxlaması keçirilərkən və həmin yoxlamanın nəticələri üzrə tərtib olunmuş akta əsasən sonuncu barəsində xx.xx.2020-ci il tarixli qərar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38 və 43-cü maddələrinin tələblərinə əməl olunmamış, aktda qeyd olunduğu kimi vergi ödəyicisi tərəfindən yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlər təqdim olunmadığı halda, həmin sənədlərin qanunla müəyyən olunmuş qaydada əldə olunması üçün tədbirlər görülməmiş, ƏDV və mənfəət vergisi üzrə əlavə vergilərin hesablanması barədə əsaslandırılmamış nəticəyə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Həmin Məcəllənin 42.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədləri və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergiorqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Həmin Məcəllənin 43.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Sadalanan normalardan aydın olur ki, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tələb olunan sənədləri və ya elektron faylları təqdim etmədikdə, vergi orqanı müvafiq imtina aktı tərtib etməli və həmin sənədlərin və elektron faylların götürülməsi məqsədilə məhkəməyə müraciət etməlidir. Lakin iş materiallarından göründüyü kimi, cavabdeh vergi orqanı iddiaçıya məxsus sənədlərin və ya elektron faylların götürülməsi üçün məhkəməyə müraciət etməmiş və səyyar vergi yoxlamasını iddiaçının iştırakı olmadan, eləcə də iddiaçıya məxsus hər hansı sənəd (elektron fayl) əldə edilmədən yekunlaşdırmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2, 53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Hazırkı işdə cavabdeh vergi orqanı bir halda kı, iddiaçıya məxsus elektron vergi hesab-fakturalarında təsbit edilmiş qiymətlərin real və düzgün olmadığını iddia edir və onun hesablanmasını yenidən fərqli üsulla həyata keçirir, sonuncu bu hərəkətlərini konkret sənədlərlə və dəlillərlə sübut etməlidir. İddiaçı gəlir və xərclərinə (vergitutulan dövriyyəsinə) dair təsdiqedici sənəd qismində elektron vergi hesabfakturaların mövcud olduğunu və onlarda olan göstəricilərin həqiqi olduğunu bildirdiyi halda, həmin sənədlərin təsdiqedici sənəd, onlarda olan göstəricilərin isə həqiqi olmadığını və eləcə də səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən müəyyən edilən qiymətlərin doğru olduğunu sübut etmək cavabdehin üzərinə düşür. Əgər cavabdeh iddiaçının bu dəlilini təkzib edə biləcək bir arqument təqdim edə bilmirsə, başqa sözlə mövcud vəziyyətdə yaranmış şübhələr aradan qaldırıla bilmirsə, onda yuxarıda istinad olunan normalara əsasən bu hal vergi ödəyicisinin xeyrinə şərh olunmalı və əksinə onun məsuliyyəti ilə nəticələnməməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergiyoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: - eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (67.2.1) - eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (67.2.2) - fəaliyyət göstərilən ərazi. (67.2.3) Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Sadalanan normaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Hazırkı işdə cavabdeh vergi orqanı İddiaçı QSC-nin yoxlama ilə əhatə olunan dövrlər üzrə vergiyə cəlb edilən gəlir və xərclərini, eləcə də vergitutulan dövriyyəsini Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatlara, eyni zamanda analoji fəaliyyətlə məşğul olanvergi ödəyicisinin uçot və hesabat məlumatlarına əsasən hesablamaq hüququna malik olduğu halda, qanunla ona verilən bu imkan və üsullardan istifadə etməmiş və hesablamanı vergi qanunvericiliyində nəzərdə tutulmamış başqa bir üsulla həyata keçirmiş, lakin həmin üsul nəticəsində müəyyən edilmiş göstəricilərin düzgünlüyünə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlavə mənfəət və əlavə dəyər vergilərinin hesablanması (153.144,82 manat, o cümlədən-nənfəət vergisi 2017-ci il üzrə17.873,40 manat; mənfəət vergisi 2018-ci il üzrə-68.459,20 manat; - ƏDV üzrə- 68.812,22 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması və həmin məbləğə maliyyə sanksiyasının tətbiq olunması hissələri istisna olmaqla) və həmin məbləğə maliyyə sanksiyasının tətbiq olunması hissəsində vergi orqanının mübahisələndirilən qərarı əsassız və qanunsuz olduğundan ləğv olunmalıdır. İV rüb 2017ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 80 manat maliyyə sanksiyasının tətbiq olunması hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, qeyd olunan hissədə qərar Vergi Məcəlləsinin tələblərinə uyğun olduğundan, həmin hissədə qərarın ləğv olunması barədə iddiaçının tələbi təmin oluna bilməz. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq vurğulayır ki, iddia qismən təmin edilməli, cavabdeh Bakı şəhəri LGBİ-nin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********141299 saylı qərarı qismən, İddiaçı QSC-yə ümumillikdə 153.144,82 (mənfəət vergisi 2017-ci il üzrə- 17.873,40 manat; mənfəət vergisi 2018-ci il üzrə-68.459,20 manat; ƏDV üzrə68.812,22 manat;) manat məbləğində əlavə verginin hesablanması və həmin məbləğə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən maliyyə sanksiyasının, həmçinin cəmiyyətə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 80 (səksən) manat maliyyə sanksiyasının tətbiq olunması hissələri istisna olmaqla, qalan hissədə ləğv olunmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin qismən təmin edilməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-461/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar