Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1835/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi və pensiyanın bərpası”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X7 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdehin nümayəndəsi X11 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6658/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya ilkin olaraq 52 yaşının tamam olduğu xx.xx.2006-cı il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1№ li siyahıda “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bəndindəki 1100000b b)Rəhbərlər və mütəxəssislər koduna uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. Cavabdeh yenidən inzibati icraat zamanı SOCAR-ın xx.xx.2023-cü il tarixli 14-2- 4/2- 613/2023 nömrəli arxiv arayışına istinadən iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda “Ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər” vəzifəsinə uyğun olduğunu əsas götürərək “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarxli 3-17-1/3-3-18211/2023 nömrəli qərarı ilə pensiya hüququnun yarandığı tarix 57 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixə çəkilmiş, yenidən hesablama nəticəsində iddiaçının sonuncu dəfə aylıq əmək pensiyası 2405,99 manatdan 976,11 manata endirilmişdir.
3. SOCAR-ın Geofizika və Geologiya İdarəsinin xx.xx.2023-cü il tarixli 4-2-4/2-Y-6- 42/2023-71 nömrəli arxiv arayışından görünür ki, kompleks Mühəndisi X13ün arxiv sənədlərində İddiaçı “Xəzərdəniz" Birliyinin dənizdə X16nda markşeyder, “Xəzərdənizneftqazsənaye” X22 Birliyinin dənizdə X16nda texnik - geodezist, böyük topoqraf, “Xəzərdənizneftqaz” X12 Dəniz Geoloji kəşfiyyat İdarəsində geodezist, “Azneft" X5 Geoloji Kəşfiyyat və Topoqrafiya İdarəsinin X4 Ekspedisiyasında geodezist, Geofizika və geologiya İdarəsi X15 Ekspedisiyasında geodezist, Geofizika və geologiya İdarəsinin Kompleks Mühəndisi X13 topoqrafiya-kartoqrafiya partiyasında böyük geodezist vəzifələrində çalışması haqqında məlumat vardır. İşə qəbul olma: xx.xx.1976-cı il tarixli 10-k saylı əmrə əsasən “Xəzərdəniz” Birliyinin dənizdə X16na markşeyder peşəsinə işə qəbul olunub. xx.xx.1982-ci il tarixli 128-k saylı əmrə əsasən “Xəzərdənizneftqazsənaye” X22 Birliyinin dənizdə X16na texnik - geodezist, xx.xx.1988-ci il tarixli 26-k saylı əmrə əsasən böyük topoqraf, xx.xx.1990-cı il tarixli 54k saylı əmrə əsasən X18 kəşfiyyat İdarəsinə geodezist, xx.xx.2003-cü il tarixli 9-k saylı əmrə əsasən X4 Ekspedisiyasında geodezist vəzifəsinə keçirilmişdir. İşdən azad olma: xx.xx.2012-ci il tarixli 165-k saylı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə işdən azad edilib. İşə qəbul olma: xx.xx.2012-ci il tarixli 143-k saylı əmrə əsasən Geofizika və geologiya İdarəsi Kompleks Mühəndisi X6 geodeziya və geofizika partiyasına 12-ci dərəcəli geodezist vəzifəsinə işə qəbul olunub. xx.xx.2017-ci il tarixli 20B00113 saylı əmrə əsasən Geofizika və geologiya İdarəsinin Kompleks Mühəndisi X13 topoqrafiya-kartoqrafiya partiyasında böyük geodezist vəzifəsinə keçirilmişdir. İşdən azad olma: xx.xx.21018-ci il tarixli 20B00168 saylı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilib. Cəmi güzəştli iş stajı: xx.xx.1976cı il tarixindən xx.xx.21018-ci il tarixinə qədər 42 il 1 ay - 23 gündür. Qeyd: Geodezistlər dəniz şəraitində vaxt metodu ilə 12 saatlıq iş qrafiki ilə işləyir. Geodezistlər qazma başlamazdan qabaq dənizdə quyuların layihə vəziyyətini (dəqiq yerini) və azimutunu (istiqamətini) təyin edirlər. Qazma prosesi zamanı quyunun təyin olunmuş azimut (istiqamət) üzrə qazılmasına nəzarət edirlər. İddiaçı çalışdığı markşeyder, texnik - geodezist, böyük topoqraf geodezist, böyük geodezist vəzifəsində işləyənlər vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1№ li siyahıda “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bəndindəki 1100000b b)Rəhbərlər və mütəxəssislər kodunda göstərilmişdir. Adlandırma: SSRİ Neftqazsənayesi Nazirliyinin xx.xx.1988-ci il tarixli , 220 saylı əmrinə əsasən "Xəzərdənizneftqazsənaye" İstehsalat Birliyi ləğv olunub və "Xəzərdənizneftqaz" istehsalat Birliyi yaradılmışdır (əmr İstehsalat Birliyi №148 xx.xx.1988). X8 X16 (əmr № 229 xx.xx.1989-cu il) əsasında X18 Kəşfiyyat İdarəsi təşkil edilmişdir.( əmr № 179 xx.xx.1989-cu il).“ Quruda və Dənizdə Neft və Qazçıxarma” İstehsalat Birlikləri birləşdirilmiş və onların bazasında “Azneft” İstehsalat Birliyi yaradılıb. ( Azərbaycan Respublikası Dövlət Neft şirkətinin 25 saylı əmri xx.xx.2003-cü il). "X1” və “ X18 Kəşfiyyat İdarəsi” birləşdirilib onların bazasında “ X14 və Topoqrafiya İdarəsi (KGKTİ) yaradılıb.Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2007-ci il tarixli 64 nömrəli əmrinə əsasən KGKTİ hüquqi şəxs statusuna malik olmayan qurum kimi Geofizika və Geologiya idarəsinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Geofizika və Geologiya idarəsinin strukturunun təkmilləşdirilməsi haqqında” 10 avqust 2012- ci il tarixli 104 nömrəli əmrinə əsasən X14 və Topoqrafiya İdarəsi ləğv edilmiş, X15 Ekspedisiyası yaradılmışdır. Geofizika və geologiya İdarəsinin (GGİ) tabeliyində olan X15 Ekspedisiyası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2013-cü il tarixli 13-1000-01-SM-05- 000033 saylı əmri ilə X15 İstehsalat Bölümü adlandırılmışdır.
4. Məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla təqdim edilmiş SOCAR-ın Geofizika və Geologiya İdarəsinin xx.xx.2024-cü il tarixli 14-2-4/2- 519/2024 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı çalışdığı markşeyder, texnik geodezist, böyük topoqraf geodezist, böyük geodezist vəzifəsində işləyənlər vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1№ li siyahıda“Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bəndindəki 1100000b b) Rəhbərlər və mütəxəssislər kodunda göstərilmişdir. Geodezistlər dəniz şəraitində vaxt metodu ilə 12 saatlıq iş qrafiki ilə işləyir. Geodezistlər qazma başlamazdan qabaq dənizdə quyuların layihə vəziyyətini (dəqiq yerini) və azimutunu (istiqamətini) təyin edirlər. Qazma prosesi zamanı quyunun təyin olunmuş azimut (istiqamət) üzrə qazılmasına nəzarət edirlər. Güzəştli Şərtlə yaşa görə pensiya təmin edlməsi üçün istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin ARNK tərəfindən 1993-cü il 22 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 və 2 №-li siyahıların təsdiq edilməsi qaydaları haqqında izahatın 11-ci bəndində deyilir: Əgər 1 və 2 №-li siyahılarda istehsalatlar göstərilibsə peşə və vəzifələr sadalanmadan bu zaman peşə və tutduğu vəzifələrin adından asılı olmayaraq həmin istehsalatların bütün işçiləri güzəştli pensiya hüququna malikdirlər.
5. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR-ın Geofizika və Geologiya İdarəsinin xx.xx.2024-cü il tarixli 14-2-4/2-820/2024 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı çalışdığı markşeyder, texnik - geodezist, böyük topoqraf geodezist, böyük geodezist vəzifələri X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bəndindəki 1100000b Rəhbərlər və mütəxəssislər kodunda göstərilmişdir. İddiaçı çalışdığı peşələrin əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərinə görə 1100000b-17541 quyularda geofiziki tədqiqatları yerinə yetirən mədən geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları altkodunda göstərilən mühəndislər və texniklərin bu vəzifələrdə icra etdikləri işlər ilə eynilik təşkil edir. Geodezistlər dəniz şəraitində vaxt metodu ilə 12 saatlıq iş qrafiki ilə işləyir. Geodezistlər qazma başlamazdan qabaq dənizdə quyuların layihə vəziyyətini (dəqiq yerini) və azimutunu (istiqamətini) təyin edirlər. Qazma prosesi zamanı quyunun təyin olunmuş azimut (istiqamət) üzrə qazılmasına nəzarət edirlər. Güzəştli Şərtlə yaşa görə pensiya təmin edlməsi üçün istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin ARNK tərəfindən 1993-cü il 22 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 və 2 №-li siyahıların təsdiq edilməsi qaydaları haqqında izahatın 11-ci bəndində deyilir: Əgər 1 və 2 №-li siyahılarda istehsalatlar göstərilibsə peşə və vəzifələr sadalanmadan bu zaman peşə və tutduğu vəzifələrin adından asılı olmayaraq həmin istehsalatların bütün işçiləri güzəştli pensiya hüququna malikdirlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı 52 yaşının tamamlandığı xx.xx.2006- cı il tarixindən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi və iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin dayandırılması qərarının ləğv edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial X20 Hüquqi Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1954- cü il təvəllüdlüdür. İddiaçı əmək fəaliyyətini keçmiş SSRİ dövründən - 1976-cı ildən əvvəl başlamış və Kolxozda işləmişdir, 1972-1974-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. İddia ərizəsinə əlavə olunmuş əmək kitabçasının surətindən və SOCAR Geofizika və Geodeziya İdarəsinin xx.xx.2023-cü il tarixli Arxiv arayışından görünür ki, iddiaçı F. Yusifli xx.xx.1976-cı il tarixli 10-K saylı əmrə əsasən “Xəzərdəniz” Birliyinin dənizdə X16na 3-cü dərəcə markşeyder peşəsinə qəbul olunub, X9 xx.xx.1989-cu il tarixli 33-k saylı əmrinə əsasən Neft və qaz sənayesində uzunmüddətli və qüsursuz xidmətinə görə SSRİ Geodezist xdmətinin 70 illiyi ilə əlaqədar “Təşəkkür” elan edilmişdir. xx.xx.1982-ci il tarixli 128-K saylı əmrə əsasən “Xəzərdənizneftqazsənaye” X9 dənizdə X16na texnikgeodezist, xx.xx.1988-ci il tarixli 26-K saylı əmrə əsasən böyük topoqraf, xx.xx.1990-cı ildə X18 kəşfiyyat idarəsinə 2-ci kateqoriya geodezist, növbədənkənar keçirilmiş attestasiya nəticəsində X19 əsasən X18 kəşfiyyat ekspedisiyasında 8-ci dərəcəli geodezist vəzifəsinə keçirilmiş, xx.xx.1995-ci il tarixdə 9-cu dərəcə geodezist, xx.xx.1996-cı il tarixdə 10-cu dərəcə geodezist, xx.xx.1999-cu ildə 11-ci dərəcə geodezist, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2003-cü il tarixli 25 saylı əmrinə əsasən “Quruda və Dənizdə Neft və Qazçıxarma” İstehsalat Birlikləri birləşdirilmiş, “X14 və Topoqrafiya İdarəsi”nin xx.xx.2003-cü il tarixli 9-K saylı əmrinə əsasən X4 Ekspedisiyasında geodeziya partiyasına 11-ci dərəcəli geodezist vəzifəsinə keçirilmişdir, xx.xx.2005-ci ildə həmin partiyada 12-ci dərəcə təyin edilmişdir. xx.xx.2012-ci il tarixli 143-K saylı əmərə əsasən ARDNŞ Geofizika və Geologiya İdarəsi Kompleks X3 Dəniz geodeziya və geofizika kəşfiyyat partiyasına 12-ci dərəcəli geodezisnt vəzifəsinə işə qəbul edilib, xx.xx.2014-cü il tarixli 1050-K saylı əmrə əsasən ARDNŞ Geofizika və Geologiya İdarəsinin Kompleks X10 Birliyinin Topoqrafiya partiyasına 12-ci dərəcəli geodezist, xx.xx.2017-ci il tarixli 20B00113 saylı əmrə əsasən Kompleks X10 Bölümünün topoqrafiya- kartoqrafiya partiyasında böyük geodezist vəzifəsinə keçirilmişdir və xx.xx.2018-ci il tarixli 20B00168 saylı əmrinə əsasən Azərb.Resp. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı cəmi güzəştli is stajı xx.xx.1976-cı il tarixindən xx.xx.2018-ci il tarixinə qədər 42 il 1 av 23 gündür. İddaçı İddiaçı iddia edilən güzəştli şərtlərlə əmək pensiyası hüququ xx.xx.2004-cü il tarixindən yaranmışdır (Qazanılmış hüquq). Həmin tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu hələ qəbul olunmamışdır (Bu Qanun xx.xx.2006-cı il tarixdə qüvvəyə minmişdir). Qazanılmış hüquqların müdafiəsi hüquqi dövlətin ən vacib ünsürlərindən biri olmaqla hüquqi təhlükəsizliyi və ədaləti təmin edən prinsipdir. Hüquqi təhlükəsizlik prinsipi qanunvericilikdə tez-tez dəyişiklik etməklə hüquqi müəyyənliyi pozmağın qarşısını almağa yönəlir. Buna görə, hüquq normalarının qüvvəsinin geriyə şamil edilməsi qazanılmış hüquqlara toxunmamanı tələb edir, beləliklə də, şəxslərin əsas hüquq və azadlıqlarının təminat altına alınmasına nail olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 2006-cı ilin 1 yanvarınadək qüvvədə olmuş xx.xx.1992- ci il tarixli, 305 №-li “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 01 avqust 1997-ci il tarixinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı”nda 11000000 X-cu Bölməsinin (Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı) 11000000b böməsində b) Rəhbərlər və mütəxəssislər kodunda qeydə alınmış peşələrdə nəzərdə tutulmuş işlərdə 10 ildən artıq işləmişdir. Qeyd edilmiş əsaslara görə hesab edirik ki, iddiaçının 50 yaşı tamam olan vaxtdan, yəni 01 iyul 2004-cü il tarixindən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçı xx.xx.1954-cü il təvəllüdlü olduğuna görə, yuxarıda qeyd olunan 2006-cı ilin 1 yanvarınadək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli, 305 №-li “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən İddiaçı xx.xx.2004cü ildə 50 yaşına çatdığına görə ona həmin tarixdən 1993-cü ilədək olan müəyyən olunmuş yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır və iddiaçının xx.xx.2004-cü il tarixindən hüququnun yarandığı dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq 50 yaşdan təyin edilməli və orta aylıq əmək haqqı əsasında hesablanmalı idi. Belə ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.2004-cü ilədək 28 il davamlı şəkildə əmək şəraiti xüsusilə zərərli olan işlərdə dənizdə çalışmışdır. Ona 50 yaşının tamamlandığı xx.xx.2004-cü ildən etibarən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalı olduğu halda bundan 2 il gec, yəni xx.xx.2006-cı il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. Cavabdeh Dövlət Sosial X20 hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı isə düzgün olmayar İddiaçı xx.xx.2006-cı ildən təyin olunmuş güzəştli şərtlərlə əmək pensiyasının xx.xx.2011 -ci il tarixindən təyin olunmalı olmasını bildirərək, iddiaçının əmək pensiya məbləğini qanunsuz şəkildə dayandırmışdır, bununla yanaşı ona son üç ildə 45300,17 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi barədə səhv nəticəyə gələrək, qanunsuz olaraq xx.xx.2006-cı ildə İddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinə dair qəbul olunmuş qərar ləğv olunmuş və İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin dayandırılması barədə qanunsuz inzibati akt qəbul edərək, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası təminatı hüququnu pozmuşdur. Cavabdeh Dövlət Sosial X20 hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiaxx.xx.2023-cü il tarixindən qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən iddiaçıya son 3 il ərzində Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş 45300,17 manat məbləği İddiaçı yazılı (şifahi) razılığı olmadan iddiaçının pensiya məbləğindən tutur. Bu hərəkətləri ilə cavabdeh inzibati orqan- Dövlət Sosial X20 hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələblərini pozaraq iddiaçı-pensiyaçının razılığı olmadan və ya məhkəmə qərarı olmadan qanunsuz şəkildə iddiaçının pensiya məbləğindən tutur.
8. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1 -ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1- ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin, “b” bəndinə uyğun olaraq isə 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını sözügedən Qərarla təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filialda mövcud olan sənədlərində xx.xx.1976-xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində “Xəzərdəniz” Birliyinin dənizdə X16nda markşeyder, xx.xx.1982-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində texnik-geodezist, xx.xx.1988-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində böyük topoqraf, xx.xx.1990- xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində X18 kəşfiyyat İdarəsində geodezist, xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində böyük geodezist vəzifələrində işlədiyi qeyd olunub. Yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının iş stajına dair məlumatların dəqiqləşdirilməsi məqsədilə tərəfimizdən aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğumuza cavab olaraq göndərilən SOCAR-ın “Geofizika və Geologiya İdarəsinin” xx.xx.2023-cü il tarixli 14-2-4/2-613/2023 nömrəli arayışında qeyd olunan məlumatlara əsasən iddiaçının işlədiyi markşeyder, texnik-geodezist, böyük topoqraf, geodezist, böyük geodezist vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nda dağ-mədən işləri bölməsində (1) nəzərdə tutulmadığı müəyyən edilmişdir. Eyni zamanda həmin vəzifələr SOCAR-ın “Geofizika və Geologiya İdarəsi”nin xx.xx.2023-cü il tarixli 4-2-4/2-Y-6-42/2023-71 nömrəli iddiaçıya dair arayışında istinad edilən sözügedən Siyahının neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində (X) nəzərdə tutulmamışdır. Buna görə də 1 yanvar 2006-cı il tarixinədək 1 №-li siyahı üzrə iddiaçının güzəştli iş stajı yoxdur. Lakin, iddaçının işlədiyi vəzifələr sözügedən Qərarla təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısında nəzərdə tutulmuşdur. Bu səbəbdən də iddiaçının 52 yaşının tamamlandığı xx.xx.2006-cı il tarixindən deyil, 57 yaşının tamamlandığı xx.xx.2011-ci il tarixindən qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2006-cı il tarixindən qanunazidd olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. Qanunun 39.1 -ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddaçıya son üç il üzrə 45300,17 manat artıq pul vəsaiti ödənilib. İddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 976,11 manat təşkil edir. Eyni zamanda bildirilir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçıya vaxtilə təyin edilmiş əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün 13 sentyabr 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmişdir. Lakin iddiaçı Mərkəzi Filiala gəlməmişdir. Bundan sonra əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixili qərar qəbul edilmişdir. Göründüyü kimi, tərəfimizdən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur.
9. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixə elektron kabinet vasitəsilə iddia tələbini dəqiqləşdirmə barədə ərizə təqdim edərək Dövlət Sosial X20 Hüquqi Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının "Əmək pensiyasının yenidən hesablanması haqqında" xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3- 18211/2023 saylı qərarının ləğv edilməsi və iddiaçının 52 yaşının tamamlandığı xx.xx.2006-cı il tarixindən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əvvəllər təyin edilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial X20 Hüquqi Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6658/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə qərarı qanunsuz, əliverişsiz inzibati aktdır. Yuxarıda da qeyd edildiyi kimi qanunsuz əliverişsiz inzibati akt hər bir halda ləğv edilməli və onun hüquqi nəticələri aradan qaldırılmalıdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
12. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-6658/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, iddiaçıya vaxtilə təyin edilmiş əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün 13 sentyabr 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmişdir. Lakin iddiaçı Mərkəzi Filiala gəlməmişdir. Bundan sonra əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixili qərar qəbul edilmişdir. Göründüyü kimi, tərəfimizdən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Lakin Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd edilənlənləri nəzərə almadan əsassız olaraq iddianı təmin etmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatlar
15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPMin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
19. 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun:
20. 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 61.İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalı dır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
26. Mübahisənin mahiyyətinə və apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.
27. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.
28. İşin hallarından görünür ki, iddiaçıya ilkin olaraq 52 yaşının tamam olduğu xx.xx.2006cı il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1№ li siyahıda “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bəndindəki 1100000b b)Rəhbərlər və mütəxəssislər koduna uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
29. Cavabdeh yenidən inzibati icraat zamanı SOCAR-ın xx.xx.2023-cü il tarixli 14-2- 4/2- 613/2023 nömrəli arxiv arayışına istinadən iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda “Ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər” vəzifəsinə uyğun olduğunu əsas götürərək “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarxli 3-17-1/3-3 18211/2023 nömrəli qərarı ilə pensiya hüququnun yarandığı tarix 57 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixə çəkilmiş, yenidən hesablama nəticəsində iddiaçının sonuncu dəfə aylıq əmək pensiyası 2405,99 manatdan 976,11 manata endirilmişdir.
30. Hazırkı iddiasında iddiaçı cavabdehin adıçəkilən qərarının ləğvini və əvəvlki hüquqi vəziyyətin-52 yaşının olduğu vaxtdan təyin edilmiş pensiyasının bərpasını mübahisələndirir Beləliklə, işin hazırkı mübahisələndirilən halı iddiaçının işləmiş olduğu vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1№ li siyahıda və yaxud 2 nömrəli siyahıda müvafiq vəzifə kodlarına uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
31. Bununla əlaqədar hazırkı icraatda məhkəmə Kollegiyası tətbiq olunan hüquq normalarına istinad etməklə mübahisələndirilən inzibati aktın əsaslılığı və qanuniliyini maddi hüquq baxımından qiymətləndirərək qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.1997-ci il tarixdə dəyişiklik edildikdən sonra 2000-ci ilin avqustun 1-dək yaş hədləri hər il 6 ay artırılmış, xx.xx.2000-ci ildən etibarən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə kişilər-52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini zərərli işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.
32. İddiaçının işlədiyi vəzifələrin güzəştli siyahılarda hansı koda uyğunluğu ilə bağlı məhkəmə araşdırılması ilə aşağıdakılar müəyyən edilmişdir.
33. İş materaillarına əlavə edilmiş SOCAR-ın Geofizika və Geologiya İdarəsinin xx.xx.2023-cü il tarixli 4-2-4/2-Y-6-42/2023-71 nömrəli arxiv arayışından görünür ki, kompleks Mühəndisi X13ün arxiv sənədlərində İddiaçı “Xəzərdəniz" Birliyinin dənizdə X16nda markşeyder, “Xəzərdənizneftqazsənaye” X22 Birliyinin dənizdə X16nda texnik - geodezist, böyük topoqraf, “Xəzərdənizneftqaz” X12 Dəniz Geoloji kəşfiyyat İdarəsində geodezist, “Azneft" X5 Geoloji Kəşfiyyat və Topoqrafiya İdarəsinin X4 Ekspedisiyasında geodezist, Geofizika və geologiya İdarəsi X15 Ekspedisiyasında geodezist, Geofizika və geologiya İdarəsinin Kompleks Mühəndisi X13 topoqrafiyakartoqrafiya partiyasında böyük geodezist vəzifələrində çalışması haqqında məlumat vardır. İşə qəbul olma: xx.xx.1976-cı il tarixli 10-k saylı əmrə əsasən “Xəzərdəniz” Birliyinin dənizdə X16na markşeyder peşəsinə işə qəbul olunub. xx.xx.1982-ci il tarixli 128-k saylı əmrə əsasən “Xəzərdənizneftqazsənaye” X22 Birliyinin dənizdə X16na texnik - geodezist, xx.xx.1988-ci il tarixli 26-k saylı əmrə əsasən böyük topoqraf, xx.xx.1990-cı il tarixli 54-k saylı əmrə əsasən X18 kəşfiyyat İdarəsinə geodezist, xx.xx.2003-cü il tarixli 9-k saylı əmrə əsasən X4 Ekspedisiyasında geodezist vəzifəsinə keçirilmişdir. İşdən azad olma: xx.xx.2012-ci il tarixli 165-k saylı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə işdən azad edilib. İşə qəbul olma: xx.xx.2012-ci il tarixli 143-k saylı əmrə əsasən Geofizika və geologiya İdarəsi Kompleks Mühəndisi X6 geodeziya və geofizika partiyasına 12-ci dərəcəli geodezist vəzifəsinə işə qəbul olunub. xx.xx.2017-ci il tarixli 20B00113 saylı əmrə əsasən Geofizika və geologiya İdarəsinin Kompleks Mühəndisi X13 topoqrafiya-kartoqrafiya partiyasında böyük geodezist vəzifəsinə keçirilmişdir. İşdən azad olma: xx.xx.21018-ci il tarixli 20B00168 saylı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilib. Cəmi güzəştli iş stajı: xx.xx.1976-cı il tarixindən xx.xx.21018-ci il tarixinə qədər 42 il 1 ay - 23 gündür. Qeyd: Geodezistlər dəniz şəraitində vaxt metodu ilə 12 saatlıq iş qrafiki ilə işləyir. Geodezistlər qazma başlamazdan qabaq dənizdə quyuların layihə vəziyyətini (dəqiq yerini) və azimutunu (istiqamətini) təyin edirlər. Qazma prosesi zamanı quyunun təyin olunmuş azimut (istiqamət) üzrə qazılmasına nəzarət edirlər. İddiaçı çalışdığı markşeyder, texnik - geodezist, böyük topoqraf geodezist, böyük geodezist vəzifəsində işləyənlər vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1№ li siyahıda “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bəndindəki 1100000b b)Rəhbərlər və mütəxəssislər kodunda göstərilmişdir. Adlandırma: SSRİ Neftqazsənayesi Nazirliyinin xx.xx.1988-ci il tarixli , 220 saylı əmrinə əsasən "Xəzərdənizneftqazsənaye" İstehsalat Birliyi ləğv olunub və "Xəzərdənizneftqaz" istehsalat Birliyi yaradılmışdır (əmr İstehsalat Birliyi №148 xx.xx.1988). X8 X16 (əmr № 229 xx.xx.1989-cu il) əsasında X18 Kəşfiyyat İdarəsi təşkil edilmişdir.( əmr № 179 xx.xx.1989-cu il).“ Quruda və Dənizdə Neft və Qazçıxarma” İstehsalat Birlikləri birləşdirilmiş və onların bazasında “Azneft” İstehsalat Birliyi yaradılıb. ( Azərbaycan Respublikası Dövlət Neft şirkətinin 25 saylı əmri xx.xx.2003-cü il). "X1” və “ X18 Kəşfiyyat İdarəsi” birləşdirilib onların bazasında “ X14 və Topoqrafiya İdarəsi (KGKTİ) yaradılıb.Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2007-ci il tarixli 64 nömrəli əmrinə əsasən KGKTİ hüquqi şəxs statusuna malik olmayan qurum kimi Geofizika və Geologiya idarəsinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Geofizika və Geologiya idarəsinin strukturunun təkmilləşdirilməsi haqqında” 10 avqust 2012- ci il tarixli 104 nömrəli əmrinə əsasən X14 və Topoqrafiya İdarəsi ləğv edilmiş, X15 Ekspedisiyası yaradılmışdır. Geofizika və geologiya İdarəsinin (GGİ) tabeliyində olan X15 Ekspedisiyası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2013-cü il tarixli 13-1000-01-SM-05- 000033 saylı əmri ilə X15 İstehsalat Bölümü adlandırılmışdır.
34. Məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla təqdim edilmiş SOCAR-ın Geofizika və Geologiya İdarəsinin xx.xx.2024-cü il tarixli 14-2-4/2- 519/2024 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı çalışdığı markşeyder, texnik geodezist, böyük topoqraf geodezist, böyük geodezist vəzifəsində işləyənlər vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1№ li siyahıda“Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bəndindəki 1100000b b) Rəhbərlər və mütəxəssislər kodunda göstərilmişdir. Geodezistlər dəniz şəraitində vaxt metodu ilə 12 saatlıq iş qrafiki ilə işləyir. Geodezistlər qazma başlamazdan qabaq dənizdə quyuların layihə vəziyyətini (dəqiq yerini) və azimutunu (istiqamətini) təyin edirlər. Qazma prosesi zamanı quyunun təyin olunmuş azimut (istiqamət) üzrə qazılmasına nəzarət edirlər. Güzəştli Şərtlə yaşa görə pensiya təmin edlməsi üçün istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin ARNK tərəfindən 1993-cü il 22 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 və 2 №-li siyahıların təsdiq edilməsi qaydaları haqqında izahatın 11-ci bəndində deyilir: Əgər 1 və 2 №-li siyahılarda istehsalatlar göstərilibsə peşə və vəzifələr sadalanmadan bu zaman peşə və tutduğu vəzifələrin adından asılı olmayaraq həmin istehsalatların bütün işçiləri güzəştli pensiya hüququna malikdirlər.
35. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR-ın Geofizika və Geologiya İdarəsinin xx.xx.2024-cü il tarixli 14-2-4/2-820/2024 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı çalışdığı markşeyder, texnik - geodezist, böyük topoqraf geodezist, böyük geodezist vəzifələri X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bəndindəki 1100000b Rəhbərlər və mütəxəssislər kodunda göstərilmişdir. İddiaçı çalışdığı peşələrin əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərinə görə 1100000b-17541 quyularda geofiziki tədqiqatları yerinə yetirən mədən geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları altkodunda göstərilən mühəndislər və texniklərin bu vəzifələrdə icra etdikləri işlər ilə eynilik təşkil edir. Geodezistlər dəniz şəraitində vaxt metodu ilə 12 saatlıq iş qrafiki ilə işləyir. Geodezistlər qazma başlamazdan qabaq dənizdə quyuların layihə vəziyyətini (dəqiq yerini) və azimutunu (istiqamətini) təyin edirlər. Qazma prosesi zamanı quyunun təyin olunmuş azimut (istiqamət) üzrə qazılmasına nəzarət edirlər. Güzəştli Şərtlə yaşa görə pensiya təmin edlməsi üçün istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin ARNK tərəfindən 1993-cü il 22 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 və 2 №-li siyahıların təsdiq edilməsi qaydaları haqqında izahatın 11-ci bəndində deyilir: Əgər 1 və 2 №-li siyahılarda istehsalatlar göstərilibsə peşə və vəzifələr sadalanmadan bu zaman peşə və tutduğu vəzifələrin adından asılı olmayaraq həmin istehsalatların bütün işçiləri güzəştli pensiya hüququna malikdirlər.
36. Beləliklə, iş üzrə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışları təqdim edilmişdir. Bu arayışlarda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir.
37. Belə ki, iddiaçının işlədiyi vəzifələr markşeyder, texnik - geodezist, böyük topoqraf geodezist, böyük geodezist vəzifələri cavabdeh tərəfindən ilkin olaraq işəgötürənin verdiyi arayış əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1№ li siyahıda “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bəndindəki 1100000b b) Rəhbərlər və mütəxəssislər koduna uyğun olduğunu qəbul edilərək güzəştli pensiya təyin etmişdir.
38. İşəgötürənin xx.xx.2023-cü il tarixli arayışında iddiaçının işlədiyi vəzifələrin 2 nömrəli siyahıda “Ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər” vəzifəsinə uyğun olduğu qeyd edilsə də SOCAR-ın Geofizika və Geologiya İdarəsi xx.xx.2024-cü il tarilxi arayışında xx.xx.2023-cü il tarixli arayışda göstərilən kodların zərərli peşələrə tam uyğun olmamasını nəzərə alaraq həmin arayışın qüvvədən düşmüş hesab edilməsi və cavadehə təqdim olunan xx.xx.2023-cü il tarixli 14-2-4/2-4-6-42/2023-cü il nömrıli arayışın əsas götürülməklə nəzərə alınmasını xahiş etmişdir.
39. Cavabdeh orqan işəgötürənin qeyd edilən arayışdan sonra da icraatı yeniləməmiş, əvvəlki arayışın əsaslı olub-olmaması və geri çəkilməsi ilə bağlı işəgötürənin mövqeyini dəqiqləşdirməmiş, iddiaçının işləmiş olduğu vəzifələrin uyğun gəldiyi vəzifə kodunun müəyyən edilməsi üçün əlavə araşdırmaya təşəbbüs göstərməmişdir. Başqa sözlə, cavbadehin icraatı təzələyərək iddiaçı üçün əliverişli inzibati aktın dəyişdirilməsinə, onun üçün əliverişsiz hüquqi vəziyyət yaradan inzibati aktın qəbul edilməsinə əsas olmuş güzəştli arayışın işəgötürən tərəfindən qüvvədən salındığını nəzərə almamış, qeyd edilən arayışa hər hansı münasibət bildirməmişdir.
40. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsində bilavasitə inzibati orqanın maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməməzliyi ilə bağlı imperativ norma nəzərdə tutulmuşdur.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir.
42. Məhkəmə sorğusuna cavab olaraq işəgötürən sonuncu dəfə verdiyi xx.xx.2024-cü il tarixli 14-2-4/2-820/2024 saylı arayışında konkret olaraq iddiaçının işlədiyi vəzifələrin funksional vəzifənin (işin) eyniliyi baxımından dəyərləndirərək həmin vəzifələri 1100000b17541 quyularda geofiziki tədqiqatları yerinə yetirən mədən geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları altkodunda göstərilən mühəndislər və texniklərin vəzifələri ilə eyniləşdirmişdir.
43. İşəgötürən mövqeyini onunla əsaslandırmışdır ki, geodezistlər dəniz şəraitində vaxt metodu ilə 12 saatlıq iş qrafiki ilə işləyir. Geodezistlər qazma başlamazdan qabaq dənizdə quyuların layihə vəziyyətini (dəqiq yerini) və azimutunu (istiqamətini) təyin edirlər. Qazma prosesi zamanı quyunun təyin olunmuş azimut (istiqamət) üzrə qazılmasına nəzarət edirlər.
44. Məhkəmə sorğusuna əsasən İdarə tərəfindən təqdim edilmiş vəzifə təlimatlarına əsasən geodezist vəzifəsində iddiaçının gördüyü işlər: 1 Topoqrafiya-geodeziya işlərinin aparılması: 1.1. Xəzər dənizinin sahilyanı (şelf), perspektiv və neft-qaz yataqlarının topoqrafik xəritələrini (baş markşeyder planlarını) hazırlamaq; 1.2. Hidrotexniki qurğuların (üzən qazma qurğuları, özül, estakada və estakadayanı meydançaları) layihə vəziyyətindən naturaya keçirmək. 2. Mühəndisi-axtarış (geodeziya, geoloji - geofiziki) işlərinin aparılması: 2.1. Axtarış-kəşfiyyat və istismar neft-qaz quyularının qazılması üçün hidrotexniki qurğuların (özül, estakada və estakadayanı meydançalar) tikintisi məqsədilə dəniz dərinliklərinin (bir şüalı və çox şüalı exolotla) ölçülməsi, 2D və 3D batimetrik xəritələrini hazırlamaq. 2.2. Geofiziki tədqiqatlar zamanı gəminin geofiziki profillər üzrə hərəkətini verilmiş (layihə) koordinatlarına görə təmin etmək. 2.3. Axtarış-kəşfiyyat və istismar neft-qaz quyularının qazılması və sualtı kommunikasiyaların (neft-qaz, su kəmərləri, kabellər və s.) tikintisinin layihələndirilməsi üçün Sonar planalma zamanı gəminin qalslar (profillər) üzrə hərəkətini verilmiş (layihə) koordinatlarına görə təmin etmək. Topoqrafik əsası hazırlamaq. 2.4. Dəniz dibindən Qrunt və su nümunələrini “Qruntgötürən’lə götürmək üçün verilmiş layihə koordinatlarına görə naviqasiya (geodeziya) ilə təmin etmək. 2.5. Sualtı kommunikasiyaların (neft-qaz, su kəmərləri, kabellər və s.) verilmiş layihə (tras) üzrə tikintisini naviqasiya (geodeziya) ilə təmin etmək. 2.6. Mövcud sualtı kommunikasiyanın texniki vəziyyətini müəyyənləşdirmək, batmış obyektlərin və naməlum predmetlərin tapılması üçün ROV-la aparılan tədqiqatları naviqasiya (geodeziya) ilə təmin etmək.
45. Göründüyü kimi iddiaçının işləmiş olduğu vəzifələr bilavasitə dəniz şəraitində olmaqla eyni zamanda həmin vəzifələr neft-qaz quyularının qazılması işlərinin naturada icrası zamanı da onların həmin şəraitdə bilavasitə iştiraklarını da şərtləndirir.
46. Cavabdehin istinad etdiyi 2 nömrıli siyahıda göstərilən- Ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiyageodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilərvəzifələri əsasən ümumi sahələrə aid olmaqla iddiaçının yerinə yetirdiyi işin xüsusiyyətləri və əmək şəraiti nzəərə alınmaqla xüsusi sahə olan neftin qazılması, hasilatı sahəsi ilə bağlı deyildir.
47. Digər tərəfdən cavabdehin istinad etdiyi vəzifə kodu 2 nömrəli siyahıda “Hava gəmilərinə xidmət üzrə mühəndis-texniki heyətə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin” siyahısı bölməsində nəzərdə tutulmuşdur ki, bu hal da neft sahəsində işləmiş iddiaçının peşəsinin həmin sahə və koda aid edilməsini də qeyri-mümkün edir. Başqa sözlə, cavabdehin yenidən hesablama zamanı əsas götürdüyü vəzifə kodu da iddiaçının işlədiyi sahəni ehtiva etmir.
48. Beləliklə, məhkəmə Kollegiyası tətbiq olunan hüquq normalarından, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən çıxış edərək hesab edir ki, cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə qərarı qanunsuz, əliverişsiz inzibati aktdır.
49. Yuxarıda da qeyd edildiyi kimi qanunsuz əliverişsiz inzibati akt hər bir halda ləğv edilməli və onun hüquqi nəticələri aradan qaldırılmalıdır.
50. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
51. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası əvvəla qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, iddiaçıya vaxtilə təyin edilmiş əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün 13 sentyabr 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmişdir. Lakin iddiaçı Mərkəzi Filiala gəlməmişdir. Bundan sonra əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixili qərar qəbul edilmişdir. Göründüyü kimi, tərəfimizdən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Lakin Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd edilənlənləri nəzərə almadan əsassız olaraq iddianı təmin etmişdir.
52. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə Kollegiyasının mövqeyi belədir ki, iddiaçının işləmiş olduğu vəzifələr bilavasitə dəniz şəraitində olmaqla eyni zamanda həmin vəzifələr neft-qaz quyularının qazılması işlərinin naturada icrası zamanı da onların həmin şəraitdə bilavasitə iştiraklarını da şərtləndirdiyinə baxmayaraq, cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə qanunsuz, əliverişsiz inzibati akt qəbul etmişdir.
53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
54. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6658/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6658/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.