Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1836/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X25 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, Üçüncü şəxslər X3, X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X14, X17, X11, X18, X22, X6, X4, X23, X33, X9, X15, X12, X7, X27, X37, X19, X24, X28, X38, X29, X30, X16, X20) “üçüncü şəxslərin evdən qeydiyyatdan çıxarılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6186/2023 nömrəli, 14 iyul 2023-cü il tarixli qərarından üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz qeydiyyata alınmış X14, X17, X11, X18, X22, X6, X4, X23, X33, X9, X15, X12, X7, X27, X37, X19, X24, X28, X38, X29, X30, X16, X10 qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə X14, X17, X11, X18, X22, X6, X4, X23, X33, X9, X15, X12, X7, X27, X37, X19, X24, X28, X38, X29, X30, X16, X20 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 2-1(112)-6186/2023 nömrəli, 14 iyul 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən X14, X17, X11, X18, X22, X6, X4, X23, X33, X9, X15, X12, X7, X27, X37, X19, X24, X28, X38, X29, X30, X16, X10 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan üçüncü şəxs X4 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2126/2024 nömrəli, 13 avqust 2024-cü il tarixli qərarı ilə üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6186/2023 nömrəli, 14 iyul 2023-cü il tarixli qərarı üçüncü şəxs X2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hazırda həmin qərardan digər üçüncü şəxs X6 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 apellyasiya şikayətinin mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 apellyasiya şikayətinin mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı, cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin qərarı xx.xx.2023-cü ildə qəbul edilmiş, poçt vasitəsi ilə tərəflərə göndərilmişdir. Həmin qərardan üçüncü şəxs X4 xx.xx.2024-cü ildə apellyasiya şikayəti vermişdir. İş materiallarında olan məhkəmə iclas protokollarından görünür ki, üçüncü şəxs X1 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılarkən üçüncü şəxs X6 xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə keçirilən məhkəmə iclaslarda iştirak etmişdir. Göründüyü kimi, üçüncü şəxs X6 qeyd olunan tarixlərdə artıq hazırda mübahisələndirdiyi qərardan məlumatlı olmuşdur və həmin dövrdə apellyasiya şikayəti verə bilərdi. Lakin onun tərəfindən apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsi ilə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, qanunla müəyyən edilmiş qərardan şikayət vermə müddəti (30 gün) üçüncü şəxs X6 tərəfindən buraxılmışdır (hətta Bakı Apellyasiya Məhkəməsində digər üçüncü şəxsin apellyasiya şikayətinə baxıldığı xx.xx.2024-cü il tarix nəzərə alınmaqla 6 aydan artıq müddət). Apellyasiya şikayəti məhkəməyə daxil olduqdan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən üçüncü şəxs X5 məktub göndərilərək qərardan apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə və sübutların məhkəməyə təqdim edilməsi bildirilsə də, onun tərəfindən ərizə və müddətin üzrlü səbəblərdən buraxılması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs X6 tərəfindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür və apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Buna görə də üçüncü şəxs X3 qərardan verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6186/2023 nömrəli, 14 iyul 2023-cü il tarixli qərarından üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1836/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1836/2025
02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver