Məhkəmə qərarları › İş №2-1(103)-1839/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1839/2025

29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1839/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi; qərarın icra edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X9 və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, X7 qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-13434/2023 nömrəli qərarının icra edilməməsi barədə İddiaçı tərəfindən verilmiş ərizə üzrə Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2-1(112)-13434/2023 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1993-cü il tarixli 1048 nömrəli sərəncamı ilə X6 fərdi yaşayış evi tikmək üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsinin ərazisində Q-102 saylı sahəsində yerləşən 1200 kv.metr torpaq sahəsinin cizgisinin çəkilərək verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13434/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1993-cü il tarixli 1048 nömrəli sərəncamı ilə X6 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsinin ərazisində Q102 saylı sahədə yerləşən 1200 kv.metr torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuşdur.

3. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1425/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13434/2023 saylı, 02 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

4. Qərardan kassasiya şikayəti verilməmiş, xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir.

5. İş baxıldıqdan sonra xx.xx.2024-cü il tarixdə yenidən Bakı İnzibati Məhkəməsinə göndərilərək icraata qəbul edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəmənin 2- 1(112)-13434/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı icra olunması üçün cavabdeh Bakı şəhəri Cavabdehnə göndərilmişdir.

7. İddiaçı Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, müvafiq məhkəmə aktı qanuni qüvvəyə minsə də, Bakı şəhəri Cavabdeh tərəfindən icra olunmadığını bildirmiş, qərarın icrasının təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh Xəzər RİH məhkəməyə məhkəmə qərarının icrası ilə bağlı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, iddiaçının iştirakı ilə onun göstərdiyi Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinə baxış zamanı torpaq sahəsində hasarlanmış həyətyanı sahədə fərdi yaşayış evində yaşayan vətəndaş X2 icrasına narazılığını bildirərək torpaq sahəsinin uzun illərdir onun istifadəsində olduğunu, İddiaçı heç bir aidiyyətinin olmadığını, bununla bağlı istifadəsində olan torpaq sahəsinə hər hansı sənədin verilməməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “cizgi və yerləşmə sxeminin verilməsi” tələbinə dair 2-1(112)-13434/2024 saylı inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə Qərarının icrasının mümkünsüzlüyü səbəbindən dayandırılması məsələsinə baxılması məhkəmədən xahiş edilmişdir.

9. Məhkəmə iclasında iştirak edən ərizəçi məhkəmə qərarının cavabdeh orqan tərəfindən icra olunmadığını qeyd edərək bildirmişdir ki, X1 torpaq sahəsinə dair heç bir subyektiv hüququ və hüquqmüəyyənedici sənədi yoxdur.

10. Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2-1(112)-13434/2023 saylı qərardadı ilə cavabdeh Bakı şəhəri Cavabdeh Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1993-cü il tarixli 1048 nömrəli sərəncamı ilə X6 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsinin ərazisində Q102 saylı sahədə yerləşən 1200 kv.metr torpaq sahəsinin yerləşmə cizgisinin İddiaçı verilməsi qərara alınmışdır.

11. Qərardaddan cavabdeh apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə qarşı “cizgi və yerləşmə sxeminin verilməsi tələbinə dair iş üzrə qanuni qüvvəyə minmiş qərarın icrası ilə bağlı iddiaçının iştirakı ilə göstərdiyi Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinə baxış zamanı torpaq sahəsində hasarlanmış həyətyanı sahədə fərdi yaşayış evində uzun illərdir yaşayan vətəndaş X2 icrasına narazılığını bildirərək torpaq sahəsinin uzun illərdir onun istifadəsində olduğunu İddiaçı heç bir aidiyyatının olmadığını, bununla bağlı istifadəsində olan torpaq sahəsinə hər hansı sənədin verilməməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq tərəflərindən Bakı İnzibati Məhkəməsinə məktub ünvanlanmış və İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli, 10 nömrəli qərarına istinad olunaraq qərarın icrasının mümkünsüzlüyü səbəbindən dayandırılması məsələsinə baxılması xahiş olunmuşdur. Bundan əlavə, İddiaçı cavabeh Bakı şəhəri Cavabdehnə ünvanladığı müraciətinə cavab olaraq Qala qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd (sərəncamda) qeyd olunan ölçülər arasında uyğunsuzluq olduğundan və torpaq sahəsi üzərindən yüksək gərginlikli elektrik xətti keçdiyindən sözügedən torpaq sahəsinə cizgi və xəritədən çıxarışın verilməsinin məqsədə uyğun sayılmamışdır.

TƏRƏFLƏRİN İZAHATLARİ:

6. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh (nümayəndəsi) məhkəmə kollegiyasının iclasında iştirakılarını təmin etməmişdir.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

9. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

10. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. İPM-nin: 116.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. 116.2-ci maddəsinə əsasən məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. 117.1.1-ci maddəsinə görə icra qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həyata keçirilir. 118.3-cü maddəsinə görə hakim icranın və ya ayrı-ayrı icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə, icra orqanı qismində müvafiq inzibati orqanı və ya məhkəmə icraçısını cəlb edə bilər.

12. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

13. Beləliklə, qeyd olunanlara əsasən, məhkəmə hazırkı vəziyyətdə qərarın icrası ilə bağlı mübahisənin olmasını nəzərə alaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13434/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı əsasında icra vərəqəsinin tərtib olunmasını məqsədəuyğun sayır.

14. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.

15. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Bakı İnzibati Məhkənəsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-13434/2023 saylı qərarının icrasının təmin edilməsi ilə bağlı yerləşmə cizgisinin verilməsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə düzgün qərara gəldiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2-1(112)-13434/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Sədrlik edən Günel Abbasova Hakimlər Elvin Əliyev Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar