Məhkəmə qərarları › İş №2-1(103)-1840/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1840/2020

11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1840/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Elmira Eyvaz qızı Nağıyevadan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (qızı) Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “ona iki aylıq məzuniyyət haqqı, iki aylıq müalicə haqqı, əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım və bayram günləri ilə bağlı mart, oktyabr və dekabr aylarında ümumilikdə 3 dəfə olmaqla maddi yardım, həmçinin 16 il 3 ay prokurorluq işçisi stajı olması da nəzərə alınmaqla əmək pensiyasının pensiya təyin edildiyi gündən yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qəbul etdiyi 2-1(81)-4562/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı təyin edilmiş əmək pensiyası miqdarının dəyişdirilərək yenidən hesablanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iki aylıq məzuniyyət haqqı, iki aylıq müalicə haqqı, əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım və bayram günləri ilə bağlı mart, oktyabr və dekabr aylarında ümumilikdə 3 dəfə olmaqla maddi yardım, həmçinin 16 il 3 ay prokurorluq işçisi stajı olması da nəzərə alınmaqla əmək pensiyasının pensiya təyin edildiyi gündən yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iki aylıq məzuniyyət haqqı, iki aylıq müalicə haqqı, əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım və bayram günləri ilə bağlı mart, oktyabr və dekabr aylarında ümumilikdə 3 dəfə olmaqla maddi yardım, həmçinin 16 il 3 ay prokurorluq işçisi stajı olması da nəzərə alınmaqla əmək pensiyasının pensiya təyin edildiyi gündən yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4562/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Həmçinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4562/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı iki aylıq məzuniyyət haqqının, iki aylıq müalicə haqqının, əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardımın, həmçinin 16 il 3 ay prokurorluq işçisi stajı olması da nəzərə alınmaqla əmək pensiyasının pensiya təyin edildiyi gündən yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin ödənilməsi vəzifəsinin AR ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması və iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4562/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-718/2020 saylı xx xxxx 2020ci il tarixli qərarı ilə şikayətin təmin edilməməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-4562/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarının dyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1531/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-718/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin «iki aylıq məzuniyyət haqqı, iki aylıq müalicə haqqı, əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım və bayram günləri ilə bağlı mart, oktyabr və dekabr aylarında ümumilikdə 3 dəfə olmaqla maddi yardım nəzərə alınmaqla əmək pensiyasının pensiya təyin edildiyi gündən yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ödənilməsi vəzifəsinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması» hissəsində təmin edilməməsi və iddia tələbinə "həmçinin 16 il 3 ay prokurorluq işçisi stajı olması da nəzərə alınmaqla əmək pensiyasının pensiya təyin edildiyi gündən yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ödənilməsi" hissəsində təkrar baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bu baxımdan ilk növbədə nəzərə alınmalıdır ki, baxılan iş üzrə apellyasiya baxışının hədlərini kassasiya instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən qərarın «İddiaçı onun mərhum ərinin 16 il 3 ay prokurorluq işçisi stajı olması da nəzərə alınmaqla əmək pensiyasının pensiya təyin edildiyi gündən yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi (qızı) Nümayəndə məhkəməyə ərizə verərək, cavabdehə qarşı verdiyi iddianın “iddiaçının mərhum ərinin 16 il 3 ay prokurorluq işçisi stajı olması da nəzərə alınmaqla əmək pensiyasının pensiya təyin edildiyi gündən yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsindən imtina etdiyini və bununla bağlı iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X2 iddiaçının nümayəndəsinin iddiadan qismən imtina etməsinin məhkəmə tərəfindən qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin iddiadan qismən imtina barədə ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan qismən imtina qəbul edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsinin iddiadan qismən imtina etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, iddiadan qismən imtina qəbul edilməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya instansiya məhkəməsi tərəfindən qanuniliyi və əsaslılığı yoxlanılan hissədə ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iddiaçının nümayəndəsi (qızı) Nümayəndə iddiadan qismən imtinası qəbul edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4562/2019 saylı xx xxxxxx 2019cu il tarixli qərarı qismən, “İddiaçı mərhum ərinin 16 il 3 ay prokurorluq işçisi stajı olması da nəzərə alınmaqla əmək pensiyasının pensiya təyin edildiyi gündən yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Elmira Nağıyeva Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar