Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1840/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X5 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi, iddiaçıya əvvəllər təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi» tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10018/2023 saylı 29 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X4 xx.xx.1953-cü il təvəllüdlüdür. İddiaçıya DSMF Qaradağ rayon şöbəsi tərəfindən 55 yaşdan, yəni 28 oktyabr 2008ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-1169/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarının surətindən görünür ki, iddiaçıya “Əmək pensiyaları haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən tutulmanın məhdudlaşdrılması (inventarizasiya) səbəbindən əmək pensiyası yenidən hesablanaraq yeni hesablanmış pensiya məbləği 688,98 manat olmuşdur. Cavabdehin iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, araşdırma zamanı ona güzəştli şərtlərlə yaşa gorə əmək pensiyası 57 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşınının tamam olduğu xx.xx.2008-ci il tarixdən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. “Əmək pensiyaları haqqında' Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq onun əmək pensiyası aşağıdakı qaydada hesablanıb. Belə ki, pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajını 36 il 7 ay 11 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixədək iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 43.22 manat (36,61 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 66.98 manat müəyyən edilməklə üzərinə xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabınının sığorta hissəsində qeydə alınmış 5525,28 manat sığorta kapitalına uyğun 38,37 (5525,28:144) manat və 85,00 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixə 190,36 (66,98+38,37+85.00) manat məbləğində əmək pensiyası müəyyən edilib (xx.xx.2017-ci il tarixədək indeksləsdirilməklə 257,45 manat). Onun 30 07.2017-ci il tarixdə işdən azad olmağı ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 14568,48 manat sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (14568,48:72 ay)=22,34 manat yenidən hesablanaraq 459,79 (257.45+202,34) manat müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq, pensiya sığorta kapitalına uyğun olaraq xx.xx.2010- xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində sizə ödənilməli olan pensiya məbləği, qanunazidd olaraq orta aylıq əmək haqqı əsas götürülməklə xx.xx.2008xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ödənilən pensiya məbləğindən çıxarılaraq “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri də nəzərə alınaraq, nəticədə ona 55832,97 manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş 55832,97 manat pul vəsaiti cari ilin mart ayından etibarən hissə (hər ay 79,03 manat) əmək pensiyasında tutularaq büdcəyə bərpa edilir. «Əmək pensiyaları haqqında» Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası 1 yanvar 2023-cü il tarixdən hesablanmaqla 790,26 manat məbləğində müvafiq kart hesabına köçürülür. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya əvvəllər təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi «27 yanvar 2023-cü il tarixli, 3-17-1/3-3-1169/2023 saylı qərarın ləğv edilməsi, iddiaçıya 28 oktyabr 2008-ci il tarixində təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının orta əmək haqqının 85 faizinə uyğun olaraq hesablanıb ödənilməsi və 01 fevral 2023-cü il tarixdən pensiya ödənişlərində yaranmış və ödənilməyən fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» kimi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxx 1953-cü il tarixdə doğulmuşdur. Ona xx.xx.2008-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 1 yanvar 1993-cü il tarixdə qüvvəyə minmiş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 17-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının məbləği orta əmək haqqının 85%-i məbləğində hesablanmışdır. Ona pensiya təyin olunan tarixdən, yəni 28 oktyabr 2008-ci il tarixdən 2023-cü il yanvar ayınadək pensiya həmin məbləğdə ödənilmişdir. Son 13 ayda ödənilən aylıq məbləğ isə 2.267 manat olmuşdur. 1 fevral 2023-cü il tarixdən isə, aylıq pensiya ödənişi 790,26 manat olmuşdur. Pensiya məbləğində kəskin azalma ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Müraciətə cavab məktubunda bildirilmişdir ki, sığorta kapitalına uyğun olaraq 28 oktyabr 2010-cu il tarixdən 31 yanvar 2023-cü il tarixədək olan dövr ərzində ona ödənilməli olan pensiya məbləği qanunazidd olaraq orta aylıq əmək haqqı əsas götürülməklə 28 oktyabr 2008-ci il tarixdən 31 yanvar 2023-cü il tarixədək olan dövr ərzində ödənilən pensiya məbləğindən çıxılaraq «Əmək pensiyaları haqqında» Qanunun tələbləri nəzərə alınmaqla artıq ödənilmiş 55.832,97 manat pul vəsaiti hər ay pensiya məbləğindən hissə-hissə tutularaq büdcəyə bərpa edilir. Cavabdeh orqan həmçinin imtinanın əsası kimi qeyd edir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 55 yaşı tamam olduğu 28 oktyabr 2008-ci il tarixdən deyil, 57 yaşı tamam olduğu 28 oktyabr 2010cu il tarixdən təyin edilməli idi. 1 yanvar 2010-cu il tarixdə «Əmək pensiyaları haqqında» Qanunun yeni redaksiyasına əsasən isə əmək pensiyası orta əmək haqqı məbləğinə yox, sığorta kapitalına əsasən hesablanmalı idi. İddiaçı göstərilən mövqe ilə razılaşmır. Belə ki, 1 avqust 1997-ci il tarixədək 25 il sığorta stajı toplanmışdır və bu müddətin 12 il 06 ayından çoxunu güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə çalışmışdır. «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “b” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıya əsasən 55 yaşına çatmış kişilər azı 25 il sığorta stajı olduqda bu müddətin 12 il 06 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, o (iddiaçı), 1997-ci ilədək 25 il sığorta stajı toplamış və 12 il 06 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə çalışmışdır. Buna görə də 28 oktyabr 2008-ci il tarixdən 55 yaşı tamam olduğuna görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bunu nəzərə alaraq pensiya məbləğinin hesablanması 1 yanvar 2010-cu il tarixdən «Əmək pensiyaları haqqında» Qanuna edilmiş dəyişikliyə uyğun hesablanmamalıdır. Yəni pensiya məbləği sığorta kapitalına uyğun yox, orta əmək haqqına uyğun hesablanmalı idi. «İnzibati icraat haqqında» Qanunun 62.1, 64.1-ci maddələrinə əsasən inzibati orqan pensiya məbləğindən tutulmaların həyata keçirilməsi ilə bağlı inzibati akt qəbul etməli və ona (iddiaçıya) rəsmi qaydada məlumat verməli idi. Lakin heç bir məlumat olmadan pensiyadan tutulmaların həyata keçirilməsi, habelə bununla bağlı inzibati orqan tərəfindən heç bir inzibati aktın qəbul edilməməsi qanunsuzdur və onun hüquqlarının kobud pozulması ilə nəticələnmişdir. Göstərilənlərə və «İnzibati icraat haqqında» Qanunun 20, 24-cü maddələrinə, İPM-in 12, 14-cü maddələrinə əsaslanaraq, İddiaçı 28 oktyabr 2008-ci il tarixdə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının orta əmək haqqının 85% uyğun olaraq hesablanıb ödənilməsi və 1 fevral 2023-cü il tarixdən məhkəmə qərarı qanuni qüvvəsini aldığı günədək pensiya ödənişlərdə yaranmış və ödənilməyən fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, ünvanlanmış 24 iyun 2023-cü il tarixli məktubunda iddiaya etiraz olaraq qeyd olunur ki, İddiaçı iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-lllQD nömrəli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “b” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 55 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixindən etibarən güzəştli şertlərlə pensiya yaşı kişilər üçün 57 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını toplamamış, dəyişiklikdən sonra kişilər 57 yaş həddinə çatmadıqda onlara həmin yaşdan güzəştlə şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş yaş həddinə (57 yaş) uyğun təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Qanunun 27-ci maddəsinin 1 yanvar 2010cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarixindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi apanlmaqla) əsasən hesablanılmasına başlanılıb. Araşdırma zamanı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamam olduğu 28 oktyabr 2010-cu il tarixdən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamam olduğu 28 oktyabr 2008-ci il tarixdən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. «Əmək pensiyaları haqqında» Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 1 yanvar 2006-cı il tarixədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə 1 yanvar 2006-cı il tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, iddiaçının əmək pensiyası DSMF tərəfindən aşağıdakı qaydada hesablanıb. Belə ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 36 il 7 ay 11 gün təşkil edir. Bununla əlaqədar 1 yanvar 2006-cı il tarixədək iş stajına uyğun olaraq, «Əmək pensiyaları haqqında» Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə iddiaçının pensiyasının sığorta hissəsi 43,22 manat (36,61 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 66,98 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5525,28 manat sığorta kapitalına uyğun 38,37 (5525,28:144) manat və 85,00 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixinə 190,36 (66,98+38,37+85,00) manat məbləğində əmək pensiyası müəyyən edilib (xx.xx.2017-ci il tarixinədək indeksləşdirilməklə 257,45 manat). «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçının 30 iyul 2017-ci il tarixində işdən azad olmağı ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 14.568,48 manat sığorta kapitalına görə əmək pensiyası «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (14.568,48 : 72 ay (144 ay - 72 ay) = 202,34 manat) yenidən hesablanaraq 459,79 (257,45 + 202,34) manat müəyyən edilib. «Əmək pensiyaları haqqında» Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanları nəzərə alaraq, iddiaçının pensiya sığorta kapitalına uyğun olaraq 28 oktyabr 2010-cu il tarixdən 31 yanvar 2023-cü il tarixədək olan dövr ərzində ona ödənilməli olan pensiyaməbləği qanuna zidd olaraq orta aylıq əmək haqqı əsas götürülməklə 28 oktyabr 2008-ci il tarixdən 31 yanvar 2023-cü il tarixədək olan dövr ərzində ödənilən pensiya məbləğindən çıxılaraq, «Əmək pensiyaları haqqında» Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan tələbləri də nəzərə alınaraq, nəticədə ona 55.832,97 manat artıq pul vəsaiti cari ilin mart ayından etibarən hissə-hissə (hər ay 79,03 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. «Əmək pensiyaları haqqında» Qanunun 29- cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası 1 yanvar 2023-cü il tarixdən hesablanmaqla 790,26 manat məbləğində müvafiq kart hesabına köçürülür. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10018/2023 saylı 29 noyabr 2023-cü il tarixli qərardadı ilə iddia təmin edilərək, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması barədə” 27 yanvar 2023-cü il tarixli 3- 17-1/3-3- 1169/2023 nömrəli qərarının ləğv edilməsi, iddiaçının İddiaçı əvvəllər təyin edilmiş 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının orta əmək haqqının 85%-i əsas götürülməklə hesablanıb ödənilməsi və 1 fevral 2023-cü il tarixdən pensiya ödənişində yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, 01,08.1997-ci il tarixədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə də qanunun o vaxt ki redaksiyasına uyğun olaraq, 1 nömrəli Siyahı üzrə 50 yaşdan deyil, 52 yaşdan (2 nömrəli Siyahı üzrə isə 55 yaşdan deyil, 57 yaşdan) pensiya təyin olunurdu. Yəni, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sözügedən dəyişikliyin edildiyi tarixdən sonra 2000-2005-ci illərdə xx.xx.1997-ci il tarixədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə müvafiq pensiya təyinatı dəyişikliyə uyğun olaraq, kişilərə münasibətdə 52 (57) yaşdan edilməsinə baxmayaraq, məhkəmə sonradan qüvvəyə minmiş “Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsaslanmaqla 2006-dan sonrakı illərdə qüvvədən düşmüş qanunun ilkin redaksiyasına uyğun 50 (55) yaşdan pensiya hüququnu müəyyən edir. Yəni qanunun qüvvədə olduğu vaxtda tətbiq olunmayan yanaşmanın, qanunun qüvvədən düşdüyü tarixdən sonra məhkəmə qərarlarında əks olunması ağlabatan deyil. Halbuki nəzərə alınmalıdır ki, istər “Vətəndaşların pensiya təyinatı” haqqında Qanun, istərsə də “Əmək pensiyaları haqqında" Qanunda pensiya yaş hədlərinin dəyişdirilməsi zamanı, dəyişikliyə qədər stajı toplamış şəxslərə əvvəlki nomraların tətbiqi barədə heç bir müddəa nəzərdə tutulmayıb. Qanunun 9.8-ci maddəsi isə məhz müəyyən kateqoriyadan olan şəxslərə münasibətdə (ümumi və güzəştli iş stajını toplamış) xx.xx.2006-cı il tarixindən əvvəl mövcud olmuş hüquqi vəziyyətin saxlanılmasını nəzərdə tutan norma kimi başa düşülməlidir. Məhkəmənin cavabdehin əleyhinə olan mövqeyini o halda qanunauyğun saymaq olardı ki, "Vətəndaşların pensiya təyinatı” haqqında Qanuna xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanun ilə dəyişiklik edilərək yaş hədləri artırılarkən, həmin qanunda xx.xx.1997-ci il tarixinədək müvafiq stajı tamamlamış şəxslərə qeyd olunan tarixdən əvvəlki normaların tətbiqi barədə hər hansı qeyd nəzərdə tutulmuş olsun. Lakin dəyişiklik Qanununda belə bir norma olmadığına görə, Qanunun 9.8-ci maddəsi üzrə pensiya təyinatı zamanı məhz xx.xx.2006-cı il tarixindən əvvəl mövcud olmuş yaş hədləri, yəni 1 və 2 nömrəli Siyahılar üzrə kişilərə və qadınlara müvafiq olaraq pensiya yaşı 52 (57) və 47 (52) yaş olaraq müəyyən edilməsi qanunauyğundur. Beləliklə, qeyd olunanlara əsasən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 01.01,2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə 01.01,2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, iddiaçının əmək pensiyası tərəfimizdən aşağıdakı qaydada hesablanıb. Belə ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 36 il 7 ay 11 gün təşkil edir. Bununla əlaqədar 01.01,2006-cı il tarixinədək iş stajına uyğun olaraq, "Əmək pensiyaları haqqında” Qanunun 27- ci maddəsinin tələblərinə əsasən həmin tarixə iddiaçının pensiyasının sığorta hissəsi 43,22 manat (36,61 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 66,98 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5525,28 manat sığorta kapitalına uyğun 38,37 (5525,28:144) manat və 85,00 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixinə 190,36 (66,98+38,37+85,00) manat məbləğində əmək pensiyası müəyyən edilib (xx.xx.2017-ci il tarixinədək indeksləşdirilməklə 257,45 manat). Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçının xx.xx.2017-ci il tarixində işdən azad olmağı ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 14568,48 manat sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (14568,48 : 72 ay (144 ay-72 ay)=202,34 manat) yenidən hesablanaraq 459,79 (257,45+202,34) manat müəyyən edilib. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanları nəzərə alaraq, iddiaçının pensiya sığorta kapitalına uyğun olaraq xx.xx.2010-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ona ödənilməli olan pensiya məbləği, qanunazidd olaraq orta aylıq əmək haqqı əsas götürülməklə xx.xx.2008-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ödənilən pensiya məbləğindən çıxılaraq, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələbləri də nəzərə alınaraq, nəticədə ona 55832,97 manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş 55832,97 manat pul vəsaiti cari ilin mart ayından etibarən hissə-hissə (hər ay 79,03 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası xx.xx.2023 -cü il tarixindən hesablanmaqla 790,26 manat məbləğində müvafiq kart hesabına köçürülür. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etmiş, əlavə olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh tərəfindən qəbul edilmiş 27 yanvar 2023-cü il tarixli 3-17-1/3-3- 1169/2023 nömrəli qərarın ləğv edilməsi, iddiaçıya xx.xx.2008-ci il tarixdə təyin edilmiş 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqı əsas götürməklə hesablanıb ödənilməsi və 01 fevral 2023-cü il tarixdən məhkəmə qərarı qanuni qüvvəsini alana qədər pensiya ödənişində yaranmış və ödənilməyən fərq məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınıln üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin dəqiqləşdirmə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının mübahisələndirdiyi cavabdeh inzibati orqanın qərarı 27 yanvar 2023-cü il tarixlidir. Həmin qərar işə birinci instansiya qaydasında baxılarkən təqdim olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə qeyd olunur ki, iddiaçıya DSMF Qaradağ rayon şöbəsi tərəfindən İddiaçı 55 yaşdan, yəni 28 oktyabr 2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 1169/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarı ilə iddiaçıya “Əmək pensiyaları haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən tutulmanın məhdudlaşdrılması (inventarizasiya) səbəbindən əmək pensiyası yenidən hesablanaraq yeni hesablanmış pensiya məbləği 688,98 manat olmuşdur. Həmin hesablama ilə razılaşmayan iddiaçı cavabdeh quruma qarşı iddia ilə məhkəməyə müraciət edərək, “27 yanvar 2023-cü il tarixli, 3-17-1/3-3-1169/2023 saylı qərarın ləğv edilməsi, ona 28 oktyabr 2008-ci il tarixində təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının orta əmək haqqının 85 faizinə uyğun olaraq hesablanıb ödənilməsi və 01 fevral 2023-cü il tarixdən pensiya ödənişlərində yaranmış və ödənilməyən fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”ni xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansya məhkəməsinin qeyd olunan tələblə bağlı gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin apellyasiya baxışı zamanı cavabdeh inzibati orqana iddiaçıya məxsus pensiya işinə dair sənədlərin məhkəməyə təqdim olunması barədə sorğu verilmiş və həmin sorğuya xx.xx.2024-cü il tarixli cavab məktubuna əlavə edilmiş iddiaçının pensiya işinə dair materiallardan müəyyən olunmuşdur ki: -İddiaçıya 55 yaşdan, yəni 28 oktyabr 2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən onun pensiyası həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq əmək haqqı nəzərə alınmaqla hesablanmışdır. -Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışa əsasən xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilədək iddiaçının sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 13771.90 manat pensiya kapitalı olmuşdur; -Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-1169/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarı ilə iddiaçıya “Əmək pensiyaları haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən tutulmanın məhdudlaşdrılması (inventarizasiya) səbəbindən əmək pensiyası yenidən hesablanaraq yeni hesablanmış pensiya məbləği 688,98 manat olmuşdur. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2024-ci il tarixli 3-17-1/3-3-2503/2024 saylı qərara əsasən «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə müvafiq olaraq (Məhkəmə qərarına əsasən) iddiaçının əmək pensiyası yenidən hesablanaraq pensiya məbləği 2912 manat müəyyən olunmuşdur. Beləliklə, aparılan məhkəmə araşdırmaları zamanı məlum olmuşdu ki, cavabdeh orqan tərəfindən iddiaçı barəsində xx.xx.2023-cü il tarixli qərar bundan öncə qəbul edilmiş “əlverişli qanuni inzibati akt” qüvvədə olduğu halda qəbul edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmi Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanununun 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixə qədər qazanmış olsun. xx.xx.2006-cı il tarixədək qüvvədək olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” və “b” bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq sözügedən Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qeyd olunan maddi hüquq normalarının tələbinə görə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndinə əsasən iddiaçıya pensiya təyin olunması üçün onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusi zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulmalıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon Şöbəsinin xx.xx.2008-ci il tarixli qərarı ilə 55 yaşdan, yəni xx.xx.2008-ci il tarixdən orta əmək haqqına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan həmin əlverişli inzibati akt qüvvədə ola-ola cavabdeh qurum iddiaçı barəsində pensiyasının yenidən hesablanaraq xx.xx.2023-cü il tarixli qərar (əlverişsiz inziabti akt) qəbul etmişdir. “İnzibati icraat haqqında” Qanunun: 68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər; 68.2-ci maddəsinə əsasən, qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə müvafiq olaraq iddiaçıya əvvəllər 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı düzgün aparılmış və bu zaman qüvvədə olan qanunvericiliyin hər hansı tələbinin pozulması halına yol verilməmişdir. Odur ki, cavabdehin qəbul etdiyi xx.xx.2023-cü il tarixli yenidən hesablama barədə qərarı iddiaçıya münasibətdə qanunsuz əlverişsiz inzibati akt olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanununun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göründüyü kimi, cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli qərarı qanuna, pensiya qanunvericiliyi üzrə müvafiq maddi hüquq normalarına zidd olmaqla qəbul edilmiş sayılır və həmin qərar həm də iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olur. Odur ki, birinci instansiya məhkəməsi adı çəkilən qərarın əlverişsiz inzibati akt olduğu üçün onun ləğv edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən birinci instansiya məhkəməsinin qərarı qəbul edildikdən sonra xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-2503/2024 saylı qərar qəbul olunmuş və «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə müvafiq olaraq (Məhkəmə qərarına əsasən) iddiaçının əmək pensiyası yenidən hesablanaraq pensiya məbləği 2912 manata çatdırılmışdır. Lakin bu hal iddiaçının hüquqi maraqlarını tam əhatə etmir. İş üzrə müəyyən olunur ki, iddiaçıya ilk dəfə 2008-ci ildə əmək pensiyası təyin olunarkən həmin pensiyanın hesablanması şəxsin əmək haqqı nəzərə alınmaqla aparılmışdır. Hazırki vəziyyətdə iddiaçının tələbi qeyd olunan pensiya təyinatı ilə bağlı hesablamaların əmək haqqının 85%-i nəzərə alınmaqla aparılması barədədir. Halbuki işdən görünür ki, iddiaçının 2008-ci aparılan pensiya təyinatı onun əmək haqqısının 85%-i nəzərə alınmaqla deyil, fərqli faiz nisbətində aparılmışdır. Buna görə də işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası iddiaçının hüquqi marağını nəzərə alaraq İPM-nin 12-ci maddəsinə əsasən xidməti vəzifəsindən istifadə etməklə iddiaçıya Məcəllənin 13-cü maddəsində müəyyən olunmuş hüquqi yardımı göstərmiş və iddia tələbinin dəqiqləşdirilməsini təklif etmişdir. Həmin hüquqi yardıma əsasən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, “27 yanvar 2023-cü il tarixli 3-17-1/3-3-1169/2023 nömrəli qərarın ləğv edilməsi, iddiaçıya xx.xx.2008-ci il tarixdə təyin edilmiş 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının əmək haqqısı əsas götürməklə hesablanıb ödənilməsi və 01 fevral 2023-cü il tarixdən məhkəmə qərarı qanuni qüvvəsini alana qədər pensiya ödənişində yaranmış və ödənilməyən fərq məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Həmin dəqiqləşdirmə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı “iddiaçıya əvvəllər xx.xx.2008-ci il tarixdə təyin edilmiş 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması” hissəsində dəyişdirilməli və iddiaçıya xx.xx.2008ci il tarixdə təyin edilmiş 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının “əmək haqqı əsas götürməklə hesablanıb ödənilməsi” öhdəliyi cavabdeh qurumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən əsassızdır, buna görə də həmin dəlillər qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10018/2023 saylı 29 noyabr 2023-cü il tarixli qərarı “iddiaçıya əvvəllər xx.xx.2008-ci il tarixdə təyin edilmiş 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması” hissəsində dəyişdirilsin, İddiaçı xx.xx.2008-ci il tarixdə təyin edilmiş 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının “əmək haqqı əsas götürməklə hesablanıb ödənilməsi” öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X8 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1840/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1840/2024
20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver