Məhkəmə qərarları › İş №2-1(103)-1842/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1842/2020

28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1842/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “qanunsuz tikintinin sökülməsi”tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Şeyda Ədalət qızı Məhərrəmovadan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “qanunsuz tikintinin sökülməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4916/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bütün qanunsuz tikintinin sökülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4916/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4916/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddianın mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikasının Cavabdeh, 3-cü şəxslər Bakı şəhəri İcra Hakimiyyəti və Azərbaycan Respulikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə həmin cavabdehin və 3-cü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Azərbaycan Respublikasının Cavabdeh, 3-cü şəxslər Bakı şəhəri İcra Hakimiyyətinin və Azərbaycan Respulikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, iddiaçının cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı tələbi “qanunsuz tikilinin sökülməsi” ilə bağlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarında olan Azərbaycan Respublikasi Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Biliriyinin 0/336 saylı xx xxxx 2017-ci il tarixli məktubundan görünür ki, Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Biliriyinin 52 saylı MKİS-nin rəhbərliyinin və X2 qeyri-qanuni hərəkətlərinin araşdırılması barədə X1 müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, 52 saylı MKİSin xx.xx.2017-ci il tarixli aktına əsasən onun yaşadığı ev 2 otaqdan ibarət xüsusi mülkiyyətə aid olmaqla, 3 otaqlı yaşayış sahəsi 40.5 kv.m, ümumi sahəsi 59 kv.m-dir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya MH №0141231 saylı xx.xx.2008-ci il tarixli çıxarışa əsasən 3 otaqlı xüsusi mülkün, yaşayış sahəsi 10 kv.m olan 1 payı Y.Yusupovnaya, digər hissəsi, yəni yaşayış sahəsi 30.5 kv.m olan 2-ci pay qonşusu, vətəndaş X4 məxsusdur. Hal-hazırda ümumi sahəsi 18.5 kv.m olan ümumi istifadə üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsindən istifadə olunması ilə bağlı Y.Yusupovnanın qonşusu S.C.Rəhimov arasında mübahisəli münaqişə yaranmışdır. Ona görə də, münaqişənin həlli ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Cavabdeh Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 37/V-01850 saylı xx xxxxxx 2017-ci il tarixli məktubuna əsasən Yelena Yusupovnanın qonşusu X5 ilə aralarında olan mübahisəli məsələ ilə bağlı Cavabdehnə ünvanladığı xx xxxx 2017-ci il tarixli müraciəti mütəxəssislər tərəfindən yerində araşdırılmış və bildirilmişdir ki, müvafiq tədbirinin görülməsi üçün tərəflərindən Nəsimi rayon İcra Hakimiyyətinə xx xxxx 2017-ci il tarixli məktub ünvanlanmışdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hazırki iş üzrə cavabdeh qismində qoyduğu Azərbaycan Respublikası Cavabdeh tikinti işlərinin aparılması və sökülməsi fəaliyyəti istiqamətində ümumiyyətlə fəaliyyət göstərmədiyinə, həmçinin iddiaçının mübahisələndirdiyi tikilinin vətəndaş X3 məxsus olmasına əsaslanaraq iddianı mümkün saymamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Hazırki işdə iddiaçının cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “qanunsuz tikintinin sökülməsi” tələbinə dair iddiası üzrə cavabdeh orqana müvafiq rəsmi müraciət etməsi halı müəyyən olunmur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya “hüquqi yardım” göstərilməsi məqsədilə məktub ünvanlanaraq izah olunmuşdu ki, hazırki mübahisə üzrə iddia tələbinin dəqiqləşdirilməsi, həmçinin cavabdeh orqanlara olunan müraciətlər və müraciətlərə verilmiş cavab məktublarının təqdim olunması zəruridir. Buna baxmayaraq iddiaçı tərəfindən nə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı müvafiq ərizə, nə də inzibati orqana iddia ilə bağlı müvafiq müraciət ünvanlamasını, bu müraciətə hansı məzmunda münasibət bilidirməsini əks etdirən cavab məktubları təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia qeyri-mümkün sayılmış və ona istinad olunmuşdu ki, cavabdeh qismində qoyulmuş Azərbaycan Respublikası Cavabdeh onun Əsasnaməsinə görə tikinti işlərinin aparılması və sökülməsi fəaliyyəti istiqamətində ümumiyyətlə fəaliyyət göstərmir, həmçinin iddiaçının mübahisələndirdiyi tikili vətəndaş X3 məxsusdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddianın qeyri-mümkün sayılması” barədə gəldiyi nəticə ilə razılaşsa da, bu barədə qərardadda verilmiş əsaslandırma ilə aşağıda göstərilənlərə əsasən razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.2-ci maddəsinə əsasən bu Məcəllənin “Tikinti obyektlərinin sökülməsi” adlanan 95-ci maddəsinin 1-ci bəndində tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsinin hansı hallarda sökülməsi göstərilmişdir. Həmin Məcəllənin 95.2 və 95.3-cü maddələrinin tələblərinə görə yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı (AR Cavabdeh) tərəfindən qəbul edilir. Həmin qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmçinin digər hallarda müvafiq icra hakimiyyəti orqanı (AR Cavabdeh) tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Həmin Məcəllənin 95.5-ci maddəsinə əsasən sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür. Həmçinin «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun”04 nömrəli xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra mətndə “ŞTM”) müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Tikinti fəaliyyətinin həyata keçirilməsinə icazə verilməsi barədə inzibati orqanın qərarı üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğu hallarda da eyni qayda tətbiq olunur. ŞTM-nin 95.3-cü maddəsinə əsasən həmin Məcəllənin 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. «Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən ŞTM-nin 95.3-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Cavabdeh həyata keçirir. ŞTM-nin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Cavabdeh qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi, sadalanan maddi hüquq normalarının tələbləri baxımından və Plenumun sözügedən qərarında göstərilən hüquqi mövqeyə görə, tikinti obyektinin sökülməsi barədə iddia Azərbaycan Respublikasının Cavabdeh tərəfindən verildikdə həmin iddialara inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Lakin iş materillarından görünür ki, hazırki iş üzrə iddia fiziki şəxs olan İddiaçı tərəfindən verilmişdir. İddiaçı cavabdeh inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən narazı qaldığı təqdirdə verdiyi iddianın mümkün sayılması üçün isə əsas şərt həmin inzibati orqana müraciət etməsi və onun bu müraciətinə münasibət bildirilməsidir. İnzibati məhkəmə icraatı zamanı iddiaçı onun qanunla qorunan hüquqlarının pozulmasını iddia etdiyi tikilinin sökülməsi ilə bağlı maraqlı şəxs olaraq Azərbaycan Respublikasının Cavabdehnə müraciət etməsi və sonuncunun bu müraciətinə münasibətdə müvafiq cavab məktubları verdiyini sübuta yetirə bilməmişdir. Bununla da iddiaçı inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadında göstərilən əsaslandırma düzgün olmasa da, nəticə ilə bağlı məhkəmə iddianı qeyri-mümkün hesab etməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsinə əsas vermir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4916/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4916/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Şeyda Məhərrəmova Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar