Məhkəmə qərarları › İş №2-1(103)-1842/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1842/2024

11.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1842/2024 11.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), XN və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “yeni məlumat vərəqəsi”nin verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11221/202N saylı xx.xx.202N-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında təkrar baxaraq müəyyənetdi: İ.İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 avqust 201N-cü il tarixindən 29 iyul 2015-ci il tarixinədək olan dövrün sığorta stajına daxil edilərək yeni məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir (İPM, m.N4.1) İddia aşağıdakılarla əsaslandırılmışdır: “...1987-201N-cü illər ərzində SSRİ və Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, “polkovnik-leytenant” rütbəsində ehtiyatda olan zabitdir. 201N-cü ilin avqust ayında saxta sənədlər əsasında Müdafiə nazirinin qanunsuz və əsassız əmri ilə ehtiyata buraxılmışdır. Bununla əlaqədar olaraq hüquqlarının bərpa olunması məqsədilə 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsində iddia qaldırmışdır. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 19 may 2015-ci il tarixli qərarı ilə barəsində qəbul edilmiş saxta və qanunsuz şərəf məhkəməsinin qərarları, Müdafiə nazirinin əmri ləğv edilərək hüquqları bərpa olunmuşdur. Məhkəmə qərarı 19 iyun 2015-ci ildə qanuni qüvvəyə minmiş və 29 iyul 2015-ci ildə Müdafiə Nazirliyi tərəfindən icra olunmuşdur. Ona qarşı baş vermiş qanunsuz hərəkətlər nəticəsində vaxtından əvvəl ordudan ehtiyata buraxıldığından və məhkəmə tərəfindən hüquqları bərpa olunduğundan Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə rəsmi məktubla müraciət edərək ehtiyata buraxılmasına dair qanunsuz əmrin verildiyi tarixdən, yəni xx.xx.201N-cü il tarixindən hüquqlarının bərpa olunmasına dair məhkəmə qərarı qüvvəyə mindiyi tarixədək, yəni 29 iyul 2015-ci ilədək olan müddətin sığorta stajına daxil edilməklə yeni məlumat vərəqəsinin DSMF-nun XŞTİ-nə göndərilməsini xahiş etmişdir. Cavabdeh absurd bəhanələrlə bundan imtina etmişdir. xx.xx.202N-cü il tarixli N-25-8/2-A-261-NN1 saylı imtina məktubunda qeyd olunur ki, AR Müdafiə nazirinin 0889 nömrəli 2N dekabr 2014-cü if tarixli əmrilə Azərbaycan Respublikası müdafiə nazihnin 0N52 nömrəli 14 avqust 201N-cü il tarixli əmrinin 2-ci bəndi, yəni Sizin ”Hərbi xidmətkeçmə haqqında“ Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə hissəsi ləğv edilmiş və yeni redaksiyadahəmin Əsasnamənin 156-cı maddəsinin "j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq 14 avqust 201N-cü il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması hesab edilməsinə dair dəyişikliklər rəsmiləşdirilmişdir. Göründüyü kimi, burada onun hərbi xidmətə bərpa edilməsi deyil, sadəcə hərbi xidmətdən buraxılmasının səbəb əlaqəsi dəyişdirilmişdir. Bundan başqa 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 19 may 2015-ci il tarixli qərarı ilə onun bir çox hüquqları bərpa edilmişdir, lakin, sözügedən məhkəmə qərarında onun hərbi xidmətə bərpa edilməsinə dair iddia tələbinin olması faktı, habelə bu tələbin icrasının həyata keçirilməsi öhdəliyinin Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul olunmasına dair müddəalar öz əksini tapmamışdır. Nəticə etibarilə, onun hərbi xidmətdə olduğu dövrdə (yenidən hərbi xidmətə bərpa edilmə faktı olmadığına görə) “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununun 21.2.8-ci maddəsinə əsasən (şəxsin qeyri-qanuni olaarq işdən kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddətin sığorta stajına daxil edilməsi müddəaları ona münasibətdə şamil edilə bilməz’’. Odur ki, cavabdehin mövqeyini qanunsuz və əsassız hesab edərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir... ” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 1N5 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bəndinin müddəalarına istinadən, qeydetmişdir ki, iddiaçı Müdafiə nazirinin 14 avqust 201N-cü il tarixli əmri ilə“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 2N dekabr 2014-cü il tarixli əmri ilə qeyd olunan əmr ləğv edilmiş, iddiaçı həmin Əsasnamənin 156- cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.8-ci maddəsinə əsasən şəxsin qanunsuz tutulma, həsdə olma və cəzaçəkmə müddətləri , eləcə də qeyriqanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət sığorta stajına daxil edilir. Həmin Qanunun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. İddiaçı barəsində 14 avqust 201N-cü il tarixli əmr inzibati işə Bakı inzibati Məhkəməsində baxılmazdan və yekun qərar qəbul etməzdən əvvəl 2N dekabr 2014-cü il tarixində dəyişdirilmişdir. Beləliklə də, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.8-ci maddəsinə əsasən şərtlər hazırki mübahisəyə tətbiq edilə bilmədiyindən və inzibati işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edirlər ki, iddiaçının tələbi təmamilə qanunsuz və əsassızdır....» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11221/202N saylı xx.xx.202N-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir. Apellyasiya mümkündür. Şikayət aşağıdakılarla əsaslandırılmışdır. «… Həmin qərar qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qərarda qeydedir ki,o, hərbi xidmətə, nə ehtiyata buraxıldığı tarixdən, nə də ki, sonradan bərpa edilməmişdir. 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2-1 (81)-706/2015 saylı xx.xx.2015-ci il tarixli qərarında isə cavabdehə münasibətdə iddiaçının ehtiyata buraxılması barədə əmrləhnin qanunsuz sayılmaqla ləğv edilməsi barədə hər hansı bir öhdəlik müəyyən edilməmişdir Məhkəmənin bu mövqeyi absurddur və yalnız cavabdehin etirazında göstərilən mövqeyin təkrarlanmasıdır. Çünki, bu mövqe, “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 70-ci maddəsində qeyd olunmuşdur. Həmin maddəyə əsasən buraxılmış müddətin pensiya təyin etmək üçün lazım olan illər müddətinə daxil edilməsi üçün hərbi qulluqçunun hərbi xidmətə bərpa olunması şərt kimi tələb olunursa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 21.2.8-ci maddəsində qeyri-qanuni olaraq vəzifədən kənarlaşdırılma ilə əlaqədar işləmədiyi müddətin sığortaolunanın sığorta stajına daxil edilməsi üçün şəxsin mütləq səkildə işə (xidmətə) bərpa olunması nəzərdə tutulmamışdır. Belə olduğu tədqirdə məhkəmənin gəldiyi qənaət absurd və əsassızdır. Onun ehtiyata buraxılmağıma dair əmrin qanunsuz olduğu artıq qüvvəyə minmiş məhkəmə qərarı ilə sübuta yetirilmiş bir faktdır. Həmçinin, həmin əmrin verilməsinə əsas olmuş N saylı hərbi hissənin bas zabit heyətinin şərəf məhkəməsinin 1 fevral 201N-cü il tarixli qərarı (ordu sıralarından çıxarılmaq haqqında məsələ qaldırmaq barədə) məhkəmə tərəfindən ləav edilərək, ehtiyata buraxılmağımın qanunsuz olması sübuta yetirilmişdir. Belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaət absurd, qəbul etdiyi qərar isə qanunsuz və əsassızdır. Hesab edir ki, məhkəmə iddia tələbini araşdırarkən iki əsas faktorun mövcud olubolmadığını yoxlamalı idi. 1.Onun hərbi xidmətdən kənaıiaşdırılmağım qanunu olub, ya yox? 2.İddiaçı olaraq tələbimin təmin edilməsinə qanun icazə verirmi? Birinci şərtin mövcudluğu, yəni xidmətdən (işdən) qanunsuz olaraq kənarlaşdırılmağım artıq qüvvəyə minmiş məhkəmə qərarı ilə sübuta yetirilmiş faktdır. İkinci şərtin mövcudluğu yoxlanılarkən qanunvericilik normalarına düzgün istinad olunmalı idi. Çünki, məhkəmə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.8-ci maddəsini xatırlatsa da, nədənsə həmin maddədə işçinin mütləq səkildə işə bərpa olunması şərtinin mövcud olub-olmamasına toxunmamışdır. Halbuki, həmin maddədə qeyri-qanuni olaraq vəzifədən kənarlaşdırılma ilə əlaqədar işləmədiyi müddətin sığortaolunanın sığorta stajına daxil edilməsi üçün şəxsin mütləq səkildə isə (xidmətə) bərpa olunması nəzərdə tutu İmam ısdır.Belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaət də absurd, qəbul etdiyi qərar isə qanunsuz və əsassızdır…» Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazında göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxalanılmalıdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N7.1ci maddəsinə əsasən aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: N7.1.1. çağırışçılar üçün – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; N7.1.2. bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün – bağlaşmanın imzalandığı gün; N7.1.N. kursantlar üçün – hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunduqları gün; N7.1.4. müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün. Həmin Qanunun N7.2-ci maddəsinə əsssən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 27 avqust tarixli 1N5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarınnın -4-cü hissəsinə əsasən bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.8-ci maddəsinə əsasən şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət sığorta stajına daxil edilir. İddiaçının tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə 14 avqust 201N-cü il tarixindən 29 iyul 2015-ci il tarixinədək olan dövrün sığorta stajına daxil edilərək yeni məlumat vərəqəsinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsinin cavabdehə həvalə edilməsini tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia rədd olunmuşdur. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən hesab etmişdir ki, iddiaçının sözügedən mövqeyi əsassızdır. Belə ki, işin hallarından müəyyən edildiyi kimi, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 0N52 nömrəli 14 avqust 201N-cü il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmış, sonradan Müdafiə nazirinin 0889 nömrəli 2N dekabr 2014-cü il tarixli əmrinə əsasən Müdafiə nazirinin 14 avqust 201N-cü il tarixli 0N52 nömrəli şəxsi heyət üzrə əmrinin 2-ci bəndi “N nömrəli hərbi hissənin Şəxsi Heyət İdarəsinin (N1) Şəxsi heyət bölməsinin baş zabiti (şəxsi heyət uçotu üzrə) İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə” əmr ləğv olunmuş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “j” bəndinə (öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər) müvafiq olaraq N nömrəli hərbi hissənin Şəxsi Heyət İdarəsinin Şəxsi Heyət bölməsinin baş zabiti (şəxsi heyətin uçotu üzrə) 14 avqust 201N-cü il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir. Göründüyü kimi, iddiaçının sadəcə ehtiyata buraxılma barədə əmrinin əsası dəyişilmiş, yenə iddiaçı həmin tarixdən ehtiyata buraxılmışdır. O, hərbi xidmətə, nə ehtiyata buraxıldığı tarixdən, nə də ki, sonradan bərpa edilməmişdir. İddiaçının öz arzusuna əsasən ehtiyata buraxılması barədə əmr isə ümumiyyətlə onun tərəfindən mübahisələndirilməmişdir. Məhkəmənin qeyd olunan mövqeyi ilə razılaşmayan iddiaçının apellyasiya şikayətin mübahisələndirir ki, xidmətdən (işdən) qanunsuz olaraq kənarlaşdırılmağım artıq qüvvəyə minmiş məhkəmə qərarı ilə sübuta yetirilmiş faktdır, məhkəmə qanunvericilik normalarına düzgün istinad olunmamışdır. Məhkəmə kollngiyası iddiaçsının aşağıdakılara görə qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 0N52 nömrəli 14 avqust 201N-cü il tarixli əmrindən çıxarışa əsasən iddiaçı“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı AR Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq, o cümlədən, onun xidməti uyğunsuzluğu ehtiyata buraxılması barədə əmri mübahisələndirmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-(81)-706/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə cavabdehə həvalə edilmişdir ki, Müdafiə Nazirinin xx.xx.201N-cü il tarixli 0N52 saylı əmrinin 2-ci bəndi (İddiaçı "xidməti uyğunsuzluğa görə" maddəsi ilə ehtiyata buraxılmasına dair) ləğv edilsin və "Hərbi Xidmətkeçmə Haqqında Əsasnamə"nin 156-cı maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmasına dair Müdafiə Nazirinin 2N dekabr 2014-cü il tarixli 0889 saylı əmri iddiaçının iştirakı ilə N saylı hərbi hissənin baş zabit heyətinin iclasında elan edilsin. Məhkəmənin həmin qərarı və Müdafiə nazirinin 0889 nömrəli 2N dekabr 2014-cü il tarixli əmri ilə Müdafiə nazirinin 14 avqust 201N-cü il tarixli 0N52 nömrəli şəxsi heyət üzrə əmrinin 2-ci bəndi – «N nömrəli hərbi hissənin Şəxsi Heyət İdarəsinin (N1) Şəxsi heyət bölməsinin baş zabiti (şəxsi heyət uçotu üzrə) İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmr ləğv olunmuş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər) müvafiq olaraq N nömrəli hərbi hissənin Şəxsi heyət idarəsinin Şəxsi heyət bölməsinin baş zabiti (şəxsi heyətin uçotu üzrə) İddiaçı 14 avqust 201N-cü il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 67.N-maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunun qeyd olunan tələbi nəzərə alınmaqla, iddiaçının ehtiyata buraxılması barədə Müdafiə nazirin sözügedən 14 avqust 201N-cü il tarixli əmri - xidməti uyğunsmuzluğua görə ehtiyata buraxılması barədə hüquqi əsası ləğv edilməklə həmin andan o, öz arzusu ilə ehtiyata buraxılmış hesab olunmuşdur. Belə olan təqdirdə, yəni, iddiaçı 14 avqust 201N-cü il tarixdən öz arzusu ilə ehtiyata buraxılmış hesab edildiyi,başqa sözlə, xidmətinə bərpa olunmadığı halda, onun 14 avqust 201N-cü il tarixindən 29 iyul 2015-ci il tarixinədək olan dövrün xidmət illəri kimi sığorta stajına daxil edilərək yeni məlumat vərəqinin DSMF-yə göndərilməsi istisna olunur. Göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçının həmin dövrün onun sığorta stajına daxil edilərək yeni məlumat vərəqinin göndərilməsi barədə ərizəsinin təmin edilməsindən imtina etəsi qanuni və əsasılıdr. Qanuni və əsaslı imtina isə iddianın hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 7N.1-ci maddəsinin tələbi isə onu ehtiva edir ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati məhkəmə o halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki,həmin aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarının pozmuş olsun. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, 2-1(112)-11221/202N saylı xx.xx.202N-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və İPM-in 68, 69, 82, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11221/202N saylı xx.xx.202N-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 119N-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar