Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1843/2023 27.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “iddiaçının mülkiyyətində olan mənzilə bitişik divarın sökülməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3822/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının mülkiyyətində olan mənzilə bitişik divarın sökülməsi barədə sərəncamın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 40 kv m olan ev iddiaçının xüsusi mülkiyyətindədir. Həmin evdə təsdiq olunmuş layihəyə uyğun təmir işləri aparmaq, pəncərə qoymaq, kondisioner quraşdırmaq və evin divarlarını qaydaya salmaq üçün əsaslı təmir işləri görülməlidir. Lakin vaxtilə 4 nömrəli Mənzil-Kommunal İstimar Sahəsi tərəfindən zibil konteynerlərinin yerləşdirilməsi üçün tikilmiş divarlar evdə təmir işlərinin görülməsinə maneçilik törədir. Belə ki, mübahisəli divar faktiki olaraq ümumi istifadədə olan torpaq sahəsini bağlayır və onun (və qonşu) evinin arxa hissəsinə birləşir. Odur ki, o, həmin divarın sökülməsi üçün cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin olunmasından imtina olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3822/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və mahiyyəti üzrə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı düzgün olmadığından ləğv olunmalıdır. Belə ki, o, yeni bir iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mübahisəli divar evin təmirinə maneçilik törətməklə yanaşı, inzibati orqan tərəfindən ayrılmış ümumi istifadədə olan torpaq sahəsində yerləşir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək mübahisəli divarın onun evinə aid olmadığını təsdiq edən sənədləri və fotoşəkilləri məhkəməyə təqdim edərək izahatında bildirmişdir ki, həmin divar ona məxsus olmadığına və evin yenidən qurulması ilə bağlı məhkəmə qərarına aidiyyati olmadığına görə 4 saylı MKİS tərəfindən tikildiyinə görə onun həmin divarı sökmək səlahiyyəti yoxdur. Həmin divar ümumi istifadədə olan torpaq sahsində yerləşir və ona təmir işlərinin aparılmasına və ümumi istifadədə olan torpaq sahəsindən istfadə etməyə maneçilik törədir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Birincisi, iş materiallarından görünür ki, İPM-in 1.2-ci və MPM-in 11.1-ci, və İPM-in 13.1 və 86.1-ci maddələrinə müvafiq olaraq, məhkəmə tərəfindən iddia ərizəsinin və apellyasiya şikayətinin azərbaycan dilində yazılmış (və ya tərcümə olunmuş) variantında məhkəməyə təqdim edilməsi təmin olunmamışdır (iddiaçıya təkliflər verilməmişdir). İkincisi, qərardaddan görünür ki, məhkəmə iddianın mümkünsüz hesab edərkən qeyd etmişdir ki: “ İşə əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8320/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış sahəsinin yenidən planlaşdırılması və yenidən təchiz edilməsi” tələbinə dair iddiası təmin edilərək ünvan 2 ünvanda yerləşən 4 nömrəli mənzilin mövcud vəziyyətinə nisbətdə tavan və dam hissəsinin, eləcə də divarlarının 1,5 metr hündürlüyündə qaldırılmasına razılıq verilməsinə dair sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilmişdir. Qərar qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət etməmiş, ayrıca inzibati iddia vermişdir... Belə iddialar (şikayətlər) inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-in 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün iddia mümkün sayılmamalıdır...” Lakin məhkəmə qeyd olunan nəticəyə gələrkən, işin bütün hallarını aydınlaşdırmamış, sökülməsinə dair sərəncam verilməsi tələb olunan divarın iddiaçının mülkiyyətində olan evə aid olub-olmadığı, habelə, istinad etdiyi qanuni qüvvəsini almış məhkəmə qərarının icrasının və evin təsdiq olunmuş yenidən planlaşdırma layihəsi ilə əhatə dairəsinə düşüb-düşmədiyini araşdırmamışdır. Konkret halda isə iddiaçının apellyasiya şikayətinin dəlillərinə, hazırkı mərhələdə məhkəməyə veridiyi izahatına və təqdim etdiyi sənədlərə (Əmlak Məsələləri Dövlət Komitəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli məktubuna, 4 saylı MKİS-in cavabdeh Bakı şəhəri Səbail rayon İH-nə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna, evin planlaşdırma lahiyəsinə, fotoşəkillərə və s. eləcə də, cavabdehin iddiaçının şikayətinə dair etirazına əsasən müəyyən olunur ki, həmin hasar bir neçə il əvvəl mövcud olmuş, ümumi istifadədə olan boş sahədə məişət tullantılarının yığılmasının qarşısını alınmaq üçün tikilmişdir. Başqa sözlə, birinci instansiya məhkəməsinin istinad etdiyi qərarın icrası ilə bağlılığı yoxdur və həmin qərarın icrasının əhatə dairəsinə düşmür. Lakin iddianın əsasları baxımından, iddiaçıya evin təmirində maneçilik törədir və onun həm mülkiyyətində olan evindən, həm də ümumi istifadədə olan torpaq sahəsindən maneəsiz istifadə hüququnu məhdudlaşdırır. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən iddianın qeyd olunan məhkəmə qərarının icrası qaydasında həmin işin davamı kimi baxılmalı olduğunu əsas gətirilməklə, iddianın mümkünsüz sayılması əsassızdır. İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 49.1.2-49.15-ci maddələri isə tələb edir ki, sədrlik edən hakim şifahi məhkəmə baxışı başlayana qədər - hazırlıq sənədlərini (ərizələrini, vəsatətlərini, izahatlarını, etirazlarını) tamamlamağı və ya aydınlaşdırmağı, iş üzrə materiallarda saxlanılması mümkün olan sənədlərin və predmetlərin məhkəməyə təqdim olunmasını proses iştirakçılarına təklif etmək, dəqiqləşdirmə tələb edən müəyyən halların izah olunması üçün müddət təyin etmək; zəruri sənədləri (arayışları, məlumatları) toplamaq; tələb olunan sənədlərin təqdim olunması barədə sərəncam hakim vermək; proses iştirakçılarının şəxsən məhkəməyə gəlmələrinə dair sərəncam vermək kimi - bütün zəruri tədbirləri görməlidir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansyia məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını səhv nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərardadın düzgün olmadığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun həmin şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3822/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, iş qeyd olunan nöqsanlar nəzərə alınmaqla, sonrakı prosessual hərəkətlərin aparılması üçün həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və İPM-in 80, 87, 90-cı maddələrini rəhbər tutuaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3822/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin aparılması üçün üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1843/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1843/2023
27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver