Məhkəmə qərarları › İş №2-1(103)-1844/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1844/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1844/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidmətinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 269/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа şifahi məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə Xroniki beyin qan dövranı çatışmazlığı diaqnozu ilə xx.xx.2022-ci il tarixədək ümumi xəstəlik səbəbi ilə 4405003AABNR saylı Forma 88 arayışı əsasında ikinci dərəcəli əlillik təyin edilmişdir. Təyin olunmuş əlilliyə əsasən iddiaçıya 05.20xx-xx.2018-ci illərdə əlilliyə görə pensiya təyin olunmuşdur. 2018-ci ilin noyabr ayından pensiyanın verilməsi dayandırılmışdır. İddiaçıya ümumi xəstəlik səbəbi ilə xx.xx.2019-cu il tarixdə revmatik poliartit. Oynaq və əzələ sisteminin funksional pozğunluğu. Mitral qapağın revmatik mənşəli çatmamazlığı. Durğun ürək çatmamazlığı, İİ dərəcə. Əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik. Arterial hipertoniya İİİ dər. İV risk qrupu. Ürəyin işemik xəstəliyi. Stabil gərginlik stenokardiyası diaqnozu ilə xx.xx.2024-cü il tarixədək 0027003AACXC saylı Forma 88 arayışı əsasında ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona, yəni İddiaçı xx xxx 2017-ci il tarixdən təyin olunmuş və 2018-ci ilin noyabr ayından ödənilməsi dayandırılmış əlillik pensiyasının məbləğinin yenidən hesablanmaqla verilməsinin bərpa edilməsi və həmin tarixdən ödənilməyən pul məbləğinin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx xxx 2017-ci il tarixdən təyin olunmuş əlilliyin bərpa edilməsi və 2018-ci ilin noyabr ayından ödənilməsi dayandırılmış əlillik pensiyasının verilməsinin bərpa edilməsi və həmin tarixdən ödənilməyən pul məbləğinin ödənilməsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-269/2020 saylı qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1964-cü il tarixdə Cəbrayıl rayonunun Mehdili kəndində anadan olmuşdur. Məcburi köçkün kimi Bakı şəhəri Binəqədi rayonunda məskunlaşmış və həmin rayonda qeydiyyatdadır. 2015-ci ilin sonlarında yaşayış binasının 5-ci mərtəbəsindən yıxıldığı üçün çox ağır xəsarətlər almış və bədəninin bütün nayihələrində çoxlu sayda sümüklərimin sınması nəticəsində sağlamlığına son dərəcə ciddi ziyan dəymişdir. Müxtəlif tibb müəssisələrində uzun müddət müalicə-bərpa kursları keçməsinə baxmayaraq, sağlamlığının tam bərpa edilməsi mümkün olmamış və bunun nəticəsində uzun müddətə əmək qabiliyyətini itirmişdir. Kənar şəxslərin köməyi olmadan, hətta zəruri təbii ehtiyaclarını belə ödəyə bilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza Komissiyasının xx xxx 2017-ci il tarixli rəyinə əsasən ona “Xroniki beyin qan dövranı çatışmamazlığı” diaqnozu qoyulmuş və xx xxx 2022-ci il tarixə kimi 5 illik müddətə ikinci qrup əlillik dərəcəsi verilmişdir. Bu rəyi əsas götürərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiəsi Fondunun Binəqədi rayon şöbəsi tərəfindən ona 2017-ci ilin may ayından 187 (bir yüz səksən yeddi) manat məbləğində əlillik pensiyası təyin edilmişdir. O, həmin pensiyanı 1 il 4 ay müddətində, yəni 2018-ci ilin noyabr ayına kimi almışdır. Lakin sonradan məlum olmayan səbəblər üzündən Tibbi-Sosial Ekspertiza Komissiyası xx xxx 2017-ci il tarixli rəyi ləğv etdiyinə görə Dövlət Sosial Müdafiəsi Fondunun Binəqədi rayon şöbəsi əlillik pensiyasının ona verilməsini 2018-ci ilin noyabr ayından dayandırmışdır. Əlilliyinə görə pensiya ödənişinin bərpa edilməsi ilə bağlı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət olunmuş, lakin Nazirliyin Mərkəzi Elektron X1 Altsistemində əlillik vəziyyəti barədə 2017-ci ildə qiymətləndirilməsinə dair məlumat aşkar edilmədiyinə görə ona müsbət cavab verilməmişdir. Pensiyasının verilməsi dayandırıldıqdan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi ona 1 il 4 ay müddətində guya qanunsuz olaraq ödənilmiş 2600 (iki min altı yüz) manat 90 qəpik məbləğində pulun geri qaytarılmasını tələb edir. DSMF tərəfindən həmin məbləğin geri qaytarılması tələbinə dair Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuş, lakin iddia tələbi əsassız olduğu üçün məhkəmə işə baxmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx xxx 2019-cu il tarixli təkrar rəyi əsasında ona “Revmatik poliartrit. Oynaq və əzələ sisteminin funksional pozğunluğu. Mitral qapağın revmatik mənşəli çatmamazlığı. Durğunluq ürək çatmamazlığı. 2-ci dərəcə. Əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik. Arterial hipertoniya 3-cü dərəcə. 4-cü risk qrupu. Ürəyin işemik xəstəliyi. Stabil gərginlik stenokardiyası” diaqnozu qoyulmuş, ümumi xəstəlik səbəbi ilə ona xx xxx 2024-cü il tarixinə kimi ikinci qrup əlillik dərəcəsi verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-269/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə rədd edilmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh (nümayəndəsi) məhkəmə iclasında təmsil olunmamış, habelə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kоllеgiyаsı işin mаtеriаllаrını yохlаyаrаq, tərəflərin izаhаtlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin еdilməli, birinci instаnsiyа məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən hesab etmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Elektron X2 altsistemində İddiaçı əlillik vəziyyətinin xx.xx.2017-ci il tarixdə qiymətləndirilməsinə dair heç bir məlumat aşkarlanmadığından, iddiaçıya həmin tarixdə əlilliyin təyin edilməsinə əsas olan tibb müəssisəsinin 4405003AABNR saylı göndərişin ona deyil, digər üçüncü şəxsə aid olduğu və həmin şəxsə 4405003AABNR saylı göndəriş əsasında əlillik dərəcəsi təyin edildiyi müəyyən edildiyindən, həmçinin iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin xx.xx.2019-cu il tarixli, 0027003AACXC saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilərək onun barəsində ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcəli əlilliyin təyini barədə qərar qəbul edildiyindən iddiaçının xx xxx 2017-ci il tarixdən təyin olunmuş əlilliyin bərpa edilməsi barədə tələbi əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2017-ci il tarixli arayışa əsasən iddiaçının “Xroniki beyin qan dövranı çatışmazlığı” diaqnozuna əsasən ikinci dərəcəli əlil olduğu müəyyən edilmişdir. Azərbayca Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutunun müalicə həkimi V. Mikayılov və Şöbə Müdiri E.M.Hacıyev tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli, 11424 saylı arayışa əsasən iddiaçıya sağ pəncənin ikinci-üçüncü daraq sümüklərinin əsasən yerdəyişmiş sınığı və çıxığı və pazabənzər sümüyün sınığı diaqnozu qoyulmuşdur. Təyin olunmuş əlilliyə əsasən iddiaçıya əlilliyə görə pensiya təyin olunmuş, sonradan pensiyanın verilməsi dayandırılmışdır. Məhkəmə baxışı gedişində dəfələrlə cavabdehə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclaslarında təmsil olunmamış, yaranmış yalnışlığın hansı səbəbdən baş verdiyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi cavabdeh tərəfindən 2017-ci ildə iddiaçıya əlilliyin təyin olunması, sonradan həmin əlilliyin ləğv edilərək 2019-cu ildə yenidən əlilliyin verilməsi məhkəmə kollegiyasında şübhələr yaratmış, cavabdehə yaranmış ziddiyətli halların aydınlaşdırılması təklif olunmasına baxmayaraq cavabdeh məhkəmə iclaslarında təmsil olunmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunvercilik normalarını hazırkı mübahisəyə tətbiq edərək və işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, məhkəmə iddiaçının müraciətini təmin etməməkdə haqlı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-269/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-269/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı xx xxx 2017-ci il tarixdən təyin olunmuş əlillik bərpa edilsin. 2018-ci ilin noyabr ayından ödənilməsi dayandırılmış əlillik pensiyasının verilməsinin bərpa edilməsi və həmin tarixdən ödənilməyən pul məbləğinin ödənilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilsin . Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) аy müddətində Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsinin İnzibаti kоllеgiyаsınа (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç.,14, 1193-cü məhəllə) Bаkı Аpеllyаsiyа Məhkəməsi vаsitəsilə kаssаsiyа şikаyəti vеrilə bilər. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar