Məhkəmə qərarları › İş №2-1(103)-1844/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1844/2021

24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1844/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil X2, cavabdehin nümayəndəsi Kəlbiyev İbrahim xeyrulla oğlunun, üçüncü şəxsin nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs “xxxx” MTK) “mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi haqqında” tələbinə dair iş üzrə üçüncü şəxsin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2168/2021 saylı 16.03.2021-ci il tarixli qərardadından üçüncü şəxsin nümayəndəsi tərəfindən verilmiş şikayətə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-dən aldığı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 1 saylı çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.metr olan 3 otaqlı 39 saylı mənzili onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə üçüncü şəxs “xxxx” MTK (nümayəndəsi) ərizə ilə məhkəməyə müraciət edərək, işə baxılıb yekun nəticə qəbul edilib, qanuni qüvvəsini alana qədər Bakı şəhəri, Nəsimi rayonu, DöƏliyeva küçəsi, məhəllə 717. İnşa edilmiş çoxmənzilli yaşayış binasının ümumi sahəsi 140,6 kv.m olan 3 otaqlı 39 saylı mənzilin üzərinə həbs qoyulması və həmin iş üzrə icraata dönüş barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2168/2021 saylı 16.03.2021-ci il tarixli qərardadı ilə üçüncü şəxsin ərizəsi təmin edilməmişdir. Üçüncü şəxs “xxxx” MTK həmin qərardaddan apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, 12 oktyabr 2004-cü il tarixli 234 №-li Bakı şəhər İcra Başçısının sərəncam, Bakı şəhəri xəritəsindən çıxarış, ayrılmış torpaq sahəsinin cizgisi, ayrıc aktı, 09 dekabr 2019-cu il tarixli 246 №-li istismara icazə, 06 dekabr 2019-cu il tarixli rəy, 24 iyul 2020-ci il tarixli Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məktubu və s. sənədlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən 1 saylı çoxmənzilli yaşayış binası “xxxx” MənzilTikinti Kooperativinə məxsusdur.Hazırkı iş üzrə iddiaçı mübahisəli mənzilə dair çıxarışın verilməsini iddia edir və həmin mənzil üzrə «xxxx» MMC-yə ödəmiş, halbuki, onun həmin binanın mənzillərinin satılmasına ixtiyarsız idi və hüququ olmamışdır. “xxxx” MTK “xxxx” MMC ilə 05 mart 2006-cı il tarixdə müştərək fəaliyyət üçün razılaşdırma müqaviləsi bağlanılmış, həmin müqavilənin 3.1.14-cü bəndində qeyd edilmişdir ki, mənzillərin satılması üçün alıcılarla bağlanan müqavilə “xxxx” MTK tərəfindən bağlanır. Bundan əlavə iddiaçı çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etdiyi zaman həmin bina istismara təhvil verilməmişdir. Ona görə də iş üzrə yekun nəticə qanuni qüvvəsini alana qədər mənzil üzərin həbs qoyulmalı. İjrada dönüş edilməlidir (Konstitusiyanın 26 və İPM-in 1.1,1.2, 27-28, 29.1, 40 və 44-cü maddələrinin tələblərinə istinad olunur) Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi vəkil G.İlyasova apellyasiya şikayəti dəlillərinə uyğun müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Ə.Cavadov üçüncü şəxsin şikayəti ilə razılaşmamış, oxşar olan Ali Məhkəmənin İnzibati Kollegiyasında baxılan başqa iş üzrə hazırkı üçüncü şəxsin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin məhkəmə icraatı mümkün sayılmadığını qeyd edərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İ.Kəlbiyev izahatında göstərdi ki, işin qanuni həllini məhkəmənin səlahiyyətlərinə buraxır. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə üçüncü şəxs “xxxx” MTK-nın şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, “xxxx” MTK-nın müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə icraat mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 40.1-ci malddəsinə əsasən maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Məcəllənin qeyd olunan normasından göründüyü kimi, müvəqqəti xarakterli müdafiə tədbirilərinin görülməsi barədə ərizəni vermək hüququ maraqlı şəxslərə məxsusdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.3-cü maddəsinə əsasən isə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir, Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidr. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Qanunvericiliyin qeyd olunan normalarının mənasından göründüyü kimi, inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana ərizə ilə müraciət edən şəxs maraqlı şəxs sayılır. Onun ərizəsi əsasında inzibati orqan tərəfindən başlanılan fəaliyyət isə inzibati icraat adlanır. Bu baxımdan, konkret halda da, İddiaçı maraqlı şəxs sayılır. Çünki, iş materiallarından görünür ki, məhz, onun tərəfindən cavabdeh DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə mübahsəli mənzilə dair daşınmaz əmlakın döalət reyestrindən çıxarış verilməsi barədə ərizə ilə müraciət olunmuş və sonuncu tərəfindən inzibati icraat başlanaraq ona 18.01.2019-cu il tarixli imtina məktubu (qərarı) ünvanlanmışdır. Həmin imtinadan narazı qalan İddiaçı isə məcburetmə qaydasında hazırkı iddinı qaldıraraq, məhkəmədən onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, İPM-in 40.1-ci malddəsində müvəqqəti xarakterli müdafiə tədbirini vermək hüququna malik olan maraqlı şəxs - inzibati icraatın başlanmasının təşbüskarı iddiaçı İ.Məmmdovdur. Göründüyü kimi, konkret halda üçüncü şəxs “xxxx” MTK cavabdeh inzibati orqana ərizə ilə müraciət edən şəxs olmadığı, onun ərizəsinə əsasən inzibati icraat başlanmadğı və sonuncunun hər imtinasını almayan və ondan şikayət (iddia) verməyən şəxs olduğu halda, hazrkı prosessual vəziyyətində inzibati icraatın “maraqlı şəxs” statusunu daşıyan şəxs kimi qiymətləndirilməsi istisna olunur. Üçüncü şəxs “xxxx” MTK, sadəcə olaraq İPM-in 28-ci maddəsinin tələbinə müvpafiq olaraq birinci instansiya məhkəməsinin qərarı ilə maraqlarına toxunan şəxsdir. Göründüyü kimi, onun məhkəmədə iştirak edən səlahiyyətli nümayəndəsinin hazırkı “müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə baxılmasının mümkünlük şərtləri yerinə yetirilmir. Beləliklə də qeyd edilənləri və İPM-in 35.1 və 35.3-cü maddələrinin tələblərini də nəzərə alan məhkəmə kollegiyası üçüncü şəxsin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə məhkəmə icraatının mümkün sayıla bilməzdi. Birinci inmstansya məhkəməsi tərəfindən isə yuxarıda göstərilənlər nəzərə alınmamış, mükünlük şərtləri yoxlanılmadan üçüncü şəxs “xxxx” MTK müvəqqəti xarakterli ərizəsi icraata götürülərək, mahiyyəti üzrə araşdırlmış və rədd olunması barədə prosessual qanunvericilyin tələblərinə uyğun olmayan nəticəyə gəlinmişdir. Ona görə də məhkəmə kollegiyası üçüncü şəxs “xxxx” MTK-nin (nümayəndəsinin) şikayətinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2168/2021 saylı 16.03.2021-ci il tarixli qərardadının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə prosessual qaydalar baxımından, qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti qismən (qərardadın ləğv edilməsi ilə bağlı hissəsində) təmin edilməli, həmin qərardad ləğv edilməli və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin icraatının mümkün sayılmaması barədə yeni qərardad çıxarılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90 və 94-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Üçüncü şəxs kimi “xxxx” MTK-nin (nümayəndəsinin) şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2168/2021 saylı 16.03.2021-ci qərardadı ləğv edilsin. Üçüncü şəxs kimi “xxxx” MTK-nin (nümayəndəsinin) müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə icraat mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi iləAzərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar