Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1845/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinə qarşı «dəymiş ziyanın ödənilməsi tələbinə dair”inzibati mübahisə üzrə Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-5922/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinə qarşı həkimmütəxəssisləri Sevinc Hüseynova, Aydın Səmədov, Hüseyn Seyidov, Ədalət Xəlilovun hər birindən 25.000 manat olmaqla ümumilikdə 100.000 manat vəsaitin iddiaçıya ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı uşaq vaxtlarından beyin daxil travma aldığım üçün 4 yaşımdan əlilliyimlə əlaqədar penisya alıram, 18 yaşımda laçın rayon hərbi komisatlığa çağrıldım, xəstəliyimlə əlaqədar 3-il möhlət hüququ verildi. 3 ildən sonra laçın rayon hərbi komisarlığı hərbi xidmətə yararlı olduğu qeyd edilərək əsgər apardılar. 8 ay xidmət keçdikdən sonra Xəstəxanada (Bakı şəhəri, C.Məmmədquluzadə küçəsidə yerləşən) yenidən tam müayinədən keçiririlmişdir. Həqiqətən sübuta yetirilmişdir ki, o, psixoloji xəstədir. Hətta 2 ay da həmin Xəstəxanada qalmışdır (yatmışdır). Bundan sonra o, xidmətə yararsız kimi hərbi xidmətdən uzaqlaşdırılmışdır. Səfərbərlik və Həırbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları və səhiyyə işçiləri hansı sənəbdən onu hərbi xidmətə göndərmişlər aydın deyil. Ona (iddiaçıya) maddi və mənəvi ziyan vurulmuşdur. Çünki, hərbi xidmət dövründə o, böyük travmalara da məruz qalmışdır. cavabdehin həkim mütəxəsisləri Sevinc Hüseynova, Aydın Səmədov, Hüseyn Seyidov, Ədalət Xəlilovun səhlənkarlıqları hər biri ayrı-ayrılıqda 25.000 manat olmaqla ona təzminat ödəmələrini məqsədəuyğun hesab edir. Çünki, həmin həkimlər şəxslər öz əməllərinə görə düzgün diaqnoz qoymadıqlarından, iddiaçı saqlam olmadığı hada məcburi 7 ay xidmətdə olmuşdur. “Respublika Psixiatriya Xəstəxanası” PHŞ məhkəməyə ünvanlanmış 31 oktyabr 2022-ci il tarixli məktubunda, iddianı qəbul etməmiş çağırışçı müayinə zamanı xəstəliyi barədə sənəd təqdim etməmiş, həkimlərə sağlam olduğunu bildirməklə gərbi xidmətə getmək arzusunda olduğunu söyləmişdir. Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-5922/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini iddiaçı onunla əsaslandırmışdır ki, Bakı inzibati məhkəmədə 2021 ci ildən həmin həkimlərə qaldırdığı təzminat tələbi yenə də həkimlərin xeyrinə həll oldu və iddiası qəbul edilmədi. Bu xəstə düşüncəsi anlayır ki, aylarla gecə -gündüz kameralar altında, həkimlər nəzarətində müayinə edib diaqnoz qoyan həkimlərin qərarını əsas tutmayaraq , o cümlədən, hərbi xidmət dövründə yalnız bir neçə dəqiqə üzünü görən Maştağada həkimlərinə bəraət verən hakimlərə nə demək olar. Ən maraqlısı odur ki Bakı inzibati məhkəməsi bu illər ərzində Laçın rayon hərbi komissarlıından məhkəməyə nümayəndə gətirib və onların da günahı olmadığını göstərib. Üstündən bir keçdikdən sonra, Bakı inzibati məhkəməsi əlehinə çıxardığı qərarda Bərdə rayon hərbi komisarlıından hərbi hissəyə göndərilməsindən bəhs edir. Başa düşülməzdir. Hazırda o, pis durumda qalmışdır. Çünki, 7 ay sanki əsirlik həyatı yaşamış, bədəni çapıq ,əzik ,siqaret yanıqları ,ailəsində hərdən aqressiv hərəkətlərimdən bezib. Əvvəllər intihara meyli çox idi. İndi bir az yaxşıdır. Amma müalicəyə ehyiyacı var, Atası Türkiyə yə müalicəyə aparırdı indi pulu yoxdur apara bilmir. O yarımçıq hərbi hissədən təxris olunduğu üçün mövcud qanunla ona sığorta pulu ödənməlidir ki, müalicə olunsun. Sığorta idarəsi deyir ki "sən hərbi hissədə xəstələnməmisən ki sənə sığorta ödəyək, uşaq vaxtında xəstə olmusan, qanunsuz aparıblar. Buna pul ödəyə bilmərik". Hər şeydən məhrumdur, işə götürmürlər ki xəstəsən olmaz. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər proses iştirakçısı məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması, məna etibarı ilə onu ehtiva edir ki, iddia inzibati icraat qaydasından baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən və prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı və iddiaçı tərəfindən (müvafiq sübutları əlavə edilməklə) qanunla qorunan hüquq və azadlıqlarının pozulması formal baxımdan əsaslandırmalıdır ki, izibati məhkəmə icraatı mümkün olsun. Əks təqdirdə, İPM-in 35.3-cü maddəsi nəzərədə tutur ki, məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Konkret halda isə iddiaçının hazırkı iddia tələbinin inzibati məhkəmə icraatını mümkün edən əsaslar müəyyən olunmur. Belə ki, iddia ərizəsində iddiaçının irəli sürdüyü tələbinə və onun apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, uşaqlıqdan psixoloji xəstə olduğu halda “Respublika Psixiatriya Xəstəxanası”nın həkimmütəxəssisləri- Sevinc Hüseynova, Aydın Səmədov, Hüseyn Seyidov, Ədalət Xəlilovun səhlənkarlığı üzündən hərbi xidmətə çağrılıb əsgər göndərilərək, 7 aylıq əlgərlik dövründə psixoloji xəstəliyi üzündən əziyyət çəkdiyini, bədən xəsarətlərinə məruz qaldığını, bununla da ona mənəvi ziyan vurulğunu əsas tutaraq, onun xeyrinə həmin həkim mütxəssislərin hər birindən 25.000 manat olmaqla, ümumilikdə, 100.000 manat vəsaitin ödənilməsini tələb etmişdir. Göründüyü kimi, iddiaçının tələbi konkret olaraq, «Respublika Psixiatriya Xəstəxanası”nın dörd həkimmütəxəssisinə qarşı yönəlmiş və iddiaçı məhz onların səhlənkalığı və ona qoyuduqları diaoqnazlaprı nəticəsində mənəvi ziyana məruz qaldığını iddia edərək hesab edir ki, hər birindən 25.000 manat məbləğində pul onun xeyrinə tutulmalıdır. Belə olan halda, onun hazırkı iddiasının publik (ümumi) xarakter daşımasından söhbət gedə və inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün ola bilməz. Çünki, “İnzibati icraat haqqında» 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Konkret halda, iddiaçının hər birindən 25 manat ödənilməsini tələb etdiyi «Respublika Psixiatriya Xəstəxanası” nın həkim mütəxəssisləri inzibati orqan səlahiyyətinə malik olmayan fiziki şəxsləridir. Başqa sözlə, burada hər iki tərəf mülki ldövriyyənin iştirakçılarıdır.Belə olan halda iddiaçı ilə həmin şəxslər arasındakı mübahisə mülki münasibətlərdən irəli gələn halları ehtiva etmiş olur . İPM-in 2.1-ci maddəsi isə nəzərdə tutur ki, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Prosessual hüquq normasının qeyd olunan tələbindən göründüyü kimi, əgər qanunla başqa aidiyyət qaydası müəyyən edilmişdirsə, bu qəbildən olan mübahisələr inzibati məhkəmə araşdırmasının predmetini təşkil edə bilməz. Bu baxımdan, İPM-in 35.1-ci maddəsinin qeyd olunan tələbi baxımından, iddiaçının hazırkı iddia tələbi əsaslandırılmış iddia kimi qəbul olunması və inzibati icraat qaydasında baxılması yolverilməzdir, mümkünsüzdür. Məcəllənin 35.3-cü maddəsi isə nəzərdə tutur ki, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilir. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, prosessual hüquq normaları baxımından, işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddiaçının tələbinin inzibati məhkəmə icraatını mümkünlüyü məsələsinə diqqət yetirilməmiş, mümkünlük şərtləri ödənilmədiyi halda, mahiyyəti üzrə işə baxılaraq, iddianın rədd olunması barədə qərar qəbul olunmuş,bununla da prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Beləliklə də göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə birinci instansiya məhkəməsi qərar qəbul edərkən, prosessual hüquq normalarının tələblərinin pozulduğunu mübahisələndirən hissəsində razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibatii Məhkəməsinin 2- 1(112)-5922/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçıya izah edir ki, “Respublika Psixiatriya Xəstəxanası”ının həkimmütəxəssisləri Sevinc Hüseynova, Aydın Səmədov, Hüseyn Seyidov, Ədalət Xəlilovun hər birindən 25.000 manat olmaqla, ümumilikdə 100.000 manat vəsaitin onun xyerinə tutulması barədə» iddia ğələbi, predmet baxımından, ümumi (rayon) məhkəmənin səlahiyyyətlərinə aid olan məsələ olduğundan, həmin şəxslərə qarşı, mülki prosessual hüquq normalarının müvafiq olaraq, ümumi qaydada, mülki icraat qaydasında yenidən iddia qaldırmaq hüququna malikdir. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibatii Məhkəməsinin 2-1(112)-5922/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1845/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1845/2023
28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver