Məhkəmə qərarları › İş №2-1(103)-1846/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1846/2021

24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1846/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçılar X1 Shaheen və İddiaçı2 cavabdeh AR Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1417/2021 saylı, 29.03.2021-ci il tarixli qərardadından iddiaçıların vəkili Vəkil tərəfindən verilmiş şikayətin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) məhkəmə iclasında yoxlayaraq müəyyən etdi: İddiaçılar X1 Shaheen və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-88/2 saylı 22.06.20 tarixli və 153 saylı 13.07.20 tarixli qərarlarının ləğv edilməsi, iddiaçı X1 Shaheenin “qaçqın statusu verilməsi haqqında” vəsatəti təmin edilərək iddiaçılara “qaçqın statusu verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı İnzibati Məhkəməsinin 29.03.2021-ci il tarixli, 2-1(112)-1417/2020 saylı qərardadı ilə iddiaçı X1 Shaheenin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin İQ İQ-88/2 saylı, 22.06.2020-ci il tarixli qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarından şikayətin təmin edilməməsi haqqında 153 saylı, 13.07.020 tarixli qərarının ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçıların vəkili Vəkil şikayət verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1417/2021 saylı, 29.03.2021-ci il tarixli qərardadının ləğv olunmasını, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, iddiaçı X1 Shaheenin vəkili Vəkil tərəfindən verilmiş şikayət mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 1.2ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir İş materiallarına əlavə edilmiş apellyasiya şikayətinə əsasən müəyyən olunur ki, şikayət iddiaçılar tərəfindən imzalanmamışdır, yalnız iddiaçıların vəkili Vəkil tərəfindən imzalanmış, lakin şikayətə həmin şəxsin nümayəndə qismində çıxış etmək üçün səlahiyyətini təsdiq edən etibarnamə əlavə olunmamışdır. Eyni zamanda iddiaçılara və vəkillərinə göndərilmiş məhkəmə bildirişində bü nöqsan barədə onlar xəbərdar olunmaqla, həmin şəxslərə müvafiq etibarnamənin təqdim edilməsi təklif olunmuş, lakin qeyd olunana etibarnamə əhkəmə kollegiyasına təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, şikayət mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçılar X1 Shaheen və İddiaçı2 cavabdeh AR Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1417/2021 saylı, 29.03.2021-ci il tarixli qərardadından iddiaçı X1 Shaheenin vəkili Vəkil tərəfindən verilmiş şikayət mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar