Məhkəmə qərarları › İş №2-1(103)-1846/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1846/2023

06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1846/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) iş üzrə QƏRARİ İş № N-N(N03)-N846/N0N3 (Açar sözlər: “əmrin ləğv edilməsi və sair”) Bakı şəhəri 06 iyun N0N3-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və XN ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi XN iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin N-N(NNN)-N3N4/N0N3 saylı, xx.xx.N0N3-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 may N0N3-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə 6N №-li, N6 aprel N0NN-ci il tarixli əmrindən görünür ki, Müdafiə nazirinin N6 aprel N0NN-ci il tarixli 0NNN əç nömrəli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Əsasnamənin 7N-ci maddəsinin “v” bəndinə və 47-ci maddəsinin “b” bəndinə müvafiq olaraq N0NN-ci ilin aprel ayında “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu”nu bitirmiş və Azərbaycan Ordusunda bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü qəbul edilmiş, qadın hərbi qulluqçu əsgər İddiaçı, N nömrəli hərbi hissənin cərrahiyyə bölməsinin sanitarı vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsindən gəlmiş hesab edilmiş, N6 aprel N0NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminata qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. Əsas: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsinin rəisinin xx.xx.N0NN-ci il tarixli 4 nömrəli təyinat vərəqəsi;

2. N0N nömrəli hərbi hissə komandirinin N8 dekabr N0NN-ci il tarixli, N33 nömrəli əmrinin 4-cü bəndində, əvvəllər verilmiş intizam cəzalarından nəticə çıxarmayaraq xidməti vəzifəsini yerinə yetirərkən təkrarən Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəsinin N0.09..N0NN-ci il tarixli N5 nömrəli əmrinin, eləcə də Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N0N0-ci il tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 8.4 yarımbəndinin tələblərinin kobud şəkildə pozulmasına yol verdiyinə görə maddi-texniki təminat bölməsinin operatoru qadın hərbi qulluqçu əsgər İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması məsələsinə baxılması N nömrəli hərbi hissə komandirinə həvalə edilmişdir;

3. N nömrəli Hərbi Hissə komandiri tərəfindən qadın hərbi qulluqçu əsgər İddiaçı haqqında verilmiş Təqdimatın surətində qeyd edilmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Azərbaycan Ordusunun sıralarından ehtiyata buraxılması üçün təqdim olunur. Qadın hərbi qulluqçu əsgər İddiaçı, xx.xx.N0NN-ci il tarixdən N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin operatoru vəzifəsində xidmət edir. Xidmət etdiyi müddət ərzində özünü intizamsız, bacarıqsız, vəzifə borclarının öhdəsindən gələ bilməyən qadın hərbi qulluqçu kimi göstərmişdir. Verilən tapşırıqları vaxtlıvaxtında yerinə yetirməyib, ona verilən intizam cəzalarından müsbət nəticə əldə etməyib, rəislərin və eləcə də kollektiv arasında hörmət və nüfuzu aşağı səviyyədədir. Subordinasiya qaydalarını qoruyub saxlamır, özündən yuxarı rəislərə qarşı davranış qaydalarını bilmir. xx.xx.N0NN-ci il tarixdə Quru Qoşunlarının dövlət sirrinin mühafizəsi üzrə bölməsi tərəfindən hərbi hissədə keçirilən yoxlama zamanı əsgər İddiaçı “Huawei” markalı smartfon telefon aşkar olunmuş və götürülmüşdür. Telefona baxış keçirilən zaman telefondan müxtəlif xidməti sənədlərin fotoşəkilləri və bəzi hərbi qulluqçuların səs yazılarının başqa yerə göndərilməsi aşkar olunmuşdur. Bütün bunların nəticəsi olaraq, əsgər İddiaçı N0N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli N3N nömrəli əmri ilə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması tapşırılmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, qadın hərbi qulluqçu əsgər İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasını məqsədəuyğun hesab edir;

4. N nömrəli hərbi hissənin komandiri tərəfindən N nömrəli hərbi hissənin madditexniki təminat bölməsinin operatoru vəzifəsində xidmət edən QHQ əsgər İddiaçı qızına verilmiş “Xidməti Xasiyyətnamə”nin surətindən görünür ki, qadın hərbi qulluqçu əsgər İddiaçı, xx.xx.N0NN-ci il tarixdən N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin operatoru vəzifəsində xidmət edir. Xidmət etdiyi müddət ərzində özünü intizamsız, bacarıqsız, vəzifə borclarının öhdəsindən gələ bilməyən qadın hərbi qulluqçu kimi göstərmişdir. Verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməyib, ona verilən intizam cəzalarından müsbət nəticə əldə etməyib, rəislərin və eləcə də kollektiv arasında hörmət və nüfuzu aşağı səviyyədədir. Subordinasiya qaydalarını qoruyub saxlamır, özündən yuxarı rəislərə qarşı davranış qaydalarını bilmir. xx.xx.N0NN-ci il tarixdə Quru Qoşunlarının dövlət sirrinin mühafizəsi üzrə bölməsi tərəfindən hərbi hissədə keçirilən yoxlama zamanı əsgər İddiaçı “Huawei” markalı smartfon telefon aşkar olunmuş və götürülmüşdür. Telefona baxış keçirilən zaman telefondan müxtəlif xidməti sənədlərin fotoşəkilləri və bəzi hərbi qulluqçuların səs yazılarının başqa yerə göndərilməsi aşkar olunmuşdur. Bütün bunların nəticəsi olaraq, əsgər İddiaçı N0N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli N3N nömrəli əmri ilə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması tapşırılmışdır;

5. 3-cü Ordu Korpusu komandirinin şəxsi heyət üzrə 0N8əç №-li, 0N aprel N0NN-ci il tarixli əmrindən görünür ki, N nömrəli hərbi hissə 4-cü əməliyyat taborunun rabitə taqımının radio manqasının radiotelefonçusu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır;

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissə tərəfindən verilmiş xx.xx.N0NN-ci il tarixli “Təyinat Vərəqəsi”nin surətindən görünür ki, İddiaçı xx.xx.N0NN-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinə qeydiyyata durmaq məqsədi ilə getməsi əmr edilmişdir;

7. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N93 №-li Hərbi Hissə tərəfindən xx.xx.N0NN-ci il tarixli məktubla təqdim edilmiş N6 mart N0NN-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Qərarın surətindən görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu polkovnik-leytenant X5 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı qarşı qanunsuz hərəkətlər etməsi faktı öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.N.N-ci maddəsinin tələblərinə əsasən rədd edilmiş, N nömrəli hərbi hissənin hərbi qulluqçusu mayor X6 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı qarşı qanunsuz hərəkətlər etməsi faktı öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.N.N-ci maddəsinin tələblərinə əsasən rədd edilmiş, qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Kəlbəcər Hərbi Prokuroruna göndərilmişdir;

8. Gəncə Hərbi Prokurorluğunun xx.xx.N0NN-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, t/x polkovnik-leytenantı Sultanlı Vüqar barəsində N0NN və N0NN-ci illər ərzində hər hansı bir şikayət və ya ərizəsi Gəncə Hərbi Prokurorluğuna daxil olmamışdır;

9. Kəlbəcər Hərbi Prokurorluğunun xx.xx.N0N3-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 54N nömrəli hərbi hissənin hərbi qulluqçusu, polkovnik-leytenant X5 qanunsuz hərəkətləri barədə həmin hərbi hissənin sabiq müddətdən artıq hərbi xidmət qadın hərbi qulluqçusu, İddiaçı tərəfindən Müdafiə Nazirliyinin “Qaynar Xətt” telefon nömrəsinə müraciət edilməsi faktı üzrə 3-cü Təhqiqat bölməsində araşdırma aparılmış, təhqiqat bölməsinin müavini-baş təhqiqatçı, ədliyyə baş leytenantı Nicat Mədətov tərəfindən aparılmış araşdırma zamanı İddiaçı müraciətində qeyd etdiyi xüsusatlar təsdiq olunmadığından təhqiqatçı tərəfindən toplanmış material üzrə N6 mart N0NN-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.N.N-ci maddəsinə əsasən cinayət işi başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmiş, qərar və material Kəlbəcər hərbi prokurorluğunda öyrənilmiş əsaslı olduğundan qüvvədə saxlanılması məqsədəmüvafiq hesab edilərək material təhqiqat bölməsinə qaytarılmışdır.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, N997-ci ildən bəri Milli Orduda xidmət edir. N nömrəli hərbi hissənin komandiridir. İddiaçı ilk dəfə xidmətə bu hərbi hissədə N0NN-ci ildə başlamışdır. İddiaçıda hərbi xidmətə böyük həvəs olsa da, bəzi qüsurlu davranışları olub. Lakin bu davranışlar cinayət xarakterli səhvlər olmayıb. Hərbi xidmətə başladığı zaman əksər gənclərdə bu cür uyğunsuzluqlar olur. Onlar mülki həyatdan hərbi xidmətə öyrəşməkdə çətinlik çəkirlər. Bu baxımdan İddiaçı hərbi qulluqçu kimi narazılığı olmayıb. Ümumilikdə onu müsbət xarakterizə edir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, iddiaçının xidmətində səhvləri özündən rütbəcə böyük şəxslərə söz qaytarması, əmrlərə uyğunlaşmaqda çətinlik çəkməsi olmuşdur. İddiaçı ali təhsilli olduğu üçün onu MTT bölməsində operator vəzifəsinə cəlb edilmişdir. Onun gördüyü iş qeyriməxfi əmrlərlə bağlı olmuşdur. Onun səs yazması barədə otaq yoldaşlarının narazılıqları olub, lakin özündən soruşduqda etmədiyini bildirmişdir. Həmin şəxslər ancaq İddiaçı şikayət etmişdir.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş XNN ifadəsində bildirmişdir ki, o, xx.xx.N000-ci il tarixdən həqiqi hərbi xidmətdədir. Hal-hazırda N nömrəli hərbi hissədə səyyar tibb xidmətinin rəisi vəzifəsini icra edir. İddiaçı ali təhsilli olduğu üçün müəyyən sənədləşmə işlərinin aparılmasına cəlb edilmişdir və xidmətə çox faydası olmuşdur. Ümumilikdə onu müsbət xarakterizə edir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, iddiaçının əvvəllər xidmətində qüsurlar olmuş və bunlara görə tənbehlər almışdır. Onun özü ilə bağlı iddiaçının şikayəti olsa da təsdiqini tapmamışdır.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, N nömrəli hərbi hissənin ideoloji iş və mənəvi-psixoloji təminat bölməsinin rəisidir. Onun özünün şəxsən şahid olduğu hadisələr azdır. İddiaçı haqqında deyilən telefon məsələsi baş verdiyi zaman o, hospitalda idi. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, iddiaçının xidmətdən xaric edilməsi onun barəsində tədricən toplanmış şikayətlərin nəticəsidir. Kollektivdə İddiaçı narazılıq var idi. Digər hərbi qulluqçuların onun barəsində şikayətləri olub. İddiaçının spirtli içki qəbul etməsi barədə məsələ araşdırılmış, lakin təsdiqini tapmamışdır.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, N nömrəli hərbi hissədə xidmət edir. İddiaçı xidmətə uyğun olduğunu heç vaxt düşünməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, iddiaçının qeyri-adi hərəkətləri onunla bir otaqda qalan qadın hərbi qulluqçuları narahat edirdi. Onların səsini gizli qeydə almış, onların videosunu çəkmiş, lakin kiməsə göndərdiyini bilmir.

14. Məhkəmə iclasında şahid qismində dindirilmiş XN0 ifadəsində bildirmişdir ki, o, N nömrəli hərbi hissədə tibb bacısı kimi xidmət edir. İddiaçı yaxşı işçi kimi tanıyırdı. Daha sonra otaq yoldaşları ilə tez-tez mübahisələrinin olduğu barədə məlumat almışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, İddiaçı qızların səsini yazmış, videosunu çəkmiş və sonra həmin qeydləri onlara göndərərək şantaj edirmiş. İçki içdiyinin şahidi olmamış, amma hərbi hissəyə içkili gəldiyini görmüşdür. Ba barədə komandir də, başqa şəxslər də məlumatlı olublar.

15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, N nömrəli hərbi hissədə xidmət edir. İddiaçı ilə kurs vaxtı yaxşı yola getsələr də, xidmət zamanı münasibətləri yaxşı olmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, İddiaçı onların səsini gizli qeydə alırdı və onların videosunu çəkirdi. Çəkdiyi videoları necə istifadə etdiyini bilmir. İddiaçı atasının və qardaşının harada işlədiyini deyib ona heç kimin heç nə edə bilməyəcəyini vurğulayırdı.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 5N4 və N nömrəli hərbi hissələrdə xidmət keçmişdir. N nömrəli hərbi hissə (3-cü Ordu Korpusu) komandirinin 0N aprel N0NN-ci il tarixli, 0N8 əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır.

17. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin onun barəsdinə olan 0N aprel N0NN-ci il tarixli əmrin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

18. İddiaçı xx.xx.N0NN-ci il tarixdə “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyi göstərilməklə, iddia tələbinin “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N93 saylı hərbi hissə komandirinin 0N aprel N0NN-ci il tarixli, İddiaçı haqqında olan ehtiyata buraxılma əmrinin ləğv edilməsi, bundan irəli gələrək yenidən hərbi xidmətə son xidmət yerim olan N9N saylı hərbi hissənin komando briqadasının 4-cü əməliyyat taborunun rabitə taqımının radio manqasına bərpa olunmağım və ehtiyata buraxıldığım tarixdən yekun məhkəmə qərarı çıxanadək olan müddət ərzində məcburi işburaxma dövrünə görə ödənilməli əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm.” kimi göstərilməsini xahiş etmişdir.

19. Məhkəmənin xx.xx.N0NN-ci il tarixli qərardadı ilə, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi əsl cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əvəz edilmiş, iddia tələbinin “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N93 saylı hərbi hissə komandirinin 0N aprel N0NN-ci il tarixli, İddiaçı haqqında olan ehtiyata buraxılma əmrinin ləğv edilməsi, bundan irəli gələrək yenidən hərbi xidmətə son xidmət yerim olan N9N saylı hərbi hissənin komando briqadasının 4-cü əməliyyat taborunun rabitə taqımının radio manqasına bərpa olunmağım və ehtiyata buraxıldığım tarixdən yekun məhkəmə qərarı çıxanadək olan müddət ərzində məcburi işburaxma dövrünə görə ödənilməli əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm.” kimi göstərilməsi qərara alınmışdır.

20. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N93 saylı hərbi hissə komandirinin 0N aprel N0NN-ci il tarixli əmri əsasında ehtiyata buraxılmışdır. Bu barədə ona xx.xx.N0NN-ci il tarixdə xidmət etdiyi N nömrəli hərbi hissə komandirinin imzası ilə verilmiş təyinat vərəqəsindən məlum olmuşdur. Barəsində əmr xx.xx.N0NN-ci ildə verilsə də, o, N0 may N0NN-ci il tarixə kimi xidmətdə olmuşdur. Əmrdə barəsində göstərilən dəlillərin heç bir hüquqi əsası yoxdur. O, heç vaxt öz xidməti işinə xələl gətirən hərəkət etməmişdir. Sadəcə olaraq xx.xx.N0NN-ci ildə yoxlama zamanı anasının səhhətində yaranmış ciddi problemlə əlaqədar, həmin vaxt xidmət etdiyi 5N4 saylı hərbi hissə ərazisində köhnə model telefonu tez-tez donduğu üçün, onun müvəqqəti olaraq ancaq anasının səhhətindən xəbər tutmaq üçün götürdüyü yeni model telefonu aşkar olunmuşdur. Bu hal telefonunda araşdırma aparılarkən də öz təsdiqini tapmışdır. Sadəcə olaraq həmin ərəfədə xidməti kompyuterində nasazlıq yarandığından o, bir neçə blank formasını hər ehtimala qarşı telefonuna köçürmüşdür ki, kompyuterə format veriləndə işlətdiyi blank formaları silinə bilər. O, bu hərəkətindən çox peşmandır. O, xx.xx.N990-cı ildə doğulmuşdur. Azərbaycan Respublikası Dillər Universitetini bitirmişdir. İngilis, fransız dillərini mükəmməl bilir. Kompyuter biliyi əladır. xx.xx.N0NN-ci il tarixdə 3 illik xidməti müqavilə ilə həqiqi hərbi xidmətə qəbul edilib, 5N4 saylı hərbi hissənin XN8 Bölməsinə operator təyin edilmişdir. Xidmət müddətində işinin öhdəsindən layiqincə gəlmiş, heç bir nöqsana yol verməmişdir. xx.xx.N0NN-ci il tarixdən N nömrəli hərbi hissə komandirinin N №-li əmrinə əsasən o, N9N saylı hərbi hissəyə köçürülmüş və xidmətə davam etmişdir. Yuxarıda qeyd etdiyi kimi, xx.xx.N0NN-ci il tarixdə ona xidmətdən azad edilməyi bildirilmişdir. Əgər o, xidmətdən azad edilmişdirsə, nəyə görə ona bu barədə bildirilməmiş, o, bu müddətdə xidmətinə davam etmişdir. Eləcə də onun barəsində daha bir əmr, yəni onun 5N4 saylı hərbi hissədən N9N saylı hərbi hissəyə köçürülməsi barədə əmri xidmətdən azad edilməsi barədə əmrdən 3 gün əvvəl verilmişdir. Göründüyü kimi, barəsində əsassız dəlillərə istinad etməklə işdən azad edilməsinin heç bir hüquqi əsası yoxdur. Ailəsində ondan başqa heç kim işləmir. Atası təqaüdçüdür, anası evdar qadındır. Ailədə ondan başqa bacı-qardaşı vardır. Odur ki, ailəsinin onun işləməsinə, maddi köməyinə ehtiyac vardır. O, hərbi xidmətini davam etdirmək istəyir. Ona görə də o, əvvəlki N9N saylı hərbi hissədə radiotelefonçu vəzifəsinə xidmətinə bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur.

21. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, sabiq qadın hərbi qulluqçu, əsgər İddiaçı, N6 aprel N0NN-ci il tarixdə SHXÇDX-nin Bakı şəhəri Nəsimi rayon idarəsi tərəfindən hərbi xidmətə çağırılmış, xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək N nömrəli hərbi hissənin XN8 bölməsində operator vəzifəsində xidmət etmiş və xx.xx.N0NN-ci il tarixdə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissənin 4-cü əməliyyat taborun rabitə taqımın, radio manqasında radiotelefonçu vəzifəsinə təyin edilmişdir. XN8 bölməsinin rəisi mayor Akif Ələkbərovun xx.xx.N0NN-ci il tarixdə N nömrəli hərbi hissə komandirinə yazdığı raportdan görünür ki, hərbi hissənin XN8 bölməsinin operatoru qadın hərbi qulluqçu, əsgər İddiaçı xx.xx.N0NN-ci il tarixdə Quru Qoşunları komandanı tərəfindən təyin olunmuş yoxlama zamanı xidməti yerində istifadəsi qadağan olunmuş smartfon tipli mobil telefon işlətməsi aşkar olunaraq aktlaşdırılıb, fakt üzrə araşdırma aparılmışdır. Araşdırmanın nəticəsinə əsasən X7 xx.xx.N0NN-ci il tarixli N33 nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması qərara alınmış və əmr verilmişdir. Sözügedən şəxsin tez bir zamanda Azərbaycan Ordusundan ehtiyata buraxılması üçün göstəriş verilməsini xahiş etmişdir. Həmin vaxt qadın hərbi qulluqçu əsgər İddiaçı onunla aparılacaq söhbətləşmədən imtina etmiş və bununla bağlı hərbi hissədə müvafiq akt tərtib edilmişdir. Qeyd olunan araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.N0NN-ci il tarixdə Quru Qoşunların dövlət sirrinin mühafizəsi üzrə bölməsi tərəfindən N nömrəli hərbi hissədə dövlət sirrinin mühafizəsinin təşkili və təmin edilməsi yoxlanılarkən bəzi hərbi qulluqçular tərəfindən məxfilik rejiminin kobud formada pozulmasına yol verildiyi, hərbi hissə komandanlığı tərəfindən tabelikdə olanların Azərbaycan Respublikası Müdafiə nazirinin N0 dekabr N0N9-cu il tarixli 0N0 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunda dövlət sirrinin mühafizəsinin təşkili və təmin edilməsi barədə Təlimat”ın tələblərinə riayət etmələrinə nəzarət olunmadığı aşkar edilmişdir. Belə ki, Təlimatın 587.7-ci yarımbəndinə əsasən hərbi qulluqçuların şəxsi istifadəsində olan audio, video, foto, kino, çoxaltma-surətçıxarma, radioötürücü və qəbuledici aparatları, həmçinin smartfon tipli, internet şəbəkəsinə qoşulma, səsyazma, video və foto çəkiliş aparma imkanına malik telefonları və smart saatların hərbi hissələrin ərazisinə, o cümlədən məxfilik rejiminin şamil olunduğu sahələrə gətirmələri qəti qadağan edilməsinə baxmayaraq maddi-texniki təminat bölməsinin operatoru qadın hərbi qulluqçu əsgər İddiaçı hərbi hissənin ərazisinə gətirilməsi qadağan edilmiş “HUAWEİ” markalı smartfon tipli mobil telefon aşkar olunmuşdur. Qadın hərbi qulluqçu əsgər İddiaçı məxsus telefonun yaddaşının yoxlanılması zamanı onun özünün və xidmət yoldaşlarının hərbi hissədə, xidmət yerlərində çəkilmiş foto və video görüntülər, sosial şəbəkələrdən istifadə etməsi barədə məlumatlar, o cümlədən aşağıda göstərilən məxfi və qeyri-məxfi xidməti sənədlərin foto şəkilləri aşkar edilmişdir: -N0N nömrəli hərbi hissədən N nömrəli hərbi hissə komandirinə ünvanlanmış NN,N0.N0NN-ci il tarixli N390 nömrəli məktub (qeyri-məxfi); -N nömrəli hərbi hissədən Gəncə Qarnizonu Hərbi Polisinin rəisinə ünvanlanmış məktub (qeyri-məxfi); -056 və N nömrəli hərbi hissənin hərbi qulluqçularına aid xidmət vərəqələri və xidməti xasiyyətnamələr; -05N nömrəli hərbi hissə komandirinə ünvanlanmış məharət dərəcələrinin verilməsi (təsdiq olunması ) barədə məxfi müşayiət məktubu; -“Usta”, “N-ci” və “N-ci" məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üçün sınaq imtahanlarına təqdim olunan N nömrəli hərbi hissənin hərbi qulluqçularının siyahıları (məxfi); -N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına növbəti “kiçik çavuş” hərbi rütbəsinin verilməsi üçün sınaqlara təqdim olunan hərbi qulluqçuların siyahıları (qeyri-məxfi); -“Hərbi hissənin hərbi qulluqçularına məharət dərəcəsinin verilməsi haqqında” N nömrəli hərbi hissə komandirinin məxfi əmrinin layihəsi; -“Avtomobil texnikalarının istismarında yol verilmiş nöqsanlar və təqsirkar şəxslərin cəzalandırılması haqqında” N nömrəli hərbi hissə komandirinin əmri (qeyri-məxfi). Aparılan yoxlama zamanı qadın hərbi qulluqçular əsgər X4, əsgər XN0 və əsgər X8 əsgər İddiaçı tərəfindən onların Azərbaycan Respublikası Konstitusiyasının 3N-ci maddəsində təsbit edilmiş hüquqları pozulmaqla özlərinin xəbərləri olmadan, gizli yolla video və foto çəkilişlər apardığı, səs yazılarını topladığı barədə şikayət etmişlər. Bununla əlaqədar aparılan yoxlama zamanı müəyyən edilmişdir ki, qadın hərbi qulluqçu əsgər İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N0N0-ci il tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının etik davranış Qaydaları”nın 8.4-cü yarımbəndinin, Müdafiə nazirinin birinci müavini- Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.N0NN-ci il tarixli “Azərbaycan Ordusunun şəxsi heyəti tərəfindən sosial şəbəkələr, ünsiyyət tətbiqləri və digər internet media platformalarından istifadə zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi haqqında” N5 nömrəli əmrinin tələblərini kobud şəkildə pozaraq smartfon tipli telefonlardan istifadə etməklə müxtəlif vaxtlarda qadınların yataq otaqlarında video çəkilişlər etmiş, hərbi qulluqçular arasında danışıqları qanunsuz olaraq qeydə almış və onların şəxsi ləyaqətinə hörmət etmədən bu materialları digər şəxslərə göndərmişdir. N nömrəli hərbi hissənin komandanlığı tərəfindən əsgər İddiaçı xarakterizə olunarkən qeyd edilmişdir ki, o, xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək N nömrəli hərbi hissənin XN8 bölməsində operator vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində özünü bacarıqsız, funksional vəzifə borclarını bilməyən və onların öhdəsindən layiqincə gəlməkdə çətinlik çəkən bir hərbi qulluqçu kimi tanıtmışdır. Peşəkar bilik səviyyəsinin artırılması üzrə öz üzərində çalışqanlığı qənaətbəxş deyil. İşinə tənqidi yanaşma qabiliyyətinə malik deyil. İradlardan nəticə çıxarmağa çalışsa da, qismən nail olur. Kollektiv arasında nüfuzu çox aşağı səviyyədədir. Sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı vəzifə borclarını layiqincə yerinə yetirə bilmədiyini, xidməti yerində istifadəsi qadağan olunmuş smartfon tipli mobil telefondan istidafə edib müvafiq sənədlərin şəklini çəkməklə, hərbi qulluqçuların özlərinin xəbərləri olmadan, gizli yolla video və foto çəkilişlər apardığı, səs yazılarını toplamasını, Nizamnamələrin tələblərini kobud şəkildə pozduğunu nəzərə alaraq N nömrəli hərbi hissə komandiri tibb xidməti polkovniki Hüseyn Əliyevin vəsatəti əsasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılması haqında qərar qəbul edilmişdir. N nömrəli hərbi hissə komandirinin 0N8 əç nömrəli 0N aprel N0NN-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. NN. Məhkəmənin N3 oktyabr N0NN-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi üçüncü şəxs qismində (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. N3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 6N.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. N4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o heç vaxt iş yoldaşlarının səsini və videosunu qeydə almamış, içki içməmiş, heç bir məxfi sənədi telefonuna yükləməmişdir. Verilmiş suallara cavab olaraq, telefon kompyuter ilə əlaqələndirildiyi zaman sənədlər telefona avtomatik olaraq köçürülmüşdür. Subordinasiya qaydalarını pozduğu məqamlar olmuşdur. Vüqar Soltanlı tərəfindən ona qarşı ayrı-seçkilik edildiyini düşünüb iradını bildirmişdir. N5. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin və üçüncü şəxsin nümayəndələri etirazı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermişdir. Cavabdehin nümayəndəsi əlavə olaraq bildirmişdir ki, iddiaçı hərbi xidmətə yararlı olmamışdır. Hərbi xidmətdə smartfon tipli telefon işlədilməsi ümumiyyətlə qadağandır, təhlükəsizlik üçün düzgün deyildir. N6. Bakı İnzibati Məhkəməsinin N-N(NNN)-N3N4/N0N3 saylı, xx.xx.N0N3-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. N7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, xüsusi kateqoriya şəxs olan hərbi qulluqçuların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu onunla bağlıdır ki, hərbi qulluqçuların malik olmalı olduğu hərbi intizam onların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Hərbi qulluqçular Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməlidirlər. Hazırkı işdə isə iddiaçının xidməti uyğunsuzluğunu təsdiq edən kifayət qədər faktlar mövcuddur. O, iradlardan və verilmiş intizam cəzalarından düzgün nəticə çıxarmamış, xidmətində müsbət dönüş yaratmamış, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq müdafiə nazirinin, baş qərargah rəisinin, korpus komandirinin və hərbi hissə komandirinin müvafiq əmrlərinin tələblərini pozmağa davam etmişdir. İddiaçı hərbi xidmət üzrə nizamintizam qaydalarına əməl etməmiş, bir neçə dəfə intizam tənbehi tətbiq edilmiş, bundan sonra cavabdehin əmri ilə ehtiyata buraxılmışdır. Hazırkı halda mübahisələndirilən əmr “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, əmrin ləğv edilməsinə dair tələbi əsassızdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının digər “vəzifəyə bərpa olunma və məcburi işburaxma dövrünə görə ödənilməli əmək haqqının hesablanaraq ödənilməsi” ilə bağlı tələblərinin hüquqi müqəddəratı yuxarıda qeyd edilən tələbdən asılı olduğundan, “əmrin ləğvi” barədə tələbin təmin edilməməsi bu tələblərin də təmin edilməməsini şərtləndirir. N8. Məhkəmə “Hərbi xidmət keçmə haqqında”Əsasnamənin N56.-cı maddəsinə-Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: ... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 4N.-ci maddəsinə (Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 4N.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: ... 4N.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla)); Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 3N; 5N; 68.N; 68.N-ci maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

N9. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin N-N(NNN)- N3N4/N0N3 saylı, xx.xx.N0N3-cü il tarixli qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinin dəlilləri

30. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

3N. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Prosses iştirakçılarının izahatları

3N. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia ərizəsi və şikayətin dəlilləri ilə oxşar məzmunda izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

33. Apellyasiya baxışı zamanı 3-cü şəxs məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 6N.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

34. “Hərbixidmətkeçməhaqqında”Əsasnamə: Maddə N56. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: ... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ...

35. “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4N. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 4N.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: ... 4N.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); ...

36. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: N5.N-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. N3.N-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. N4.N-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. N4.N. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. N4.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. N4.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 3N.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.

37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə N.N.N-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 3N.N-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 5N. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 68.N məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.N məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 8N. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin NN-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.N. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.N. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.N Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N3N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

39. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. 4N. İrəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.(İPM-in N.N.N-cü və 3N.N-ci maddəsi). 4N. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir.

43. İddia tələbinin mahiyyətinə gəlincə isə məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən inzibati akt iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı əmrdir.

44. Ehtiyata buraxılmanın əsasları və qaydası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir və xidməti uyğunsuzluq, hərbi qulluqçunun bundan sonra hərbi xidmətinin davam etməsinə imkan verməyən faktların mövcudluğunu ehtiva edir.

45. İddiaçının xidməti vərəqəsindən çıxarışdan görünür ki, xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək xidmət etdiyi dövrdə 8 dəfə intizam tənbehi tətbiq edilərək “töhmət” və ya “şiddətli töhmət” cəzası almış, N0NN-ci ildə həvəsləndirmə olmamışdır. İddiaçı xidməti vərəqədə qeyd edilən əmrlərdən məlumatlı olması məhkəmə iclasında verdiyi izahlardan müəyyən olunur. Belə ki, iddiaçı özü də subordinasiya qaydalarını pozduğu məqamlar olduğunu qeyd etmişdir ki, intizam tənbehlərinin əksəriyyəti həmin hallarla əlaqədar olmuşdur. İddiaçı ona töhmət və şiddətli töhmət verilməsi barədə əmrlərlə bağlı mübahisə açdığına dair məhkəməyə sübut təqdim etmədiyindən həmin əmrlər hazırda qüvvədədir. İddiaçının ehtiyata buraxılması barədə əmr imzalanarkən “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanunun 3 saylı əlavəsinə əsasən barəsində olan əvvəlki intizam tənbehləri qüvvəsini itirməmişdir. İddiaçı barədə tərtib olunmuş və məzmunu yuxarıda qeyd olunan təqdimatda və xasiyyətnamədə iddiaçının barəsində tətbiq olunan intizam cəzalarından nəticə çıxarmaması birmənalı olaraq qeyd olunmuşdur.

46. Həmçinin işin mübahisəsiz hallarındandır ki, Quru Qoşunlarının dövlət sirrinin mühafizəsi üzrə bölməsi tərəfindən hərbi hissədə keçirilən yoxlama zamanı iddiaçıdan smartfon tipli mobil telefon aşkar edilərək götürülmüşdür. Həmin telefonda iddiaçının özünün hərbi hissədə çəkilmiş fotoşəkilləri və müxtəlif xidməti sənədlərin foto şəkilləri aşkar edilmişdir.

47. İddiaçı xidməti araşdırma zamanı verdiyi izahatında hərbi hissədə smartfon tipli mobil telefon istifadə edilməsinin qadağan olmasından məlumatlı olduğunu bildirmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N0N nömrəli hərbi hissəsinin N nömrəli hərbi hissəsinə ünvanladığı məktubun fotoşəklini hərbi hissənin hüquqşünasının otağında çəkməsini etiraf etmişdir.Belə ki, iddiaçı məhkəmə iclasında onun telefonunda digər məxfi və qeyri məxfi sənədlərin aşkar edilməsini təkzib etməmiş, bəzi blankların telefona onun özü tərəfindən köçürüldüyünü bildirmiş, digərlərini isə telefonun kompyuter ilə əlaqələndirildiyi zaman telefona avtomatik olaraq köçürülməsi ilə izah etmişdir.

48. Nəhayət, məhkəmə Kollegiyası onu da qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla yuxarıda hüquqi qiymət verilmişdir.

49. Odur ki, prosessual qənaət prinsipindən çıxış edərək məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə təkrar qiymətləndirmə aparılmasına lüzum görmür.

50. Həmçinin, məhkəmə Kollegiyası vurğulayır ki, apellyasiya baxışı zamanı iddiaçı verilən suallara cavabında onun telefonunda digər məxfi və qeyri məxfi sənədlərin aşkar edilməsini təkzib etməmiş, bəzi blankların telefona onun özü tərəfindən köçürüldüyünü bildirmiş, digərlərini isə telefonun kompyuter ilə əlaqələndirildiyi zaman telefona avtomatik olaraq köçürülməsi ilə izah etmişdir. 5N. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin N-N(NNN)-N3N4/N0N3 saylı, xx.xx.N0N3-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 5N. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.N-ci, 68.N-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.N.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin N-N(NNN)-N3N4/N0N3 saylı, xx.xx.N0N3-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar