Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1846/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə qarşı “şəhadətnamənin və qeydin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5280/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nizami rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 22 fevral 2001-ci ildə 269 nömrə ilə qeyd olunmuş AZ-İ seriyalı, xx.xx.2001-ci il tarixli, 064229 nömrəli doğum haqqında şəhadətnamənin İddiaçı Rəfail oğluna məxsus olması və həmin şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 22 fevral 2001-ci il tarixdə 269 nömrə ilə qeyd olunmuş AZ-İ seriyalı, xx.xx.2001-ci il tarixli, 064229 nömrəli doğum haqqında şəhadətnamənin İddiaçı məxsus olması, həmin şəhadətnamənin və Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 22 fevral 2001-ci il tarixli 269 nömrəli qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aysev Almazova) 2-1(112)-5280/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qərardadı ilə “Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 22 fevral 2001-ci il tarixdə 269 nömrə ilə qeyd olunmuş AZ-İ seriyalı, xx.xx.2001-ci il tarixli, 064229 nömrəli doğum haqqında şəhadətnamənin İddiaçı məxsus olması, həmin şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissələrində iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Aysev Almazova) 2-1(112)-5280/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir (Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 22 fevral 2001-ci il tarixli 269 nömrəli qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması). Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2000-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuşdur. Rusiya Federasiyasının vətəndaşı olmuş, orada doğum haqqında şəhadətnamə və Rusiya Federasiyasının pasportunu almışdır. Məlum olmuşdur ki, valideynləri arasında olan mübahisə nəticəsində anası X9 qısa müddətə Bakıya şəhərinə gəlmiş və burada nənəsi Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə müraciət edərək onun adına doğum haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamədə soyadı İsayev, adı Seymur, ata adı Rafael kimi göstərilmiş, ata qrafasında X5, ana qrafasında isə X10 göstərilmişdir. Belə olan halda onun adına həm Rusiya Federasiyasının Moskva şəhərində, həm də anlaşılmazlıq nəticəsində Azərbaycan Respublikasının Bakı şəhərində doğum haqqında şəhadətnamə verilmişdir. Bununla bağlı cavabdehə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə müraciət edərək doğum haqqında akt qeydləri kitabında xx.xx.2001-ci il tarixdə 269 nömrə ilə qeyd edilmiş doğum haqqında məlumatların və AZ-İ seriyalı 064229 nömrəli xx.xx.2001-ci il tarixli şəhadətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində xx.xx.2001-ci il tarixli, 269 saylı doğum akt qeydi vətəndaş X2 adına qeydiyyata alınıb, lakin xx.xx.2011-ci il tarixdə isə Moskva şəhəri Levoberejniy VVAQ şöbəsində tərtib edilmiş 1995 saylı doğum akt qeydi İddiaçı adına qeyd edilmişdir. Qeyd olunanlar ilə bağlı İsayev Seymur və İddiaçı eyni şəxs olmasına görə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, müəyyən edilmişdir ki, xx.xx.2001-ci il tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində anası Leyla İsayeva olan xx.xx.2000-ci il tarixdə Bakı şəhərində doğulmuş Seymur adlı şəxsin doğumu qeydə alınmışdır. Həmin akt qeydində şəxsin anası Leyla İsayevanın nikahda olmadığı qeyd edilərək ananın göstərişinə əsasən ata “X5”, uşaq isə “X6” kimi qeyd edilmişdir. Təqdim edilmiş xx.xx.2011-ci il tarixdə Rusiya Federasiyasının VVAQ şöbəsi tərəfindən tərtib edilmiş doğum haqqında şəhadətnamənin surətinə baxış keçirilərkən isə “İddiaçı”in xx.xx.2000-ci ildə Moskva şəhərində doğulduğu, anasının Leyla İsayeva, atasının Rapail Vəliyev olduğu müəyyən edilmişdir. Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində tərtib edilmiş akt qeydinin İddiaçıa məxsus olduğu iddia edilsə də, həmin akt qeydi ilə Rusiya Federasiyasından verilmiş doğum haqqında şəhadətnamədəki məlumatlar (uşağın adı, ata adı, soyadı, doğulduğu yer, atanın adı və soyadı) arasında fərqlilik mövcuddur və ilkin doğum haqqında akt qeydi yalnız məhkəmə qaydasında ləğv edilə bilər. Hazırkı vəziyyətdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində tərtib edilmiş doğum haqqında akt qeydinin İddiaçı məxsus olması faktının müəyyən edilməsi və həmin akt qeydinin ləğv edilməsi barədə iddia qaldırmalıdır. Məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinin imtinası qanunsuz və əsassızdır. İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 22 fevral 2001ci il tarixdə 269 nömrə ilə qeyd olunmuş AZ-İ seriyalı, xx.xx.2001-ci il tarixli, 064229 nömrəli doğum haqqında şəhadətnamənin İddiaçı məxsus olması və həmin şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının iddia tələbi təmin edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən iddiaçıya məxsus doğum haqqında akt qeydində tərtib edilmiş qeydlərin ləğv olunması barədə qərar qəbul etmək səlahiyyəti olduğu halda ondan imtina etmiş, nəticə etibarilə Konstitusiyanın və qanunun iddiaçıya verdiyi hüquqların pozulmasına gətirib çıxarmışdır. Göründüyü kimi, iddiaçı, birinci instansiya məhkəməsinin qanunsuz və əsassız qərarı ilə qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilməmişdir. Məhkəmə iddiaçının tələb və maraqlarını nəzərə almamaqla düzgün olmayan qərar qəbul etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi səbəbindən məhkəmə qərarı apellyasiya qaydasında ləğv edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində xx.xx.2001-ci il tarixdə tərtib edilmiş 269 saylı doğum akt qeydinin ləğv edilməsi ilə bağlı ərizənizə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğvi Qaydasının 23. bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Sənədləri nəzərdən keçirərkən müəyyən olundu ki, Nizami rayon qeydiyyat şöbəsində xx.xx.2001-ci il tarixli 269 saylı doğum akt qeydi vət.X2 adına qeydiyyata alınıb, lakin xx.xx.2011-ci ildə isə Moskva şəhəri Levoberejnıy WAQ şöbəsində tərtib edilmiş 1995 saylı doğum akt qeydi İddiaçı adına qeyd edilib. Qeyd olunanlarla bağlı İsayev Seymur və İddiaçı eyni şəxs olmağına görə məhkəməyə müraciət edilməsi tövsiyə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Doğumu Rusiya Federasiyasında qeydə alınmış İddiaçı adına eyni zamanda Bakı şəhərində də tərtib edilmiş doğum haqqında akt qeydinin ləğv edilməsi barədə müraciətiniz Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində araşdırılmışdır. Müəyyən edilmişdir ki, xx.xx.2001-ci ildə Nizami rayon qeydiyyat şöbəsində anası Leyla İsayeva olan xx.xx.2000-ci ildə Bakı şəhərində doğulmuş Seymur adlı şəxsin doğumu qeydə alınmışdır. Həmin akt qeydində şəxsin anası Leyla İsayevanın nikahda olmadığı qeyd edilərək ananın göstərişinə əsasən ata “X5”, uşaq isə “X6” kimi qeyd edilmişdir. Təqdim etdiyiniz xx.xx.2011-ci ildə Rusiya Federasiyasının VVAQ şöbəsi tərəfindən tərtib edilmiş doğum haqqında şəhadətnamənin surətinə baxış keçirilərkən isə “İddiaçı”in xx.xx.2000-ci ildə Moskva şəhərində doğulduğu, anasının Leyla İsayeva, atasının Rapail Vəliyev olduğu müəyyən edilmişdir. Göründüyü kimi Nizami rayon qeydiyyat şöbəsində tərtib edilmiş akt qeydinin İddiaçı məxsus olduğunu iddia etsəniz də, həmin akt qeydi ilə Rusiya Federasiyasından verilmiş doğum haqqında şəhadətnamədəki məlumatlar (uşağın adı, ata adı, soyadı, doğulduğu yer, atanın adı və soyadı) arasında fərqlilik mövcuddur və ilkin doğum haqqında akt qeydi yalnız məhkəmə qaydasında ləğv edilə bilər. Hazırkı vəziyyətdə Nizami rayon qeydiyyat şöbəsində tərtib edilmiş doğum haqqında akt qeydinin İddiaçı məxsus olması faktının müəyyən edilməsi və həmin akt qeydinin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü X2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. İş materiallarında olan Rusiya Federasiyası Moskva VVAQ İdarəsi Levoberejnıy VVAQ şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş V-MY seriyalı 657016 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuşdur, anası - Azərbaycan Respublikası vətəndaşı X9, atası - Rusiya Federasiyası vətəndaşı X3r (doğum haqqında akt qeydi xx.xx.2011-ci il, 1995 nömrəli). İş materiallarında olan Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş X4 məxsus xx.xx.2001-ci il tarixli, 269 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2000-ci ildə Bakı şəhərində doğulmuşdur, atası X5, milliyyəti azərbaycanlı, anası isə X10, milliyyəti azərbaycanlı qeyd edilmişdir (Qeyd: ata haqqında məlumat ananın sözləri ilə yazılıb). Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»: 1.1. Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 1.5. İcra hakimiyyətinin nümayəndəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, ölümün dövlət qeydiyyatını, o cümlədən doğumun və ölümün elektron qaydada qeydiyyatını aparır və doğum, nikah, ölüm haqqında şəhadətnamələr verir. 2.5. Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər (bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd. 2.7. Valideynlərin birinin sənədlərini üzürlü səbəbdən (uzunmüddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) təqdim etmək mümkün olmadıqda Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi doğumun dövlət qeydiyyatını valideynlərdən digərinin sənədləri əsasında apara bilər. 2.8. Doğum haqqında akt qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: 2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar; 2.8.2. valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 23-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuşdur, bu barədə Rusiya Federasiyası Moskva VVAQ İdarəsi Levoberejnıy VVAQ şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə 1995 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. X4 məxsus doğum haqqında akt qeydinə əsasən isə X6 xx.xx.2000-ci ildə Bakı şəhərində doğulmuşdur, bu barədə Bakı şəhəri Nizami rayon VVAQ şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə 269 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. İddiaçı Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 22 fevral 2001-ci il tarixli 269 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi doğum haqqında akt qeydi başqa şəxsə - X4 məxsusdur və həmin akt qeydi iddiaçının doğumu ilə əlaqədar Moskva VVAQ İdarəsi Levoberejnıy VVAQ şöbəsi tərəfindən tərtib edilmiş akt qeydindən 10 ildən də artıq müddət əvvəl tərtib edilmişdir. Göründüyü kimi, Bakı şəhəri Nizami rayon VVAQ şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2001-ci il tarixli 269 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi üçün əsaslar mövcud deyildir və iddiaçı da bununla əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5280/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1846/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1846/2024
22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver