Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1847/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı1 nümayəndəsi-vəkili Vəkil və üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Əmanətlərin Sığortalanması Fondu inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla yaşayış sahəsinin ipoteka qeydiyyatının ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2163/2021 saylı 28 aprel 2021-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ümumi sahəsi 231.6 kv. metr, mərtəbə 9, qapı 4 (blok C) olan, 12 A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (Seriya RX №0137513, qeydiyyat nömrəsi:**********) və İddiaçı2 məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ümumi sahəsi 231.6 kv. metr, mərtəbə 11, qapı 4 (blok C) olan, 12A ünvanında yerləşən qeyriyaşayış sahəsinin (Seriya RX №0137656, qeydiyyat nömrəsi: **********) ipoteka qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, "xxxx" ASC tərəfindən cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə 16.11.2015-ci il tarixli 2-05/4167-15 və 2-05/4159-15 saylı məktublarla müraciət olunmuşdur. Həmin müraciətlərdə qeyd olunmuşdur ki, "xxxx" ASC ilə X3 arasında bağlanmış 15.03.2013-cü il tarixli Nİ-184/013 saylı və 19.07.2013-cü il tarixli 658/013 saylı kredit müqaviləsinin və "xxxx" ASC ilə İddiaçı1 arasında bağlanmış 15.03.2013-cü il tarixli Nİ 185/013 saylı kredit müqaviləsinin təminatı olan İddiaçı1 məxsus Bakı şəhəri Xətai rayonu, Babək prospekti, ümumi sahəsi 231.6 kv. metr, mərtəbə 9, qapı 4 (blok C) olan, 12A ünvanında yerləşən qeyri-yaşayış sahəsi (Seriya RX, №0137513, qeydiyyat nömrəsi: **********) və İddiaçı2 məxsus Bakı şəhəri Xətai rayonu, Babək prospekti, ümumi sahəsi 231.6 kv. metr, mərtəbə 11, qapı 4 (blok C) olan, 12A ünvanında yerləşən qeyri-yaşayış sahəsi (Seriya RX, №0137656, qeydiyyat nömrəsi:**********) Notariat kontoru tərəfindən təsdiq edilmiş ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka bank saxlayan tərəfindən 16.11.2015-ci il tarixli 2-05/4167-15 və 2-05/4159-15 saylı rəsmi müraciətlər ünvanlanmışdır. Lakin cavabdeh inzibati orqan əsassız və qanunsuz olaraq iddiaçıların təkrarən banka və onun ləğvedicisinə müraciət etməsini, yeni məktub almasını, rüsum və xidmət haqqı ödəməsini tələb edir. Halbuki, qanunvericiliyin tələblərinə görə əmlakın ipoteka yüklülüyündən azad edilməsi üçün 2 əsasdan biri- 1. ipoteka saxlayanın ərizəsi və ya 2. məhkəmə qərarı kifayət edir ki, artıq ipoteka saxlayanın ərizəsi cavabdeh inzibati orqanda vardır. Dövlət rüsumunun və xidmət haqqının bank tərəfindən odənilməməsi, sonradan bankda ləğvetmə prosesinin başlanılması iddiaçıların mülkiyyət hüquqlarının inzibati orqan tərəfindən məhdudlaşdırılmasına və əmlaklarının ipoteka yüklülüyündə qalmasına əsas vermir. Qeyd olunanlara əsasən iddiaçılar iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2163/2021 saylı 28 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: N.Abıyev) Həmin qərardan iddiaçılar apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar apelyasiya şikayətində qeyd etmişlər ki, bankın cavabdeh inzibati orqana göndərdiyi məktublar barədə məlumat əldə edəndən sonra onlarda əminlik yaranmışdır ki, cavabdeh inzibati orqan öz vəzifə borcunu yerinə yetirib və əmlaklarını ipotekadan azad edib. Lakin bir müddət keçəndən sonra təsadüfən onlara aydın olub ki, bank tərəfindən onlara məxsus əmlakların girovdan azad edilməsi barədə cavabdehə 16.11.2015-ci il tarixli 2-05/4167-15 və 2-05/4159-15 saylı məktublar göndərilsə də, inzibati orqan qanunsuz olaraq onların əmlaklarını girovdan azad etməmişdir. Belə olan halda onlar 09.10.2020-ci il tarixli məktublarla cavabdeh inzibati orqana müraciət edərək, bankın müraciətlərinin icra edilməsi və onlara məxsus əmlakların girovdan azad edilməsini xahiş etmişlər. Cavabdeh inzibati orqan isə müraciətlərinə “İpoteka haqqında” AR Qanununun 15.1-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 20.4-cü maddəsinə, “Dövlət rüsumu haqqında” AR Qanununa və Tarif Şurasının müvafiq qərarına istinad edərək imtina cavabı verilmişdir. Halbuki imtina tamamilə qanunsuz və əsassız olmuşdur. Belə ki, cavabdeh yuxarıda sadalanan qanunlara istinad etsə də, qanunvericiliyin tələblərinə əməl etməmişdir. Ona görə ki, “İpoteka haqqında” AR Qanununun 15.1-ci maddəsinə əsasən İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 20.4-cü maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipotekasaxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. İddia ərizələrinə əlavə etdikləri sübutlardan da göründüyü kimi ipoteka saxlayan bank tərəfindən 16.11.2015-ci il tarixli 2- 05/4167-15 və 2-05/4159-15 saylı rəsmi müraciətlər ünvanlamışdır. Lakin cavabdeh inzibati orqan əsassız və qanunsuz olaraq onlardan təkrarən banka və onun ləğvedicisinə müraciət etməkləri, yeni məktub almaqları, rüsum və xidmət haqqı ödəmələrini tələb edir. Halbuki bir daha bildirirlər ki, qanunvericiliyin tələblərinə görə əmlakın ipoteka yüklülüyündən azad edilməsi üçün 2 əsasdan biri (1. ipoteka saxlayanın ərizəsi və ya 2. Məhkəmə qərarı) kifayət edir ki, artıq ipoteka saxlayanın ərizəsi cavabdeh inzibati orqanda vardır. Dövlət rüsumunun və xidmət haqqının bank tərəfindən ödənilməməsi, sonradan bankda ləğvetmə prosesinin başlanılması onların mülkiyyət hüquqlarının inzibati orqan tərəfindən məhdudlaşdırılmasına və əmlaklarının ipoteka yüklülüyündə qalmasına əsas vermir. Eyni zamanda cavabdeh heç vaxt onları idarəyə dəvət edib onlardan əmlaklarının yüklülüyünün ləğv edilməsi üçün dövlət rüsumunun və ya xidmət haqqının ödənilməsini tələb etməmişdir kı, onlar həmin tələbləri yerinə yetirməsinlər. Bundan əlavə iş Bakı İnzibati Məhkəməsində araşdırılarkən cavabdeh inzibati orqan imtinanın səbəbini dövlət rüsumunun və xidmət haqqının ödənilməməsi ilə əlaqələndirdikdə hakim və vəkil tərəfindən cavabdehə sual verilmişdir ki, qeyd olunan şərtyəni vəsaitin ödənilməsi yerinə yetirilərsə əmlaklar girovdan azad oluna bilərmi? Cavabdehin nümayəndəsi xeyr cavabını vermiş və bankın ləğvedicisinin yeni məktubla həmin inzibati orqana müraciət etməli olması qeyd olunmuşdur. Halbuki bu hal qüvvədə olan qanunvericiliyin kobud şəkildə pozulması və heç bir zərurət olmadan hüquqlarının məhdudlaşdırılmasıdır. Ona görə ki, qanunvericilikdə ipoteka saxlayanın təkrarən müraciət etməli olması təsbit olunmamışdır. Bütün qeyd etdikləri səbəblərə görə məhkəmədən iddianın təmin edilməsini, cavabdeh inzibati orqanın imtinasının qanunsuz hesab edilməsini və əmlakları barədə ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişlər. Məhkəmə isə hazırda mübahisələndirdikləri qərarında üçüncü şəxs olan ƏSF-nun etiraz ərizəsində qeyd etdiyi təhrif olunmuş və əsassız xüsusatlara istinad edərək, məhkəmə instansiyaları tərəfindən daha əvvəl qəbul edilmiş qərar və qərardadların tələblərini və tərəflərindən məhkəməyə təqdim edilən sübutları nəzərə almadan hazırki yanlış qənaətə gəlmişdir. İşin araşdırması aparılarkən 3-cü şəxs ƏSF tərəfindən məhkəməni yanıltmaq məqsədilə etiraz ərizəsi təqdim edilmiş və həmin ərizədə məhkəmə aktlarının mahiyyəti qəsdən təhrif edilmişdir. Belə olan halda tərəflərindən məhkəməyə məsələ ilə bağlı bütün məhkəmə aktlarının surəti təqdim edilmiş və məzmunu izah edilmişdir. Belə ki, 3-cü şəxs hər nəqədər özünün sonradan verdiyi 01.03.2017-ci il tarixli qərarla bankın səlahiyyətli orqanı olmuş Müşahidə Şurasının 05.11.2015-ci il tarixli, 36/1 saylı qərarını ləğv etməsini və bununla da kredit vəsaitini geri bərpa etməsini bildirsə də, məhkəmə aktlarının tələbləri bunun əksini sübut edir. Müşahidə Şurasının 05.11.2015-ci il tarixli, 36/1 saylı qərarı ilə bağlı aşağıdakiları Məhkəmə Kollegiyasının diqqətinə çatdırırlar: X6 bankın səlahiyyətli orqanı olmuş Müşahidə Şurasına ünvanlanan ərizəsi, bankdaxili aparılmış araşdırma və bank əməkdaşlarının izahatları əsasında X2 36/1 nömrəli 05.11.2015-ci il tarixli Qərarı qəbul edilmişdir. Həmin qərara əsasən В.M.Əliyevin ərizəsinin nəzərə alınması, formal olaraq rəsmiləşdirilmiş kreditin ödənilməsi məqsədilə В.M.Əliyevdən qeyri qanuni alınmış 460.000 manat məbləğində vəsaitin kredit məbləğinin üzərinə bərpa olunması, 15.03.2013-cü il tarixli və 19.07.2013-ci il tarixli kredit müqavilələri əsasında qanunsuz olaraq rəsmiləşdirilmiş 12.050.000 manat məbləğində kreditin balansdan silinməsinin və balansdan kənar hesabda uçotunun aparılmasının təmin edilməsi, həmin kreditlər üzrə bağlanmış ipoteka müqavilələrinin ləğv edilməsi, əmlakların müvafiq qaydada yüklülükdən azad edilməsi, yol verilmiş qanun pozuntularının idarə heyəti tərəfindən araşdırılması, kreditin qaytarılmasına mənbənin müəyyən edilməsi və qaytarılmasının təmin edilməsi qərara alınmışdır. X2 36/1 nömrəli 05.11.2015-ci il tarixli Qərarı AR Mülki Məcəlləsinə, “Banklar Haqqında” AR Qanununa, AR Mərkəzi Bankının 18.12.2013-cü il tarixli “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması” Qaydaları və digər təlimat və qaydalara uyğun olaraq qəbul edilmişdir. Lakin buna baxmayaraq ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu adlarına qanunsuz olaraq rəsmiləşdirilərək onlara verilməyən məbləğləri ödəməklərini tələb etmişdir. Belə olan halda məcburiyyət qarşısında qalınaraq tərəflərindən Nəsimi rayon Məhkəməsinə müraciət edilməklə, X2 36/1 nömrəli 05.11.2015-ci il tarixli Qərarının məhkəmə qaydasında tanınması xahiş edilmişdir. Nəsimi rayon Məhkəməsinin 03.02.2017-ci il tarixli 2 (006)-509/2017 saylı qərardadına əsasən mülki işin icraatına məhkəmədə baxılmalı olmaması əsasına görə xitam verilmişdir. Qərardadda qeyd olunub ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, qanuniliyinin məhkəmə qaydasında tanınması tələb olunan "xxxx" ASC-nin Müşahidə Şurasının 36/1 nömrəli 05.11.2015-ci il tarixli Qərarı ləğv edilməmiş, dəyişdirilməmiş və hazırda qüvvədədir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçılar X3 və İddiaçı1 cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna qarşı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin Müşahidə Şurasının hazırda qüvvədə olan 36/1 nömrəli 05.11.2015-ci il tarixli Qərarının qanuniliyinin məhkəmə qaydasında tanınması tələbinə dair iddia ərizəsinə məhkəmədə baxıla bilməz və mülki işin icraatına xitam verilməlidir. Məhkəmə qaydasında müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin Müşahidə Şurasının 36/1 nömrəli 05.11.2015-ci il tarixli Qərarı ləğv edilməmiş, dəyişdirilməmiş və hazırda qüvvədədir. Ona görə də həmin işə məhkəmə qaydasında baxıla bilməz. Lakin Nəsimi rayon Məhkəməsi tərəfindən "xxxx" ASC-nin Müşahidə Şurasının 36/1 nömrəli 05.11.2015-ci il tarixli Qərarının qüvvəsinin tanımasına baxmayaraq, LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu öz səlahiyyət həddini aşaraq, bankın adından 01.03.2017-ci il tarixli, 01 nömrəli qərar verməklə "xxxx" ASC-nin Müşahidə Şurasının 36/1 nömrəli 05.11.2015-ci il tarixli Qərarını ləğv etmiş və sonradan verdiyi qərarının məhkəmə tərəfindən təsdiq olunması üçün 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.04.2017-ci il tarixli 2-1(81)- 1541/2016-cı il tarixli Qərardadında göstərilmişdir ki, ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 04 aprel 2017-ci il tarixli, 02- 14/1304-17 nömrəli ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu-01 nömrəli, 01.03.2017-ci il tarixli Qərarının təsdiq edilməsinə dair ərizə ilə müraciət edərək, Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun "xxxx" ASC-nin Müşahidə Şurasının 05.11.2015-ci il tarixli 36/1 nömrəli ləğv edilməsi haqqında 01.03.2017-ci il tarixli, 01 nömrəli qərarının məhkəmə qaydasında təsdiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin göstərilən qərardadına əsasən ərizəçi ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun maraqlı şəxslər Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Respublikasının Mərkəzi Bankı cəlb edilməklə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 01 nömrəli, 01.03.2017-ci il tarixli qərarının təsdiq edilməsi barədə ərizəsi mümkün sayılmamışdır. Məhkəmə bildirmişdir ki, ləğvedicinin ərizəsi “Banklar Haqqında” Qanunun 71.4-cü maddəsinin təsiri altına düşməməklə yanaşı bu ərizədə göstərilənlər iflas proseduru çərçivəsində məhkəmə nəzarəti qaydasında baxılan məsələlərə də aid deyildir. Həmin qərardaddan narazı qalan Əmanətlərin Sığortalanması Fondu 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.04.2017-ci il tarixli, 2-1(81)-1541/2016 saylı qərardadından apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.06.2017-ci il tarixli 2-1(103)-1373/2017 saylı qərardadı ilə Fondun apelyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1541/2016 saylı, 20 fevral 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. Göstərilən qərardadda təsbit olunmuşdur ki, ləğvedicinin ərizəsi «Banklar haqqında» AR Qanununun 71.4-cü maddəsinin təsiri altına düşməməklə yanaşı, bu ərizədə göstərilənlər iflas proseduru çərçivəsində məhkəmə nəzarəti qaydasında baxılan məsələlərə də aid deyil. Belə ki, ləğvedicinin özündən əvvəl fəaliyyət göstərən bankın səlahiyyətli orqanlarının qərarlarını mübahisələndirmək, dəyişmək və ya ləğv etmək hüququ yoxdur. Bu səbəbdən ləğvedici X2 05.11.2015-ci il tarixli 36/1 nömrəli qərarının ləğv edilməsi ilə bağlı sonradan verdiyi qərarın məhkəmə qaydasında tanınması və təsdiq olunması barədə məhkəməyə müraciət edə bilməzdi. Çünki «Banklar haqqında» AR Qanununun 71.4-cü maddəsinin məzmunundan görünür ki, ləğvedici bütün hallarda yox, yalnız «Banklar haqqında» AR Qanununun müddəaları ilə tələb edilən hallarda və göstəriş almaq üçün məhkəməyə müraciət edə bilərdi. Lakin ləğvedici ƏSF özü sonradan müstəqil qərar vermiş, məhkəməyə hər hansı göstəriş üçün müraciət etməmişdir. Bu da o deməkdir ki, hazırkı tələblə ləğvedicinin məhkəməyə müraciət etmək hüququ olmamışdır və yoxdur. Əmanətlərin Sığortalanması Fondu Bakı Apelyasiya Məhkəməsinin 12.06.2017-ci il tarixli 2-1(103)-1373/2017 saylı qərardadından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 15.09.2017-ci il tarixli 2-1(102)- 1655/2017 saylı Qərarı ilə Fondun kassasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.06.2017-ci il tarixli 2-1 (103)-1373/2017 saylı qərardadı dəyişdirilmədən saxlanmışdır. Göstərilən Qərarda da təsbit olunmuşdur ki, ləğvedicinin ərizəsi «Banklar haqqında» AR Qanununun 71.4-cü maddəsinin təsiri altına düşməməklə yanaşı, bu ərizədə göstərilənlər iflas proseduru çərçivəsində məhkəmə nəzarəti qaydasında baxılan məsələlərə də aid deyil. Belə ki, ləğvedicinin özündən əvvəl fəaliyyət göstərən bankın səlahiyyətli orqanlarının qərarlarını mübahisələndirmək, dəyişmək və ya ləğv etmək hüququ yoxdur. Bu səbəbdən ləğvedici X2 05.11.2015-ci il tarixli 36/1 nömrəli qərarının ləğv edilməsi ilə bağlı sonradan verdiyi qərarın məhkəmə qaydasında tanınması və təsdiq olunması barədə məhkəməyə müraciət edə bilməzdi. Çünki «Banklar haqqında» AR Qanununun 71.4-cü maddəsinin məzmunundan görünür ki, ləğvedici bütün hallarda yox, yalnız «Banklar haqqında» AR Qanununun müddəaları ilə tələb edilən hallarda və göstəriş almaq üçün məhkəməyə müraciət edə bilərdi. İndiki halda isə ləğvedici ƏSF özü sonradan müstəqil qərar vermiş, məhkəməyə hər hansı göstəriş üçün müraciət etməmişdir. Bu da o deməkdir ki, hazırkı tələblə ləğvedicinin məhkəməyə müraciət etmək hüququ olmamışdır və yoxdur. Lakin bütün qanuni qüvvəsini almış məhkəmə aktlarına baxmayaraq, LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İddiaçı1 olaraq ona və atası Etibar Əliyevə qarşı ayrı-ayrılıqda “borc tələbi barədə” iddia ərizələri ilə Bakı şəhəri Nizami rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 24.05.2018-ci il tarixli, 2(007)-1330/2018 saylı və 31.05.2018-ci il tarixli, 2(007)-1343/2018 saylı qətnamələrinə əsasən LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun borc tələbi təmin edilməmişdir. Həmin qətnamələrdən Əmanətlərin Sığortalanması Fondu tərəfindən apelyasiya şikayətləri verilsə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 9761/2018 saylı, 11,09.2018-ci ıl tarixli: 2(103)- 9338/2018 saylı, 03.10.2018-ci il tarixli və 2(103)-8716/2019 saylı, 27.06 2019-cu il tarixli qətnamələri ilə apelyasiya şikayətləri təmin edilməmişdir. Sonuncu dəfə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-66/2021 saylı, 22.04.2021-ci il tarixli qətnaməsi ilə Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 31.05.2018-ci il tarixli, 2(007)-1343/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Yəni məhkəmələr Əmanətlərin Sığortalanması Fondunun onlardan “borcun tutulması” barədə iddia tələblərini təmin etməmiş, bütün hallarda məhkəmə orqanlarının qərarları ilə ƏSF-nun əsassız varlanmaya cəhdlərinin qarşısı alınmışdır. Göstərilən məhkəmə aktlarını (sonuncu qətnamə istisna olmaqla) Bakı inzibati Məhkəməsinə təqdim etməklərinə baxmayaraq, hazırda mübahisələndirilən qətnamədən görünür ki, məhkəmə mübahisəyə son dərəcə səthi yanaşmış və demək olar ki, bütün hallarda iddia tələbləri və ərizələri məhkəmələr tərəfindən rədd edilmiş ƏSF-nun mülahizələrini əsas götürməklə ədalətsiz və qanunsuz qərar qəbul etmişdir. Buna görə də hesab edirlər ki, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş pozuntular apelyasiya icraatı qaydasında aradan qaldırılmalı, həmin qərar ləğv edilməklə iddia tələblərinin təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. Apelyasiya baxışı zamanı İddiaçı1 nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı üçüncü şəxsin nümayəndəsi X5 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə İddiaçı2 və cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçılar İddiaçı1 məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ümumi sahəsi 231.6 kv. metr, mərtəbə 9, qapı 4 (blok C) olan, 12 A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (Seriya RX №0137513, qeydiyyat nömrəsi:**********) və İddiaçı2 məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ümumi sahəsi 231.6 kv. metr, mərtəbə 11, qapı 4 (blok C) olan, 12A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (Seriya RX №0137656, qeydiyyat nömrəsi: **********) ipoteka qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu və “İpoteka haqqında” Qanunu qeydiyyata alınmış ipotekanın ləğvini ipotekasaxlayanın ərizəsi və məhkəmə qərarından hər hansı birinin olması ilə şərtləndirir. Hazırkı iddiaçıların daşınmaz əmlakı üzərində qeydiyyata alınmış ipotekanın ləğvi barədə “İpotekasaxlayan”ın müraciəti (razılığı) olduğu halda, hansı ki qanunvericilik ipotekanın ləğvi ilə bağlı onu da əsas kimi müəyyən etmişdir, cavabdeh inzibati orqan Əmanətlərin Sığortalanması Fondunun razılığının olmadığını, həmçinin, qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət rüsumunun ödənilməməsini əsas gətirərək, qaldırılan məsələnin həllindən imtina etmişdir. İmtinanın əsaslarından görünür ki, iddiaçıların müraciətlərinə qiymət verilən zaman, cavabdeh iki şərtin əməl olunmadığına istinad etmişdir: Əmanətlərin Sığortalanması Fondunun razılıq ərizəsinin olmamasına; İpoteka saxlayan tərəfindən dövlət rüsumunun ödənilməməsinə. İmtinanın birinci hissəsi ilə bağlı münasibətdə məhkəmə bildirmişdir ki, ipotekasaxlayan "xxxx" ASC tərəfindən İddiaçı1 məxsus Bakı şəhəri Xətai rayonu, Babək prospekti, ümumi sahəsi 231.6 kv.m, mərtəbə 9, qapı 4 (blok C) olan, 12A ünvanında yerləşən (Seriya RX, №0137513, qeydiyyat nömrəsi: **********) və İddiaçı2 məxsus Bakı şəhəri Xətai rayonu, Babək prospekti, ümumi sahəsi 231.6 kv. m., mərtəbə 11, qapı 4 (blok C) olan, 12A ünvanında yerləşən qeyri-yaşayış sahələri üzərində olan ipoteka qeydiyyatlarının ləğvi ilə bağlı müraciət edilən zaman "Bank Texnikabank” ASC-nin Müşahidə Şurasının 36/1 saylı 05 noyabr 2015-ci il tarixli qərarına istinad olunmuşdur. Halbuki, sözügedən qərar Əmanətlərin Sığortalanması Fondunun 01.03.2017-ci il tarixli, 01 saylı Qərarı əsasında ləğv edilmişdir. Bundan savayi, Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 01.03.2017-ci il tarixli, 01 saylı qərarının təsdiq edilməsi ilə bağlı inzibati qaydada məhkəməyə ərizə ilə müraciət edilmiş, lakin ərizədə göstərilənlərin iflas proseduru çərçivəsində məhkəmə nəzarəti qaydasında baxılan məsələyə aid olmaması səbəbi ilə ərizə mümkün sayılmamışdır. Göründüyü kimi, qanunvericiliklə ipotekanın qeydiyyatlarının ləğvi üçün əsas kimi müəyyən edilmiş sənəd (36/1 saylı 05 noyabr 2015-ci il tarixli ipotekasaxlayanın qərarı) ləğv edildiyindən, ipoteka əmlakları ilə təmin edilmiş öhdəliklər yerinə yetirilməmiş sayılır. İpotekasaxlayanın qərarının ləğvi ilə bağlı münasibətdə qeyd olunmalıdır ki, Əmanətlərin Sığortalanması Fondu öz səlahiyyətləri çərçivəsində araşdırma aparmış və yekun araşdırmanı 01.03.2017-ci il tarixli, 01 saylı qərarı ilə rəsmiləşdirmişdir. Beləliklə, ipoteka əmlakları ilə təmin edilmiş öhdəliklər yerinə yetirilmədiyindən, həmçinin, bunun əksi iddiaçılar tərəfindən təsdiq edilmədiyindən, o cümlədən, Əmanətlərin Sığortalanması Fondu tərəfindən razılıq ərizəsi təqdim olmadığından, mübahisə predmetini təşkil edən qeyri-yaşayış sahələrinin ipoteka qeydiyyatlarının ləğvinə dair əsas yoxdur. Cavabdehin imtinasının ikinci hissəsi ilə bağlı münasibətdə məhkəmə, "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na və “Dövlət rüsumu haqqında” Qanuna istinad etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 7.6-cı bəndinə əsasən, ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi barədə ipoteka saxlayanın ərizəsi (8 nömrəli əlavə) və ya məhkəmənin qərarı daxil olduqda, qeydiyyat şöbəsi tərəfindən ipotekanın dövlət qeydiyyatı ləğv edilərək, bu barədə ipoteka saxlayana bildiriş (9 nömrəli əlavə) verilir. Qeyd edilən ərizəyə ipoteka saxlayanın nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə və onun şəxsiyyətini təsdiq edən sənədin surəti və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. “Dövlət rüsumu haqqında” Qanunun 26.4-cü maddəsinə əsasən, ipotekanın əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi görə 10 manat məbləğində dövlət rüsumu ödənilir. Birinci instansiya məhkəməsi sadalanmış müddəaları iş materiallarında olan sənədlər ilə birlikdə təhlil edərək qeyd etmişdir ki, ipotekasaxlayan tərəfindən ipoteka qeydiyyatının ləğv edilməsi ilə bağlı ərizə ilə müraciət edilən zamanı müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi zəruridir. İş materiallarında olan "xxxx" ASC-nin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 16 noyabr 2015-ci il tarixli, 2-05/4159-15 və 2-05/4167-15 nömrəli məktublardan görünür ki, ipotekasaxlayan tərəfindən cavabdeh inzibati orqana müraciət edilən zaman, qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödənilməmiş və əksini təsdiq edən sənəd məhkəmə icraatı zamanı təqdim edilməmişdir. Beləliklə, məhkəmə cavabdeh tərəfindən iddiaçılarının müraciətlərindən qanuni və əsaslı olaraq imtina edildiyindən, iddiaçılar İddiaçı1 və İddiaçı2 ipoteka qeydiyyatının ləğv edilməsi barədə tələbini əsassız hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan "Bank Texnikabank” ASC-nin Müşahidə Şurasının 36/1 saylı 05 noyabr 2015-ci il tarixli qərarından çıxarışın surətindən görünür ki, В.M.Əliyevin ərizəsinin nəzərə alınması, E.Əliyevin və İddiaçı1 adına rəsmiləşdirilmiş kreditin ödənilməsi məqsədi ilə ondan qeyri-qanuni alınmış 460.000 (dörd yüz altmış min) manat məbləğində vəsaitin kredit məbləğinin üzərinə bərpa olunması, 15 mart 2013-cü il tarixdə E.M.Əliyevin adına - rəsmiləşdirilmiş 8.000.000 (səkkiz milyon) manat, 15 mart 2013-cü il tarixdə К.E.Əliyevin adına rəsmişləşdirilmiş 2.000.000 (iki milyon) manat, 19 iyul 2015-ci il tarixdə E.M.Əliyevin adma rəsmiləşdirilmiş 2.050.000 (iki milyon əlli min) manat məbləğində kreditin balansdan silinməsi və balansdankənar hesabda uçotunun aparılmasının təmin edilməsi, qərarın ikinci bəndində qeyd olunan kreditlər üzrə bağlanmış ipoteka müqavilələri ləğv edilərkən əmlakların müvafiq qaydada yüklülükdən azad edilməsi, X7 qərarın ikinci bəndində qeyd olunmuş kreditin rəsmiləşdirilməsi zamanı yol vermiş qanun pozuntularının araşdırılması, kreditin qaytarılmasının təmin edilməsi, araşdırmaların nəticəsi məsələyə hüquqi qiymət verilməsi məqsədilə hüquq mühafizə orqanlarına müraciət olunması üçün Müşahidə Şurasının müzakirəsinə çıxarılması, В.M.Əliyevin ərizəsinin nəzərə alınması, ondan qeyri-qanuni alınmış 460.000 (dörd yüz altmış min) manat məbləğində vəsaitin B.Əliyevin cari hesabına bərpa olunması və X4 irəli gələn digər məsələlərin həllini təmin etməsi qərara alnımışdır. İş materiallarında olan "xxxx" tərəfindən DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 16 noyabr 2015-ci il tarixli, 2-05/4159-15 və 2-05/4167-15 nömrəli məktublarında qeyd olunmuşdur ki, "xxxx" ASC ilə X3 arasında bağlanmış 15.03.2013-cü il tarixli Nİ-184/013 saylı və 19.07.2013-cü il tarixli 658/013 saylı kredit müqaviləsinin və "xxxx" ASC ilə İddiaçı1 arasında bağlanmış 15.03.2013-cü il tarixli Nİ-185/013 saylı kredit müqaviləsinin təminatı olan İddiaçı1 məxsus Bakı şəhəri Xətai rayonu, Babək prospekti, ümumi sahəsi 231.6 kv. m., mərtəbə 9, qapı 4 (blok C) olan, 12A ünvanında yerləşən qeyriyaşayış sahəsi (Seriya RX, №0137513, qeydiyyat nömrəsi: **********) və İddiaçı2 məxsus Bakı şəhəri Xətai rayonu, Babək prospekti, ümumi sahəsi 231.6 kv. m., mərtəbə 11, qapı 4 (blok C) olan, 12A ünvanında yerləşən qeyri-yaşayış sahəsi (Seriya RX, №0137656, qeydiyyat nömrəsi:**********) Notariat kontoru tərəfindən təsdiq edilmiş ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Banka girov qoyulmuş qeyri-yaşayış sahələrinin (Seriya RX №0137656, qeydiyyat nömrəsi: **********), (Seriya RX № 0137513, qeydiyyat nömrəsi:**********) ipoteka qeydiyyatlarının ləğv edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-509/2017 saylı 03.02.2017-ci il tarixli qərardadından görünür ki, İddiaçı1 və İddiaçı2 cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna qarşı cavabdeh Ləğv prosesində olan "xxxx" ASC-nin Müşahidə Şurasının hazırda qüvvədə olan 36/1 nömrəli, 05 noyabr 2015-ci il tarixli qərarının qanuniliyinin məhkəmə qaydasında tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına məhkəmə qaydasında baxılmalı olmadığından xitam verilmişdir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı, 20.04.2017-ci il tarixli qərardadından görünür ki, ərizəçi ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun maraqlı şəxslər Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Respublikasının Mərkəzi Bankı cəlb edilməklə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 01 nömrəli, 01.03.2017-ci il tarixli qərarının təsdiq edilməsi barəsində ərizəsi mümkün sayılmamışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1373/2017 saylı, 12.07.2017-ci il tarixli qərardadı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-1655/2017 saylı, 15.09.2017-ci il tarixli qərarı ilə, birinci instansiyanın qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 13.10.2020-ci il tarixli, **********76 saylı və **********77 saylı məktubların surətindən görünür ki, iddiaçıların qeyri-yaşayış sahəsinə dair ipotekanın ləğvinə dair müraciətlərinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 01.02.2016cı il tarixli qərarı ilə "xxxx" ASC-nin (Texnikabank ASC) lisenziyası ləğv olunmuşdur. Qeyd olunan əmlaka dair ipotekanın ləğvi ilə bağlı "xxxx" ASC-nin (Texnikabank ASC) ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu” tərəfindən müraciət olunacağı təqdirdə ərizənin icrası təmin oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 2.0.2-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq xidmətin fəaliyyət istiqamətlərinə aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın, o cümlədən tikintisi başa çatdırılmamış obyektin ipotekası haqqında müqavilənin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, ipoteka ilə təmin edilmiş borcun (öhdəliyin) icra müddəti, ipotekasaxlayan və ipotekaqoyan barədə məlumat qeyd edilir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən, ipotekanın dövlət qeydiyyatı ipotekasaxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. “İpoteka haqqında” Qanunun 15.1-ci və 15.2-ci maddələrinə əsasən, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. İpotekanın dövlət qeydiyyatı ləğv edildikdə ipoteka kağızı bu Qanunla müəyyən edilmiş qaydada ləğv edilir. “Dövlət rüsumu haqqında” Qanunun 26.4-cü maddəsinə əsasən, ipotekanın əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi görə 10 manat məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçılar hazırki iddia tələbi ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ümumi sahəsi 231.6 kv. m., mərtəbə 9, qapı 4 (blok C) olan, 12 A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (Seriya RX №0137513, qeydiyyat nömrəsi:**********) və Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ümumi sahəsi 231.6 kv. m., mərtəbə 11, qapı 4 (blok C) olan, 12A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ipoteka qeydiyyatlarının ləğv edilməsini tələb edirlər və bu halı onunla əsaslandırırlar ki, "Bank Texnikabank” ASC-nin Müşahidə Şurasının 36/1 saylı, 05 noyabr 2015-ci il tarixli qərarı əsasında onların kreditin balansdan silinməsi və balansdankənar hesabda uçotunun aparılmasının təmin edilməsi nəzərdə tutulmuş, həmçinin, ipoteka saxlayan tərəfindən qeydiyyat orqanına ipoteka qeydiyyatlarının ləğvinə dair ərizələr ilə müraciət olunmuşdur. Halbuki, iddiaçıların istinad etdiyi "Bank Texnikabank” ASC-nin Müşahidə Şurasının 36/1 saylı, 05 noyabr 2015-ci il tarixli qərarı Əmanətlərin Sığortalanması Fondunun 01.03.2017ci il tarixli, 01 saylı Qərarı əsasında ləğv edilmişdir. Həmçinin iş materialları ilə iddiaçıların daşınmaz əmlakı üzərində qeydiyyata alınmış ipotekanın ləğvi barədə Əmanətlərin Sığortalanması Fondunun razılığı və daşınmaz əmlakın yüklülükdən azad edilməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə dövlət rüsumun ödənilməsi müəyyən olunmur. Hansıki, qeyd olunanlar qanunvericilikdə qeydiyyat orqanı tərəfindən yaşayış sahəsinin ipoteka qeydiyyatının ləğv edilməsinin əsası kimi göstərilmişdir. “Banklar haqqında” Qanunun 71.1-ci maddəsinə əsasən, məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər. Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyətdən azad etmir. Fond tərəfindən ləğvedici qismində cəlb ediləcək hüquqi və fiziki şəxslərin xidmət və ya əmək haqlarının məbləği maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla müəyyən edilir. Bankın ləğv edilməsi ilə bağlı xərclər smetası hər üç aydan bir Fondun təqdimatına əsasən maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq olunur. Fondun müqavilə əsasında cəlb etdiyi ləğvedici bu Qanunla nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməlidir. Məcburi ləğv edilən banka aidiyyəti olan şəxslər, səhmdarlar, habelə bankın kreditorları və borcluları ləğvedici qismində cəlb edilə bilməzlər. Bu kimi halların mövcudluğu ləğvedici təyin olunduqdan sonra aşkar olunarsa, onların fəaliyyətinə Fondun qərarı ilə xitam verilir və banka yeni ləğvedici təyin edilir. Həmin Qanunun 71.7.10-cu maddəsinə əsasən, ləğvedici bankın məcburi ləğvinə gətirib çıxaran halları araşdırmaq, bu kimi halların baş verməsində şübhəli bilinən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlara müraciət etmək və bankın adından məhkəmələrdə iddialar qaldırmaq səlahiyyətinə malikdir. Göstərilən maddələrin normalarından görünür ki, bankın məcburi ləğvinə gətirib çıxaran halları araşdırmaq və bankın adından iddia qaldırmaq Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətlərinə aid edilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, yaşayış sahəsinin ipoteka qeydiyyatının ləğv edilməsi barədə iddiaçıların müraciətindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçıların apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2163/2021 saylı 28 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1847/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1847/2021
21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver