Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1848/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı Talqatovnanın iştirakı ilə, İddiaçı Talqatovnanın cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Baş Notariat İdarəsinə qarşı “notariusun qanunsuz hərəkətlərinə” dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2-1(112)-5141/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Talqatovna cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Baş Notariat İdarəsinə qarşı “notariusun qanunsuz hərəkətlərindən” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2-1(112)-5141/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: F.Mədətli) Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddiaya baxılması üçün işin Bakı İnzibati Məhkməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Talqatovna apellyasiya şikayətini müdafiə edərək, qərardadın ləğv edilməsini və iddianın baxılması üçün Bakı İnzibati Məhkməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq hesa edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Baş Notariat İdarəsi inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən edilmədiyindən, həmçinin tələb qeyri-müəyyən olduğundan iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, iddiaçının məhkəmə iclasında iştirakı təmin edilməmiş, iddiaçıya İPM-nin 13, 49-cu, “Notariat haqqında” AR Qanununun 17, 76-cı maddələrinin mətnləri əks olunmuş 17.06.2020-ci il tarixli məktub ünvanlanmış, məktub (11.06.2020-ci il) və məhkəmə bildirişlərinin (22.06.2020, 07.08.2020-ci il tarixli) iddiaçıya çatdırılması barədə poçt qəbzləri iş materallarına əlavə edilməmiş, iddiaçı məhkəmə iclasında iştirak etmədiyindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etməsi mümkün olmamış, bunlara baxmayaraq məhkəmə tərəfindən iddia mümkün sayılmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsində qeyd edilib ki, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2-1(112)-5141/2020 saylı qərardadı ləğv edilməli və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İPM-in 80, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Talqatovna tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2-1(112)-5141/2020 saylı qərardadı ləğv edilsin və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1848/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1848/2020
27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver