Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1848/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə müavinətin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1299/2023 saylı, 09 fevral 2023-cü il il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1299/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia tələbinin “ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə sosial müavinətin təyin edilməsi və onun müraciət etdiyi tarixdən əvvəlki üç il üçün - xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” kimi göstərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1962-ci il təvəllüdlüdür, 2015-ci il tarixdən 2021-ci il tarixinədək İİ qrup əllik pensiyası ilə təmin olunmuşdur. Hazırda yaşa görə təqaüdə çıxmaq zəruriyyəli yaranmışdır. Bununla bağlı iddiaçı cavabdehə müraciət etmişdir. İddiaçının müraciətinə cavab olaraq 2012-ci il tarixində iddiaçının adına istifadə olunmayan, lakin açıq VÖEN-nin mövcud olduğu bildirilmişdir. İddiaçı həmin VÖEN-dən istifadə etmədiyi üçün artıq bağlandığını düşünmüşdür. İddiaçıya xəbərdar edildikdən sonra sözügedən VÖEN-i bağlatdırmışdır. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək çoxuşaqlı ana kimi yaşa görə müavinətin təyin edilməsini xahiş etmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 29 noyabr 2019-cu il tarixli dəyişikliyədək 1.0.2-ci maddəsinin məzmunu aşağıdakı kimi qeyd olunmuşdur: Əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları əmək qabiliyyəti olmayan şəxslər hesab olunurlar. Sözügedən Qanunun 1.0.2-ci maddəsi 29 noyabr 2019-cu il tarixli dəyişiklikdən sonra yeni redaksiyada aşağıdakı kimi qeyd olunmuşdur: Əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Qadınların müavinət yaşı həddi 62 yaş 6 ay müəyyən edilib. Həmin Qanunun 8-ci maddəsinin müddəalarına əsasən, beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Adıçəkilən Qanunun 7.0.10-3-cü maddəsinə əsasən beşdən çox uşağı olan qadınlara müavinət beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda təyin olunur. İddiaçı 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi müavinət hüququnun yarandığı tarixdə (xx.xx.2019-cu il tarixdə) aktiv vergi ödəyicisi kimi qeydiyyatda olmuşdur. (xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv VÖEN: **********) Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Bundan əlavə, qadınların yaşa görə müavinət hüququ xx.xx.2021-ci il tarixdən 62 yaş müəyyən edildiyindən, həmçinin iddiaçı beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən yaşa görə sosial müavinətin təyin olunması qanunveriliciyin tələbləri baxımından mümkün hesab edilmir. Belə olan halda, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.10-3-cü maddəsinin tələbləri ödənilmədiyindən iddia tələbi təmin edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1299/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilərək, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə sosial müavinətin təyin edilməsi və iddiaçının müraciət etdiyi tarixdən əvvəlki üç il üçün - xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1299/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X16 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, uçot baza məlumatlarına əsasən İddiaçı xx.xx.2012-ci il tarixdə vergi uçotuna alınması, fəaliyyətinin xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılması, xx.xx.2018-ci il tarixdə bərpa olunması, xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək yenidən dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyətini dayandırılmış vəziyyətdədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X16 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixə olan uçot-baza məlumatlarına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçı tərəfindən sadələşdirilmiş vergi bəyannamələri göstəricisiz təqdim edildiyindən, eyni zamanda müraciətdə qeyd edilən digər dövrlər üzrə iddiaçı tərəfindən vergi orqanına bəyannamə (məlumat) təqdim edilmədiyindən, müvafiq dövrlər üzrə dövriyyə məbləği müəyyən edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X16 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı Neyrnət qızı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan fəaliyyət dövrü ərzində şəxsi hesab vərəqəsinə əsasən dövlət büdcəsinə vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X16 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, vergi ödəyicisinin fəaliyyəti barədə arayışın təqdim edilməsinə dair xx.xx.2022-ci il tarixli müraciətə (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********563100 nömrəli) aidiyyəti üzrə Bakı şəhəri X16 üzrə Baş İdarəsində baxılmışdır. Uçot baza məlumatlarına əsasən İddiaçı xx.xx.2012-ci il tarixdə vergi uçotuna alınması, fəaliyyətinin xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılması, xx.xx.2018-ci il tarixdə bərpa olunması, xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X16 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: İddiaçı tərəfindən 01.01 2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan fəaliyyət dövrü ərzində şəxsi hesab vərəqəsinə əsasən dövlət büdcəsinə vergi, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək məcburi dövlət sosial sığorta və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icbari tibbi sığorta haqlarının ödənilməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası vergi orqanlarına həvalə edilmişdir. Vergi orqanlarının məlumat bazasında vergi ödəyiciləri tərəfindən xx.xx.2018-ci il tarixdən sonrakı dövrdə aparılmış ödənişlər barədə məlumatlar mövcuddur. Əvvəlki dövrlər üçün aparılmış ödənişlər barədə məlumat alınması üçün qeydiyyatda olduğunuz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq şəhər (rayon) idarəsinə (şöbəsinə) müraciət edilməsi Sizə tövsiyə olunur. “Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 3 dekabr 2019-cu il tarixli Qanuna əsasən 1 yanvar 2021-ci il tarixindən etibarən dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlardan, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X16 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən xx.xx.2020ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçı tərəfindən sadələşdirilmiş vergi bəyannamələri göstəricisiz təqdim edildiyindən, müvafiq dövrlər üzrə dövriyyə məbləğinin olmadığı müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixə olan uçot-baza məlumatlarına əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək iddiaçı tərəfindən vergi orqanına bəyannamə (məlumat) təqdim edilmədiyindən, müvafiq dövrlər üzrə dövriyyə məbləği müəyyən edilməmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə arayışından görünür ki, İddiaçı (VÖEN:**********) xx.xx.2013-cü il tarixdən fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilmiş, fəaliyyətin bərpa ediləcəyi tarix xx.xx.2018-ci il olaraq müəyyən edilmiş, fəaliyyətin dayandırıldığı dövrdə muzdlu işçilərə əmək haqqı ödənilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: ““Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Qadınların müavinət yaşı həddi 62 yaş 6 ay müəyyən edilib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi müavinət hüququnuz yarandığı zaman (xx.xx.2019-cu il tarixində) aktiv vergi ödəyicisi kimi qeydiyyatda olmusunuz (xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək aktiv VÖEN:**********). Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Qadınların yaşa görə müavinət hüququ xx.xx.2021-ci il tarixindən 62 yaş 6 ay müəyyən edildiyindən və beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyinizdən Sizə yaşa görə sosial müavinətin təyin olunması qanunveriliciyin tələbləri baxımından mümkün hesab edilmir. Sözügedən Qanunun 7.0.3-cü maddəsinə əsasən Sizə xx.xx.2015-ci il tarixindən ümumi xəstəlik səbəbindən İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmiş və əlilliyinizin müddətinin bitməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixindən ödənişi dayandırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır”. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X16 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan fəaliyyət dövrü ərzində şəxsi hesab vərəqəsinə əsasən dövlət büdcəsinə ödənilmiş vergilərin məbləğləri barədə məlumat təqdim olunur: Vergilər üzrə: Ödəmə dövrü Miqdar (Manat) xx.xx.2012 - 425,00, xx.xx.2013 - 465,00, xx.xx.2013 - 420,00 Cəmi: 1310,00. Cədvəldə göstərilməyən dövrlər üzrə iddiaçı tərəfindən dövlət büdcəsinə ödəniş edilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X16 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, uçot baza məlumatlarına əsasən İddiaçı xx.xx.2012-ci il tarixdə vergi uçotuna alınması, fəaliyyətinin xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılması, xx.xx.2018-ci il tarixdə bərpa olunması, xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Vartaşen rayonu XDS-nin VVAQ şöbəsi tərəfindən xx.xx.1985-ci ildə verilmiş İİİ-JQ seriyalı 464030 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən (əslinə baxış keçirildi) görünür ki, X1 Zülfiyyə Neymət qızı ilə xx.xx.1985-ci ildə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Vartaşen rayonu XDS-nin VVAQ şöbəsi tərəfindən xx.xx.1986-cı ildə verilmiş Xİ-JQ seriyalı 387050 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1986-cı ildə Vartaşen rayonunda doğulmuşdur. X3, anası İddiaçıdır. Vartaşen rayonu XDS-nin VVAQ şöbəsi tərəfindən xx.xx.1988-ci ildə verilmiş Xİİİ-JQ seriyalı 259428 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1988-ci ildə Vartaşen rayonunda doğulmuşdur. X3, anası İddiaçıdır. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1991-ci ildə verilmiş AZ-İİİ seriyalı 614287 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuşdur. X3, anası İddiaçıdır. Suraxanı rayonu Zığ qəsəbə soveti tərəfindən xx.xx.1991-ci ildə verilmiş XVİ-JQ seriyalı 332724 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuşdur. X3, anası İddiaçıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X16 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı (VÖEN **********) vergi ödəyicisi kimi xx.xx.2012-ci il tarixdə uçota alınması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. İddiaçı tərəfindən şəxsi hesab vərəqəsindəki məlumatlara əsasən fəaliyyət göstərdiyi dövr üzrə dövlət büdcəsinə ödənilmiş vergi məbləği 1310,0 manat təşkil etmişdir. Eyni zamanda, ödənilmiş vergi məbləği ödəniş tarixləri üzrə: Dövr - Ödənilmiş vergi məbləği xx.xx.2012 - 425,00, xx.xx.2013 - 465,00, xx.xx.2013 - 420,00. İnzibati işin araşdırılmış hallarından görünür ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. İddiaçının xx.xx.1962-ci il tarixdə doğulduğu və «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun (xx.xx.2020-ci ilədək olan redaksiyası) tələblərinə əsasən 3 və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etməsi nəzərə alındıqda, onun 57 yaşının tamam olduğu vaxtdan - xx.xx.2019-cu il tarixdən, «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, yaşa görə müavinət almaq hüququ vardır. İddiaçı ona yaşa görə müavinətin təyin edilməsi üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X16 üzrə Baş İdarəsi tərəfindən Uçot baza məlumatlarına əsasən İddiaçı xx.xx.2012-ci il tarixdə vergi uçotuna alınmış, fəaliyyəti xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılmış, xx.xx.2018-ci il tarixdə bərpa olunmuş, xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. İddiaçı tərəfindən şəxsi hesab vərəqəsindəki məlumatlara əsasən fəaliyyət göstərdiyi dövr üzrə dövlət büdcəsinə ödənilmiş vergi məbləği 1310,0 manat təşkil etmişdir. Eyni zamanda, xx.xx.2013-cü il tarixindən sonra iddiaçı tərəfindən dövlət büdcəsinə ödəniş edilməmişdir. İddiaçı xx.xx.2012-ci il tarixdən vergi orqanında vergi ödəyicisi kimi uçotda olsa da, aktiv fəaliyyətdə olmamış, xx.xx.2013-cü il tarixindən sonra isə ümumiyyətlə dövlət büdcəsinə vergi ödənişləri həyata keçirilməmişdir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır (xx.xx.2019-cu ilədək olan redaksiyası - 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları) - (xx.xx.2020-ci ilədək olan redaksiyası). Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 4.0.1.2-ci maddəsinə əsasən yaşa görə müavinət bu Qanunla təyin edilən aylıq müavinətlərdən biridir. Həmin Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadığı və işləmədiyi hallarda təyin edilir. Həmin Qanunun 11.1.2-ci maddəsinə əsasən yaşa görə müavinətin ödənişi şəxs əmək fəaliyyətinə başladığı halda dayandırılır. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.1. dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət – ömürlük. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili iddiaçının sosial müavinət hüququnun yarandığı tarixdə (xx.xx.2019) aktiv vergi ödəyicisi olduğundan, həmçinin xx.xx.2020-ci il tarixdən etibarən qanunda dəyişiklik edilərək “3 və daha çox uşaq” sözlərinin çıxarılmasından ibarətdir. Apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X16 üzrə Baş İdarəsi tərəfindən Uçot baza məlumatlarına əsasən İddiaçı xx.xx.2012-ci il tarixdə vergi uçotuna alınmış, fəaliyyəti xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılmış, xx.xx.2018-ci il tarixdə bərpa olunmuş, xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. İddiaçı tərəfindən şəxsi hesab vərəqəsindəki məlumatlara əsasən fəaliyyət göstərdiyi dövr üzrə dövlət büdcəsinə ödənilmiş vergi məbləği 1310,0 manat təşkil etmişdir. Eyni zamanda xx.xx.2013-cü il tarixindən sonra iddiaçı tərəfindən dövlət büdcəsinə ödəniş edilməmişdir. İddiaçı xx.xx.2012-ci il tarixdən vergi orqanında vergi ödəyicisi kimi uçotda olsa da, aktiv fəaliyyətdə olmamış, xx.xx.2013-cü il tarixindən sonra isə ümumiyyətlə dövlət büdcəsinə vergi ödənişləri həyata keçirilməmişdir. Bundan başqa, iddiaçının sosial müavinət almaq hüququ yarandığı tarixdən sonra qanunvericiliyin dəyişməsi iddiaçının hüquqlarının məhdudlaşdırılması (vəziyyətin pisləşdirilməsi) üçün əsas deyildir. Buna görə də cavabdeh inzibati orqanın apellyasiya şikayətinin qeyd olunan dəlili formal xarakterli olmaqla yanaşı, ağlabatan mühakiməyə də uyğun deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1299/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1299/2023 saylı, 09 fevral 2023-cü il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1848/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1848/2023
13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver