Məhkəmə qərarları › İş №2-1(103)-1849/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1849/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1849/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinətin bərpa olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinətin bərpa olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1206/2023 saylı 18 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. İddiaçıya DSMF-nun 430 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə xx.xx.2019-cu il tarixdən 3 və daha çox uşağı doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadın kimi müavinət təyin olunmuşdur. Sosial ödənişlər alt sistemindən çıxarışdan görünür ki, iddiaçıya təyin edilmiş sosial müavinət sonradan xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. X3 yaşa görə sosial müavinətinin bərpa edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina olunmuşdur. Belə ki, sonuncu tərəfindən iddiaçıya ünvanlanmış **********7 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci yarımbəndinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7- ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (qadınların yaş həddi 2017-ci il iyulun 1 -dən başlayaraq 2027-ci il iyulun 1 - dək hər il 6 ay artırılır). Qadınların pensiya yaş həddi 62 yaş 6 ay müəyyən edilib. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci yarımbəndinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Məlumat üçün bildiririk ki, xx.xx.2020-ci il tarixinədək qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən sizə xx.xx.2019-cu il tarixindən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmişdir. Xidməti yoxlama zamanı məlum olmuşdur ki, xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN: **********) olduğunuz halda sözügedən Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq sizə xx.xx.2019-cu il tarixindən yaşa görə sosial müavinət təyin edilib. Bu səbəbdən sizə təyin edilən yaşa görə sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Nəticədə xx.xx.2019- cu il tarixindən xx.xx.2021-ci il tarixinədək 4209.45 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar" sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsindən vergi uçotunun dayandırılması haqqında rəsmi arayış təqdim etməyinizə baxmayaraq, qadınların yaşa görə müavinət hüququ xx.xx.2021-ci il tarixindən 62 yaş 6 ay müəyyən edildiyindən və beş ve daha çox uşaq doğub sekkiz yaşınadək tərbiyə etmədiyinizdən sizə yaşa görə sosial müavinətin təyin edilməsi qanunveriliciyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-ci maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək “xx.xx.2019-cu il tarixdən təyin olunmuş yaşa görə müavinətin (3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar üçün müavinət) dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixinədək qüvvədə olan «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixindən 3 və daha çox uşaq dünyaya gətirib, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmişdir. O, 2019-cu ilin əvvəllərində yaşa görə sosial müavinətin təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Nərimanov Rayon şöbəsinə müraciət edərkən ona bildirilmişdir ki, İddiaçı adında aktiv VÖEN var. Məhz bu səbəbdən də yaşa görə sosial müavinəti təyin edə bilməyəcəklərini demişlər. Çünki sosial müavinət işləməyən, əmək pensiyası almaq hüququ olmayan şəxslər üçün nəzərdə tutulmuşdu. Bunun üçün ona adındakı aktiv VÖEN-in dondurulması məsləhət görülmüş və belə olan halda yaşa görə sosial müavinətin təyin olunacağı bildirilmişdir. Elə həmin vaxtlarda İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinə onun adındakı aktiv VÖEN-in dondurulması üçün müraciət olunmuşdur. Müraciət qeydə alınmış və ona 1 ay müddətində VÖEN-in dondurulması barədə rəsmi sənəd veriləcəyi bildirilmişdir. Deyildiyi kimi 1 ay müddətində ona VÖEN-in dondurulması barədə rəsmi sənəd verilmişdir. İddiaçı həmin sənədi DSMF-nin Nərimanov Rayon şöbəsinə təqdim etmiş və nəticədə ona qızına yaşa görə sosial müavinət təyin olunmuşdur. Lakin ona təyin olunmuş yaşa görə sosial müavinət DSMF tərəfindən xx.xx.2021 -ci il tarixindən dayandırılmışdır. Səbəb olaraq bildirilmişdir ki, İddiaçı adında 2017-ci ildən bəri aktiv olan VÖEN aşkar olunub. O, bu məsələ ilə bağlı 4 saylı Bakı DOST Mərkəzinə müraciət etmiş və izah etmişdir ki, İddiaçı adındakı VÖEN hələ 2019-cu ildə yaşa görə sosial müavinət təyin olunmamışdan dondurulmuşdur. 4 saylı Bakı DOST Mərkəzindən ona məsləhət görülmüşdür ki, bununla bağlı o, Vergi Xidmətindən detallı arayış alıb təqdim etməlidir. O da bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinə müraciət etmişdir. Lakin vergi orqanı tərəfindən təqdim edilən detallı arayışda İddiaçı 2019-cu ildə VÖEN-inin dondurulması barədə müraciəti, habelə VÖEN-in dondurulmasına dair faktın təsdiq olunması öz əksini tapmamışdır. Hazırda İddiaçı adına olan VÖEN dondurulmuş vəziyyətdədir. Lakin DSMF bildirir ki, vergi orqanından onlara detallı arayış təqdim edilsin və arayışda VÖEN-in 2019-cu ildə dondurulması faktı təsdiq olunsun. Amma vergi orqanı detallı arayışda həmin faktı təsdiq etmir. Bütün bunlara baxmayaraq iddiaçının əlində həmin faktı təsdiq edən sübutlar var. DSMF tərəfindən iddiaçıya ünvanlanmış məktubda yazılır ki, «Xidməti yoxlama məlum olmuşdur ki, xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN: **********) olduğunuz halda sözügedən Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq ona xx.xx.2019-cu il tarixindən yaşa görə sosial müavinət təyin edilib. Bu səbəbdən ona təyin edilən yaşa görə sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır.» İddiaçı yaşlı qadındır. Heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. İddiaçı şəxs 2019-cu ildə belə heç bir fəaliyyət ilə məşğul olmamışdır, işləməmişdir. Sadəcə adında aktiv VÖEN olub, o da 2019-cu ildə dondurulmuşdur. Lakin DSMF tərəfindən əsassız yerə iddiaçının yaşa görə sosial müavinəti dayandırılmışdır. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, xx.xx.2020-ci il tarixinədək qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2019-cu il tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmişdir. Xidməti yoxlama zamanı məlum olmuşdur ki, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN: **********) olduğu halda sözügedən Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq ona xx.xx.2019-cu il tarixindən yaşa görə sosial müavinət təyin edilib. Bu səbəbdən ona təyin edilmiş yaşa görə sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Nəticədə xx.xx.2019cu il tarixdən xx.xx.2021-ci il tarixədək 4209.45 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci yarımbəndinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin 24 fevral 2022-ci il tarixli məktubuna əsasən iddiaçının xx.xx.2022-ci il tarixdə vergi uçotuna alınması, fəaliyyətinin xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək dayandırılması, xx.xx.2017-ci il tarixdə bərpa olunması, xx.xx.2022-ci il tarixdən xx.xx.2052-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda olmuşdur. X9 Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli vergi uçotunun ləğv edilməsi haqqında ərizənin verilməsi barədə məlumat müəyyən edilmişdir.Bu məktubun məzmunundan da yalnız iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə vergi uçotunun ləğv edilməsi haqqında ərizə ilə müraciət edilməsi müəyyən edilir, həmin tarixə müvafiq prosedurun tamamlanması, yəni uçotun ləğv olunması yox. Belə ki, Vergi ödəyicisi uçotdan çıxarılanadək (VÖEN ləğv olunanadək) yerinə yetirilməli olan prosedurlar haqqında bildirişə əsasən xx.xx.2019-cu il tarixədək iddiaçının müvafiq öhdəlikləri olmuş və iddiaçı ləğvetmə proseduru çərçivəsində bu öhdəlikləri yerinə yetirməli idi. X9 Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin xx.xx.2022- ci il tarixli məktubuna əsasın vergi ödəyicisinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə fəaliyyətin və digər vergi tutulan əməliyyatların dayandırılması barədə məlumat aşkar edilməmişdir. Hazırda da iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımdan mümkün hesab edilmir. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci yarımbəndinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşma çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1- dək hər il 6 ay artırılır). Qadınların pensiya yaş həddi 62 yaş 6 ay müəyyən edilib. Əlavə olaraq bildiririk ki, 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub. 8 vaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yasına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsindən vergi uçotunun dayandırılması haqqında rəsmi arayış təqdim edilməsinə baxmayaraq, qadınların yaşa görə müavinət hüququ 01,07.2021-ci il tarixdən 62 yaş 6 ay müəyyən edildiyindən və iddiaçı beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunveriliciyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1206/2023 saylı 18 yanvar 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.2019-cu il tarixdən təyin olunmuş yaşa görə müavinətin (3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar üçün müavinət) dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, iddiaçıya xx.xx.2020-ci il tarixədək qüvvədə olan “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmişdir. Xidməti yoxlama zamanı məlum olmuşdur ki, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN: **********) olduğu halda sözügedən Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq ona xx.xx.2019-cu il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Bu səbəbdən ona təyin edilmiş yaşa görə sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Nəticədə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 4209.45 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci yarımbəndinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin 24 fevral 2022-ci il tarixli məktubuna əsasən iddiaçının xx.xx.2004-cü il tarixdə vergi uçotuna alınması, fəaliyyətinin xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək dayandırılması, xx.xx.2017-ci il tarixdə bərpa olunması, xx.xx.2022-ci il tarixdən xx.xx.2052-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, həmçinin ona müvafiq müavinətin təyin olduğu xx.xx.2019-cu il tarixdə aktiv vergi ödəyicisi kimi qeydiyyatda olmuşdur. X9 Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə vergi uçotunun ləğv edilməsi haqqında ərizə ilə müraciət edilməsi müəyyən edilir, həmin tarixə müvafiq prosedurun tamamlanması, yəni uçotun ləğv olunması yoxdur. Belə ki, iş materiallarında olan Vergi ödəyicisi uçotdan çıxarılanadək (VÖEN ləğv olunanadək) yerinə yetirilməli olan prosedurlar haqqında Bildirişə əsasən xx.xx.2019-cu il tarixədək iddiaçının müvafiq öhdəlikləri olmuş və iddiaçı ləğvetmə proseduru çərçivəsində bu öhdəlikləri yerinə yetirməli idi. X9 Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən vergi ödəyicisinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə fəaliyyətin və digər vergi tutulan əməliyyatların dayandırılması barədə məlumat aşkar edilməmişdir. 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsindən vergi uçotunun dayandırılması haqqında rəsmi arayış təqdim edilməsinə baxmayaraq, qadınların yaşa görə müavinət hüququ xx.xx.2021-ci il tarixdən 62 yaş 6 ay müəyyən edildiyindən və iddiaçı beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məkəməsi yekun qərar çıxararkən ona əsaslanmışdır ki, iddiaçı sosial müavinət almaq üçün qanunla üzərinə düşən vəzifəni icra edərək vergi uçotundan çıxarılma barədə ərizə verdiyi halda vergi orqanı iddiaçıdan asılı olmayan səbəblərdən vergi uçotunu ləğv etməmiş, qeyd edilən ərizədən sonrakı vergi hesabatları dövrlərində hər hansı bəyannamə təqdim etməmiş, sosial müvinət aldığı dövrlər üzrə iddiaçının ümumiyyətlə vergi dövriyyəsi olmamış, iddiaçı barəsində hər hansı vergi məsuliyyəti barədə qərar qəbul edilməmiş, cavabdeh isə hazırda 2019-cu il tarixli vəziyyəti qiymətləndirərək təyin edilmiş sosial müavinətin ödənişini dayandırmışdır. Halbuki İddiaçı tərəfindən vergi hesabatları (bəyannamələri) təqdim edilməməsi və bu səbəbdən dövriyyə məbləğini müəyyən etməyin mümkünsüz olması iddiaçının həmin vaxt aktiv vergi ödəyicisi olması faktını inkar edə bilməz. Həmçinin məhkəmə iş materiallarında olan Vergi ödəyicisi uçotdan çıxarılanadək (VÖEN ləğv olunanadək) yerinə yetirilməli olan prosedurlar haqqında Bildirişə hüquqi qiymət verməmişdir. Belə ki, həmin bildirişə əsasən xx.xx.2019-cu il tarixədək iddiaçının müvafiq öhdəlikləri olmuş və iddiaçı ləğvetmə proseduru çərçivəsində bu öhdəlikləri yerinə yetirməli idi. Eyni zamanda məhkəmə tərəfindən vergi uçotunun ləğvi ilə bağlı vergi orqanının öhdəlikləri, vergi uçotunun ləğvi barədə müraciəti vergi orqanı tərəfindən qəbul edildikdən sonra qanunla müəyyən edilmiş hansı müddətdə icra edilməli olduğu araşdırılmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmalarına baxmayaraq iddiaçı iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia inzibati orqan tərəfindən müvafiq inzibati aktın qəbulu ilə bağlı deyil, mövcud inzibati aktın bərpa edilməsi istiqamətində hərəkətin edilməsi ilə bağlıdır, yəni öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddialar üzrə qanunvericilikdə iddia müddəti müəyyən edilməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi, “xx.xx.2019-cu il tarixdən təyin olunmuş yaşa görə müavinətin (3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar üçün müavinət) dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. Qeyd olunan tələblə bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsindən vergi uçotunun dayandırılması haqqında rəsmi arayış təqdim edilməsinə baxmayaraq, qadınların yaşa görə müavinət hüququ xx.xx.2021-ci il tarixindən 62 yaş 6 ay müəyyən edildiyindən və beş ve daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etməməsi əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının **********3 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə göndərilmiş müavinət işinə dair sənədlərdən görünür ki, Müavinət təyinatı üzrə Dövlət Sosial Müdafiə Fondunun 430 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə X2 xx.xx.2019-cu il tarixindən yaşa görə sosial müavinət təyin olunmuşdur. Sosial ödənişlər alt sistemindən çıxarışdan görünür ki, iddiaçıya təyin edilmiş sosial müavinət xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixdən təyin edilmiş müavinətin dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə müavinətin dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş müavinətin qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Hazırki işdən görünür ki, inzibati orqan iddiaçıya xx.xx.2019-cu il tarixdən təyin edilmiş müavinət ödənişinin xx.xx.2021-ci il tarixdən dayandırılmasını iddiaçının xx.xx.2017-xx.xx.2022-ci il tarixədək aktiv vergi ödəyicisi olması ilə əsaslandırır. Halbuki iddiaçının icraat zamanı inzibati orqana təqdim etdiyi arayışlarda, eləcə də məhkəmə sorğusu ilə əldə edilmiş cavab məktublarında iddiaçının həmin dövrdə aktiv vergi ödəyicisi kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu sübut olunmur. Belə ki, iddiaçı vergi ödəyicisi kimi xx.xx.2004-cü il tarixdə uçota alınmış, fəaliyyəti xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək dayandırılmış, fəaliyyəti yalnız vaxtı çatdığı üçün xx.xx.2017-ci il tarixdə bərpa olunmuş, xx.xx.2022-ci il tarixdən xx.xx.2052-ci il tarixədək dayandırılmışdır. Birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinin **********522500 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, vergi ödəyicilərinin uçot-qeydiyyat məlumat bazasına əsasən X1 (VÖEN **********) xx.xx.2004cü il tarixdən vergi orqanında qeydiyyatda olduğu müəyyən edilmişdir. Vergi ödəyicisinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə fəaliyyətin və digər vergi tutulan əməliyyatların dayandırılması barədə məlumat aşkar edilməmişdir. İddiaçı tərəfindən xx.xx.2013-cü və xx.xx.2019- cu il tarixlərdə “fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında" ərizə ilə vergi orqanına müraciət edilmişdir. Hal-hazırda vergi ödəyicisinin vəziyyəti dayandırılmış vəziyyətdədir. Qeyd edirik ki, vergi orqanında olan uçot baza məlumatlarına əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan hesabat dövrləri üçün fiziki şəxs X3 tərəfindən vergi orqanına vergi hesabatları (bəyannamələri) təqdim edilmədiyindən dövriyyə məbləğinin müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinin **********444800 saylı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vergi ödəyicilərınin uçot-qeydiyyat məlumat bazasına əsasən İddiaçı (VÖEN: **********) xx.xx.2004-cü il tarixdə vergi uçotuna alınması, fəaliyyətinin xx.xx.2012ci il tarixdən xx.xx.2017-ci il tarixədək dayandırılması, xx.xx.2017-ci il tarixdə vaxtı çatdığı üçün bərpa olunması, xx.xx.2022-ci il tarixdən xx.xx.2052-ci il tarixədək dayandırılması, xx.xx.2019-cu il tarixdə "Fiziki şəxsin vergi uçotundan çıxarılması barədə" ərizə ilə müraciət etməsi barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Vergi ödəyicisinin bank hesablarında əməliyyatları barədə sorğu göndərilmişdir, lakin bankdan sorğu ilə əlaqədar rəsmi cavab daxil olmağı üçün vergi ödəyicisinin vergi qeydiyyatının ləğv edilməsi mümkün olmamışdır. Həmin məktuba xx.xx.2019-cu il tarixli “Fiziki şəxsin vergi uçotundan çıxarılması barədə” ərizənin surəti təqdim edilmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdi ki, iddiaçıya xx.xx.2019-cu il tarixli qərarla sosial müavinət təyin edilməzdən öncə iddiaçı xx.xx.2019-cu il tarixdə vergi orqanına “Fiziki şəxsin vergi uçotundan çıxarılması barədə” ərizə ilə müraciət etmiş, lakin vergi orqanı vergi ödəyicisinin bank hesablarında əməliyyatları barədə sorğu ilə əlaqədar rəsmi cavab daxil olmadığı səbəbi ilə vergi ödəyicisinin vergi qeydiyyatını ləğv etməmişdir. Başqa sözlə, iddiaçı sosial müavinət alması üçün qanunla üzərinə düşən vəzifəni icra edərək vergi uçotundan çıxarılma barədə ərizə verdiyi halda vergi orqanı onun vergi uçotunu ləğv etməmiş, eyni zamanda cavabdeh sosial müdafiə orqanı isə həmin vaxt iddiaçının vergi uçotunun aktiv olmaması və ya ləğv edilməsi ilə bağlı vergi orqanından dəqiqləşmə aparmadan sosial müavinət təyin etmiş, hazırda isə 2019-cu il tarixli vəziyyəti qiymətləndirərək təyin edilmiş sosial müavinətin ödənişini dayandırmışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdeh orqanın lazımi dəqiqləşmə aparmaması və ya vəzifələrini vaxtında icra etməməsinin mənfi nəticələri iddiaçını sosial müavinət almaq hüququndan məhrum etməməlidir. Birinci instansiya məhkəməsi bu barədə nəticəyə gələrkən həm də ona istinad etmişdi ki, iddiaçı vergi uçotundan çıxarılması ilə bağlı ərizə verdikdən sonrakı vergi hesabatları dövründə hər hansı bəyannamə təqdim etməmiş, sosial müavinət aldığı dövrlər üzrə iddiaçının ümumiyyətlə vergi dövriyyəsi olmamış, onun barəsində hər hansı vergi məsuliyyəti barədə qərar da qəbul edilməmişdir. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən yaşa görə təyin edilmiş müavinət bu barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (müavinətin təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğuna” istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi- iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi müavinətin təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola onun icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, sosial müavinətin təyinatı üzrə ödənişin dayandırılması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan sosial təminat hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmir. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbinin təmin olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır, buna görə də təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1206/2023 saylı 18 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1206/2023 saylı 18 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X8 Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar